14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Azərbaycan olimpiadanı keçirməyə hazırdır"
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya.az-a müsahibə verib. Ölkəmizin müxtəlif yerlərində nəhəng idman qurğuları,olimpiya kompleksləri tikilir. İdmançılarımız beynəlxalq yarışlarda böyük uğurlara imza atırlar. Olimpiya hərəkatının Azərbaycanda inkişaf perspektivləri ilə bağlı danışan Çingiz bəy maraqlı fikirlər söyləyib.
   - Əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanda əvvəllər olimpiya hərəkatı zəif inkişaf etmişdi. Məhz 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra olimpiya hərəkatında canlanma müşahidə olunmağa başladı. İlk günlərdən cənab prezident qarşımızda məsələ qoydu ki, ilk növbədə biz idmanın maddi-texniki bazasını yaratmalıyıq, həmçinin beynəlxalq idman qurumları ilə əlaqələri genişləndirməliyik və beynəlxalq idman tədbirlərində fəal iştirak etməliyik. Eyni zamanda gənclər arasında idmanın təbliğ edilməsinə xüsusi fikir vermək lazımdır. Cənab prezident həmçinin Olimpiya İdman Komplekslərinin tikilməsi ilə bağlı qərar verdi. Artıq 2000-ci ildə Bakıda belə kompleks istifadəyə verildi. İndi demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya Kompleksləri fəaliyyət göstərir.Olimpiya Komplekslərinin mövcudluğu olimpiya hərəkatının inkişafına töhfə verən amillərdən biridir. İndi Azərbaycanın ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Bütün bunlar Azərbaycanda olimpiya hərəkatının inkişafına təkan verir. Bu gün Azərbaycanda təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı böyük tədbirlər də ölkəmizə həvalə edilir.
   - Qarşıdan gənclərin ilk olimpiadası gəlir. Sinqapurda keçiriləcək mötəbər yarışa gənclərimiz necə hazırlaşırlar?
   
- Sinqapur Olimpiadası öz ideyasına görə ümumiyyətlə digər yarışlardan fərqlənir. Gənclərin olimpiadasında əsas məqsəd gənclər arasında olimpiya çempionunun müəyyən edilməsi ilə yanaşı, orada 50-dən artıq mədəni və təhsil proqramları həyata keçiriləcək. Gəncləri bir yerə toplamaqda əsas fikir yarışda qüvvələrini sınamaqla bərabər, kütləvi tədbirlərdə onların iştirakını təmin etməkdir. Bu olimpiadada bütün ölkələrin təmsilçilərinin olması ilə yanaşı,seçmə yarışlar başqa formatda təşkil edilib. Hər ölkədən 3 idmançı gənclərin olimpiadasında iştirak edəcək. Məqsəd odur ki, bu 3 gənc mütləq dünya çempionatında mükafatçılar sırasına düşsün.
   - Paytaxtımız 2016-cı il Yay Olimpiya oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürmüşdü. Gələcək illərdə necə, növbəti dəfə Bakının namizədliyi irəli sürülə bilərmi?
   
- Əlbəttə, paytaxtımız belə möhtəşəm yarışı keçirmək üçün namizədliyini yenidən irəli sürə bilər. Bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir. Azərbaycanda Olimpiya oyunlarının keçirilməsi üçün durmadan çalışmaq lazımdır. Mən inanıram ki, gələcəkdə Bakı özünün müasir idman qurğuları, kompleksləri ilə olimpiadanı təşkil etməyə layiqli namizəd olduğunu sübut edəcək. Namizəd şəhərlərin irəli sürülməsi prosesi uzun bir prosesdir. Beynəlxalq Olimpiya Komitəsi yarışın başlamasına 7 il qalmış namizəd şəhərləri müəyyənləşdirir. Bütün bunlar Olimpiadanın yüksək səviyyədə təşkil olunması üçün atılan addımlardır. Yəni artıq Bakının namizədliyinin irəli sürülməsi faktı bir daha sübut edir ki, Azərbaycan Olimpiya Oyunlarını keçirməyə hazırdır.
   - Bundan sonra başçılıq etdiyiniz Azərbaycan Atletika Federasiyasının ən aparıcı idmançısı olan sprinterimiz Ramil Quliyev Türkiyənin "Fənərbaxça" klubunun heyətində yarışlara qatılacaq.
   
- Yüngül atletikada idmançının klubla müqavilə bağlamasının müxtəlif formaları mövcüddur. Ramil Quliyevin Türkiyə klubu ilə bağladığı müqaviləyə əsasən, o, yeni klubunun tərkibində komanda yarışlarında iştirak edəcək. Sprinterimizin Türkiyəyə yollanmasına ona görə şərait yaratdıq ki, Azərbaycanda sırf atletika klubları yeni yaranır və onlar hələ ki heç bir beynəlxalq yarışa qatılmır. Ramil Quliyevin hazırlığı üçün bu keçid çox vacibdir.
   
