14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Britaniya səfirliyi "Qarabağ"ı Şirmali İrlandiyaya buraxmır!
"Qarabağ" Avropa liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Portadaun"la oyunun hazırlıqlarını davam etdirir. Gündə bir dəfə olmaqla məşq edən komanda Suraxanı qəsəbə stadionunda çalışır. Bu gün isə komanda Şimali İrlandiyaya yollanmağı planlaşdırır. "Qarabağ"da iki oyunluq cəza alan Admir Teli ilə yanaşı, zədəsini hələ tam sağalmayan yeni transfer Ansi Aqoli də oyuna iştirak edə bilməyəcək. Kiçik zədəsi olan Rəşad Kərimov da Britaniyaya getməyəcək. Ayxan Abbasov isə sağalıb və komandayla məşqlərə qoşulub. Dünən klub İngiltərənin ölkəmizdəki səfirliyinə müraciət edərək, viza almaq istəyib. Problem də elə burdan başlayıb. Bilindiyi kimi, sözügedən səfirlik Böyük Britaniyanın ölkələrinin hamısının sənədləşmə işiylə məşğuldur. Uels, Şotlandiya, İrlandiya və Şimali İrlandiyaya getmək üçün yalnız bura müraciət etmək olar. Lakin səfirliyin işçiləri bütün gün ərzində onlarla əlaqədə olan "Qarabağ" rəsmilərinin əsəbləriylə oynayıb. Onlar əvvəlcə klubun təqdim etdiyi siyahıda adı olanların heç birinə viza açmaq istəməyib. Məsələyə Xarici İşlər Nazirliyi qarışıb. Daha sonra UEFA və "Portadaun" rəhbərliyi araya girib. Onlar səfirliyə faks çəkərək, "Qarabağ"ın İngiltərə ərazisindən keçmək şərtiylə Şimali İrlandiyaya keçməsinə hüquqi şərait yaratmalarını tələb edib. Avropa futbol qurumunun israrlı təkidlərindən sonra səfirlik hadisəyə ciddi yanaşıb. Ancaq yenə yarımçıq. Bu dəfə yalnız birbaşa kluba aidiyyatlı olanların sənədləri qəbul olunub. Komandaya sponsorluq edən "Azersun" şirkətinin təmsilçilərinin, habelə jurnalistlərin sənedləri geri qaytarılıb. Britaniyalıları heç cür inandırmaq mümkün olmayıb ki, onların səfərə çıxmaqda məqsədi yalnız oyunu izləməkdir. İki ayaqlarını bir başmağa dirəyiblər ki, biz buna inanmırıq, həmin şəxslər matç adıyla Britaniyaya başqa məqsədlər üçün gedə bilərlər.
   "Qarabağ" bu gün axşam səfərə çıxmağı planlaşdırsa da, bu, onlardan deyil, Londondan gələcək cavabdan asılı olacaq. Səfirlik əməkdaşları klub təmsilçilərinin əl izlərini ölkələrinə göndərib və ordan cavab gəlməlidir ki, icazə verilir, ya yox. Nümayəndəlik dünən heç sənədləri də gözdən keçirməyib. Bu isə vaxt aparan işdir və çətin ki, nəzərdə tutulan vaxtadək problem yoluna qoyula. "Qarabağ" artıq xərcə düşüb. Şimali İrlandiyaya alanan təyyarə biletlərinin hamısı batıb. Klub rəsmiləri bu gün üçün çarter reysi açdırmaq istəyirlər ki, belədə əlavə xərc qaçılmazdır. Səfər bu gün baş tutmasa, məsrəflər ikiqat artacaq. "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bütün bu məlumatları təsdiqləyərək deyib ki, UEFA-nın vasitəsiylə problemin maksimum tez həllinə çalışırlar: "Bu gün UEFA ilə dəfələrlə əlaqə saxlamışıq. Olanları onlara da, "Portadaun" rəhbərliyinə də çatdımışıq. Səfirlik burda işi yubadır. Hələlik bizə qəti heç nə demirlər. Oyuna 1 gün qalmış getmək istəmirik. Yol uzundur, axşam isə komanda matçın keçiriləcəyi stadionda son məşqinə çıxmalıdır. İndiyədək hansı ölkəyə getmişiksə, belə problemlə üzləşməmişik. Böyük Britaniya səfirliyinlən dedilər ki, əslində, biz sizə qısa müddətə viza açdıra bilmərik. Onların sözündjən əvvəl bu çıxdı ki, hətta biz oyunadək Şimali İrlandiyaya getməyə bilərik. UEFA isə onlardan tələb edib ki, sənədlərimizi vaxtında hazırlasınlar. Sabah yenə səfirliyə gedəcəyik". Turnirdə I təsnifat mərhələsində Makedoniya "Metallurq"unu (evdə 4:1, səfərdə 1:1) mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi Britaniya klubu ilə görüşdə də qalib gəlmək əzmindədir. Çəlikəl uğura böyük inamını ifadə etdi: "Biz "Portadaun" u da keçməyə iddialıyıq. Hədəfimiz növbəti təsnifat mərhələsinə çıxmaqdır. Yalnız qələbə, növbəti mərhələyə çıxmaq haqda düşünürük. Təbii ki, rəqibi qiymətləndirir, ona yuxarıdan aşağı baxmırıq. "Portadaun"un təhlil edib, onun haqda informasiya əldə lazımı işlər görəcəyik. İstənilən halda, məqsədimiz bu komandanı da udub, sonrakı mərhələyə çıxmaqdır. Ötən il Avroliqada son təsnifat mərhələsinə kimi irəlilədik. Ən azı bu nəticəni təkrarlayaraq, Azərbaycanı layiqincə təmsil etmək istəyirik".
