10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Gülağa Cabbarov: "Təzyiqlər nəticəsiz ötüşə bilməz"
Azərbaycan DÇ-da necə təmsil oluna bilər?
CAR-da keçirilən dünya çempionatı estetik futbol həvəskarlarının ümidlərini ölüdrməklə bərabər, ciddi hakim səhvləri ilə yadda qaldı. Məhz onların "sayəsində" İngiltərə Almaniyaya 1:4, Meksika isə Argentinaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. FİFA prezidenti Yozef Blatter də bu səbəbdən İngiltərə və Meksika futbol federasiyalarının rəhbərlərindən üzr istəyib. Ali futbol qurumunun rəhbəri 1/8 final mərhələsində qeydə alınan hakim səhvlərinə münasibət bildirmək qərarına gəlib.
   Blatter Almaniya ilə oyunda ingiltərəli Frank Lempardın qolunun qeydə alınmamağının, həmçinin argentinalı Karlos Tevesin Meksika ilə qarşılaşmada oyundankənar vəziyyətdən fərqlənməsinin ədalətsizlik olduğunu etiraf edib: "Mən İngiltərə və Meksika futbol federasiyalarının nümayəndələri ilə söhbət etmişəm. Onlar hakim səhvlərinə məyus idilər. Mən onlardan üzr istədim. Başa düşürəm ki, onlar narazıdırlar və hakimliyi tənqid etmək haqları var. Həm ingilislər, həm də meksikalılar üzrxahlığımı qəbul etdilər".
   Final oyununu idarə edəcək hakimin adı isə dünən açıqlanıb. FİFA iyulun 11-də Yohannesburqda Hollandiya və İspaniya yığmaları arasında keçiriləcək həlledici görüşü ingilis Hovard Uebbə etibar edib. 39 yaşlı referiyə həmyerliləri Darren Kenn və Maykl Mallarki yardımçı olacaq. Bu briqada mundilada üç oyunda idarəçilik edib. Bunlar qrup mərhələsində İspaniya - İsveçrə (0:1) və Slovakiya - İtaliya (3:2), 1/8 finalda Braziliya - Çili (3:0) görüşləridir. Göründüyü kimi, ingilislər Hollandiyadan fərqli, İspaniyanın oyununda hakimlik edib və həmin görüş son Avropa çempionlarının gözlənilməz məğlubiyyəti ilə nəticələnib. Uebbin DÇ-2010-da nə qırmızı vərəqə göstərməsi, nə də penalti zərbəsi təyin etməsi də diqqəti çəkən məqamdır. O, köməkçiləri ilə birgə Çempionlar Liqasında son mövsümün finalına da təyinat almışdı. İstefada olan polis zabiti Uebb bizlərə də yaxşı tanışdır. Belə ki, yığmamızın son rəsmi oyunu olan Rusiya millisi ilə ötən ilin oktyabrın 14-də Bakıdakı rəsmi görüşünü (1:1) məhz bu ingilis referi idarə edib. Görəsən, CAR stadionlarında baş verən hadisələrə bizim rəsmilərin münasibəti necədir? Nə vaxtsa hansısa hakimimiz
   Azərbaycanı belə mötəbər yarışlarda təmsil edə bilərmi? Axı yaxınlarda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ictimaiyyətdə gülüş doğuran açıqlama vermişdi. O, 2012-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələ oyunlarına ölkəmizdən bir hakimin də təyinat alacağını bildirmişdi. Odur ki, hazırda Yesuntikidə istirahətdə olan X.Məmmədovun yerinə bu suallara AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov cavab verir.
   - Dünya çempionatını necə xarakterizə edərdiz?
   
- Dünya çempionatı çox maraqlı mübarizə şəraitində keçir. Biz çempionat boyu bir çox sürprizlərin şahidi olduq. Ən sevindirici fakt odur ki, bütün komandalar son dəqiqəyə qədər mübarizə aparırlar. Ümumiyyətlə, futbol çox sürətlə dəyişir. Zəif komanda anlayışı zaman-zaman öz əhəmiyyətini itirir. Bu çempionat da mənim sözlərimi sübut etdi. Çox güclü komandalar qrupdan çıxa bilmədilər, amma çox güclü sayılmayan Qana, Yaponiya, Koreya, ABŞ kimi yığmalar qrup mərhələsini adlaya bildilər.
   - Dünya çempionatında sizi təəcübləndirən nə oldu?
   
