14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Britaniya səfirliyi "Qarabağ"ı Şirmali İrlandiyaya buraxmır!
"Qarabağ" Avropa liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Portadaun"la oyunun hazırlıqlarını davam etdirir. Gündə bir dəfə olmaqla məşq edən komanda Suraxanı qəsəbə stadionunda çalışır. Bu gün isə komanda Şimali İrlandiyaya yollanmağı planlaşdırır. "Qarabağ"da iki oyunluq cəza alan Admir Teli ilə yanaşı, zədəsini hələ tam sağalmayan yeni transfer Ansi Aqoli də oyuna iştirak edə bilməyəcək. Kiçik zədəsi olan Rəşad Kərimov da Britaniyaya getməyəcək. Ayxan Abbasov isə sağalıb və komandayla məşqlərə qoşulub. Dünən klub İngiltərənin ölkəmizdəki səfirliyinə müraciət edərək, viza almaq istəyib. Problem də elə burdan başlayıb. Bilindiyi kimi, sözügedən səfirlik Böyük Britaniyanın ölkələrinin hamısının sənədləşmə işiylə məşğuldur. Uels, Şotlandiya, İrlandiya və Şimali İrlandiyaya getmək üçün yalnız bura müraciət etmək olar. Lakin səfirliyin işçiləri bütün gün ərzində onlarla əlaqədə olan "Qarabağ" rəsmilərinin əsəbləriylə oynayıb. Onlar əvvəlcə klubun təqdim etdiyi siyahıda adı olanların heç birinə viza açmaq istəməyib. Məsələyə Xarici İşlər Nazirliyi qarışıb. Daha sonra UEFA və "Portadaun" rəhbərliyi araya girib. Onlar səfirliyə faks çəkərək, "Qarabağ"ın İngiltərə ərazisindən keçmək şərtiylə Şimali İrlandiyaya keçməsinə hüquqi şərait yaratmalarını tələb edib. Avropa futbol qurumunun israrlı təkidlərindən sonra səfirlik hadisəyə ciddi yanaşıb. Ancaq yenə yarımçıq. Bu dəfə yalnız birbaşa kluba aidiyyatlı olanların sənədləri qəbul olunub. Komandaya sponsorluq edən "Azersun" şirkətinin təmsilçilərinin, habelə jurnalistlərin sənedləri geri qaytarılıb. Britaniyalıları heç cür inandırmaq mümkün olmayıb ki, onların səfərə çıxmaqda məqsədi yalnız oyunu izləməkdir. İki ayaqlarını bir başmağa dirəyiblər ki, biz buna inanmırıq, həmin şəxslər matç adıyla Britaniyaya başqa məqsədlər üçün gedə bilərlər.
   "Qarabağ" bu gün axşam səfərə çıxmağı planlaşdırsa da, bu, onlardan deyil, Londondan gələcək cavabdan asılı olacaq. Səfirlik əməkdaşları klub təmsilçilərinin əl izlərini ölkələrinə göndərib və ordan cavab gəlməlidir ki, icazə verilir, ya yox. Nümayəndəlik dünən heç sənədləri də gözdən keçirməyib. Bu isə vaxt aparan işdir və çətin ki, nəzərdə tutulan vaxtadək problem yoluna qoyula. "Qarabağ" artıq xərcə düşüb. Şimali İrlandiyaya alanan təyyarə biletlərinin hamısı batıb. Klub rəsmiləri bu gün üçün çarter reysi açdırmaq istəyirlər ki, belədə əlavə xərc qaçılmazdır. Səfər bu gün baş tutmasa, məsrəflər ikiqat artacaq. "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bütün bu məlumatları təsdiqləyərək deyib ki, UEFA-nın vasitəsiylə problemin maksimum tez həllinə çalışırlar: "Bu gün UEFA ilə dəfələrlə əlaqə saxlamışıq. Olanları onlara da, "Portadaun" rəhbərliyinə də çatdımışıq. Səfirlik burda işi yubadır. Hələlik bizə qəti heç nə demirlər. Oyuna 1 gün qalmış getmək istəmirik. Yol uzundur, axşam isə komanda matçın keçiriləcəyi stadionda son məşqinə çıxmalıdır. İndiyədək hansı ölkəyə getmişiksə, belə problemlə üzləşməmişik. Böyük Britaniya səfirliyinlən dedilər ki, əslində, biz sizə qısa müddətə viza açdıra bilmərik. Onların sözündjən əvvəl bu çıxdı ki, hətta biz oyunadək Şimali İrlandiyaya getməyə bilərik. UEFA isə