14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Azərbaycan DÇ-da necə təmsil oluna bilər?
Gülağa Cabbarov "... Futbol öz simasını itirəcək"
CAR-da keçirilən dünya çempionatı estetik futbol həvəskarlarının ümidlərini ölüdrməklə bərabər, ciddi hakim səhvləri ilə yadda qaldı. Məhz onların "sayəsində" İngiltərə Almaniyaya 1:4, Meksika isə Argentinaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. FİFA prezidenti Yozef Blatter də bu səbəbdən İngiltərə və Meksika futbol federasiyalarının rəhbərlərindən üzr istəyib. Ali futbol qurumunun rəhbəri 1/8 final mərhələsində qeydə alınan hakim səhvlərinə münasibət bildirmək qərarına gəlib.
   Blatter Almaniya ilə oyunda ingiltərəli Frank Lempardın qolunun qeydə alınmamağının, həmçinin argentinalı Karlos Tevesin Meksika ilə qarşılaşmada oyundankənar vəziyyətdən fərqlənməsinin ədalətsizlik olduğunu etiraf edib: "Mən İngiltərə və Meksika futbol federasiyalarının nümayəndələri ilə söhbət etmişəm. Onlar hakim səhvlərinə məyus idilər. Mən onlardan üzr istədim. Başa düşürəm ki, onlar narazıdırlar və hakimliyi tənqid etmək haqları var. Həm ingilislər, həm də meksikalılar üzrxahlığımı qəbul etdilər".
   Görəsən, CAR stadionlarında baş verən hadisələrə bizim rəsmilərin münasibəti necədir? Nə vaxtsa hansısa hakimimiz
   Azərbaycanı belə mötəbər yarışlarda təmsil edə bilərmi? Axı yaxınlarda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ictimaiyyətdə gülüş doğuran açıqlama vermişdi. O, 2012-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələ oyunlarına ölkəmizdən bir hakimin də təyinat alacağını bildirmişdi. Odur ki, hazırda Yesuntikidə istirahətdə olan X.Məmmədovun yerinə bu suallara AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov cavab verir.
   (əvvəli ötən sayımızda)
   - Bu çempionatda sizin diqqətinizi cəlb edən hansı hakimləri qeyd edə bilərsiz?
   
- Asiya hakimlərinin uğurlu çıxışı məni çox sevindirdi. Həm Rövşən İrmatov, həm də Yapon hakim Nişimura yüksək peşəkarlıq nümayiş etdirdilər. Ümumiyyətlə, Avropa və Cənubi Amerika hakimləri həmişə digər konfederasiyaların hakimlərindən seçiliblər. Belə görünür ki, FİFA bu sahədə olan boşluğu doldurmaq istəyir. Ona görə Asiyadan olan cavan hakimlərə bu qədər yüksək etimad göstərir. Qvatemaladan olan hakimi də bu siyahıya aid etmək olar. Bu hakimlərin öz daxili çempionatlarında idarə etdikləri oyunlar bu qədər yüksək səviyyəli olmur. Ümumiyyətlə, mən Qvatemalada peşəkar səviyyədə keçirilən daxili çempionatın olmasına əmin deyiləm. Bu səbəbdən bu hakimlərin uğuru alqışa layiqdir. Avropa hakimlərindən isə Hovard Uebi, Ştarkı və Frank de Blekeri qeyd edə bilərəm. Onlar Rozetti və Busakkanın zəif hakimliyi fonunda lider plana çıxdılar. Cənubi Amerikaya gəldikdə deyə bilərəm ki, onları bu çempionatda təcrübəli hakimlər təmsil edirdi. Bu hakimlərin əksəriyyəti yaşlarının çox olması ilə seçilirdilər. Bu faktın onların fiziki hazırlıq səviyyəsinə ciddi təsir etmədiyinin şahidi olduq.
   - Bəs sizin fikrinizə görə çempionatın uğursuz hakimləri kimlər idi?
   
- Qəribə haldır ki, çempionatın uğursuz hakimləri öz qitələrinin və dünyanın ən yaxşı hakimləri olan Rozetti və Lariondo oldu. Uruqvaylı hakim Xorxe Lariondo reytinqə görə dünyanın ən güclü hakimi sayılır. Bu fakt bizə sübut edir ki, heç bir hakim səhvdən sığortalanmayıb. Mənim fikrimcə çempionatın ən ağır səhvini uruqvaylı briqada etdi. Qapıdan keçən topun hesaba alınmaması mənə dahi hakimimiz Tofiq Bəhramovu xatırlatdı. Tofiq müəllim bundan qat-qat çətin situasiyada düzgün qərar vermiş və öz qərarının üzərində inad etmişdi. Əfsuslar olsun ki, indi bu cür hallara az rast gəlinir.
   - Rövşən İrmatovdan belə hakimlik gözləyirdiz?
   
