14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Löv anlaşmanı yenilədi
Almaniya yığmasına dünya çempionatının bürünc medallarını qazandıran Yoahim Löv dünya çempionatı başa çatandan sonra tutduğu vəzifədən gedəcəyi gözlənilsə də, təcrübəli mütəxəssis vəzifəsində qalacaq. "Bild"ə istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssislə müqavilə daha iki il uzadılacaq. Başqa sözlə, Löv 2012-ci il Avropa çempionatının sonunadək Bundestimin sükanı arxasında olacaq. Yeni anlaşmada baş məşqçinin əmək haqqı artırılacaq. Köhnə müqaviləsinə əsasən, Löv ildə 2,5 milyon avro alırdı. Yeni sövdələşmənin detalları isə iyulun 30-da keçiriləcək Almaniya Futbol İttifaqının iclasında təsdiqlənəcək. Yoahim Löv 2006-cı il dünya çempionatından sonra istefa verən Yurgen Klinsmannı əvəzləyib. Löv Almaniya yığmasını 2008-ci il Avropa çempionatının finalına və 2010-cu il dünya çempionatının yarımfinalına çıxarıb. Hər iki halda Bundestim İspaniyaya uduzub - 0:1. İyulun 10-da bu komanda 3-cü yer uğrunda görüşdə Uruqvayla üz-üzə gələcək.
 
Vuvuzela çiçəyi
Dünya çempionatına ev sahibliyi edən Cənubi Afrika Respublikasında tapılan yeni növ çiçəyə "vuvuzela" adı verilib. Milli Biomüxtəliflik İnstitutunun rəhbəri Tanya Abrahams "Sunday Times" qəzetinə açıqlamasında bildirib ki, yeni çiçəyin sarı ləçəkləri var və o, insanları qıcıqlandıran səs çıxaran vuvuzelaya bənzəyir. Onun sözlərinə görə, çiçəyin adı institutun əməkdaşlarının birinin təklifi ilə qoyulub. Qeyd edək ki, Uruqvayda yaşayan ailə yeni doğulan körpələrinin adını Mariya Vuvuzela adlandırmaq niyyətində olduqlarını bildirmişdilər. Xatırladaq ki, vuvuzela Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya çempionatının rəmzi sayılır. Azarkeşlər stadionda komandalarına dəstək olmaq üçün bu aləti kütləvi şəkildə ifa edirdilər.
 
Terrorçular 64 azarkeşi öldürdı
Uqandanın paytaxtı Kampala şəhərində futbol üzrə dünya çempionatını izləyənlər arasında iki partlayış törədilib. Hadisə nəticəsində 64 nəfər həlak olub. İlk partlayış reqbi klubunda oyunu izləyən tamaşaçılar arasında baş verib. Buradakı insident nəticəsində 49 nəfər həlak olub. "Efiop" adlı restoranda baş verən ikinci partlayışda isə 15 nəfərin həlak olduğu bildirilir. Ölən və yaralananlar arasında 4 Amerika vətəndaşı da var. Partlayışda "Əl-Qaidə" terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən "Əl-Şabab" silahlı birləşməsinin əli olduğu deyilir. Əgər bu sübuta yetirilsə, bu, "Əl-Şabab"ın Somalidən kənarda törətdiyi ilk terror aktı olacaq.
 
