10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"İnter" bolqar klubuna çevrilir
"İnter"in Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Lex" Avstriyadakı təlim-məşq toplanışını başa vurub. Dünən istirahət edən Poznan təmsilçisi Bakıya səfər etməzdən öncə şənbə və bazar son məşqinə çıxacaq. Baş məşqçi Yatsek Jelinski isə komandanın Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirməklə məşğuldur. Müəyyən zamana ehtiyacları olduğunu bildirən çalışdırıcı qeyd edib ki, hazırlıq prosesinin gedişindən razı qalıb: "12 gün Avstriyada hazırlıq keçdik. Təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama görüşündə qüvvəmizi sınadıq. "Slovan Bratislava", "Dinamo" Zaqreb, "Slaviya Praq" və "Partizan"la qarşılaşdıq. Özümüz güclü rəqiblərlə qarşılaşmaq istədik. Məhz bu cür güclü klublarla oyunlarda futbolçuların nəyə qadir olduqlarını görmək mümkündür. Hansı taktikanın bizə uyğun olduğunu nəzərdən keçirdik. Güclü rəqiblərlə qarşılaşmalarda çatışmazlıqların olduğunu etiraf etməliyəm. Daim rəqibə təzyiq edən, ötürmələrə üstünlük verən komandaya yaratmaq istəyirəm. Bu, qısa zaman ərzində düzələn iş deyil". Klub iyulun 12-də Azərbaycana gələcək. İyulun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oyuna çıxacaq Poznan təmsilçisi çempionumuzla görüşə Bakıya bir gün qalmış təşrif buyuracaq. Özü də rəqib ölkəmizə çarter reysi ilə gələcək. Polşalıları gətirən təyyarə saat 14:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Qonaqlar oradan qalacağı "Hyatt Recensu" otelinə yollanacaq. "Lex" həmin gün saat 20:00-da Respublika stadionunda məşqə çıxacaq. O gün də Kaxaber Sxadadze və Yatsek Jelinski mətbuat konfransı keçirəcək. "İnter"in gürcü çalışdırıcısı media nümayəndələri önünə saat 18.30-da, qonaq komandanın baş məşqçisi isə 19.30-da çıxacaq. Mətbuat konfransları Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında baş tutacaq.
   "İnter"in yeni transfer etdiyi futbolçuların hansı nömrələr altında çıxış edəcəyinə aydınlıq gəlib. Ötən mövsümü "Neftçi"də keçirənlər - Dmitri Kruqlovla Valeri Abramidze müvafiq olaraq 6 və 44 nömrəli futbol geyimində çıxış edəcəklər. "Xəzər-Lənkəran"dan alınan Nizami Hacıyev "7"-ni götürdüyü halda, "Qəbələ"dən transfer olunan Arif Daşdəmirov 21, "Karvan"dan gələn Rövşən Əmiraslanov isə 9 nömrə altında çıxış edəcək. qapıçılar - 1.Georgi Lomaya, 42.Səlahət Ağayev, 72.Anar Məhərrəmov; müdafiəçilər - 15.Vladimir Levin, 88.Kaxaber Mjavanadze, 44.Valeri Abramidze, 4.Danildo Assioli, 5.Jivko Jelev, 18.İlya Kandelaki, 21.Arif Daşdəmirov, 84.Joze Maçado; yarımmüdafiəçilər - 23.Şəhriyar Rəhimov, 19.David Odikadze, 7.Nizami Hacıyev, 11.Tofiq Mikayılov, 14.Petar Zlatinov, 8.Aleksandr Çertoqanov, 13.Bronislav Çervenka, 9.Rövşən Əmiraslanov, 6.Dmitri Kruqlov; hücumçular - 20.Girts Karlsons, 17.Səbuhi İsmayılov, 16.Elnur Abdullayev, 32.Robertas Poşkus.
   Yuxarıda adları göstərilən futbolçular paytaxt klubunun Çempionlar Liqasında iştirak üçün UEFA-ya göndərdiyi siyahıda yer alanlardır. Bu siyahıya iyulun 13-də Bakıda keçiriləcək Polşa "Lex"i ilə oyuna bir gün qalmış daha bir futbolçunun adı salına bilər. Yeni transferlərdən Camal Məmmədov və baş məşqçi Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadzenin adı həmin iştirak ərizəsində yoxdur. Ölkə çempionu Bolqarıstanda keçirdiyi təlim-məşq toplanışı zamanı baxışdan keçirdiyi Daniel Genovla müqavilə bağlayıb. Anlaşmaya əsasən, bolqar müdafiəçi 2 il yarım paytaxt klubunun formasını geyinəcək. "Bankirlər"in Bolqarıstandan qayıdarkən, Genovu da özləri ilə Bakıya gətirdiyini də vurğulayaq. Genov 1985-ci ildə Burqas şəhərində anadan olub. "Nafteks"in yetirməsi olan Daniel 2004-2006 mövsümlərində icarə əsasında "Pomoriye"də forma geyinib və meydana çıxdığı 32 oyunda 1 qol vurub. 2006-2007 mövsümündə "Nafteks"in əsas heyətində 7 oyun keçirən futbolçu 2007-ci ildə "Svetkavitsa"ya transfer olunub. Bu komandada 26 oyunda 3 qol vurduqdan sonra Sofiya "Lokomotiv"inə üz tutub. Ötən mövsüm isə icarə əsasında "Belasitsa"da forma geyinib. Bakı klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib ki, UEFA-ya göndərdikləri iştirak ərizəsinə adları salınmayan futbolçuların problemi yoxdur. Sadəcə, onlar Çempionlar Liqası üçün sifariş olunanlar arasına düşməyib. Bunlar arasında çempion heyətdən olan litvalı müdafiəçi Paulius Paknis, yeni transferlər - yarımmüdafiəçi Camal Məmmədovla gürcü hücumçu Baçana Sxadadze yoxdur. Özü də sonuncu komandanın baş məşqçisi Kaxaber Sxadadzenin oğludur. İsmayılovun sözlərinə görə, gürcü çalışdırıcıları ÇL-ə xidmətindən istifadə etməyi lazım bildiyi futbolçuların adını iştirak ərizəsinə daxil edib: "UEFA-ya göndərilən iştirak ərizəsində iki siyahı göstərilir. Bunlardan birində 21 yaşa qədər 5 futbolçumuz yer alıb. Siyahımızda, ümumilikdə 24 futbolçumuz var. UEFA-nın qaydalarına görə, oyuna bir sutka qalmış daha bir futbolçu sifariş edə bilərik. Bunu edəcəyimiz isə indidən dəqiq bir şey deyə bilmərəm. Sadəcə, belə bir hüququmuz var".