- Rövşən İrmatov artıq tarixə düşüb. Çempionatdan əvvəl ona Tofiq Bəhramovun uğurlarını təkrarlaya biləcək kimi bir sualı verilmişdi. O, bu suala çox ehtiyatlı cavab vermişdi. İndi çempionatın sonunda onun uğurunu tarixi uğur hesab etmək olar. Rövşən İrmatovun əsas üstünlüyü yaşının az olmasıdır. FİFA siyahısına çox tez daxil olan İrmatov dünya çempionatına qədər bir çox mötəbər yarışlarda hakimlik edib. O, fiziki cəhətdən çox hazırlıqlıdır və futbolu başa düşür. Onun xarici görünüşü müasir standartlara cavab verir. Qeyd etməliyəm ki, Rövşən İrmatovun intellektual səviyyəsi çox yüksəkdir. O, iki ali təhsil diplomuna malikdir. Bütün bu faktlar onun uğurunun əsasıdır. İndi onun ən çatışmayan cəhəti təcrübəsizliyi və meydanda avtoritetinin az olmasıdır. Bəzi oyunlarda tanınmış futbolçuların ona çox sərt cavab verdiyinin şahidi olmuşduq. Bu məqam zaman keçdikcə dəyişəcək. Mən əminəm ki, gələcəkdə onu daha ciddi uğurlar gözləyir.
   - Biz Azərbaycan hakimlərini nə vaxt dünya çempionatında görəcəyik?
   
- Azərbaycan Avropa konfederasiyasında yerləşir. Avropanın futbolunda olduğu kimi, hakimlik sahəsində də çox ciddi rəqabət var. Hakim bir çox mərhələlərdən keçməlidir. Bu çox çətin prosesdir. Hətta çox güclü yığma komandaları olan Türkiyə və Rusiya kimi ölkələrin bu səviyyədə hakimləri yoxdur.
   - Azərbaycan hakimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün hansı işlər görülür?
   
- Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra hakimliyə çox böyük diqqət ayrılır. Azərbaycan hakimləri ildə iki dəfə yüksək səviyyədə təşkil olunmuş təlim-məşq toplanışlarında iştirak edirlər. Bu toplanışlarda FİFA-nın təqdim etdiyi materiallar əsasında onlara dərslər keçilir. Yığıncaqlar və seminarlar isə daimi xarakter alıb. İndi Avropada Hakimlik Konvensiyası adlanan konsepsiya var. UEFA bu konvensiyaya federasiyaları qəbul etməklə hakimliyin səviyyəsini vahid standarta çatdırmaq istəyir. Üzv federasiyalar konvensiyaya qoşulmaqla, bir çox üstünlüklər əldə edirlər. Bizim federasiya da öz növbəsində konvensiyaya qoşulmaq niyyətindədir. Federasiyanın baş katibi Elxan Məmmədovun səyi nəticəsində UEFA-ya bu məsələ ilə əlaqədar bütün sənədlər göndərilib. Əgər yadınızdadırsa, bir neçə ay öncə UEFA bu məsələ ilə əlaqədar öz nümayəndəsini Azərbaycana göndərmişdi. Bizim federasiyanın konvensiyaya tam hüquqlu üzv olması hakimliyin səviyyəsini ciddi şəkildə dəyişəcək. Bu günlərdə hakimliyə həsr edilmiş bir sayt da açılıb.
   - Saytın adı nədir?
   
- Saytın adı www.fit.az-dır.
   - Saytın əsas məqsədi nədən ibarətdir?
   
- Bu sayt "Azərbaycan Futbol Hakimləri" ictimai birliyinin saytıdır. Sayt Azərbaycan və dünya futbol hakimliyində olan yenilikləri istifadəçilərin nəzərinə çatdırır. Saytın əsas məqsədi hakimliyin təbliğatıdır. Azərbaycanda bir çox futbol mütəxəssisləri futbol qaydaları ilə əlaqədar kifayət qədər savadlı deyil. Saytımız həm futbol qaydalarını, həm də bir çox materialları istifadəçilərə təqdim edir.
   - Video texnologiyaların futbolda istifadəsinə münasibətiniz necədir? Bu video təkrarlar hakimlərin səhvlərini bir qədər azalda bilərmi?
   
