14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Qatarın arxasınca baxma...
"Xəzər-Lənkəran" Avroliqa yürüşünü startda dayandırınca, bütün futbol ictimaiyyəti şok keçirdi. Bu, bəlkə də şok deyildi. Cənub klubu ümumilikdə 4, Ağasəlim Mircavadovla 3-cü sınağından başıaşağı ayrıldı. Hər şeyin alt-üst çevrilməsinin bir mənada səbəbi var: Ağasəlim Mircavadov və düzgün olmayan seleksiya. "Olimpiya" ilə qarşılaşma bizə hardasa "Lex"lə matçdan əvvəlki olayları xatıratdı. Təxminən eyni situasiyadır. Baş məşqçi indi "İnter"ə rəqib olan polşalılarla görüşə "silah"sız çıxdığını söyləmişdi. Deməsindən anlaşılmşdı ki, istədiyi futbolçuların heç biri alınmayıb. Yenə eyni söz. Kişinyovdakı heç-heçədən sonra bu haqda suallarımızı rəhbərliyə ünvanlamalı olduğumuza işarə edən çalışdırıcı, Lənkaranda cavab oyunundan qabaq tam tərs açıqlama vermişdi. Beş-altı jurnalistin qabağında dedi ki, narahat olmağa dəyməz, birinci mərhələni keçsək, heyət gücləndiriləcək. O, bu haqda klub rəsmilərinin adından söz də verdi.
   Məncə, Mircavadovun enişi "Olimpiya"dan başlamadı. Bu, aylardır davam edən gərginliyin son anıydı. "Xəzər"in çatışmazlıqları Premyer Liqanın "altılıq" mərhələsinin lap əvvəlindən "mən varam" deyirdi. Bir ayda "Bakı"ya 3 dəfə uduzan komandanın çempionluğu və ölkə kubokunu əldən verməsi təsadüf deyildi, zəncirvari halqanın bir-birinə bitişik hissəcikləri idi. Kim onu məcbur edirdi ki, İvan Svetkov, Tomas İneman, İvan Pexa və Denis Kalinkov kimi legionerlərdən imtina etsin? Səviyyələrindən narazı idisə, niyə düşərgədə saxlayırdı və ya alırdı? Tomas, İvan və Denis ötən yayda kluba gələnlər idisə, Sevtkovu ondan əvvəl tanıyırdı. Yox, legonerlərin oyun satmasından, bilərəkdən oynamamasından şübhələnmişdisə, niyə əksər matçlarda hər birinə şans tanıyırdı. Avrokuboklarda qrupp mərhələsindən danışan mütəxəssis də "Karvan"ı Premyer Liqada saxlaya bilməyən hücumçularla yola çıxar? Xaqani Məmmədovla Zaur Ramazanov yaxşı futbolçu olublar, vaxtilə də "Xəzər"ə az fayda verməyiblər. Ən yaxşı vaxtlarında kluba qitədə 1 mərhələ keçmək sevinci yaşatmayıblarsa, üstündən neçə il keçəndən sonra yenidən köhnə dəyirmana baş vurmaq hansı məntiqə sığırdı? "Olimpiya"nı o qədər küçümsədi ki, arxı hoppanmamış Rumıniya səfərindən danışdı. Zaurla Xaqani formada olsaydılar, "Karvan"a gün ağlayardılar da. Ağasəlim bəyin məcburiyyətdən bu futbolçularla işləməsinə necə inanmaq olar ki, ilk təklif özündən gəlib? Bir komanda ki baş məşqçini istəmir, rəhbərlik nə edə bilər? Bir gün dözəcək, bir ay dözəcək, bir rübü yola verəcək, axırda bezəcək də.
   Azarkeşin gözü açıqdır. Söhbət lənkaranlı azarkeşdən gedirsə, onların necə böyük güc olmasını klubda işləmiş bütün baş məşqçilər görüb. Rasim Karanı iki dəfə istefaya göndərmiş fanatlar Ağasəlim bəyi bu müddətdə az müdafiə etməyib. "Xəzər"ə tarixinin 4 titulunu qazandırmış mütəxəssis imkan verməməliydi ki, ona da "get, bizə lazım deyilsən!" tələbi ünvanlansın. "Olimpiya"ya uduzmaq istənilən Azərbaycan klubunun baş məşqçisi üçün təhqir ölçüsüdür. Bakının çay evlərində gün keçirən klubsuz futbolçulardan 11 nəfər yığılsaydı, moldovanlara qarşı bundan yaxşı oynamaq olardı. Mircavadovun işlədiyi klubların öz spesifik cəhəti var. Yarımmüdafiə xəttinin güclü olmasına bel bağlayaraq, rəqiblərin belini yerə vurub. Sürət və hücum ona xas tərzdir. Həmin Mircavadov olardı, Rahid Əmirquliyevi orta sahənin mərkəzinə çəkib, əvəzedici heyətdən gəlmiş Amid Hüseynova da 30 dəqiqə şans verərdi? Emeka Opara sağ və sol cinahlar arasında qalıb, özü də nə etməli olduğunu bilmirsə, günah onun Azərbaycan dilində danışa bilməməsindədir? Əsla!
