14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Ən yaxşılar - Luqano və Vittek
Türkiyə yığması dünya çempionatında iştirak etməsə də, Cənubi Afrika Respublikasında keçirilən 19-cu mundialda Superliqa təmsil olundu. Əlbəttə ki, Türkiyə çempionatında çıxış edən legionerlərin sayəsində. Müvafiq olaraq, Slovakiya, Kamerun, Avstraliya, Meksika, Braziliya, Kot-D"İvuar, Uruqvay və Çili Milli komandalarının heyətində çıxış edən 14 futbolçu DÇ-də yığmaları ilə yanaşı, həm də Superliqa klublarını təmsil etdjilər.
   Qardaş ölkə başa çatan dünya çempionatı üçün araşdırma aparıb və belə qənaətə gəlib ki, Türkiyə Superliqasının mundialda çıxış edən futbolçuları arasında ən uğurlusu Uruqvay millisinin kapitanı Dieqo Luqano oldu. Əlbəttə, bu da əsassız deyil. Çünki Cənubi Amerika yığması dünyanın dörd ən güclü ölkələri arasında yer aldı və bu uğurda təcrübəli müdafiəçinin böyük əməyi oldu. 14 futbolçu arasında bombardirlik keyfiyyətlərilə diqqəti çəkənsə Slovakiya yığmasının hücumçusu Robert Vittek oldu. "Ankaragücü"nün formasını geyinən təcrübəli forvard mundialda vurduğu dörd qolla bombardirlər sırasında da yer aldı. Millisinin DÇ-dən tez kənarlaşması hücumçunun daha çox fərqlənmək imkanını əlindən aldı.
   DÇ-də çıxış edən Superliqa təmsiçiləri aşağıdakılardır:
   Covanni dos Santos - "Qalatasaray", Meksika
   Lukas Neyl - "Qalatasaray", Avstraliya
   Harri Küell - "Qalatasaray", Avstraliya
   Mile Jedinak - "Antalyaspor", Avstraliya
   Elano Blumer - "Qalatasaray ", Braziliya
   Əbdülqədir Keyta - "Qalatasaray", Kot-d"İvuar
   Dieqo Luqano - "Fənərbağça", Uruqvay
   Filip Holosko - "Beşikdaş", Slovakiya
   Robert Vittek - "Ankaragücü", Slovakiya
   Marek Sapara - "Bursaspor", Slovakiya
   Rodriqo Telyo - "Beşikdaş", Çili
   Riqober Sonq - "Trabzonspor", Kamerun
   Həmidu Süleymanu - "Kayserispor", Kamerun
   Ncitap Jeremi - "Ankaragücü", Kamerun
   
 
Elanonu SSKA istəyir
Yığma komandası uğurla çıxış edə bilməsə də, Braziliya millisinin üzvü Elano Blumerin baxımlı oyunları yarımmüdafiəçini diqqət mərkəzinə saldı. Ötən mövsümün ikinci yarısından "Qalatasaray"ın uğurları üçün çalışan "sambaçı" karyerasını Rusiyada davam etdirə bilər. Fransa mətbuatının iddiasına görə, braziliyalı futbolçu ilə Moskvanın SSKA klubu maraqlanır. Rusiya klubu Frank Raykaardın rəhbərlik etdiyi "aslanlar"a braziliyalının əvəzində, yaponiyalı Keysuke Honda ilə yanaşı 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Keysuke Honda ilə maraqlansa da, tələb edilən məbləğ yüksək olduğu üçün Türkiyə nəhəngi fikrindən daşınmışdı.
 
Trezegeyə türklərdən dəvət var
"Yuventus" klubundan ayrılacağı dəqiqləşən fransız futbolçu David Trezegenin meneceri Antonio Kaliondo müştərisinin Türkiyə klublarından birindən təklif aldığını bildirib. " Hazırda "Valensiya" ilə danışıqlar aparırıq. Bundan başqa Türkiyədən də bir rəsmi təklif almışıq. İndi bu təklifləri dəyərləndirməklə məşğuluq", - deyə Trezegenin meneceri vurğulayıb. Antonio Kaliondo Trezege ilə maraqlanan Türkiyə klubunun adını açıqlamayıb. Xatırladaq ki, David Trezege 2000-ci ildə Fransanın "Monako" klubundan "Yuventus"a transfer olunmuşdu.
 
Özil "Mançester Yunayted"də
Dünya çempionatında uğurlu çıxışı ilə yadda qalan və Avropanın aparıcı klublarının diqqətini çəkən Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisi Məsud Özil karyerasını İngiltərə nəhəngi "Mançester Yunayted"də davam etdirə bilər. Britaniya mətbuatının yazdıqlarına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Ales Fergüsson turk ulduzu komandasında görmək niyyətində israrlıdır. 69 yaşlı təcrübəli şotland çalışdırıcı yerli mətbuata açıqlamasında bunu təsdiq edib. Məsutun "Mançester Yunayted"də karyerasını başa vuran Pol Skoulzu əvəzləyəcəyi gözlənilir. "Mançester Yunayted" rəhbərliyi Məsut Özilin transferi üçün "Verder" klubuna 25 milyon avro təklif edib. Xatırladaq ki, Məsut Özil Almaniya yığma komandasının heyətində mundialda iştirak edir. Məsut Özilin lideri olduğu komanda bu gün Uruqvay yığması ilə üçüncülük uğrunda oyuna çıxacaq. Oyun Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
 
Kananın sevgilisi dünya gözəlidir
Türkiyə nəhəngi "Qalatasaray" klubunun yeni transfer etdiyi futbolçu Türkiyəyə gəlmədən onun şəxsi həyatı ilə bağlı məlumatlar yayılmağa başlayıb. "Habertürk" agentliyinə istinadən verilən məlumata görə, "sarı-qırmızılar"ın "Sanderlend"dən aldığı çernoqoriyalı futbolçu Lorik Kananın sevgilisi Zana Krasniç dünya gözəlidir. O, 2008-ci ildə "Dünya gözəli" titulunu qazanıb.
 