"Qızıl Buts" Müllerə verildi
Dünya çempionatının "Ən yaxşı gənc oyunçusu" da müəyənnləşdi. FİFA-nın rəsmi sponsorlarından olan "Hyundai" şirkəti bu mükafatı Almaniya yığmasının üzvü Tomas Müllerə təqdim etdi. Qeyd edək ki, müller həmçinin mundialın ən yaxşı bombardiri olub. "Adidas" şirkəti "Bavariya"nın 20 yaşlı forvardını "Qızıl Buts"la mükafatlandırıb. O, həmçinin Almaniya yığması ilə Dünya çempionatının bürünc medallarına sahib çıxıb. Qeyd edək ki, bu mükafat 1 yanvar 1989-cu il tarixindən sonra dünyaya gələn və mundialda hamının diqqətini çəkən futbolçuya verilməlidir. Dünən FİFA Texniki İşlər Qrupu üç nəfərlik namizədlər siyahısını açıqlamışdı. Siyahıda Müllerlə yanaşı, Meksika yığmasıın "Qalatasaray"lı oyunçusu Covanni dos Santos və Qana seçməsinin üzvü Andre Eyyu da var idi.
   Bu arada srağagün baş tutan Niderland - İspaniya matçı həm də turnirin ən yaxşı bombardirini müəyyənləşdirdi. Bu matça qədər 4 futbolçunun aktivində 5 qol var idi. İspaniyadan David Vilya, Niderlanddan Uesli Snayder, Almaniyadan Tomas Müller və Uruqvaydan Dieqo Forlan hərəyə 5 dəfə rəqib qapılarına yol tapmışdılar. Niderland - İspaniya matçında Vilya və Snayder rəqib qapılarına yol tapa bilmədiyindən, bombardirlər yarışında dördhakimiyyətlilik pozulmadı. 4 futbolçu eyni sayda qol vursa da, "Adidas"ın ən yaxşı bombardirə verdiyi "Qızıl Buts" mükafatı sahibini tapdı. Qeyd edək ki, Dünya çempionatında bir neçə futbolçu eyni sayda qol vurursa, o zaman mükafat ən çox qol ötürməsi verən oyunçuya təqdim olunur. Əgər qol ötürmələri də mükafatın sahibini müəyyənləşdirməsə, o zaman bombardirlər arasında ən çox oynayan futbolçu "Qızıl Buts"u alır. Beləliklə, 5 qola imza atıb, 3 qol ötürməsi verən "Bavariya"nın 20 yaşlı forvardı Tomas Müller "Qızıl Buts" mükafatına sahib çıxdı.
 
FİFA Mandelaya mane oldu
FİFA Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya bu iyulun 11-də keçiriləcn dünya çempionatının bağlanış mərasiminə qatılması üçün təzyiq edib. Bu barədə keçmiş prezidentin nəvəsi Mandla Mandela "BBC Radio"ya açıqlamasında bildirib. "FİFA babamın bağlanış mərasiminə qatılması üçün həddən artıq israr edir. Biz isə onlardan anlayış göstərmələrini gözləyirik. FİFA ailəmizdən birini itirdiyimizi və yasda olduğumuzu anlamalıdır. Məncə, bu bizi ailəmizi rahat buraxmaları üçün yetərli bir səbəbdir". Qeyd edək ki, 91 yaşlı Nelson Mandela Dünya çempionatının 11 iyunda keçirilən açılış mərasiminə bir gün öncə nəvəsinin 13 yaşlı qızını avtomobil qəzasında itirdiyi üçün qatılmamışdı. FİFA sözcüsü Nikolas Mainqot üç gün əvvəl verdiyi açıqlamada Dünya Kubokunu çempion komandanın kapitanına kimin təqdim edəcəyi ilə bağlı qərarın hələ ki, verilmədiyini bildirmiş və Mandelanın FİFA-nın bununla bağlı təklifinə hələ cavab vermədiyini demişdi.
 
Şakira Afrikanı coşdurdu
Srağagün keçirilən 2010 dünya çempionatının final matçı - Niderland - İspaniya qarşılaşmasından öncə ənənəvi bağlanış mərasimi baş tutdu. Mərasimdə dünya şöhoətli pop ulduz Şakira çıxış edib. Yohannesburqdakı 88 tutumlu "Soccer City" stadionunda səhnəyə çıxan kolumbiyalı sənətçi tamaşaçıları Dünya çempionatının rəsmi maraşı - "Waka Waka" mahnısı ilə coşhdurub. Bundan başqa tamaşaçılar işıq effektləri ilə hazırlanmış möhtəşəm şou izləyib.
   Ronaldo dırnaqlarına lak çəkib
   Portuqaliya yığmasının və "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo onu görənləri şoka salıb. Portuqaliya yığması dünya çempionatında mübarizəni dayandırdıqdan sonra sevgilisi ilə istirahət etmək üçün Nyu-Yorka üz tutan futbolçu hovuz kənarında fotoqrafların hədəfinə çevirilib.
   Hovuzun kənarında oturarkən şəkili çəkilən 96 milyon avroluq futbolçunun ayaq barmaqlarına qara rəngdə lak vurduğu aşkara çıxıb.
 