- Mən hakimliyin inkişafını video texnologiyaların istifadəsində görmürəm. Hər halda bu cür vasitələrdən istifadə edilsə, futbol öz simasını itirəcək. Mən bu halın baş verməsini istəmirəm. Bu yalnız mənim fikrim deyil. FİFA-nın prezidenti də belə fikirləşir. Ümumiyyətlə, FİFA-nın nəzdində Beynəlxalq Şura var. Bu Şura bəzən qaydalar komitəsi adlandırılır. Qaydalara dəyişikliklərin edilməsi bu qurumun üzərinə düşür. Şura öz sonuncu iclasında video texnologiyaların hər hansı formada istifadəsinin əleyhinə çıxıb. Bunun əvəzinə qapı xəttinin üzərində olan əlavə köməkçilərin istifadəsini dəstəkləyib. Bu insanlar çox konservativ ruhludurlar. Onlar futbola hər hansı texnoloji müdaxiləni qəbul edə bilməzlər.
   
Nihad
 
"Olimpik-Şüvəlan" artıq "AZAL" oldu
"Olimpik-Şüvəlan" adının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Quruma ünvanlanan məktubda klubu bundan sonra "AZAL" adlanacağı bildirilir. "Olimpik-Şüvəlan" PFK-nın təsisçiləri və rəhbərliyinin ümumi qərarına əsasən klubun adı dəyişdirilərək "AZAL" PFK olub. Artıq bununla bağlı sənədlər də tərtib olunub və yaxın günlərdə qeydiyyat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndəriləcək. "Təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov "Futbol+Qol"a açıqlamasında bildirib ki, məsələ komandanın himayədarlarının görüşündə dəqiqləşib: "Bilirsiz ki, klubumuzun əsas sponsoru "AZAL" Hava Konsernidir. Artıq neçə ildir ki, komandaya onlar baxır. Bu müddətdə "Olimpik"in maliyyə cəhətdən vəziyyəti stabil olub və indi də hər şey normaldır. Sponsorlar klub üçün əlindən gələni edir. "AZAL"ın çəkdiyi zəhmət böyük olduğundan, adı hər yerdə bilinməlidir. Klubun adı dəyişsə də, planlar dəyişməyib. Şüvəlanda tikilmək üzrə olan stadion yaxın vaxtlarda təhvil veriləcək. Həmin kompleksin bütün xərclərini də "AZAL" ödəyir".
 