onlardan tələb edib ki, sənədlərimizi vaxtında hazırlasınlar. Sabah yenə səfirliyə gedəcəyik". Turnirdə I təsnifat mərhələsində Makedoniya "Metallurq"unu (evdə 4:1, səfərdə 1:1) mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi Britaniya klubu ilə görüşdə də qalib gəlmək əzmindədir. Çəlikəl uğura böyük inamını ifadə etdi: "Biz "Portadaun" u da keçməyə iddialıyıq. Hədəfimiz növbəti təsnifat mərhələsinə çıxmaqdır. Yalnız qələbə, növbəti mərhələyə çıxmaq haqda düşünürük. Təbii ki, rəqibi qiymətləndirir, ona yuxarıdan aşağı baxmırıq. "Portadaun"un təhlil edib, onun haqda informasiya əldə lazımı işlər görəcəyik. İstənilən halda, məqsədimiz bu komandanı da udub, sonrakı mərhələyə çıxmaqdır. Ötən il Avroliqada son təsnifat mərhələsinə kimi irəlilədik. Ən azı bu nəticəni təkrarlayaraq, Azərbaycanı layiqincə təmsil etmək istəyirik".
   "Portadoun" - "Qarabağ" oyunu yerli vaxtla saat 20:45-də, Bakı vaxtı ilə saat 00:45-də baş tutacaq. Azərbaycan telekanallarından heç biri canlı nümayiş etdirməyəcək. Bununla bağlı heç bir telekanal nə Ağdam klubuna, nə də "Portadaun"a müraciət edib. Əmrah bəyin sözlərinə görə, komanda özü matçın Azərbaycanda yayımlanmasında maraqlı olsa da, Britaniyada tətil olduğundan bununla bağlı "Portadaun"un bu məsələyə cavabdeh şəxsləriylə əlaqə yarada bilmirlər. Böyük ehtimalla, matç canlı verilməyəcək. "Qarabağ"ın ötən il Avroliqada keçirdiyi 3 səfər görüşünün hamısı, o cümlədən, ötən həftə "Metallurq"la Skopyedəki matç da birbaşa nümayiş etdirilməyib. Gələn matçı avstriyalı referi Oliver Draxta idarə edəcək. Onun köməkçiləri Roland Brandner, Andreas Feyxtinger, Louis Hoffmanndır. Draxta yığmamızın iyunun 2-də Hondurasla Avstriyada keçirdiyi yoxlama oyununda da fitini səsləndirib. Həmin vaxt Draxta Elnur Allahverdiyev, Amid Quluzadə və Samir Abbasova sarı, Saşa Yunisoğluna isə qırmızı vərəqə göstərmişdi. Bu futbolçulardan yalnız Abbasov yenidən avstriyalı referi ilə üz-üzə gələ biləcək. Artıq cavab oyununun hakimləri müəyyənləşib. Şimali İrlandiyanın "Portadaun" klubu ilə Bakıdakı matçını polşalı hakimlər briqadası idarə edəcək. İyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmada Tomaş Mikulski fit çalacaq. "Qarabağ" - "Portadaun" oyunu saat 21:00-da başlayacaq. Lakin hələlik Mikulskinin köməkçilərinin tam siyahısı müəyyənləşməyib. Onun üçün Bakı səfərləri ənənə halını alıb. Aardıcıl üçüncü dəfə ölkəmizə yay səfərini gerçəkləşdirəcək. Artıq 15 ildir FİFA hakimi olan 45 yaşlı Mikulski hazırda UEFA-nın hakimlər üçün III kateqoriyasına daxildir. Polşalı uzun müddətli idarəçiliyi dövründə iki dəfə komandalarımızın oyununda fit çalıb. Maraqlıdır ki, Mikulski hər iki halda təmsilçilərimizin avrokubokların təsnifat mərhələlərinin Bakıdakı matçlarında söz sahibi olub. 2008-ci ildə Çempionlar Liqasının iyulun 29-da baş tutan qarşılaşmasında o, "İnter"in Serbiya çempionu "Partizan"la matçında (1:1) iş başında olub. Ötən yay avqustun 6-da isə Mikulskinin yolları "Qarabağ"la kəsişib. Həmin gün ağdamlılar Avropa Liqasının III təsnifat mərhələsinin Bakıdakı oyununda Finlandiyanın "Honka" klubu ilə görüşüblər. Polşalı hakim Elvin Məmmədov və Rəşad Sadıqovun qol vurduğu matçda Admir Teli, Elnur Allahverdiyev və Maksim Medvedevə sarı vərəqə göstərib. Bu futbolçulardan yalnız Elnur artıq "Qarabağ"da çıxış etmir.
