14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Azərbaycan vətəndaşlarına viza verilmədi
Britaniya da Fransanın yolunu tutdu, "Qarabağ" yenə susur
Rəqib "Skonto" olmayanda, "ALLAH rəhmət eləsin" dedim. "Qarabağ"a deyil, onun səfər proqramına. Hiss etdim ki, ötən il "Tvente" qarşılaşması öncəsi yaşananlar yenə də təkrarlanacaq. Təkrarlandı da. "Portadaun"la ilk qarşılaşma Şimali İrlandiyada keçiriləcəyindən "Qarabağ" səfərə tələsik hazırlaşmalı oldu. Özlərinin də etiraf etdiyi kimi, gözlərinə görünən ən böyük problem rəqib deyil, təmsil etdiyi ölkə idi. Ağdam təmsilçisinin İcraçı Direktoru Əmrah Çəlikəl Böyük Britaniya səfirliyinin başlarına oyun gətirə biləcəyindən duyuq düşmüşdü. Haqlı çıxdı.
   Ötən gün Birləşmiş Krallığın ölkəmizdəki səfirliyi daş atıb, başını tutub ki, viza deyə qulağınızın dibini görərsiz. "Qarabağ"ın Şimali İrlandiyaya gəzməyə deyil, UEFA adlanan təşkilatın keçirdiyi qarşılaşmada iştirak etməyə yollandığını deyəndə, Azərbaycan dövlətinin deyil, UEFA-nın hikkəsindən çəkinərək geri addım ataraq, yalnız klub rəsmilərinə və komandaya viza verə biləcəklərini qeyd ediblər. Beləliklə, "Qarabağ" yenə azarkeşsiz və media mənsublarının iştirakı olmadan üzünü Avropaya tərəf tutmaq məcburiyyətində qalacaq.
   Böyük Britaniya səfirliyi nə üçün Azərbaycan adlı ölkə və onun ən populyar komandalarından olan "Qarabağ"ın kəfil olduğu insan viza vermək istəmir? Sualın bir neçə ehtimal olunan cavabı var: Əvvəla, Şengen zonasına daxil olan dövlətlər və ən azı Avropa Birliyinin Şengen vizası qədər mürəkkəb prosedurların ardından ölkəsinə buraxılış izni verən Böyük Britaniyanın "Qarabağ"ın və dolayısı ilə onun təmsil etdiyi ölkənin kəfil olduğu media mənsublarına Azərbaycanın ayaqqabısı belə olmayan Şimali İrlandiyaya keçid izni verməməsi ölkəmizə təhqirdi. Eyni addımı ötən il Fransa da atmışdı. Həm "Qarabağ", həm AFFA, həm də ölkənin Xarici İşlər Nazirliyi Fransa səfirliyinin özbaşnalığına göz yumdular. Nəticədə Azərbaycan adlı dövlətin səssizliyi britaniyalıları özbaşnalığa sövq etdi. Böyük Britaniya səfirliyinin belə hayasızcasına addımı da cavabsız qalsa, növbə Mozambik, Madaqaskar, Monqolustanındı.
   İkincisi, günahın hamısını heç də Böyük Britaniya, yaxud ötən il hayasızlıq edən Fransa səfirliyinin boynuna qoymaq lazım deyil. Nəzərə alsaq ki, ötən il "Bakı" Avropa Birliyinin ən çətin keçid izni verilən ölkələrindən İsveçrəyə necə deyərlər, bir vaqon adam apardı, onda "Qarabağ"da da günah axtarmağa dəyər. Çox guman ki, səfirliklə əlaqələri düz-qoş edən şəxslər ya əcnəbi diplomatlara vəziyyəti doğru-dürüst izah edə bilmir, ya da verilən suallara elə cavab verir ki, viza məsələsi dönüb olur daş-qaya. Əgər bu belə deyilsə, "Qarabağ" hüquqlarını Azərbaycan Xarici İşlər Nazirliyi, yaxud UEFA vasitəsilə qorumağa cəhd etməlidi. Axı ingilisin, fransızın, irlandın, yaxud amerikalının hər hansı azərbaycanlıdan hansı üstünlüyü var ki, lazım gələrsə Bakının yolu onlar üçün su yoluna çevrilir? Özünə hörmət edən şəxs, qurum, yaxud dövlət pozulmuş hüquqlarının müdafiəsinə qalxmalıdı.
   
    P.S. "Qarabağ" vaxt xəbər etsəydi, avtotacir kimi Böyük
    Britaniyaya birillik multiviza alardıq.
Musa