- Bu çempionatda məni ən çox təəcübləndirən Fransa və İtaliyanın qrupda qalması oldu. Braziliya və Argentina komandalarından da çox şey gözləyirdim, amma bu komandalar 1/4 final səddini aşa bilmədilər. Çempionatın hakimliyi də bizi təəcübləndirdi. Bir çox tanınmış hakimlər zəif çıxış etdilər. Bu səbəbdən onlar vaxtından əvvəl çempionat ilə vidalaşdılar. Özbək hakim Rövşən İrmatov isə turnirin ən böyük açılışı olmağı bacardı.
   - Ümumiyyətlə, hakimliyi necə qiymətləndirirsiz?
   
- Bu çempionat çox ciddi hakim səhvləri ilə yaddaşlarda qalacaq. Bütün hakimlərin zəif çıxış etdiyini demək olmaz. Çempionat ərzində əksər oyunlar çox yüksək səviyyədə idarə edilmişdi. Amma bir neçə oyunda hakimlər oyunun nəticəsinə təsir edən səhvlər ilə yadda qaldılar. Əgər hakim oyun nəticəsinə təsir edən səhvə yol verirsə, onun hakimliyini yüksək qiymətləndirmək olmaz. Buna görə Malidən olan hakimin ABŞ komandasının vurduğu qolu hesaba almaması onun dərhal evə göndərilməsi ilə nəticələndi. Mən futbol ölkələrindən olmayan hakimlərin səhv etməsinə heç vaxt təəcüblənməmişəm. Konfederasiyalar arasında həmişə ciddi fərqlər olub. Bütün dövrlərdə Avropa hakimləri digər hakimlərdən fərqləniblər. Məni təəcübləndirən Lariondo və Rozettinin briqadalarının ciddi səhv ilə yadda qalmaları oldu. Qəribə hal ondan ibarətdir ki, mundialın final oyununu idarə etmək üçün yaxşı şansları olan bu hakimlər erkən mərhələdə öz hakimlik ustalıqlarını ortaya qoya bilmədilər. Köməkçi hakimin Almaniyanın qapısından keçən topu hesaba almaması İngilislərin ümidlərinin üstündən xətt çəkdi.
   - Bu səhvlərin əksəriyyəti köməkçi hakimlər tərəfindən edilib. Sizin fikrinizcə, baş hakimlərin buna görə cəzalandırılması düzgündürmü?
   
- Siz bilirsiz ki, baş hakim hakimlər briqadasının işinə cavabdeh şəxsdir və son qərarı o verir. Bu səbəbdən baş hakim köməkçinin hər bir səhvinə görə cavabdehlik daşımalıdır. Hər iki baş hakim həmin epizodlarda məsuliyyəti öz üzərlərinə götürə bilərdilər. Onlar bunu etmədilər. Nəticədə ingilislərin qolu sayılmadı, Meksikalıların qapısına isə oyundan kənar vəziyyətdə qol vuruldu. Bu səhvlər sözün əsl mənasında ciddi səhvlər idi. Hətta bu səhvlərə görə FİFA-nın prezidenti üzr istəməli oldu. Mən ilk dəfədir ki, hakim səhvlərinə görə prezidentin üzr istəməsinin şahidi oluram.
   - Bu səhvlərin səbəbi nədir?
   