   
"Lex"in baş məşqçisi Yatsek Jelinski:
"Məğlubiyyət haqda qətiyyən fikirləşmirik"
Bu gün "İnter" avrokuboklarda yeni mövsümdə ilk sınağına çıxacaq. Ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edən "bankirlər" Polşa "Lex"i ilə ilk oyunu evdə keçirəcək. Futbolsevərlərimizə yaxşı tanış olan "Lex" bu cütdə aşkar favorit sayılır. Hər halda vaxtilə "Karvan"ı İntertoto kubokunda, "Xəzər-Lənkəran"ı UEFA kubokunda hər iki oyunda asanlıqla yenən Poznan təmsilçisi bu dəfə Avropanın ən nüfuzlu turnirində bizi sınağa çəkəcək. Ardıcıl üçüncü mövsümdür avrokuboklarda çıxış edəcək "İnter" iki illik fasilədən sonra yenidən ÇL həyəcanı yaşayacaq. Həmin vaxt avrokuboklarda debütü uğurla alınan paytaxt təmsilçisi Makedoniyanın "Rabotniçki" klubu səfərdə vurduğu qol hesabına yenmiş, ancaq növbəti mərhələdə güclü rəqib olan Belqrad "Partizan"ına səfərdə uduzmuşdu. "İnter"i bir ildir çalışdıran gürcü Kaxaber Sxadadzenin debütü elə son avrokuboklarda uğursuz olub. Belə ki, vaxtilə "Karvan"ın UEFA kubokunda hər iki oyunda yendiyi Trnava "Spartak"ı həmin turnirdə analoji nəticəni bakılılarla görüşdə təkrarlayıb. Həmin vaxt yeni işə başlayan Sxadadze artıq komandanı yaxşı tanıyaraq, onu debüt mövsümündə çempion edib. Budəfəki rəqibin daha güclü olduğunu nəzərə alsaq, gürcü mütəxəssisi yenə eyni aqibət gözlədiyi daha real sayılır.
   Sözsüz ki, "İnter" "Lex"i keçmək evdə mütləq qalib gəlməlidir. Özü də buna qol buraxmadan nail olmaq lazımdır ki, bir həftə sonra səfərdə çətin vəziyyətə düşməyəsən. Çempionumuz ən pis halda qolsuz bərabərlik edib, növbəti mərhələyə çıxmaq üçün Polşada qollu heç-heçəyə ümid etməlidir. Bu gün Bakıya gələn rəqibin baş məşqçisi üç ildən sonra yenidən ölkəmizə təşrif buyurur. Bu, 2007-ci ildə yerli "Qrotslin"in çalışdırıcısı kimi UEFA kubokunda "MKT-Araz"ı mübarizədən kənarlaşdıran, Tofiq Bəhramov Respublika stadionunda 0:0 hesabı ilə qane olan Yatsek Jelinskidir. Çempion heyətindən xeyli futbolçu ilə vidalaşan "İnter"in yeni transferlərə imza atandan sonra hansı gücə malik olmasını ÇL oyunu göstərəcək. Respublika stadionunda saat 20:00-da başlayacaq görüşü isveçrəli FİFA hakimi Saşa Kever idarə edəcək. "İnter"in qələbə qazanmaq şansını bukmekerlər aşağı qiymətləndiriblər. Üstünlüyü Polşa təmsilçisinə verən Rusiya kontorları "Lex"in qələbə əmsalını 2.15 civarında dəyərləndiriblər. "İnter"in rəqibi məğlub etmə əmsalı isə 3.35-ə bərabərdir. Qeyd edək ki, oyunun heç-heçə bitəcəyini proqnozlaşdıranlar üçün rusiyalı qumarbazlar pul qoyuluşu edənlərə gəlirlərini 3.25 dəfə artırmaq şansı "veriblər". Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun, demək olar ki, bütün sektorlarına giriş pulsuz olacaq. Çətin oyun ərəfəsində son ölkə çempionumuzun rəhbərliyi bütün futbol azarkeşlərimizdən dəstək istəyib. Paytaxt klubunun rəsmi internet saytının məlumatında bildirilir ki, 13,14,15 və 16-cı sektorlarına bilet satışı həyata keçirilir. Digər sektorlara isə (1,2,3,5,6,7,8,9,10,11,12,17,18,19,20,21,22,23,24,25,26,27,28) biletlər "İnter" in baş sponsoru tərəfindən alınıb və sadalanan sektorlara giriş azarkeşlər üçün pulsuz şəkildə həyata keçiriləcək.