Qaşın vəsiqəsini aldılar
İspaniyanın La Liqa təmsilçisi "Xetafe" klubuna transfer olunan Türkiyə millisinin futboçusu İbrahim Qaş içkili vəziyyətdə maşın idarə etdiyi üçün cəzalandırılıb. "Doğan" agentliyinin yaydığı xəbərə əsasən, yol polisi əməkdaşları İstanbulda bir maşını saxlayıblar. Maşındakılar "Beşiktaş"dan İspaniyanın "Xetafe" komandasına transfer olunan İbrahim Qaş və daha dörd nəfər olub. Avtomobili idarə edən İbrahim Qaşın əvvəlcə sənədləri yoxlanılıb, daşa sonra isə alkoqol yoxlamasından keçməsi təklif olunub. Müayinə zamanı Türkiyə millisinin futbolçusunda 55 promil alkoqol aşkarlanıb. İbrahim Qaş əvvəlcə müayinənin nəticəsinə etiraz etsə də, sonradan bundan vaz keçib və protokolu imzalamağa razılaşıb. Maşında olan üç qadın yoluna taksi ilə davam edib. İbrahim Qaşın isə sürücülük vəsiqəsi altı ay müddətinə əlindən alınıb və futbolçu cərimə edilib. Daha sonra maşın İbrahim Qaşın yanında olan və spirtli içki qəbul etməyən dostuna təhvil verilib.
 
İngilislər "Qartal"a "yox" dedi
"Beşiktaş" klubunun "Mançester Siti"nin braziliyalı oyunçusu Robinyunu heyətinə qatmaq istəyi baş tutmayıb. soccernews.ru saytına istinadən xəbər verir ki, istanbullular Robinyoya görə, 16,7 milyon avrodan keçməyə hazır olduqlarını bildiriblər. Lakin CAR-da keçirilən Dünya Çempionatındakı uğurlu çıxışı braziliyalı ulduzun qiymətini artırdığından "Mançester Siti" bu məbləğə razılaşmayıb. Üstəlik Robinyo özü də Türkiyəyə yollanmaq istəmədiyini bildirib.x
 
Quti gəlir
"Real" Madridə lazım olmayan təcrübəli yarımmüdafiəçi Xose Mariya Qutyerres, yaxıd qısaca, Qutini "Beşiktaş" alır. Baş məşqçi vəzifəsinə Bend Şuster və ulduz futbolçu Kuarejmanın ardınca Qutinin transferi "ağ-qaralar"ın mövsümə cəlbedici işlərlə girdiyi qənaəti yaradır. Türkiyə mətbuatının məlumatına görə, ispan futbolçu gələn həftənin əvvəlində İstanbula gəlib rəsmi müqaviləyə qol çəkəcək. Müqavilənin məbləği haqda informasiyalar dəqiq deyil.
 
Həsən Qəbzə Fransaya getdi
Rusiyanın "Rubin" klubunda çıxış edən türk hücumçu Həsən Qəbzə bundan sonra karyerasını Fransada davam etdirəcək. Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Rubin"lə müqavilə müddəti başa çatmış Kabze Fransanın "Monpelye" klubuna havayı başa gəlib. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Xatırladaq ki, Kabze "Rubin"ə "Qalatasaray"dan keçmişdi. O, Türkiyə və Rusiya çempionu titullarına sahibdir. Türkiyə yığmasının da şərəfini 7 dəfə qorumuş hücumçu bu oyunlarda 2 dəfə fərqlənib.
 
Sosa artıq Antəpdədir
Yeni mövsümdə daha uğurlu çıxış etməyi planlaşdıran "Qaziantəpspor"un müqavilə bağladığı Viktor İsmael Sosa artıq Türkiyədədir. Antəp təmsilçisinin "İndependyente"dən transfer etdiyi 23 yaşlı gənc hücumçu yeni klubunun düşərgəsinə dünən qoşulub. Türkiyə klubu ilə 5 illik müqavilə bağlayan cənubi amerikalı forvard ilk məşqinə də çıxıb. Hava limanında 300-ə yaxın azarkeşin qarşıladığı Sosa açıqlamasında bildirib ki, Türkiyəyə gəldiyi üçün özünü xoşbəxt sayır və komandasının uğur qazanması istimqamətində əlindən gələni edəcək: "Mənə elə gəlir ki, Türkiyədə çıxış etmək çətin olmayacaq. Bura çempion olmaq üçün gəlmişəm. Niderlandda keçirəcəyimiz təlim-məşq prosesi müddətində komandaya uyğunlaşacağıma inanıram".