"Ayaks"ın yetirməsi baxışa gəldi
Premyer Liqa klubları növbəti mövsümün hazırlıqlarını davam etdirirlər. Bu məqsədlə 3 gün öncə Zabrat qəsəbə stadionunda "Olimpik-Şüvəlan"la "Simurq" yoxlama görüşündə üz-üzə gəlib. "Təyyarəçilər" Viktor İbokoyenin vurduğu qolla zaqatalalıları minimal hesabla məğlub ediblər. "Olimpik-Şüvəlan"ın baş məşqçisi Nazim Süleymanov bu oyunda baxışda olan bir neçə futbolçunu da yoxlayıb. Bolqar hücumu və alban müdafiəçi matçdan sonra vətənlərinə yola salınıblar. "Təyyarəçilər" dünən yeni zaqatalalılarla qarşılaşıb. Eyni məkanda keçirilən oyunda hesab bu dəfə 1:1 olub. Əli Bağırov penalti zərbəsiylə "Simurq"u hesabda irəli çıxarsa da, Viktor İbekoyi paytaxt təmsilçiçsini məğlubiyyətdən qurtarıb. "O-Ş" növbəti yoxlama görüşünü iyulun 14-də keçirəcək. "İnter"lə baş tutacaq oyun saat 10.00-da Zabrat qəsəbə stadionunda olacaq. "Təyyarəçilər"in çalışdırıcısı Nazim Süleymanov bildirib ki, təlim-məşq toplanışı çərçivəsində "Bakı"ya 3:4 hesabı ilə uduzan komandada hələ də problemlər hökm sürür. O, klubda çətinliklərin olduğunu, ancaq bunu tədricən yoluna qoyacaqlarını deyib: "Maraqlı oyun izlədik. Təbii ki, qapımızdan 4 top buraxmaq heç də yaxşı hal deyil. Ancaq rəqib qapısından 3 qol keçirməyimiz sevindiricidir. Deməli, müdafiə xəttinə ciddi fikir verməliyik. Təlim-məşq toplanışında çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Hazırda 3-4 əcnəbi oyunçunu baxışa dəvət etmişik. Litva və Slovakiyadan daha 2 futbolçu düşərgəmizə gələcək. Onlardan biri müdafiəçi, digəri isə hücumçudur. Türkiyəyə yollanacaq heyətdə "Bakı" ilə oyunda qol vuran Lavet Abidin də yer ala bilər. Ankarada isə bir neçə oyunçunu sınaqdan keçirməyi planlaşdırırıq".
   Heyətini gücləndirməyə çalışan "Olimpik-Şüvəlan" yeni futbolçuları baxışdan keçirməkdə davam edir. Yeni mövsümdən AZAL adı altında çıxış edəcək komandanın düşərgəsinə son gələn nigeriyalı futbolçu Pius İkedia olub. Peşəkar karyerasına 1997-ci ildə başlayan 30 yaşlı cinah yarımmüdafiəçisi əsasən ölkə xaricində çıxış edib. O, 1999-2005-ci illərdə məşhur "Ayaks" klubunun (25 oyun, 2 qol) uğurları üçün tər töküb. İkedia növbəti iki ili Hollandiyanın digər təmsilçisi olan "Alkmaar"ın heyətində keçirib. Cəmi 12 oyunda meydana çıxan Pius 1 dəfə qol sevinci yaşayıb. Ukraynada da çıxış etməyə imkan tapan nigeriyalı Donetsk "Metallurq"unun şərəfini qoruyub. Ancaq Piusin orada karyerası uğurlu alınmayıb. Cəmi 3 oyunda komandasına kömək edən İkedianın sonuncu klubu Hollandiyanın birinci divizionunda çıxış edən "Rozendal" olub. Futbolçu 1997-ci ildən etibarən formasını geydiyi Nigeriya yığmasının heyətində 1 dəfə fərqlənib. Onun həmyerlisi Lavet Abidun da ötən gündən düşərgədədir. Klub rəhbərliyinin Avstriya səfəri zamanı bəyəndiyi Makedoniya, Honduras və Moldova yığmalarının üzvlərinin gəlişi isə baş tutmayıb. Hər üç tərəfin nümayəndələri "təyyarəçilər"dən külli miqdarda pul istəyib ki, qarşı tərəf bununla razılaşmayıb. "Qəbələ"nin bəyənmədiyi bolqar hücumçu Georgi Mendev də iranlı Mehdi Qasımi kimi şüvəlanlıların formasını geyinməyəcək. Hazırlıq başlayandan bəri 20-yə yaxın legioneri iş başında görən Nazim bəyin Türkiyə toplanışından gözləntisi çoxdur. Keçiriləcək 4 yoxlama görüşündə yenə xeyli sayda oyunçu "mmtahan" verəcək.
 
Mahir "Anji"də insident yaratdı
Mahir Şükürovun heyətində yer aldığı "Anji" Rusiya Premyer Liqasında növbəti məğlubiyyətini alıb. Mahaçqala təmsilçisi "Zenit"lə olduğu kimi Moskva "Lokomotiv" ilə səfər oyununda da 1:2 hesabı ilə uduzub. Oyunda qələbə topunu Premyer Liqanın bombardiri olan həmyerlimiz Aleksandr Əliyev vurub. Onun ilk qolda da məhsuldar ötürmə verdiyini nəzərə alsaq, görüşün qəhrəmanı saymaq olar. Oyunda 90 dəqiqə meydanda olan Mahir rusiyalı həmkarlarımızdan 5 bal alıb. Şükürov "Zenit"lə görüşdə olduğu kimi, "Anji"nin heyətində ən aşağı bal alan futbolçulardan olub. Azərbaycanlı futbolçu insidentin də iştirakçısıdır. 28 yaşlı yığma üzvü komanda yoldaşı Bai Kebe ilə söyüşüb.Rusiyalı həmkarlarımızın yazdığına görə, Mahirlə vaxtilə Moskva "Spartak"ında oynayan seneqallı müdafiəçi buraxılan ilk topda səhvə yol verib. Onlar qoldan sonra bir-birini günahlandırdıqları zamanı təhqirlərdən də çəkinməyib. Rus həmkarlarımız Kebeyə oyununa görə 5,5, Şükürova 5 bal verib.