 
Kubok uğrunda yarışa start verilib
Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan Kuboku uğrunda yarışa start verilib. Dünən mübarizəyə gənc samboçular qoşulublar. On çəki dərəcəsində keçirilmiş yarışda Kənan Bünyadov (48 kq), Elmar Fərzəliyev (52 kq), Pərviz Şükürov (56 kq), Musa Xəlilli (60 kq), Zaur Babayev (65 kq), Seyran Mahmudov (70 kq), Nəsib Əmrahov (75 kq), Hikmət Alışov (81 kq), Amil Məmmədli (87 kq) və Andrey Fətiyev (+87 kq) qızıl medal qazanıb. Yarışın yeniyetmələr və gənclər arasındakı qalibləri Gürcüstanda keçiriləcək dünya birinciliyinə, kişilər isə Özbəkistanda təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaqlar.
 
İlin ən mötəbər turniri başlayır
16-18 iyul tarixində Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azərbaycan güləş federasiaysının mətbuat xidmətindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də pəhləvanlarımızın qarşısında yüksək nəticələr əldə etmək məqsədi durur. Zirvəyə doğru inamla addımlayan güləşçilərimizin bu yolda geniş ictimai və azarkeş dəstəyinə ehtiyacı var. Güləş Federasiyası jurnalistlər arasında "Zirvəyə doğru güləş!" müsabiqəsini elan edib. Müsabiqədə Kütləvi İnformasiya Vasitələrində çalışan jurnalistlər, həmçinin ali məktəblərin jurnalistika fakültəsinin III-IV kursunda təhsil alan tələbələr iştirak edə bilər. Müsabiqəyə təqdim edilən ən yaxşı məqalə, ən yaxşı televiziya reportajı və ən yaxşı radiosüjet Azərbaycan Güləş Federasiyasının münsiflər heyəti tərəfindən seçiləcək və qaliblər mükafatlandırılacaq. Ən yaxşı televiziya süjetinin müəllifi 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer 400 AZN pul mükafatı ilə mükafatlandırılacaq. "Qızıl Qran Pri" zamanı azarkeşlərin yarış zalına gəlmələri üçün AGF tərəfindən pulsuz avtobus reysləri təşkil olunacaq. Avtobuslar 16-18 iyul tarixlərində hər gün saat 9.00-dan 21.00-a qədər hər saatın tamamında metronun "28 may", "Nizami", "Elmlər Akademiyası", "Gənclik" və "20 yanvar" stansiyalarından Heydər Əliyev adına İdman Konsert Kompleksinə və geriyə istiqamətdə hərəkət edəcək. Azarkeşlərin arenaya girişi pulsuzdur.
 
Dağıstanda qazancı: 2 bürünc medal
Dağıstanda keçirilən cüdo üzrə beynəlxalq turnirə yekun vurulub. II dəfə təşkil olunan yarışda Azərbaycan idmançıları da fərqləniblər. Belə ki, cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) və Samir Dadaşzadə (66 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Yarışın təşkilatçıları idmançılarımıza bürünc medalla yanaşı, 30 min rubl pul mükafatı da veriblər.
 
Azərbaycan çempionatında ilk hollandiyalı
Növbəti mövsümə ciddi hazırlaşan "Azərreyl" daha bir voleybolçunun transferini rəsmiləşdirib. Ölkəmizi "Çelenc cup"da təmsil edəcək paytaxt klubu Hollandiya yığma komandasının üzvü Alis Blomla 1 illik müqavilə imzalayıb. 230 dəfə "narıncı" formanı geyinən Blom son mövsümü "Fənərbağça"da keçirib. O, "sarı-lacivərdlilər"lə yanaşı, "Kal Snik" (1996-2000), "Arke Poluks" (2000-2003, hər ikisi Hollandiya), "ULM Aliud Farma" (2003-2004), "USC Münster" (2004-2005, hər ikisi Almaniya), "Busto Arsizio" (2005-2006, İtaliya), "DELA Martinus" (2006-2008, Hollandiya) və "Mc-Karnagi" (2008-2009, İtaliya) klublarının şərəfini qoruyub. "Azərreyl"in yeni transferi Hollandiya millisinin heyətində 2007-ci ildə Dünya Qran-Prisinin qızıl və həmin il Avropa çempionatının gümüş mükafatına sahib olub. 2010-cu ildə isə "Fənərbağça" ilə Türkiyə Super Liqasının qalibi adını qazanıb. 1980-ci ildə (7 aprel) anadan olan Blom 178 sm boya malikdir. Bakı komandası bu voleybolçudan əvvəl Polina Rəhimova, Valeriya Korotenko, Aynur Kərimova, Şəfəq Kərimova, Natalya Hanıkoglu (Türkiyə) və Adva Jinoberini (İsrail) də rənglərinə qatıb.
 