"Qızıl Əlcək" Kasilyasa qismət oldu
Təcrübəli baş məşqçi Visente del Boskenin rəhbərlik etdiyi İspaniya yığmasının çempionluğu ilə başa çatan dünya çempionatında digər nominasiyalr kimi, ən yaxşı qapıçının da mdı müəyyənləşib. FİFA-nın Texniki İşlər Komitəsi İspaniya millisinin əv "Real"ın qolkiperi İker Kasiylyası ən yaxşı elan edib. FİFA-nın rəsmi sponsorlarından olan "Adidas" Kasilyası "Qızıl Əlcək" mükafatı ilə təltif edib. İspaniya yığması çempionluq və "Qızıl Əlcək"dən başqa, daha bir mükafat qazanıb. Belə ki, ispanlar 4 il əvvəl olduğu kimi "FİFA Fair-Play" mükafatına layiq görülüb. Qeyd edək ki, "Fair-Play" mükafatı 1/8 final mərhələsindən sonra hesablanır və ən intizamlı komandaya verillir. Almaniyada keçirilən 2010 Dünya çempionatında bu mükafatı Braziliya və İspaniya qazanmışdı.
   
 
İspaniya yığmasına 686 litr pivə
İspaniya milli komandasının sponsorlarından olan "Cruzcampo" adlı şirkət milli komandanın futbolçularına özləri ağırlığında pivə verəcək. Şirkət bu addımı komanda dünya çempionatının finalına çıxdığı üçün atacaq. İspaniya mətbuatının məlumatına görə, dünya çempionatının srartından əvvəl şirkət finala çıxacaqları halda futbolçulara və texniki heyətə özləri ağırlıqda pivə verəcəyini vəd edib. Almaniyanı yenərək, finala çıxan İsaniya yığması artıq bunu haqqı edib. Artıq İspaniya mətbuatı müəyyən hesablamalar aparıb. Məlum olub ki, "Cruzcampo" vədini yerinə yetirmək üçün 686 litr pivədən keçməli olacaq. Belədə ən çox pivəni Fernando Llorente qazanacaq. Çünki o, bütün komanda yoldaşlarından ağırdır - 88 kq.
 
Çempionların qazancı məlumdur
Dünya çempionatında uğurla çıxış edən komandaların qazanclarının məbləği məlum olub. Məlumata görə, mundialın qalibi olan İspaniya yığması öz futbol federasiyasına 23,7 milyon avro qazandırıb. Final oyununda "qırmızılar"a əlavə vaxtda 0:1 hesabı ilə uduzan Niderlandnın qazancı 19 milyon avro olub. Yarımfinalda uduzan Almaniya və Uruqvay yığmaları üçüncü yer uğrunda matçın nəticəsindən asılı olmayaraq hərəyə 16 milyon "qabağa düşüblər". 1/4 finalçıların mükafatı isə daha az olub. Argentina. Braziliya, Qana və Paraqvay futbolçuları öz federasiyalarına 14,2 milyon avro qazandırıblar.
 
Marveyk Uebbi tənqid etdi
"İspaniya ilə final oyunu heç də asan alınmadı. Bizim qol vurmaq, oynamaq imkanlarımız var idi. Ancaq biz onlardan istifadə edə bilmədik. Elə ispanlar da eyni vəziyyətdə oldu". Bu fikirləri Niderland yığmasının baş məşqçisi Bert van Marveyk deyib. DÇ-2010-un finalında İspaniya yığmasına uduzaraq (0:1) gümüş medalla kifayətlənməli olan "narıncılar"ın çalışdırıcısı rəqibin layiqli qələbə qazandığını inkar etmir: "Mən finalı uduzduğumuza görə çox məyusam. Özü də əlavə vaxtda uduzduq. Həmin 30 dəqiqənin əvvəlində qırmızı vərəqə aldıq. Heytinqa meydanı tərk etdi və müdafiəmizdə boş zonalar yarandı. Ancaq obyektiv olacağam, bu gün güclü qalib gəldi. Özü də Aryen Robbenin iki qol imkanı oldu. Xüsusilə ikinci qol vəziyyəti təhlükəli oldu. Həmin vaxt ona qarşı qayda pozuntusu var idi". Van Marveyk oyunu idarə edən ingilis baş hakim Hovard Uebbi tənqid edib: "Hamı gördü ki, hakim qoldan bir neçə dəqiqə əvvəl Uesli Sneyderin cərimə zərbəsindən sonra ispanların qapısına künc zərbəsi təyin etməli idi. Bütün stadion buna diqqət yetirdi, ancaq hakim yox. Referi bu epizodu diqqətdən kənarda qoymağa qədər iki dəfə fikirləşməli idi".
 