   Poznan təmsilçisi Bakı səfərinə böyük yüklə gəlib. Belə ki, sandıq-sandıq yükü olan Polşa çempionu Azərbaycanda qidalanmaq üçün yemək-içməyi də özü ilə gətirib. Polşa çempionu səfər üçün xüsusi olaraq aşpaz da sifariş edib. Bu, əksər vaxtlarda bir araya gəldiyi "Tvardovski" oteli ilə əməkdaşlıq sayəsində mümkün olub. Adıçəkilən mehmanxananın aşpazı Martin Rozanski Bakıda da "Lex"ə xidmət etməyə razı olub. "Lex"i geniş nümayəndə heyəti, həmçinin 80 azarkeş müşayət edir. Bakıya çatdıqdan sonra hava limanından birbaşa "Hyatt Recensy" otelinə yollanıblar. Nahar etdikdən sonra qısa istirahət edən polşalılar axşam saatlarında oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edib. Təxminən 40 dəqiqə çəkən çalışmada Jelinski futbolçuları çox da "yükləməyib". Onları ayrı-ayrı qruplara bölən çalışdırıcı daha sonra ikitərəfli oyun keçirib. Mətbuat konfransı keçirən polyak mütəxəssis qarşıdakı matç barədə fikirlərini açıqladı: "Komandamızda əvvəlki mövsümlə müqayisədə ciddi dəyişiklər yoxdur. "İnter"lə qarşılaşmaya yetərincə hazırlaşa bilmişik. Amma burda hava şəraitinin həddən artıq isti olması bir qədər narahatlıq doğurur. Bakının havası həqiqətən də çox istidir və çox güman ki, sabahkı oyunda əsas əngəllərimizdən biri məhz bu olacaq. Rəqibimizi kifayət qədər analiz edə bilmişik və məlumatımız var. Xeyli yeni oyunçular alıblar. Səhv etmirəmsə, 19 legioneri var". Şansları dəyərləndirərkən, Jelinski bunları vurğuladı: "Düşünürəm ki, hər iki komanda növbəti mərhələyə çıxmaq üçün eyni şanslara malikdir. Həm "İnter", həm də "Lex" yeni mövsümə başlayır. Amma təbii ki, özümüzü daha güclü hesab edirik. Ilk oyunda şansları əllinin əlliyə dəyərləndirirəm. Hər halda cavab oyunundan sonra şansları daha asan dəyərləndirmək mümkün olacaq". Komandasının əsas qol silahı Levandovskinin ötən mövsüm başa çatan kimi sıralarını tərk etməsinə münasibət bildirən mütəxəssis, hücum xəttindəki müəyyən narahatçılığından da danışdı: "Sözsüz ki, Levandovskinin gedişi bizim üçün böyük itki oldu. Amma digər tərəfdən hər birimiz onun bu gedişinə sevinirik. Hər halda sabiq hücumçumuz bundesliqanın "Borussiya" (Dortmund) komandasına keçib. Biz də əvəzində Vixnyareki aldıq. Düzdü Levandovskiidən yaşlıdır. Həmçinin bu oyunda iştirak edə bilməyəcək. Çünki cəmi 2 həftədir komandayla birgədir. Bütövlükdə hücum xəttimizdə müəyyən çatışmazlıqlar var və biz bu boşluğu doldurmaq üçün daha 2 hücumçu almağı planlaşdırırıq". "Statistikada Polşa komandalarının Azərbaycan təmsilçilərindən üstün olması faktoru komandanızı arxayınlaşdırmayıb" sualını mütəxəssis belə cavablandırıb: "Statistikaya əsaslansaq, Azərbaycan klublarıyla mübarizədə Polşa komandaları daha yüksək göstəriciyə malikdir. Nə olsun ki, Polşa millisi Azərbaycan yığmasını üstələyib? Bu, hələ çox şey demir. Statistika heç nəyi həll etmir. Oyunun taleyi meydanda həll olunacaq. "Xəzər-Lənkəran"ı, "MKT-Araz"ı