Məmmədyarov Almaniyaya yollandı
İyulun 15-də Almaniyanın Dortmund şəhərində şahmat üzrə beynəlxalq "Sparkassen" turniri start götürəcək. Bu mötəbər turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov (2761) təmsil edəcək. Yarışda həmyerlimizlə yanaşı, Vladimir Kramnik (Rusiya, 2790), Ruslan Ponomaryov (Ukrayna, 2734), Peter Leko (Macarıstan, 2734), Arkadi Naydiç (Almaniya, 2684) və Le Kuanq Lyem (Vyetnam, 2681) də qüvvəsini sınayacaq. Qrossmeysterimiz ilk turda ev sahiblərinin şahmatçısı Naydiçlə üz-üzə gələcək. Rəqibinə qarşı qara fiqurlarla oynayacaq təmsilçimiz reytinqinə görə "Sparkassen"in ikinci ən güclü zəka sahibidir. Turnirə iyulun 25-də yekun vurulacaq.
 
Elxan ilk "10-luq"da
Beynəlxalq Cüdo Federasiyası Moskvada "Beynəlxalq dəbilqə" turniri başa çatdıqdan sonra növbəti reytinq-vərəqəni açıqlayıb. Reytinq-vərəqə ona görə əlamətdardır ki, Tokioda keçiriləcək dünya çempionatının püşkatması zamanı məhz dərəcələr haqqında cari cədvəl əsas götürüləcək. Bu da o deməkdir ki, Azərbaycan yığması heyətində yalnız Beynəlxalq Cüdo Federasiyasının reytinqində ilk "10-luq"da yerini qoruyub saxlamış Elxan Məmmədov (90 kq) müəyyən üstünlüyə malik olacaq. Elxan Məmmədov baxmayaraq ki, reytinqdə səkkizinci mövqedədir, ilk "10-luq"da keçmiş xal ehtiyatı hesabına qalmaqdadır.
 
İsinbayeva qayıdış tarixini açıqladı
Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva yay mövsümündə idmana qayıtmayacaq. Bu haqda "Ves Sport"a rusiyalı atletin məşqçisi Vitali Petrov məlumat verib. O, İsinbayevanın 2011-ci ilin fevralında Moskvada keçiriləcək "Rus qışı" turnirində çıxışlarını bərpa edəcəyini bildirib. İdmançı məşqlərə iyunun sonlarında qayıdıb. Hazırda o, fiziki hazırlığının bərpası üzərində çalışır. Qeyd edək ki, Yelena İsinbayeva yazda Qətərdə təşkil olunan qapalı arenada dünya çempionatında uğursuzluqdan sonra müvəqqəti fasilə götürməyi qərara alıb.
 
Eltac Səfərli "Vilya-de-Benaske"də
Şahmatçı Eltac Səfərli İspaniyanın Benaske şəhərində keçirilən 30-cu "Vilya de-Benaske" beynəlxalq şahmat festivalının 3-cü turunda kubalı Oleyni Linareslə qarşılaşıb. Eltac Səfərli bu görüşü də qələbə ilə başa vuraraq, ardıcıl üçüncü qələbəsini qazanıb. Həmyerlimiz üç turdan sonra 3 xalla 10-cu yerdədir. Turnirdə daha 34 nəfər eyni xala malikdir. Şahmatçımızın 4-cü turdakı rəqibi İspaniya təmsilçisi Migel Antoli Royo olacaqdır. İsveçrə sistemi üzrə keçirilən yarışda bir sıra ölkələrdən 30-u qrossmeyster olmaqla 505 zəka ustası mübarizə aparır.
   
 
Ordan-burdan
Qaradağ Təlim-İdman Bazasında 1996-1997-ci illər təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib. Turnirdə 11 komanda iştirak edib. Final oyununa vəsiqə qazanmış "Qaradağ" və "Binəqədi" arasında keçirilən gərgin oyunun əsas vaxtı heç-heçə başa çatdığına görə, qalib penalti ilə müəyyənləşib. Nəticədə "Qaradağ" qalib olub - 3:1. Beləliklə, ikinci yerə "Binəqədi", üçüncü yerə isə "Suraxanı" layiq görülüb. Turnirdə ilk üç yeri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və qalib komandaya keçici "Sevinc" Kuboku təqdim edilib.
   ***
   Çimərlik futbolu üzrə yığma dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. F qrupunda yer alan Emil Cabbarovun komandası dünən Fransanı sınağa çəkiblər. Rəqibin üstünlüyü şəraitində keçən matçda həmyerlilərimiz 8:10 uduzublar. İlk hissədə hesab artıq 1:5 idi. Millimizin heyətində hərəyə bir dəfə Elşad Quliyev və Asif Zeynalov fərqlənib. Zeynal Zeynalov dubl, Müslüm Hüseynov isə pokerə imza atıb. İlk oyunda Çexiya yığmasına 5:4 hesabı ilə qalib gələn futbolçularımız bu gün Qazaxıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. İtaliyanın Bibiano şəhərində 7 qrupda keçirilən seçmə mərhələdə ilk iki pilləni tutacaq yığmalar, həmçinin, üçüncü yerin sahibləri arasında ən yaxşı iki komanda 1/8 finala vəsiqə qazanacaq.
   ***
   AFFA tərəfindən elit-məşq layihəsi həyata keçirilir. Bu məqsədlə bu gün Bakıda müxtəlif yaş qruplarından ibarət uşaqların iştirakı ilə növbəti məşq keçirilib. İstedadlı uşaqlar arasında belə məşqlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.