14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Bu futboldur. Səhvlər olur"
Özbəkistandan olan futbol hakimi Rövşən İrmatov cari Dünya Çempionatında 5 matçda hakimlik edən yeganə hakim olub. Yarımmfinalda o, Uruqvay - Hollandiya oyununu çox gözəl idarə edib. MDB-nin yeganə nümayəndəsi dünya birinciliyində özünün ən yaxşı cəhətlərini göstərib. Qeyri-rəsmi məlumata görə, İrmatov final matçına namizədlərdən biri olub. Lakin təşkilatçılar ingiltərəli hakim Hovard Uebbin xeyrinə seçim ediblər. Rövşən İrmatovun 32 yaşı var. O, gəncdir, ingilis dilində çox gözəl danışır və oyunu əla başa düşür.
   - Bundan sonra öz səhvlərimiz üzərində işləyəcəyik. Yerinə yetirdiyimiz iş haqqında müsbət danışa bilərik, lakin mənim irəlidə hələ çox işlərim vardı.
   - Başqa hakimlər haqqında yaxşı danışılan, lakin sizin haqqınızda nadir hallarda xatırlanan vaxt incimirsinizmi?
   
- Biz bir komandayıq, biz bir ailəyik. Eləcə də biz həmkarlarımız və dostlarımıza görə narahat oluruq. Onların sevinci mənim üçün bayramdır, onların məyusluğu isə mənim üçün kədərlidir. Biz bir komandayıq - biz hakimlər bu turnirdə qalib olmaq istəyirik.
   -FİFA-nın başçısı Yozef Blatterin İngiltərə-Almaniya, Meksika - Argentina matçlarındakı hakim səhvlərinə görə üzr istəməyinə necə münasibət bəsləyirsiniz?
   
- Bu futboldur. Səhvlər olur. Əgər biz səhvə yol verməsək, nə üzərində işləməyimizi bilmərik. Əgər biz səhvə yol veririksə, növbəti gün məşğələlərə gəlirik və bir neçə saat ərzində öz çatışmazlığımız üzərində işləyirik.
   -Hamını meydanda görmək olmaz ki. Sizə nə kömək edə bilər -beşinci hakim və ya videotəkrarlar?
   
- Yalnız Allah kömək edə bilər. Hakimlərin işləməsi üçün yeni üsulların qəbul edilməsi mənim işim deyil. Bu, FİFA-nın işidir, mənim işim meydana çıxıb hakimlik etməkdir. Əgər FİFA təkrarlardan istifadə etmək qərarına gələrsə, bu cür şəraitdə işləyəcəyik.
   - Siz qrup matçları və Pley-off-da hakimlik etdiyiniz vaxt hiss olunur ki, pley-off-da səhvlərə görə məsuliyyət daha çoxdur?
   
- Oyunları fərqləndirə bilmərəm. Bu, Dünya Çempionatıdır. Burada hər oyun mühümdür. Bütün matçlar mənim üçün eyni idi. Mən bütün matçlara eyni qaydada hazırlaşıram.
   - Gördüyünüz işlərdən razısınız?
   
- Ümumilikdə, bəli.
   - Qazaxstan Futbol Federasiyası sizi matçları idarə etməyə dəvət edə bilərmi?
   
- Nə üçün yox? Bu bütün dünyada praktikadan keçirilir. Əgər Qazaxıstan Futbol Federesiyası Özbəkistan Futbol Fedrasiyasına təkliflə müraciət edərsə, mən orada matçları idarə edə bilərəm. Burada çətin heç bir şey görmürəm. Bilirəm ki, Nikolay Levnikov orada işləyir. Akmal Xormatovla yaxşı tanışam. Ona məndən böyük salamlar çatıdırın.
   - Qohumlarınız vuvuzel gətirməyinizi xahiş etmişlər?
   
- Bəli, mənim çoxlu sifarişlərim var. Təkcə qohumlarım deyil, dorstlarım da xahiş etmişlər. Yəqinki, evə ən azı 20 vuvuzuel aparacağam. (Gülür).
   
 
"Uebb Puyolu oyundan kənarlaşdırılmalı idi"
Hollandiya yığmasının yarımımüdafiəçisi Aryen Robben Dünya Çempioantının final matçında ingiltərəli forvard Uebbin hakimliyini tənqid edib. Yarımmüdafiəçi Roben oyunun sonunda müdafiəçi Karlos Puyolun onun qapıya çıxışının qarşını aldığı epizodu qeyd edib.
   "Mənim qapıya çıxışım üçün ikinci şans yaranan vaxt hakim cərimə zərbəsini təyin etmədi və Puyola sarı vərəqə göstərməli idi. O, mənə epizodu davam etdirməyə imkan verdi, lakin mən artıq topa nəzarət edə bilmədim və qapıçı onu ələ keçirdi. Dünya Çempionatının final maçtını dünya səviyyəli hakim idarə etməlidir" - Robben bildirib.
 
