14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Kubokun sahibi Aleksandr Kaykutu gətirdi
Yeni Zelandiya yığmasının hücumçusu Şeyn Şmeltsin "Bakı"ya keçidi bu gün məlum olacaq. CAR-da keçirilən dünya çempionatında İtaliyanın qapısına vurduğu qolla məşhurlaşan 28 yaşlı forvard karyerasını Azərbaycanda davam etdirməyə razılıq verib. Keçidin reallaşması onun istədiyi məbləğdən asılıdır. Bakılılar 650 min avro ödəməyə "hə" desə, o, 2 gün sonra ölkəmizə təşrif buyuracaq. Almaniyada keçirilən yoxlam oyunlarında komandaya dəvət olunan legionerlər də sınaqdan keçirilərək onların bəziləri ilə müqavilə imzalanıb.
   Şaferin son matçda da meydana buraxdığı toqolu hücumçu Asimeo Unyevu isə ümidləri doğrulmayıb. Bunu nəzərə alan alman mütəxəssis futbolçunun oyununu bəyənməyərək onu geri göndərib. Ötən gün düşərgəyə daha bir legioner gəlib. Aleksandr Kaykut Bosniya və Herseqovina yığmasının üzvüdür. 26 yaşıl hücumçu "Sarayevo"nun yetirməsidir. Son mövsümü "Botaç"ın heyətində çıxış edib. Onun da transferi bu gün aydınlaşacaq. Ayağında çat aşkarlanan Elvin Əliyev isə "Bakı"nın Almaniyadakı təlim-məşq toplanışına qatılsa da, orada yalnız fərdi məşqlərlə kifayətlənib: "Zədəm hələ tam sağalmayıb. Daha doğrusu, həkimlər komanda ilə birgə məşqlərə qatılmağıma icazə vermirlər. Komandamızla birgə Almaniyaya mən də getmişdim. Hər gün fərdi şəkildə trenajor zalında məşq edirdim. Həkimlər iyulun 15-dən sonra kollektivlə hazırlığıma icazə verdiyindən, komanda ilə hazırlığa həmin vaxtda qoşulacam". Kapitan "Buduçnost"la oyuna da münasibət bildirib: "Mən komandanın içində deyiləm. Kənardan baxanda "Bakı"nın mühüm oyuna tam hazır olmadığı görünür. Heyətdə xeyli yeni oyunçular var. Onların bir-birinə uyğunlaşması üçün müəyyən vaxt lazımdır. "Olimpik-Şüvəlan"la oyun pis alınmadı. Ancaq çatışmazlıqların olduğu hiss olunurdu". Karyerasını paytaxt klubunda başa vuracaq Mahmud Qurbanov da Şaferin rəhbərliyi altında qələbə qazanacaqlarına inandığını vurğulayıb: "Almaniyada yaxşı təlim-məşq toplanışı keçirdik. Orada olduğumuz müddətdə 4 yoxlama oyununda gücümüzü sınadıq. Normal oyunlar oldu. Rəhbərlik komandanın yaxşı hazırlıq keçməsi üçün əla şərait yaratmışdı. Şafer təcrübəli baş məşqçidir. İşini bilən və istəklidir. Heyətə yeni cəlb olunan oyunçuların nəyə qadir olduğu Avropa Liqasının oyunları zamanı ortaya çıxacaq. Amma təcrübəli futbolçular olduğunu deyə bilərəm". Çernoqoriya klubu ilə oyunlarda şansları dəyərləndirən 37 yaşlı yarımmüdafiəçi Bakıda qələbə qazanmağa borclu olduqlarını söyləyib: "Rəqibi məğlub edəcək gücdəyik. Həm də qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, təbii ki, rəqiblərimizi yenməliyik. Bakıdakı oyunda qələbə qazanacağımıza inanıram".
   
