14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
200 min dollar ver, Vurğunu "Turan"dan al!
Yeni mövsümdə əsasən yerli futbolçulara güvənəcək "Turan" yetirməsi Vurğun Hüseynovu da heyətdə saxlamaq istəyir. Ötən mövsümü icarə əsasında "Qəbələ"nin heyətində keçirən yığmamızın gənc müdafiəçisi "Turan"la müqaviləsi olmasına baxmayaraq, "Xəzər-Lənkəran"la anlaşıb. Ancaq "Turan" rəhbərliyi bunu düzgün hesab etmir. Daha doğrusu, bu anlaşmanın leqallaşması üçün Tovuz təmsilçisinin rəhbərliyinin icazəsi lazımdır. Qərblilər onu qarşı tərəfə elə-belə buraxmaq istəmir. Söhbətin mahiyyəti 200 min dollardan gedir. Əslində, "X-L" klubun əvvəlki rəhbərliyi ilə konpesasiya məsələsində razılaşmışdılar. Onlar öncə 500 min dolların üstündə dayansa da, danışıqların gedişində məbləğ 10 dəfəyə qədər aşağı düşmüşdü. Yəni, lənkəranlılar 50 min dollar ödəməklə, futbolçunun yeni sahibinə çevriləcəkdilər. Səbəbkar isə ilinə 140 min dollar qazanacaqdı. Musa Suleymanov "Turan"a növbəti qayıdışından sonra bəzi araşdırmalar aparıb və nəticədə Vurğunla bağlı sabiq rəhbərliyin düzgün kurs götürmədiyi qənaətinə gəlib. Notarius sənədlərini gözdən keçirən yeni prezident futbolçunun 2011-ci ilədək onlara məxsusluğunu sübut edib. Süleymanov "Xəzər-Lənkəran"ın təklif edəcəyi maliyyə məbləğinin əhəmiyyət daşıdığını gizlətmir:
   "Vurğun Hüseynovun məsələsi hələ açıq qalıb. Əgər "Xəzər-Lənkəran" rəhbərliyi normal maliyyə təklif etsə, onu buraxa bilərik. Vurğun getsə, gərək onun yerinə yaxşı müdafiəçi transfer edək. Bunun üçün də müəyyən məbləğ ödəmələri lazımdır ki, biz də istəyimizi həyata keçirək".
   Bizdə olan dəqiqə məlumata görə, Musa bəy qarşı tərəfə ciddi güzəşt etməyəcək. O, 200 min dolların yalnız 1/4-dən imtina edə bilər. Ən yaxşı halda belə olacaq. Süleymanovu əsəbiləşdirən hal onunla əlaqə saxlayan "X-L" rəsmilərindən birinin "Vurğun millinin oyunçusudur, qoy "Xəzər"ə gəlsin. Tovuzda qalsa, dala gedəcək" deməsidir. Qarşısına ilk "altılığ"a düşmək vəzifəsi qoyan yeni prezident klubunun aşağı tutulmasından inciyib. Ona görə "Turan"ın şefi inadından əl çəkməyərək, məsələnin yubanmasına səbəb olub. 200 min dolları hansı klub versə, Vurğunu ona satacaq. "Qarabağ"ın Elvin Məmmədova görə 1 il əvvəl "Turan"a 150 min dollar ödədiyini yada salan iş adamı Hüseynovu bu futbolçudan zəif saymır.
   
Şahin
 
"Mançester Yunayted"in oyunçusu "Gəncə"də
"Gəncə" Böyük Britaniyalı hücumçunu heyətinə cəlb edib. Klubdan APA-nın Qərb bürosuna verilən məlumata görə, ingilis futbolşu Mark Redşau hazırda Gəncədədir və artıq klubun məşqlərinə qatılıb. Mark Redşau peşəkar karyerasına məşhur ingilis futbol klubu "Mançester Yunayted"in (1992-2000 illərdə) uşaqlardan ibarət komandasında başlayıb. 26 yaşlı forvard Gəncəyə Yunanıstanın "Etnikos Pirey" komandasından gəlib. Karyerasının əsas hissəsini Böyük Britaniyada keçirən hücumçu 2007-2008-ci illər mövsümündə Avstraliyanın "Stirlinq Lions" klubunda çıxış edib və komandanın heyətində 11 oyunda 10 qol vurub. Buna qədər Redşau ABŞ-ın məşhur "Los Anceles Qalaksi" (2006), İtaliyanın "Triestina" (2005-2006), Uelsin "Kaernarfon Toun" (2004-2005) klublarının şərəfini qoruyub. Hücumçu 2003-2004-cü illər mövsümünü "Mançester Siti"də keçirib.
 
Prodanoviç rəsmən "Muğan"lı oldu
"Muğan" hazırlıqlarının startından bəri məşqlərdə iştirak edən bosniyalı müdafiəçi İlya Prodanoviçlə münasibətlərini rəsmiləşdirib. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. İlya gələn yay mövsümünədək "Muğan"ın şərəfini qoruyacaq. Təcrübəli müdafiəçi kariyerasının demək olar ki, böyük hissəsini Bosnya klublarında keçirib. Çıxış etdiyi ən son komanda "Zvijezda" olub. O, həm də 2009 -cu ildə Bosnya milli komandasına çağırılıb və 1 matçda meydana çıxıb. İliya yeni mövsüm üçün Nikolay Valevdən sonra "Muğan"ın müqavilə imzaladığı ikinci legionerdir. Salyanlılar indi də yarımmüdafiə və hucum xətlərinə legioner axtarır. İyulun 15-dən başlayacaq Kızılcahamam toplanışında baxışa yeni gələnlər olacaq. Afrika yığmalarının şərəfini qoruyan futbolçuların məsələsi də qeyri-müəyyən səbəbdən alınmır. "Standard"dan qapıçı Anar Nəzirovla müqavilənin rəsmiləşməsi uzanır. Baş məşqçi Almir Hurtiç onun səviyyəsindən narazılıq edir. Ruslan Məcidovu da, çox güman, götürməyəcəklər. Bosniyalı çalışdırıcı "çərçivə"ni tanış həmyerlilərindən birinə tapşırmaq fikriylə hərəkət edir. İstənilən halda bu namizəd Edis Kurtanoviç olmayacaq. Ötən mövsüm ümidləri doğrultmayan kiper sona yaxın transferə çıxarılsa da, müştərisi üzə çıxmayıb. "Karvan"a Salyanda 2:3 hesabıyla uduzulan matçdan sonra rəhbərlik Edisin üzərindən çalın-çarpaz qara xətt çəkib.
 
