14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Gözlər oyunda, püşk Nyonda
İyulun 16-da Çempionlar Liqası və Avroliqanın III təsnifat mərhələsinin püşkü atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək mərasim ənənəvi olaraq cümə günü keçiriləcək. Sadəcə, fərq ondadır ki, bu dəfə komandalar II mərhələ oyunları başa çatmamış, yəni yalnız ilk görüşlərdən sonra rəqiblərini biləcək. Təbii ki, bunun üçün klublarımız - ÇL-də "İnter" Polşa "Lex"ini, Avroliqada "Qarabağ" Şimali İrlandiya "Portadaun"unu, "Bakı" Çernoqoriya "Buduçnost"unu yenməlidir. ÇL-in püşkü Bakı vaxtilə 15:00, Avroliqada 16:30-da başlayacaq. Hər iki püşkü UEFA-nın baş katibi Canni İnfantino, Yarışlar üzrə direktoru Corcio Marketti keçirəcək. Püşkatmada "Bakı"nı vitse-prezident Zeynal Məmmədov, "İnter"in baş menecerin müavini Kamran İsmayılov təmsil edəcək. "Qarabağ" da öz adından Z.Məmmədova etibarnamə verməlidir.