Vüsal
 
Belçika saytları "Neftçi"dən üzr istədi
"Neftçi" Avstriyada hazırlıqlarını davam etdirir. Gün ərzində iki dəfə məşq edən komanda sabah Bakıya dönəcək. Dünən komanda Avstriyanın güclülər dəstəsindən "Zalsburq"La qüvvəsini sınamalıydı. Saat 21:00-da başlamalı olan görüş nədənsə baş tutmayıb və bakılılar ikitərəfli oyunla kifayətləniblər. Makedoniya yığmasının kapitanı İqor Mitrevskinin keçidi artıq rəsmiləşib. Flaqman 31 yaşlı müdafiəçi ilə iki illik müqavilə bağlayıb. Mitrevski artıq "Neftçi"nin Avstriyadakı hazırlıq prosesinə qatılıb. O, iki ay elə bu məkanda yığmamızla yoldaşlıq görüşündə iştirak edib. Uzun illər Moskva "Spartak"ında, daha sonra Almaniyada "Enerji" klubunda çıxış edən İqor bu il Sofiya MOİK-ində forma geyirdi. Mitrevski "Neftçi"nin heyətində ikinci makedoniyalı futbolçu oldu. Buna qədər digər yığma üzvü - yarımmüdafiəçi Slavko Georgiyevski ilə müqavilə bağlanılmışdı. "Neftçi"nin Moussa Koitanı baxışa çağırması isə Belçika mətbuatının diqqətindən yayınmayıb. Müqavilə ilə "Genk"ə bağlı olan hücumçunun ölkəmizə gəlməsi ilə bağlı əksər yerli qəzet və saytlar məlumat yayıb. Əksər saytlar "Neftçi"nin "Anderlext"lə Çempionlar Liqasındakı qarşılaşmasını xatırladaraq, klubu Azərbaycan təmsilçisi kimi təqdim edib. Lakin "Neftçi"nin bəyənmədiyi Koita ilə bağlı xəbər yayan saytlardan biri - voetbalbelgie.be "Neftçi"ni erməni klubu adlandırıb. "Erməni klubu "Neftçi" (Bakı) Koitanı baxışa çağırdı"- deyə sayt yazıb. Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentnin rəisi Elnur Əşrəfoğlunun sözlərinə görə, bununla əlaqədar artıq qarşı tərəfə müraciət olunub: "Biz xəbərdə "Neftçi"nin Azərbaycan yox, işğalçı Ermənistan klubu kimi təqdim olunması ilə bağlı həm www.voetbalbelgie.be saytına, həm də Belçika Futbol Federasiyasına məktub ünvanlamışıq. Onlar bizdən üzr istəyərək, bu nöqsanın tezliklə aradan qaldırılacağını bildiriblər. Bir məqamı da qeyd etmək istəyirəm ki, www.voetbalbelgie.be saytı öz-özünə zidd gedib. Həmin saytda bundan bir neçə gün öncə yerləşdirilən xəbərdə isə "Neftçi"nin 2005-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Anderlext"lə oynadığı xatırlanmışdı və komandamız Azərbaycan təmsilçisi kimi göstərilmişdi. Ancaq nədənsə, növbəti xəbərlərin birində Koitanın Ermənistan klubu olan "Neftçi"də baxışda olduğu yazılıb. Göründüyü kimi, sayt rəhbərliyi kobud səhvə yol verib. Bu məsələdə bizə dəstək göstərən Azərbaycanın bütün KİV nümayəndələrinə minnətdarlığımızı bildiririk. İnanıram ki, bundan sonra da Azərbaycana, o cümlədən ölkə idmanına qarşı xarici mətbuatın qəsdən və ya bilməyərəkdən buraxdığı səhvlərin öhdəsindən birgə gələcəyik".
   21 yaşlı yarımmüdafiəçi Eşqin Quliyev təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini söyləyib: "Biz burada çox intensiv məşqlər edirik. Bunun bəhrəsini görəcəyimizə əminəm. Komandamızın heyətində təcrübəli futbolçularla yanaşı, xeyli sayda gənc də yer alır. Baş məşqçimiz Arif Əsədov "Neftçi"nin gənclərinə xüsusi önəm verir. Hazırlıq görüşlərində qarşılaşdığımız güclü kollektivlərlə matçlarda baş məşqçimiz bizlərə də şans verərək özümüzü göstərmək imkanı yaradır. Ümumiyyətlə, mən düşünürəm ki, heyətimiz tam komplektləşdikdən sonra "Neftçi" Premyer Liqanı qazanmağa ən real namizəd olacaq. Özümə gəldikdə isə, məşqlərdə var gücümlə çalışaraq komandanın əvəzedilməz üzvlərindən birinə çevriləcəyimə inanıram. Bu il çempionatda sərgiləyəcəyim oyunla "Neftçi"də gənclərə verilən önəmin əbəs olmadığını sübut edəcəm".
   
