
Futbol üzrə son Rusiya çempionu Kazanın "Rubin" klubu heyətini gücləndirib. Klub Almaniya "Volfsburq"unda çıxış edən nigeriyalı futbolçu Obafemi Martinsi heyətinə qatıb. Futbolçunun keçidini nə "Rubin", nə də "Volfsburq" rəsmən təsdiq etməsə də, bu məlumatı Nigeriya yığmasında Martinsin komanda yoldaşı olan ÇSKA klubunun üzvü Çidi Odia açılayıb. Vaxtilə futbolçu "İnter" və "Nyukasl" klublarının formasını geyinib.