məğlub etməyi bacarmışıq. Amma bütün bu statistik göstəriciləri kənara qoyub, sabahkı oyuna hazırlaşırıq ki, istədiyimiz nəticəni qazana bilək. Məğlubiyyət haqda qətiyyən fikirləşmirik. Bakıya qələbə dalınca gəlmişik və cütün taleyini ilk oyunda həll etmək istəyirik. Hər iki komanda yeni mövsümə başladığı üçün güclər nisbətini bərabər sayıram. Baxmayaraq ki, bizi güclü hesab edirlər. Ancaq qəti fikir söyləmək çətindir. Güclü komanda udur da, uduzur da".
   "İnter"in baş məşqçisi Kaxaber Sxadadze də oyunun maraqlı və gərgin keçəcəyini gözləyir. Jurnalistlərlə görüşdə üzündən narahatlıq yağan gürcü, matça ciddi hazırlaşdıqlarını və qələbə qazanmaq haqda düşündüklərini iddia etdi: "Rəqib haqda ətraflı məlumat toplamağa çalışmışıq. Ancaq bunun işimizə nə dərəcədə yarayacağını qarşıdakı oyunlar göstərəcək. Bolqarıstanda yaxşı hazırlıq keçmişik, xeyli sınaq matçı oynamışıq. Hətta həmin oyunlarda xeyli qələbə də qazandıq. Amma bir məsələ var ki, adi sınaq oyunlarıyla Çempionlar Liqası kimi turnirin rəsmi oyunu arasında xeyli fərqlər var. İndidən mən yüz faiz nəyəsə söz verə bilmərəm. Sadəcə bir şeyi bilirəm ki, növbəti mərhələyə adlamaq üçün meydanda sona kimi mübarizə aparacağıq". Polşa təmsilçiləri ilə həm yığma, həm də klub səviyyəsində qazandığımız nəticələrin qabardılmasına qarşı çıxan mütəxəssis bunları qeyd etdi: "İndiki məqamda keçmişə qayıtmağın məqsədəuyğun olduğunu düşünmürəm. Keçmişə qayıtmamalıyıq. Əksinə qarşıdakı oyunlara maksimum köklənib, lazımı nəticəni qazanmaq haqda fikirləşməliyik". Sxadadze polşalı həmkarının iddialı açıqlamalarına da münasibət bildirdi: "Təbii ki, hər bir baş məşqçi komandasının qələbə qazanmasını istəyir və buna inanır. Mən də öz komandama inanıram və ümid edirəm ki, onlar bizə istənilən sevinci yaşada biləcəklər". Millimizin də şərəfini qoruyan Vladimir Levin son ölkə çempionu "İnter"in yeni kapitanı təyin olunub. Vitse-kapitan isə çexiyalı Branislav Çervenka seçilib. Sxadadze ukraynalının bu şərəfə tam layiq olduğunu vurğuladı: "Levin uzun müddətdir ki, komandamızın şərəfini qoruyur. Son üç ildə "İnter"in heyətində iki dəfə çempion olub. Futbolçular da onun kapitan təyin olunmasına çox sevindilər, buna yekdil şəkildə razılıq verdilər". Mətbuat konfransında iştirak edən Levin də "Lex"lə oyunda ancaq qələbə haqda düşündüklərini söylədi: "Ciddi hazırlıq keçmişik və düşünürəm ki, çəkdiyimiz əziyyətin bəhrəsini görərik. Sabahkı oyunda heç-heçə bizim üçün uğursuz nəticə hesab olunacaq. Daha çətin keçəcək səfər oyununa rahat yollanmaq üçün sabahkı matçdan mütləq qalib ayrılmalıyıq. Komandanı kapitan kimi ilk dəfə Çempionlar Liqasının oyununa çıxarmaq böyük məsuliyyət tələb edir. Bu vəzifənin öhdəsindən nə dərəcədə layiqincə gələ biləcəyimi zaman göstərəcək. Hər halda çalışacağam ki, kapitan sarğısını ləyaqətlə daşıyım və komanda yoldaşlarımın bu etimadını doğruldum".
