14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Lövə "Ləyaqət orden"i verildi
Almaniya prezidenti Kristian Valff yığma komandanın baş məşqçisi Yoahim Lövün ölkənin idman təbliğatında göstərdiyi xidmətlərinə görə, "Ləyaqət ordeni" ilə təltif olunmasına qərar verib. Bu barədə dünya çempionatının keçirildiyi Cənubi Afrika Respublikasında olan Valff keçirdiyi mətbuat konfransında bildirib. Almaniya millisi ilə qürur duyduğunu deyən prezident komandanın ölkəsinin dünyadakı ən böyük elçisi olduğunu dilə gətirib.
   4 il əvvəl ölkəsində düzənlənən Dünya çempionatında bürünc medalları qazanan zaman olduğu kimi komandanın yenidən gümüş dəfnə ağacı yarpağı ilə mükafatlandırılması təklifini irəli sürən Valff, hazırkı yığmanın 1972-ci ildən bu yana ən güclü Almaniya olduğunu da bildirib. Prezident həmçinin qeyd edib ki, Almaniyanı 2014-cü ildə Braziliyada keçiriləcək Dünya çempionatında böyük prespektiv gözləyir.
 
Martinonun istefası qəbul olunmadı
Dünya çempionatında mübarizəni 1/4 finalda dayandıran Paraqvay yığmasının baş məşqçisi Xerardo Martinonun istefası qəbul olunmayıb. "Soccer.com"un məlumatına əsasən, argentinalı mütəxəssis postunda işini davam etdirəcək. Ölkənin milli futbol federasiyası bu gün Martino ilə müqavilənin müddətini uzatmağa qərar verib. Rəhbərlik öncə istefasını qəbul etdiyi təcrübəli mütəxəssisin rəhbərliyi altında komandanın mundialdakı uğurlarını nəzərə alıb. Martino federasiyaya ona göstərilən etimada görə minnətdarlıq edib: "Yığmanın sükanı arxasında qalmağıma baxmayaraq, 2014-cü il dünya çempionatında ona rəhbərlik edəcəyim hələ bilinmir. İndi qarşımda duran vəzifə komandanı Argentinada keçiriləcək Amerika Kubokuna hazırlamaqdır. Ancaq fikrimcə, biz bu turnirdən sonra da federasiya ilə əməkdaşlıq edəcəyik". Qeyd edək ki, Paraqvayın qrup qalibi olduğu mundilada yeganə məğlubiyyəti 1/4 finalda İspaniyaya 0:1 hesabı ilə uduzduğu oyun olub.