"Liverpul" Torresi 100 milyon məbləğində dəyərləndirir
"Liverpul" bütün gücü ilə hücumçu Fernando Torresi komandada saxlamağa çalışır. Rəhbərlik ispaniyalı hücumçu ilə ən azı 100 milyon funt sterlinq məbləğində ayrılmağa hazırdır. Əgər hansısa bir klub oyunçuya görə bu məbləği verərsə, bu tanrsfer futbol tarixində ən bahalı transfer olacaq. Qeyd edək ki, indiyə qədər birinci yer ötən il 80 milyon funt sterlinqə "Real"a keçidi ilə Kriştianu Ronaldoya aid olub. "Liverpul"un yeni baş məşqçisi Roy Hocson özülündə elə həmin Torrres və kapitan Stiven Cerrard olmaqla yeni komanda yaratmağa hazırlaşır.
 
Tabares işini davam etdirmək istəyir
Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares öz vəzifəsini tərk etmək istəmir. 63 yaşlı mütəxəssis öz komandasını DÇ-nin yarımfinalına çıxardıb ki, son 40 il ərzində bu ölkə üçün ən yaxı nailiyyət olub. Tabaresin Uruqvay Futbol Fedrasiyası ilə müqaıviləsinin vaxtı bitir. Lakin baş məşqçi yeni müqavilə imzalamağa hazırdır. "Mən öz karyeramın sonuna bir az da yaxınlaşıram. Özümü fiziki cəhətdən əla hiss dirəm. Yığmada işi davam etdirmək mənə maraqlı olardı. Lakin bu barədə danşımağın hələ vaxtı deyil. Bu gün müqavilənin vaxtı bitib, ona görə də hər şey təklifdən asılıdır.
 
İspaniya FİFA-dan 23, 7 milyon avro alacaq
İspaniya Futbol Federasiyası keiçrilən Dünya Çempionatındakı qələbəyə görə FİFA-da 23,7 milyon avro alacaq. Mundialın final matçında İspaniyaya məğlub olmuş Hollandiya yığtmasına (0:1 ə.v.) 19 milyon avro ödəniləcək. 3-cü yerə görə mübarizə aparan Almaniya və Uruqvay yığmalarının hər biri 16 milyon alacaq. 1/4 finala çıxmış Qana, Paraqvay, Argentina və Braziliya yığmaları öz milli federasiyalarına 14,2 miloyn avro qazandıracaq.
 
"Napoli" Ledesma ugrunda mübarizə aparır
"Latsio"nun yarımmüdafiəçisi Kristian Ledesamanın klubda qalacağı dumanlıdır. Futbolçu romalılarla müqaviləni uzatmaqdan imtina edib. Yarımmüdafiçənin komanda ilə mövcüd olan müqaviləsinin vaxtı bir ildən sonra başa çatır. "Futboçuya "Milan" iddia edirdi, indiki məqamda isə "Napoli" də oyunçu uğrunda mübarizəyə qoşulur. "Latsio"nun rəhbərliyi Ledesmanı növbəti yay mövsümündə sərbəst agent kimi buraxmaq istəmir və transferindən pul qazanmaq üçün onu sata bilər. Yarımmüdafiəçi uğrunda mübarizədə məhz "Napoli" favorit hesab ounur.
 
Lippi namizədlər beşliyində
İtaliya yığmasının sabiq baş məşqçisi Marçello Lippi Avstriya milli komandasının baş məşqçisi vəzifəsinə ehtimal olunan namizədlərin siyahısına daxildir. Onunla bərabər Futbol Federasiyası Pol Le Quen və Marselo Byelsə də arxalanır. Avstraliya Futbol Federasiyasının siyahısında daha iki dünya birinciliyində işləməmiş məşqçi daxildir: onlardan biri Almaniyanı, digəri isə Hollandiyanı təmsil edir. Güman edilir ki, bütün namizədlərlə danışıqların son mərhələsi iyulun ikinci yarısında keçiriləcək. Yeni baş məşqçinin əməkhaqqı 2 milyon dollardan arıtq olmayacaq, lakin o, Asiya Kuboku və Dünya Çempionatı-2014 seçmə turnirində uğurlu çıxış etdiyi təqdirdə yaxşı mükafatlara da arxalana bilər. DÇ-2010-dan sonra avstralyalılar ilk oyunlarını avqustun 11-də Sloveniyada keçirəcəklər.
 
"Mançester Yunayted" Snayderə təklif etməyib
"Mançester Yunayted"in baş məşqçisi Aleks Fergüsson "İnter"in yarımmüdafiəçisi Uesli Snayderi və "Verder"in pleymeykeri Məsut Ozilin alınmasına dair klubun istəyi haqqında şayiləri təkzib edib. Əvvəllər KİV-də manukuninlıların hollandiyalıya görə 25 milyon funt sterlinq ödəməyə hazır olması barədə informasiya yayılmışdı. "Mən anlamıram bu şayilər harada yaranıb. Əgər biz heç kəsə təklif etməmişiksə, kim "Mançester Yunayted"ə "yox" cavab verə bilər. Mən inanıram ki, bizim heyətimiz ötən ilkindən daha güclüdür. Gənc oyunuçular daha bir il yaşlaşıblar və lazımi təcrübə yığıblar" - Fergüsson vurğulayıb.