"Qəbələ" Ceyhunu da istəyir?
Legionerləri bir-bir yola salan "Qəbələ", bilindiyi kimi, 4 yerli futbolçu ilə anlaşıb. "Standard"dan Ramin Quliyevlə Arif İsayev, "Qarabağ"dan Nodar Məmmədov və "Turan"dan Asəf Qədiri komandanın yeni üzvləridir. Raminlə 1, Arif, Nodar və Asəflə 2 il müddətinə kontrakt imzalanıb. Şimallılar Ceyhun Sultanovla da maraqlanır. "Xəzər-Lənkəran"ın 2 ay əvvəl transferə çıxardığı yarımmüdafiəçinin Qəbələ klubuna keçidinin çox real olduğu bildirilir. O isə hələ hələ transfer vərəqəsini komandasından almayıb. Cənublular Ceyhuna görə 50 min dollar kompensasiya istəyir ki, mümkün transferi ləngidən də budur. Sadalanan pula görə "Muğan" da onunla ciddi maraqlanmayıb. Milinin keçmiş üzvünün dediyinə görə, hazırda ona bir neçə təklif var: "Hələ heç nə deyə bilmərəm. Çünki transfer vərəqim əlimdə deyil. Ona görə danışmağın yeri yoxdur. Heç nəyi bilmək olmaz, bəlkə "Xəzər-Lənkəran"da qaldım. Ona görə indidən deyə bilmərəm. "Qəbələ" barədə onu deyə bilərəm ki, qarşımda bir çox variant və təklif var. Amma hələ gözləməyi üstün tuturam".
 
Emin Babayev Kəmərdə evləndi
"Standard"ın prezidenti, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev ailə həyatı qurub. "İn Radio" xəbər verir ki, nigah mərasimi iyulun 9-da keçirilib. Türkiyənin Kəmər istirahət bölgəsindəki bahalı otellərdən birində baş tutan mərasimə dəvət edilən, adının çəkilməsini istəməyən qonaqlardan birinin verdiyi məlumata görə, sabiq nazirin oğlunun toyuna Bakıdan yollanan qonaqlar üçün xüsusi çarter reysi təşkil edilib. Emin bəyin həyat yoldaşının türkiyəli xanım olduğu bildirilir. Onların bal ayını Avropanın məşhur kurort məskənlərinin birində keçəcəyi də söylənilir. Son illər ciddi biznesə girişən 29 yaşlı iş adamının İspaniyaya köçməyə hazırlaşdığı da yayılan informasiyalar arasındadır. Belə olsa, "Standard" da yaşamayacaq. Keçən mövsümün başa çatmasından 2 ay keçsə də, hələ də klubun gələcəyi müəyyənləşməyib. Birinci diviziona düşən Sumqayıt komandası baş məşqçi Böyükağa Hacıyevlə yollarını ayırıb, əksər futbolçularını satışa çıxarıb. Yaxın çevrəsi də eyni zamanda Emin Babayevə təzyiq göstərir ki, futbola pul xərcləməsin. İkili fikirlər içində çaşbaş qalan biznesmen nə düşündüyünü açıqlamayıb.
 
İlqar Qurbanov üçün "Mercedes"
Milli komandanın sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyra "Mersedes" avtomobili qazana bilərlər. Bu oyunçuların çıxış etdiyi "Mersin İdman Yurdu" futbolçularına mükafat vəd edib. Türkiyənin aşağı dəstə təmsilçisinin prezidenti Ali Kahramanlı Superliqaya Bank Asiya I Liqanın çempionu kimi çaxacaqları halda simiclik etməyəcəklərini açıqlayıb: "Bu il komandanı Superlıqaya çıxarmaq istəyirik. Bunu etməyə məcburuq. İstəyimizə çatarsaq, mənim prezident olub-olmamağımın heç bir əhəmiyyəti yoxdur. Uğur qazanmaq üçün baza, aşağı yaş qruplarından ibarət komandalarla birgə işləyirik. Əgər çempion olsaq, hər futbolçuya "Mercedes" markalı maşın verəcəyik". Qarşıdakı planları da açıqlayan Kahramanlı heyətdə islahatlar baş verəcəyini bildirib: "Biz çox sürətlə hərəkət edərək transferləri başa vurduq. İyulun 26-dan Avstriyada başlayacaq təlim-məşq toplanışına qədər heyətdə yer alan 35 futbolçudan 10 nəfəri ilə yollarımız ayrılacaq. Ötən ilki heyətin sütununu saxlamışıq. Bu mövsüm "Mersin İdman Yurdu"nun olacaq. Hər mövqeyə 4 futbolçumuz var. Bu, güclü rəqabətə səbəb olacaq. Ötən mövsüm buraxdığımız səhvləri təkrarlamaq niyyətində deyilik".