14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"İnter" Rubindən 30 min dollar tələb edir?!
Latviyalı "bankirlər"dən UEFA-ya şikayət yazacaq
Son 2 mövsümü "İnter"də keçirən Andrey Rubinin "Qarabağ" a keçidində problem yaranıb. Latviyalı hazırda ağdamlıların düşərgəsində məşq etsə də, "bankirlər" legionerin transferini əngəlləmək istəyir. Məsələ burasındadır ki, Rubinə 50 min dollar borcu olan "İnter" yalnız bu pulun 30 min dollarını onlara bağışlayacağı təqdirdə, ona sərbəst agent statusu veriləcəyini vəd edib. Futbolçu isə "İnter"in bu təklifindən boyun qaçırıb. Məsələnin ən ilginc tərəfi isə Rubinlə "İnter" arasında imzalanan müqavilə ilə bağlıdır. Aldığımız məlumata görə, hələ ötən mövsümün əvvəlində "İnter" Rubinlə ayrı-ayrı formada, bir-birilə tamamilə fərqlənən və müqavilənin müddətinə ciddi şəkildə təsir edən iki müqavilə imzalayıb. Bu zaman "İnter" faktiki olaraq saxtalaşdırmaya əl atıb. Müqavilənin Azərbaycan dilində olan nüsxəsində sənədin müddətini iki il olaraq göstərib və bunu Peşəkar Futbol Liqasına göndərib. İngilis dilində olan variantda isə müddəti 1 il göstərib. Təbii ki, Azərbaycan dilini bilməyən latış "İnter"in onu aldatdığını yalnız bu yaxınlarda, artıq "Qarabağ" ilə müqavilə imzalamaq istəyərkən xəbər tutub. Ağdamlılar bu problemə görə onun keçidini rəsmiləşdirə bilmir. "İnter"in baş menecerinin müavini Kamran İsmayılov isə Qol.Az- bildirib ki, AFFA-nın tələbi ilə əcnəbi futbolçularla imzalanan müqavilə Azərbaycan dilinə tərcümə olunaraq notariusda təsdiq edilir. "Sizin dediyiniz məsələdən mənim xəbərim yoxdur. Birinci dəfədir bu haqda sizdən eşidirəm. Bəli, Rubinsin "İnter"lə hələ müqaviləsi var. Onun başqa bir kluba keçməsinin problemi bununla əlaqədardır. Rubinsin bizim klubun prezidentiylə bu məsələyə dair hansısa müzakirəsi olub, ya yox, bundan xəbərsizəm. Amma əgər müqaviləylə bizə məxsus olan hansısa futbolçumuz başqa komandaya keçmək istəyirsə, buna görə bizə müəyyən kompensasiya ödənilməlidir və bu, çox normal haldır".
   Andrey "Qarabağ"ın Avroliqada Makedoniyanın "Metallurq" klubu ilə səfər oyunundan qayıdışını gözləyirdi. Ötən həftəsonu "İnter"in prezidenti Georgi Nikolovun da Bakıya dönüşündən sonra müəyyən məsələlərlə bağlı danışıqlar aparılmasına imkan yaranıb. Latviya yığmasının 32 yaşlı üzvü yenə müqaviləsinin müddətinin bitdiyini iddia etsə də, başqa klubla sərbəst müqavilə bağlamaq imkanına malik olmadığını da gizlətmir: "Artıq "Qarabağ"ın hazırlıq prosesində iştirak edirəm. Son klubum "İnter"lə demək olaraq ortaq məxrəcə gəlmişik. Sadəcə, məsələyə son nöqtə qoymaq qalır. "İnter"dən tam ayrılmağımla bağlı hüquqi əngəllər var. İndi bununla bağlı danışıqlar gedir. Məni buraxmaq istəyirlər. Dediklərinə görə, müəyyən şərtləri qəbul etməyim lazımdır. Mən də transfer vərəqəmi tezliklə alıb, "Qarabağ"la müqavilə