 
"Buduçnost"a qarşı matça tam hazırıq"
Ötən gün "Bakı" və "Olimpik-Şüvəlan" yoxlama oyununda qüvvələrini sınayıblar. Paytaxt təmsilçiləri Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər. Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq "Bakı" məhsuldar keçən oyunda qələbə qazanıb - 4:3. Vinfred Şaferin komandasında qolları Aleksandar Soliç, Adnan Bərəkət, Joel Epalle və Anqulo Jefferson vurublar. Olimpik-Şüvəlan"ın heyətində isə Lavet Abidun, Tərlan Xəlilov və Viktor İbekoyi fərqləniblər. Matç barədə onu demək olar ki, hər iki komanda istədiyi oyunu sərgiləmədi. Faktiki hər gün yoldaşlıq görüşlərində qüvvəsini sınayan "təyyarəçilər" meydana yenə əsasən baxışa gələnləri buraxmışdı. Almaniyadan döndüyü günün ertəsi gücünü sınayan "Bakı" isə tam qüvvəsiylə mübarizə aparmadı. Fizimki yorğunluq və futbolçuların ilk dəfə bir yerdə oynamaları əvvəl dəqiqələrdən özünü büruzə verdi. Toqo yığmasının müdafiəçisi Dare Nibombe oyungecəsi Fransadan Azərbaycana gəldiyi üçün tribunada yer almışdı. "Xəzər-Lənkəran"dan alınan Juninyo Osvaldonun zədəsi sağalmadığına görə kənarda qalmışdı. Kubokun sahibi ilk hissənin gedişində hesabı 2:0-a çatdırsa da, nominal qonaqlar tezliklə özünə gəldi və status-kvonu bərpa etdi. Fasiləldən sonra da eyni ssenari təkrarlandı. Matçda son nöqtəni qoyan Tərlan Xəlilov penaltidən fərqləndi. Bu epizodu xüsusi qeyd etməliyik. Hücum xamanı "Bakı"nın yarımmüdafiəçiləri qayda pozuntusuna əl atsa da, baş hakim Rəhim Həsənov topun "Olimpik"də olduğunu nəzərə alıb, davam işarəsi verdi. Sağ cinahdan asma zamanı "mərmi" Xalidu Sissokonun qucağında qalsa da, gözlənilməz hadisə baş verdi. Yerə yıxılan nigeriyalı hücumçu Lavet Abidunu təpikləyən Stefan Bates haqlı olaraq qırmızı vərəqə aldı. Top oyunda olduğu üçün Həsənov tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Matçdan sonra jurnalistlərə açıqlama verən "Bakı"nın baş məşqçisi Vinfred Şafer komandanın vəziyyətinə qiymət verdi: "Almaniyada təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Komandamızın üzvləri məşqlərdə çox yaxşı çalışırdılar. Kollektiv daxilindəki ab-hava məni çox sevindirir. Futbolçular yoxlama oyunlarında da özlərini yaxşı tərəfdən göstərdilər. Düzdür, yoldaşlıq oyunlarında nəticə önəm daşımır. Amma onların hər bir oyuna qələbə həvəsi ilə çıxması, meydanda sonadək vuruşması məni məmnun edir". "Olimpik-Şüvəlan"a 4:3 hesabı ilə qalib gəldik. Komandamızda bir neçə yeni oyunçu var. Hansılar ki, Respublika stadionunda ilk dəfə oynayırdılar. Bu səbəbdən də oyun bizim üçün önəmli idi. Komandamız matça yaxşı başladı. Tezliklə 2 qol vurduq. Lakin sonradan bəzi oyunçularda arxayınçılıq yarandı ki, nəticədə də rəqib hesabı bərabərləşdirdi. Amma ümumi götürdükdə komandamız iyulun 15-də "Buduçnost"a qarşı keçirəcəyimiz matça tam hazırdır. Komandamız rəqiblə 90 dəqiqə fiziki cəhətdən mübarizə aparmağa qadirdir".
   