- Mən əsas səbəb kimi futbolun sürətini qeyd edə bilərəm. Hakimlər lazım olan anda düzgün, optimal mövqe tuta bilmirlər. Bu da onların səhv etməsinə gətirib çıxarır. Digər məqam video texnologiyaların inkişafıdır. Hakim səhvləri həmişə olub. Sadəcə olaraq müasir dövrün hakim səhvləri video kameraların gözündən kənarda qalmır. Biz bu epizodlarda hakimin səhv etməsinə yalnız təkrara baxandan sonra əmin oluruq. Bütün bunlarla yanaşı, digər vacib bir məqamı unutmaq olmaz. Belə ki, dünya çempionatı ən ali futbol turniridir. Belə yarışlarda hakimlərə ciddi psixoloji basqı olur. Onlar səhv etməkdən ehtiyatlanırlar və nəticədə səhvə yol verirlər. Fikir verin, bütün mətbuat və televiziya hakimləri müzakirə edir, uduzan komandalar isə onları öz məğlubiyyətlərində günahlandırır. Bu tip təzyiqlər nəticəsiz ötüşə bilməz.
   - Gülağa müəllim, bəlkə bu səhvlərin səbəbi hakimlərin hazırlıq səviyyəsinin aşağı olmasıdır?
   
- Əslində, hakimlər çox yaxşı hazırlıq keçirlər. FİFA hər şey edir ki, onlar final mərhələsinə tam hazır yaxınlaşsınlar. Təsəvvür edin ki, final mərhələsinin hakimləri dörd il əvvəl seçiliblər. Hakimlərin dünya çempionatına hazırlığı uzun müddətli bir prosesdir. FİFA hakimlər komitəsi ilkin mərhələdə dörd illik sikl üçün böyük hakim qrupu seçir. Bu hakimlər hər il müxtəlif seminarlarda iştirak edirlər. Onların hazırlıq səviyyəsi xüsusi yaradılmış mütəxəssislər qrupu tərəfindən mütəmadi olaraq təhlil edilir. Hakimlər ildə bir neçə dəfə FİFA-nın tibbi müayinəsindən keçir və fiziki normativləri verirlər. Mən sizə vacib bir məqam deyim ki, ilkin qrupa daxil edilmiş hakimlərin hamısı dünya çempionatına dəvət edilmir. Yalnız bütün hazırlıq mərhələsindən uğurla keçən hakimlər final mərhələsində iştirak etmək şərəfinə layiq bilinirlər. Bu səbəbdən hakimlərin hazırlıq səviyyəsinin aşağı olmasından danışmaq olmaz. Həqiqətən, FİFA əlindən gələni edir ki, hakimlik yüksək olsun.
   - Bu çempionatda sizin diqqətinizi cəlb edən hansı hakimləri qeyd edə bilərsiz?
   
- Asiya hakimlərinin uğurlu çıxışı məni çox sevindirdi. Həm Rövşən İrmatov, həm də Yapon hakim Nişimura yüksək peşəkarlıq nümayiş etdirdilər. Ümumiyyətlə, Avropa və Cənubi Amerika hakimləri həmişə digər konfederasiyaların hakimlərindən seçiliblər. Belə görünür ki, FİFA bu sahədə olan boşluğu doldurmaq istəyir. Ona görə Asiyadan olan cavan hakimlərə bu qədər yüksək etimad göstərir. Qvatemaladan olan hakimi də bu siyahıya aid etmək olar. Bu hakimlərin öz daxili çempionatlarında idarə etdikləri oyunlar bu qədər yüksək səviyyəli olmur. Ümumiyyətlə, mən Qvatemalada peşəkar səviyyədə keçirilən daxili çempionatın olmasına əmin deyiləm. Bu səbəbdən bu hakimlərin uğuru alqışa layiqdir. Avropa hakimlərindən isə Hovard Uebi, Ştarkı və Frank de Blekeri qeyd edə bilərəm. Onlar Rozetti və Busakkanın zəif hakimliyi fonunda lider plana çıxdılar. Cənubi Amerikaya gəldikdə deyə bilərəm ki, onları bu çempionatda təcrübəli hakimlər təmsil edirdi. Bu hakimlərin əksəriyyəti yaşlarının çox olması ilə seçilirdilər. Bu faktın onların fiziki hazırlıq səviyyəsinə ciddi təsir etmədiyinin şahidi olduq.
   - Bəs sizin fikrinizə görə çempionatın uğursuz hakimləri kimlər idi?
   (Ardı gələn sayımızda)
Nihad