   "Portadoun" - "Qarabağ" oyunu yerli vaxtla saat 20:45-də, Bakı vaxtı ilə saat 00:45-də baş tutacaq. Azərbaycan telekanallarından heç biri canlı nümayiş etdirməyəcək. Bununla bağlı heç bir telekanal nə Ağdam klubuna, nə də "Portadaun"a müraciət edib. Əmrah bəyin sözlərinə görə, komanda özü matçın Azərbaycanda yayımlanmasında maraqlı olsa da, Britaniyada tətil olduğundan bununla bağlı "Portadaun"un bu məsələyə cavabdeh şəxsləriylə əlaqə yarada bilmirlər. Böyük ehtimalla, matç canlı verilməyəcək. "Qarabağ"ın ötən il Avroliqada keçirdiyi 3 səfər görüşünün hamısı, o cümlədən, ötən həftə "Metallurq"la Skopyedəki matç da birbaşa nümayiş etdirilməyib. Gələn matçı avstriyalı referi Oliver Draxta idarə edəcək. Onun köməkçiləri Roland Brandner, Andreas Feyxtinger, Louis Hoffmanndır. Draxta yığmamızın iyunun 2-də Hondurasla Avstriyada keçirdiyi yoxlama oyununda da fitini səsləndirib. Həmin vaxt Draxta Elnur Allahverdiyev, Amid Quluzadə və Samir Abbasova sarı, Saşa Yunisoğluna isə qırmızı vərəqə göstərmişdi. Bu futbolçulardan yalnız Abbasov yenidən avstriyalı referi ilə üz-üzə gələ biləcək. Artıq cavab oyununun hakimləri müəyyənləşib. Şimali İrlandiyanın "Portadaun" klubu ilə Bakıdakı matçını polşalı hakimlər briqadası idarə edəcək. İyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmada Tomaş Mikulski fit çalacaq. "Qarabağ" - "Portadaun" oyunu saat 21:00-da başlayacaq. Lakin hələlik Mikulskinin köməkçilərinin tam siyahısı müəyyənləşməyib. Onun üçün Bakı səfərləri ənənə halını alıb. Aardıcıl üçüncü dəfə ölkəmizə yay səfərini gerçəkləşdirəcək. Artıq 15 ildir FİFA hakimi olan 45 yaşlı Mikulski hazırda UEFA-nın hakimlər üçün III kateqoriyasına daxildir. Polşalı uzun müddətli idarəçiliyi dövründə iki dəfə komandalarımızın oyununda fit çalıb. Maraqlıdır ki, Mikulski hər iki halda təmsilçilərimizin avrokubokların təsnifat mərhələlərinin Bakıdakı matçlarında söz sahibi olub. 2008-ci ildə Çempionlar Liqasının iyulun 29-da baş tutan qarşılaşmasında o, "İnter"in Serbiya çempionu "Partizan"la matçında (1:1) iş başında olub. Ötən yay avqustun 6-da isə Mikulskinin yolları "Qarabağ"la kəsişib. Həmin gün ağdamlılar Avropa Liqasının III təsnifat mərhələsinin Bakıdakı oyununda Finlandiyanın "Honka" klubu ilə görüşüblər. Polşalı hakim Elvin Məmmədov və Rəşad Sadıqovun qol vurduğu matçda Admir Teli, Elnur Allahverdiyev və Maksim Medvedevə sarı vərəqə göstərib. Bu futbolçulardan yalnız Elnur artıq "Qarabağ"da çıxış etmir.