   
Anar
 
"İnter" Rubindən 30 min dollar tələb edir?!
Latviyalı "bankirlər"dən UEFA-ya şikayət yazacaq
Son 2 mövsümü "İnter"də keçirən Andrey Rubinin "Qarabağ" a keçidində problem yaranıb. Latviyalı hazırda ağdamlıların düşərgəsində məşq etsə də, "bankirlər" legionerin transferini əngəlləmək istəyir. Məsələ burasındadır ki, Rubinə 50 min dollar borcu olan "İnter" yalnız bu pulun 30 min dollarını onlara bağışlayacağı təqdirdə, ona sərbəst agent statusu veriləcəyini vəd edib. Futbolçu isə "İnter"in bu təklifindən boyun qaçırıb. Məsələnin ən ilginc tərəfi isə Rubinlə "İnter" arasında imzalanan müqavilə ilə bağlıdır. Aldığımız məlumata görə, hələ ötən mövsümün əvvəlində "İnter" Rubinlə ayrı-ayrı formada, bir-birilə tamamilə fərqlənən və müqavilənin müddətinə ciddi şəkildə təsir edən iki müqavilə imzalayıb. Bu zaman "İnter" faktiki olaraq saxtalaşdırmaya əl atıb. Müqavilənin Azərbaycan dilində olan nüsxəsində sənədin müddətini iki il olaraq göstərib və bunu Peşəkar Futbol Liqasına göndərib. İngilis dilində olan variantda isə müddəti 1 il göstərib. Təbii ki, Azərbaycan dilini bilməyən latış "İnter"in onu aldatdığını yalnız bu yaxınlarda, artıq "Qarabağ" ilə müqavilə imzalamaq istəyərkən xəbər tutub. Ağdamlılar bu problemə görə onun keçidini rəsmiləşdirə bilmir. "İnter"in baş menecerinin müavini Kamran İsmayılov isə Qol.Az- bildirib ki, AFFA-nın tələbi ilə əcnəbi futbolçularla imzalanan müqavilə Azərbaycan dilinə tərcümə olunaraq notariusda təsdiq edilir. "Sizin dediyiniz məsələdən mənim xəbərim yoxdur. Birinci dəfədir bu haqda sizdən eşidirəm. Bəli, Rubinsin "İnter"lə hələ müqaviləsi var. Onun başqa bir kluba keçməsinin problemi bununla əlaqədardır. Rubinsin bizim klubun prezidentiylə bu məsələyə dair hansısa müzakirəsi olub, ya yox, bundan xəbərsizəm. Amma əgər müqaviləylə bizə məxsus olan hansısa futbolçumuz başqa komandaya keçmək istəyirsə, buna görə bizə müəyyən kompensasiya ödənilməlidir və bu, çox normal haldır".
