14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
DÇ-nin ən yaxşısı Forlan oldu
19-cu dünya çempionatının ən yaxşı futbolçusu Uruqvay millisinin və Madridin "Atletiko" klubunun hücumçusu Dieqo Forlan seçilib. Bu barədə FİFA-nın rəsmi saytında məlumat verilir. Forlan Uruqvayın oyunlarında 5 qol vurub. Qeyd edək ki, ən yaxşı oyunçu adına ispaniyalılar Andres İnyesta, Xavi Ernandes, David Vilya, niderlandlılar - Uesli Sneyder və Aryen Robben, alman Bastian Şvaynştayger və Almaniyanın türk əsilli ulduzu Məsud Özil, argentinalı Lionel Messi və o cümlədən Qananın hücumçusu Asamoa Qyan namizəd idilər. "Qızıl buts" mükafatını Almaniyanın oyunçusu Tomas Müller alıb. O, həm də çempionatın ən yaxşı gənc oyunçusu seçilib. "Qızıl əlcək" mükafatı İspaniyanın qapıçısı İker Kasilyasa verilib. Kasilyas pley-off mərhələsində bir top belə buraxmayıb.
   
 
Fanat kuboka papaq qoydu
Yenicə başa çatan dünya çempionatında birinci yerin sahibini müəyyənləşdirən Niderland - İspaniya oyunundan əvvəl telekanallarda göstərilməyən bəzi olaylar baş verib. "BBC"yə istinadən verilən məlumata görə, hansı komandanın tərəfdarı olduğu bilinməyən bir nəfər öz başındakı papağın oxşarını Dünya Kubokunun üzərinə qoymaq istəyib. Polis həmin şəxsi dərhal əhatəyə alıb və sərt şəkildə meydandan uzaqlaşdırıb. Sonradan Dünya Kubokuna toxunmaq istəyən bu şəxsin bir çox tədbirlərdə gözlənməyən aksiyaları ilə məşhur olan ispaniyalı Jimmy Jimp olduğu müəyyənləşib. Maraqlıdır ki, o, "Eurovision-2010" mahnı müsabiqəsində də səhnəyə çıxaraq ifaçıya mane olub.
 
Messi sevgilisilə çimərlikdə
Argentinalı futbol ulduzu Lionel Messi sevgilisi Antonella Rokuzzo ilə Braziliyanın Rio de Jeneyro şəhərinə tətilə çıxıb. Beynəlxalq xəbər agentliklərinə istinadən verilən məlumata görə, "Barselona" klubunun məşhur futbolçusu Antonella ilə evlənməyi planlaşdırır. CAR-da keçirilən dünya çempionatını qol vurmadan başa vuran oyunçu özünü İspaniya La Liqasının yeni mövsümünə hazırlayır.
 
Platini huşunu itirdi
Dünya çempionatı oyunlarını izləmək üçün Cənubi Afrika Respublikasında olan UEFA prezidenti Mişel Platininin səhhətində problem yaranıb. "CNN Türk"ə istinadən verilən məlumata görə, ötən illərin məşhur futbolçusu CAR-ın paytaxtı Yohannesburq şəhərində yemək yeyərkən qəflətən huşunu itirib. O, dərhal xəstəxanaya aparılıb. Onun infarkt keçirdiyilə bağlı məlumatlar yayılıb. Lakin UEFA-nın mətbuat sözçüsü Vilyam Qallard Avropa Ali Futbol qurumu rəhbərinin infarkt keçirmədiyini, hazırda vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
 
Kasilyas canlı yayımda öpüşdü
Dünya çempionatının finalında Niderlandı 1:0 hesabı ilə yenərək kuboku başı üzərinə qaldıran İspaniya yığmasının qapıçısı İker Kasilyas teleaparıcını canlı yayımda öpüb. Dünya Kubokunu qazanmağın həyacanıyla gözyaşlarını saxlaya bilməyən Kasilyas İspaniyanın "Tele 5" kanalında çalışan sevgilisi Sara Karboneronu kamera qarşısında öpərək, təbrik edib. Bu arada ispan futbolçular oyundan sonra verdikləri açıqlamada Dünya Kubokunu qazanmağın "tərifi olmayan bir duyğu" olduğunu bildiriblər və kuboku bütün İspaniyaya həsr ediblər.