 
Oyuna gəl, avtomobil qazan!
"Bakı" - "Buduçnost" oyununun biletləri dünəndən etibarən satışa çıxarılıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın startı saat 21.00-də veriləcək. Satışda cəmi 25.000 bilet yer alıb. Standard biletlərin qiyməti 1 manat təşkil edir. C və D VİP biletlərinin qiyməti isə 2 manatdır. Eyni zamanda oyunu kollektiv şəkildə izləmək arzusunda olan müəssisə və təşkilatlar üçün korporativ biletlər təklif olunur. Oyun həm də onunla əlamətdar olacaq ki, "Bakı" azarkeşləri üçün xüsusi sürpriz hazırlayıb. Belə ki, matçı stadiondan izləyən tərəfdarlar qiymətli hədiyyələr, o cümlədən, avtomobil qazanmaq imkanı əldə edəcəklər. Qeyd olunduğu kimi, oyun başa çatdıqdan sonra stimullaşdırıcı lotereya təşkil olunacaq. Sizin biletiniz bu ani lotereyada iştirak etmək imkanı verir. Bunun üçün stadiona daxil olarkən biletinizini nəzarətçiyə təqdim edin. Nəzarətçi üzərində biletin seriyası olan kəsilən hissəni cıraraq, onun lototrona daxil edəcək. Oyundansonrakı lotereyada avtomobil oynanılacaq.
 
Sloveniyanı keçdik, növbədə İslandiyadır
Avrokubokların I təsnifat mərhələsi başa çatdıqdan sonra UEFA-nın reytinq cədvəli açıqlanıb. Bir həftə əvvəl keçirilən ilk görüşlərdə ölkəmizin hesabını 0,375 xalla zənginləşdirən "Qarabağ" və "Xəzər-Lənkəran" cavab oyunlarında da uduzmamaqla, daha 0,250 xal qazanıblar. Bu, son 5 mövsümün nəticələrinə əsasən 4,790 xala malik Azərbaycanın reytinqdə irəliləməsinə səbəb olub. Artıq ölkəmiz Avropada 38-ci pillədədir. Bu matçlaradək 39-cu olan Azərbaycan I təsnifat mərhələsində xala həsrət qalan Sloveniyanı (4,624) arxada qoyub. Bu uğura ağdamlıların Makedoniya "Metallurq"u ilə səfərdə, "Xəzər-Lənkəran"ın isə evdə Moldova "Olimpiya"sə ilə heç-heçə etməsi (hər ikisi - 1:1) səbəb olub. İndi ölkəmiz 37-ci olan İslandiyanı (4,957) arxada qoymağa çalışacaq. 36-cı pillədə olan Gürcüstan isə (5,832) hələlik əlçatmaz görünür.
 
"Ultras"dan dəstək
Bilindiyi kimi, iyunun 26-dan iyulun 9-a kimi Almaniyanın Bitburq şəhərində təlim-məşq toplanışında olan "Bakı" hazırlıq prosesi çərçivəsində iyulun 8-də Gündem şəhərində yerli "SV Alemaniya" ilə qarşılaşıb. Bu matç almaniyalı futbolsevərlərin marağına səbəb olub. Ümumilikdə, qarşılaşmanın gedişi 200-dən artıq azarkeş izləyib. 30 nəfərlik "Ultras" azarkeş birliyi isə "Bakı"nın oyununu izləmək üçün 100 km yol qət edib. Baş məşqçi Vinfrid Şefer və yeni transfer Joel Epallenin azarkeşi olan bu qrupun üzvləri "SV Alemaniya" ilə görüşdə 90 dəqiqə dayanmadan komandamıza dəstək olublar. Tez-tez səslənən "Bakı, Baku" şüarlarından əlavə, yerli fanatlar sevimlilərinin lehinə də şüarlar səsləndirməyi unutmayıblar. Qarşılaşmadan sonra isə fanatlar komandamızın üzvləri ilə xatirə şəkilləri çəkdiriblər.
 
Rəqib vətənə məğlub qayıdır
Avropa Liqasının II təsnifat mərhələsində "Bakı" ilə qarşılaşacaq Çernoqoriya "Buduçnost"u Sloveniyadakı təlim-məşq toplanışını başa vurub. Yeni mövsümə Zlatibor şəhərində hazırlaşan Podqoritsa təmsilçisi sonuncu yoxlama oyununda "Sloboda" (Sevoyno) komandası ilə görüşüb. Bu qarşılaşmada əsasən gənclərə üstünlük verən çernoqoriyalılar 0:2 hesabı ilə uduzublar. Bununla da "Buduçnost" Podqoritsaya məğlub qayıtmalı olub. Son görüşdən əvvəl isə Serbiya "Rada"ı ilə oyunda qüvvəsini sınayıblar. Məhsuldar alınan oyunda 4 qol vurulsa da, qalib müəyənləşməyib - 2:2. "Buduçnost"un heyətində Yovan Nikoliç və kapitan İvan Vukoviç fərqlənib.