   Andrey "Qarabağ"ın Avroliqada Makedoniyanın "Metallurq" klubu ilə səfər oyunundan qayıdışını gözləyirdi. Ötən həftəsonu "İnter"in prezidenti Georgi Nikolovun da Bakıya dönüşündən sonra müəyyən məsələlərlə bağlı danışıqlar aparılmasına imkan yaranıb. Latviya yığmasının 32 yaşlı üzvü yenə müqaviləsinin müddətinin bitdiyini iddia etsə də, başqa klubla sərbəst müqavilə bağlamaq imkanına malik olmadığını da gizlətmir: "Artıq "Qarabağ"ın hazırlıq prosesində iştirak edirəm. Son klubum "İnter"lə demək olaraq ortaq məxrəcə gəlmişik. Sadəcə, məsələyə son nöqtə qoymaq qalır. "İnter"dən tam ayrılmağımla bağlı hüquqi əngəllər var. İndi bununla bağlı danışıqlar gedir. Məni buraxmaq istəyirlər. Dediklərinə görə, müəyyən şərtləri qəbul etməyim lazımdır. Mən də transfer vərəqəmi tezliklə alıb, "Qarabağ"la müqavilə bağlamaq istəyirəm. Əsas problem maddi məsələlərlə bağlıdır. Bu, öz aramızda olan məsələ olduğundan tam açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, bir az güzəşt etməliyəm. "İnter"in mənə verməli olan məbləğin müəyyən hissəsindən imtina etsəm, problem qalmayacaq. Mən indi deyilən məbləğə razı olmasam da, danışıqlar nəticəsində ortaq məxrəcə gələ bilərik". Andrey transfer vərəqəsini alıb, "Qarabağ"la rəsmi müqavilə bağlamağı və Avroliqanın II təsnifat mərhələsində "Portadaun" ilə oyunlara sifariş olunmasını istəyir: "Məsələ bu günlərdə həll olunmalıdır. Hər şey vaxtında həllini tapsa, əlbəttə, "Qarabağ"la səfərə çıxmağı çox istərdim. Ancaq hazırda yüz faiz hazır olduğumu deyə bilmərəm. Çünki zədədən sonra formamı bərpa etməyim, oyun praktikası qazanmağım lazımdır. Deyə bilmərəm ki, indi lazımi oyun göstərə bilərəm, ya yox". "Qarabağ"ın direktoru Əmrah Çəlikəl də bildirib ki, Rubinin transferində maraqlıdırlar: "Baş məşqçimiz Qurban Qurbanov da latviyalı yarımmüdafiəçini sərəncamında görmək istəyir. Ancaq Rubinin komandamıza keçidi bizdən asılı deyil. Yəqin ki, bu məsələ "İnter" rəhbərliyi son vaxtlar ölkədən kənarda olduğundan uzanıb. Bizim bu klubla danışıqlar aparmağa əsasımız yoxdur. Əgər Rubinin "İnter"lə müqaviləsi olsaydı, keçidlə bağlı danışıqlar aparardıq. Ancaq biz Andreyi sərbəst futbolçu kimi heyətimizə qatmaq istəyirik. Transfer vərəqəsini alan kimi onunla müqavilə bağlamağı düşünürük. Rubin də bizə müqaviləsinin iyunun 30-da bitdiyini göstərdi. Latviyalı artıq sərbəst futbolçu olduğundan, onu məşqlərimizə qatmağı istəyirdik. Ancaq həmin vaxt "Metallurq" cavab görüşünü keçmək üçün Makedoniyaya yollanmalı olduq".
   Rubinin "İnter"lə məsələsinin özünün həll etməsini daha düzgün sayan "Qarabağ" rəsmisi onun Şimali İrlandiya klubu ilə oyunlara sifariş etmək istədiklərini gizlətmir: "Növbəti mərhələ üçün yeni bir futbolçunun adını UEFA-dakı iştirak ərizəsinə daxil etmək hüququmuz var. Rubinin komandamıza keçidi baş tutarsa, onun "Portadaun"la oyuna bir sutka qalmışa qədər sifariş edə bilərik. Andreyi bu gündən məşqlərimizə qatmağı düşünürük. Təbii ki, bu məsələdə baş məşqçimizin istəyini nəzərə alacağıq. Andreyin transferində problem qalmazsa, onu Şimali İrlandiyaya da aparmaq istəyirik. Ancaq onu sifariş edə bilməyəcəyiksə, komanda ilə birgə səfərə çıxmasına lüzum olmayacaq".
   İlŞah
   P.S. Dünən bu məsələylə bağlı "İnter"in prezidenti Georgi Nikolovun da fikrini öyrənmək istədik, lakin o, ardıcıl zənglərimizi cavabsız buraxdı. Bolqarın fikrini dinləməyə hazırıq. Təbii ki, biz problemin ədalətli həllinin tərəfdarıyıq. Əgər futbolçu UEFA və FİFA-ya şikayət etsə, bu, imici son vaxtlar onsuz da mübahisə doğuran "İnter"in lehinə olmayacaq. Beynəlxalq qurumlar belə məsələlərdə klubların fırıldaqlarını yaxşı bilirlər. Odur ki, hələ gec deyil!