
UEFA prezidenti Mişel Platinin səhhətində problem yaranıb. Əfsanəvi futbolçu DÇ-2010-un keçirildiyi Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.
Platini restoranların birində nahar etdiyi zamanı huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Ancaq ciddi bir şey aşkar etməyən həkimlər 55 yaşlı fransalının soyuqladığını bildirib. Daha sonra Platinin zəhərləndiyi söylənilsə də, bu da əsl səbəb deyilmiş. Əslində UEFA prezidenti infarkt keçirdiyi məlub olub.