bağlamaq istəyirəm. Əsas problem maddi məsələlərlə bağlıdır. Bu, öz aramızda olan məsələ olduğundan tam açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, bir az güzəşt etməliyəm. "İnter"in mənə verməli olan məbləğin müəyyən hissəsindən imtina etsəm, problem qalmayacaq. Mən indi deyilən məbləğə razı olmasam da, danışıqlar nəticəsində ortaq məxrəcə gələ bilərik". Andrey transfer vərəqəsini alıb, "Qarabağ"la rəsmi müqavilə bağlamağı və Avroliqanın II təsnifat mərhələsində "Portadaun" ilə oyunlara sifariş olunmasını istəyir: "Məsələ bu günlərdə həll olunmalıdır. Hər şey vaxtında həllini tapsa, əlbəttə, "Qarabağ"la səfərə çıxmağı çox istərdim. Ancaq hazırda yüz faiz hazır olduğumu deyə bilmərəm. Çünki zədədən sonra formamı bərpa etməyim, oyun praktikası qazanmağım lazımdır. Deyə bilmərəm ki, indi lazımi oyun göstərə bilərəm, ya yox". "Qarabağ"ın direktoru Əmrah Çəlikəl də bildirib ki, Rubinin transferində maraqlıdırlar: "Baş məşqçimiz Qurban Qurbanov da latviyalı yarımmüdafiəçini sərəncamında görmək istəyir. Ancaq Rubinin komandamıza keçidi bizdən asılı deyil. Yəqin ki, bu məsələ "İnter" rəhbərliyi son vaxtlar ölkədən kənarda olduğundan uzanıb. Bizim bu klubla danışıqlar aparmağa əsasımız yoxdur. Əgər Rubinin "İnter"lə müqaviləsi olsaydı, keçidlə bağlı danışıqlar aparardıq. Ancaq biz Andreyi sərbəst futbolçu kimi heyətimizə qatmaq istəyirik. Transfer vərəqəsini alan kimi onunla müqavilə bağlamağı düşünürük. Rubin də bizə müqaviləsinin iyunun 30-da bitdiyini göstərdi. Latviyalı artıq sərbəst futbolçu olduğundan, onu məşqlərimizə qatmağı istəyirdik. Ancaq həmin vaxt "Metallurq" cavab görüşünü keçmək üçün Makedoniyaya yollanmalı olduq".
   Rubinin "İnter"lə məsələsinin özünün həll etməsini daha düzgün sayan "Qarabağ" rəsmisi onun Şimali İrlandiya klubu ilə oyunlara sifariş etmək istədiklərini gizlətmir: "Növbəti mərhələ üçün yeni bir futbolçunun adını UEFA-dakı iştirak ərizəsinə daxil etmək hüququmuz var. Rubinin komandamıza keçidi baş tutarsa, onun "Portadaun"la oyuna bir sutka qalmışa qədər sifariş edə bilərik. Andreyi bu gündən məşqlərimizə qatmağı düşünürük. Təbii ki, bu məsələdə baş məşqçimizin istəyini nəzərə alacağıq. Andreyin transferində problem qalmazsa, onu Şimali İrlandiyaya da aparmaq istəyirik. Ancaq onu sifariş edə bilməyəcəyiksə, komanda ilə birgə səfərə çıxmasına lüzum olmayacaq".
   İlŞah
   P.S. Dünən bu məsələylə bağlı "İnter"in prezidenti Georgi Nikolovun da fikrini öyrənmək istədik, lakin o, ardıcıl zənglərimizi cavabsız buraxdı. Bolqarın fikrini dinləməyə hazırıq. Təbii ki, biz problemin ədalətli həllinin tərəfdarıyıq. Əgər futbolçu UEFA və FİFA-ya şikayət etsə, bu, imici son vaxtlar onsuz da mübahisə doğuran "İnter"in lehinə olmayacaq. Beynəlxalq qurumlar belə məsələlərdə klubların fırıldaqlarını yaxşı bilirlər. Odur ki, hələ gec deyil!