14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Qurban Qurbanov "Portadaun"u da keçəcək
"Qarabağ"ın Avroliqanın II təsnifat mərhələsində ilk oyununu səfərdə keçirəcəyi ötən ay UEFA-da həll olunub. Komandamızın növbəti mərhələ çıxacağı halda, birinci görüşünü rəqib meydanında keçirilməsi iyunun 21-də qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində müəyyənləşib. Əslində, həmin vaxt "Qarabağ"ın Makedoniyanın "Metallurq"la öncə evdə yox, səfərdə görüşməsi gündəmdə olub. Sadəcə, bu ölkənin Avroliqada digər təmsilçisi də rəqibini Skopyedəki stadionda qəbul etməli olduğundan, yəni üst-üstə düşdüyündən, "Metallurq" səfərə birinci çıxıb. Ancaq "Qarabağ" II mərhələyə çıxacağı halda, bu dəfə əvvəl səfərdə oynayacağı haqda həmin vaxt məlumatlanıb. Üstəlik, "Bakı" da iyulun 15-də Çernoqoriyanın "Buduçnost"la Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcəyindən, dəyişiklik ən optimal variant idi. Sadəcə, UEFA I mərhələ oyunları başa çatandan sonra "Qarabağ"ın Şimali İrlandiya "Portadaun"u ilə ilk görüşünü yeri haqda qərarını rəsmən açıqlayıb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ilk mərhələ, həmçinin növbəti rəqib barədə fikirlərini bizimlə bölüşdü.
   - Qurban bəy, ilk növbədə sizi uğur münasibətilə təbrik edirik. "Metallurq"la ilk oyundan fərqli olaraq cavab qarşılaşmasında start heyətdə bəzi təcrübəli oyunçular - kapitan Aslan Kərimov, Elvin Məmmədov, həmçinin Rauf Əliyevə yer verməmişdiniz. Bundan başqa, Avroliqada 18 yaşlı Qara Qarayevə debüt etmək şansı verdiniz. Bu, nə ilə bağlı idi?
   
- Təbrikə görə, çox sağ olun. Bu, bütün Azərbaycan xalqının uğurudur. Sualınıza gəlincə, Qara, xeyli müddətdir komanda ilə birgə məşq edir və səylə hazırlaşır. Hesab edirəm ki, onun böyük perspektivi var. Türkiyədə keçirdiyimiz bütün yoxlama oyunlarında onu əsas heyətdə oynatmışdım. Alban futbolçu Ansi Aqollini gətirdik, ilk oyundan sonra ciddi zədə aldı. Ancaq Qaranı da "yandıra" bilmərik. Ola bilər ki, onun oyunu alınmasın. Ancaq imkan olduqca ondan istifadə etməliyik. Mən onun gücünə bələdəm. İnanıram ki, o, hətta bütün qarşılaşmalarda oynaya bilər. Müdafiə xəttində problem vardı. Teli cəzalı, Aqolli və Ayxan zədəli olduqlarından onlardan faydalana bilmədik.
   - Qara, özünü doğrultdumu?
   
- Əlbəttə. O, çox yaxşı oyun göstərdi, xoşum gəldim.
   - Risk etməyiniz məsələni ilk oyunda həll etməkdən qaynaqlanmırdı?
   
- Xeyr. Rəqibin ilk dəqiqələrdən hücuma atılacağını, pressinq edəcəyini yaxşı bilirdim. Heyətdə bir qədər dəyişiklik etmişdim. Cavab oyununda Namiq, Samir və Rəşadı mərkəzdə oynatdım ki, problem yaranmasın. Düşünürəm ki, dəyişiklik özünü doğrultdu. Biz hər bir oyunçudan istifadə etməyə çalışırıq.
   - Rəqib Bakıdakı qarşılaşma ilə müqayisədə Skopyedə necə təsir bağışladı?
   
- Mən deyərdim ki, "Metallurq" öz meydanında daha yaxşı oynadı. Rəqib yenə də çox yaxşı komanda və baxımlı oyun üslubu olduğunu göstərdi. "Metallurq" ilk dəqiqədən sona kimi əzmkar mübarizə apardı.
   - Hesabda üstünlüyü qoruya bilməməyinizə nə mane oldu?
   
- Yenə qələbə qazanmaq istəyirdik. Buna nail olsaydıq, daha yaxşı olardı. Ancaq rəqib də boş dayanmırdı, qol vəziyyətləri yaradırdı. Futbolda həmişə qalib gəlmək olmur. Komandamız rəqibin hücumlarının qarşısını sonadək almağa çalışsa da, qapını toxunulmaz saxlamaq mümkün olmadı.
   - İndi də növbəti rəqib haqda danışaq. İlk mərhələdə "Metallurq"u lazımınca öyrənə bilməmişdiniz. "Portadaun"a necə, bələd olmaq problem olmayacaq?
   
- Bilirsiz ki, "Metallurq" bizə əngəl törətdiyindən "sirli qutu" idi. "Portadaun"a gəlincə, bu rəqib haqda lazımı məlumatlar toplamaq problem deyil. Bunun üçün səylə çalışırıq. "Portadaun"un "Skonto" ilə oyununun videoyazısına baxacağıq. Rəqibin oyunu ciddi təhlil olunacaq. Allahın köməyi ilə hər iki qarşılaşmada maksimum nəticə qazanmaq üçün çalışacağıq.
   - Statistikaya əsasən deyə bilərik ki, rəqibin Avropa yarışlarında nəzərəçarpacaq uğuru yoxdur...
   
- Məndə olan məlumata görə, "Portadaun" Avropada böyük təcrübəyə malikdir. Şimali İrlandiya klubu qitə yarışlarında 30-dan çox oyun keçirib. Ancaq uğurları azdır. Komandamıza gəlincə, bizim ötən mövsüm nailiyyətimiz olub. Bir məqamı qeyd edim ki, "Metallurq" ilk dəfə Avropa miqyaslı yarışda iştirak etsə də, çox yaxşı təsir bağışladı. "Portadaun"a gəlincə, "Skonto" kimi güclü rəqibi məğlub edibsə, deməli güclü komandadır. Şimali İrlandiya klubuna da hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlıq keçəcəyik.
   - İlk oyunun səfərdə keçirilməsi komandanıza sərf edirmi?
   
- Bəzən bu, üstünlük sayılır. Fikrimcə, bunun fərqi yoxdur və biz heç nəyə aldanmamalıyıq. Ciddi hazırlaşmalı, öz oyunumuzu göstərməliyik.
   - "Qarabağ"ın "Portadaun" səddini də keçəcəyinə söz verirsizmi?
   
- Bu, çox çətin olacaq. Ancaq bunun üçün əlimizdən gələni edəcəyik. İnşallah, yenə mərhələ keçərik.
   - Komandanı istədiyiniz vəziyyətə gətirə bilmisizmi?
   
- Açığı, xeyr. Lakin gündən-günə irəliləyiş hiss olunur. Komandamızın daha yaxşı təsir bağışlaması üçün nə lazımdırsa, onları edirik.
   
Anar