Ronaldo Klozeni təbrik etdi
Dünya çempionatları tarixində hamıdan çox qol vuran Braziliya yığmasının sabiq hücumçusu Ronaldonun rekordu CAR-da keçirilən mundialda qırlmadı. Builki turnirin startına qədər final mərhələlərində 10 dəfə fərqlənən Miroslav Klozenin əfsanəvi braziliyalıya çatmaq arzusu gözündə qalıb. CAR-da 4 dəfə rəqib qapılarına yol tapıb ümumi qol sayını 14-ə çatdıran almaniyalı futbolçu Uruqvayla III yer uğrunda matçda 1 dəfə fərqlənməklə Ronaldoya çata bilərdi. Lakin Klozenin son matçda oynamamağı "Yekədiş"in rekordunu toxunulmaz saxlayıb. İkiqat dünya çempionu olan 34 yaşlı cənubi amerikalı rekordunun qırılmamağına münasibət bildirib: "Miroslavı təbrik edirəm. Dünya çempionatlarında 14 qol vurmaq da möhtəşəm nailiyyətdir. Bilirsiniz, Kloze məni keçsəydi də heç üzülməzdim. Çünki artıq başqa futbolçuların tarixi yeniləmək vaxtı yetişib".
 
Uruqvaylıları yarım milyon azarkeş qarşıladı
Uruqvay milli komandası CAR-da keçirilən dünya çempionatının final mərhələsini qəhrəman kimi tərk etdi. 19-cu mundialda 4-cü yeri tutan cənubi amerikalıları vətənlərində yarım milyon azarkeş qarşılayıb. Buna Oskar Tabaresin yetirmələrinin çempionatdakı uğurlu çıxışı səbəb olub. Komandanın uzun fasilədən sonra yarımfinala çıxması, həmçinin Cənubi Amerikadakı əzəli rəqibləri Braziliya və Argentinadan daha yaxşı çıxış etməsi Uruqvayda böyük sevinclə qarşılanıb. Bu səbəbdən də uruqvaylılar vətənlərində təntənəli surətdə qarşılanacaqlar. 500 min futbolsevərin qatılacağı tədbirlərin mərkəzi isə paytaxt Montevideoda olacaq.
 
Pol yenə yanılmadı
Almaniyanın Oberhauzen şəhərindəki akvariumda yaşayan 8 ayaqlı "falçı ilbiz" Almaniya yığmasının dünya üçüncüsü olacağını müəyyənləşdirək yenə yanılmadı. Pol adlı ilbiz akvariuma qoyulan içi yemək dolu Uruqvay və Almaniya bayraqlarını əks etdirən qutular arasında seçim edərək Bundestimin dünya üçüncüsü olacağını iddia etmişdi. Maraqlısı isə odur ki, dəniz heyvanı indiyədək etdiyi seçimlərdə yanılmayıb. Belə ki, Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Almaniyanın bütün oyunlarını düzgün müəyyənləşdirən ilbiz Bundestimin Serbiya və İspaniya məğlub olacağını da demişdi.
 
Xanım Uebbdən maraqlı açıqlama
2010-cu il dünya çempionatının final oyununu idarə edən 39 yaşlı keçmiş polis işçisi - ingilis Hovard Uebbin xanımı həyat yoldaşının hakimliyindən baş açmır. Final qarşılaşmasından əvvəl həyat yoldaşı barədə maraqlı açıqlama verən Key Uebb srağagün baş tutan Niderland - İspaniya yığmalarının final görüşünü idarə edən həyat yoldaşı ilə görə fəxr etsə də, onun meydanda futbolçularla necə dil tapdığını anlaya bilmir. O bildirib ki, Hovard heç öz üç uşağını idarə edə bilmir: "Başa düşə bilmirəm ki, bu, onda necə alınır. Hovard heç övladlarına nəzarət edə bilmir. Futbol meydançasında oynayanlarla isə bacara bilir".