   "Xəzər-Lənkəran"ın Avropa Liqasında mərhələ adlayacağına inanan nikbin insanlardan biri də bəndəniz idi. Hələ püşkatmanın nəticəsi məlum olanda, bu, bizlər üçün çox sevindirici idi. Çünki bundan əvvəl 3 dəfə avroliqada iştirak edən cənublular 2 dəfə çox güclü rəqiblə üzləşmişdilər ki, nəticə gözlənildiyi kimi olmuşdu. Moldova "Nistru"suna məğlubiyyət isə hələ də yaddaşlardan silinmir. Maraqlı bir fakt, "Nistru" avrokuboklarda ən böyük hesablı qələbəsini məhz "Xəzər-Lənkəran" üzərində qazanıb. Bu dəfə "Nistru" məğlubiyyətinin əvəzini artıqlaması ilə çıxmaq olardı. Çünki rəqib "Xəzər-Lənkəran" olduqca zəif görünən başqa bir Moldova təmsilçisi "Olimpiya" idi. Hərçənd futbolda bir daha sübut olundu ki, pullu olmaq, yaxşı futbolçular almaq komanda qurmaq demək deyil. Baxmayaraq ki, "Xəzər-Lənkəran" bunu daha əvvəl də sübut etmişdi.
   Birinci oyuna baxmaq üçün Moldovaya yollananda yaxşı oyuna və sərfəli nəticəyə böyük ümidlər vardı, məndə də, digər yoldaşlarda da. Oyun olmadı, "Xəzər-Lənkəran" Kişniyovdakı oyunu ilə heç kimdə nikbinlik yeri qoymadı qalsın. Baş məşqçi Ağasəlim Mircavadov öaşçılıq etdiyi komanda bərbad oyun göstərdi, amma uduzmadı. Səfər oyununda qeydə alınan 0:0 hesabı daha sürüşkən görünürdü. Çünki buraxılacaq bir qol daha sonra vadar edəcəkdi ki, Lənkəran klubu rəqib qapısından iki top keçirsin. Moldovadakı oyunla da bu, çox mürəkkəb və mücərrəd görünürdü. Hər halda, inam böyük idi. Lənət olsun zamanın gedişinə ki, ağlımıza gələn başımıza gəldi.
   Qısası, elə Lənkərana yollandığım oyundan bir gün əvvəl stadiona - komandaların məşqçini izləmə getdik. "Xəzər-Lənkəran"ın məşq prosesinə baxan amerikalı dostumuz Eli, loru dildə desək, başını bulayaraq, bu komandanın çox zəif olduğunu söylədi. Hələ deyəndə ki, biz mərhələ adlayacağıq, çox gülümsədi. Nə qədər acı olsa da, Elinin təxmini düz çıxdı. Heç oyuna baxmağa da gəlmədi, çünki qələbə və yaxşı oyunun olmayacağını söyləyirdi. Axı amerikalılar vaxtını heç vaxt boş nəyəsə sərf etmirlər, bizdən fərqli olaraq. Şəhəri gəzib rastımıza çıxanlarla söhbətləşəndə məlum oldu ki, azarkeşlərin böyük əksəriyyəti klubun çıxışından çox narazıdır. Bu səbəbdən də oyun günü stadionun tamamilə dolacığı gözlənilmir. Bəziləri isə bunun əksini söyləyir, stadionun tam dolacağını, hələ bayırda qalanların da olacağını söyləyirilər. Yenə də çox təəssüf ki, birinci söylənilənlər düz çıxdı.
   "Buxarest "Dinamo"suna söz vermişdim ki, onlar Azərbaycana getməyəcək. Bəli mən vədimə əməl etdim. Məncə, Moldovadansa, Azərbaycan səfəri "Dinamo" üçün daha asan olacaqdı". Bu sözləri "Olimpiya"nın baş məşqçisi Nikolay Bunya deyib. O, Ağasəlim Mircavdovun istefasına da münasibət bildirib: "Əlbəttə, mən buna görə təəssüflənirəm. Amma unutmamalıyıq ki, bu bizim işimizdir. Mən həmkarımı başa düşürüəm. Əgər məşqçi nəticə göstərirsə, qalıb işləyir, göstərmirsə, istefa verir". Güman edirəm ki, Ağasəlim bəy gənc həmkarının bu öyüd-nəsihətindən sonra bir də karyerasını davam etdirmək fikrinə düşməyəcək. Kişinyovda qarşılaşdığım bir mənzərə məğlubiyyətin "zəqqumluğu"nu üzə vurur: "Olimpiya"nın futbolçularını "Zimbru" stadionundan çıxaran avtobusun qarşısını arxa qapıda bir qrup yaşlı kişi və qadın kəsdi. Öz dillərində bərkdən nəsə qışqırıb, maşının hərəkətini davam etdirməsinə imkan vermək istəmirdilər. Yaxınlaşıb, niyə belə etmələri ilə maraqlandım. Sürücünün dediklərindən məlum oldu ki, onlar komandanın afrikalı legionerlərinin kirnayədə qaldıqları evlərin sahibləridir, pullarını xeyli vaxtdır ala bilmədikləri üçün bura gəlib çıxıblar. Ev kirəsinin məbləği ilə maraqlandım, ayı bizim pulla 80 manat eləmir. Klubun rəsmilərindən biri hadisəyə yerinə gəlib, xahiş-minnət edəndən sonra ev yiyələri avtobusun önündən çəkildi.
   
   P.S. Yəqin onlara söz verilib ki, "Xəzər"i keçək, borcumuzu artıqlamasıyla ödəyəcəyik. "Olimpiya" növbəti mərhələyə adlamaqla borcundan çıxdı, bəs görəsən, Mircavadov bu ləkəni öz üzərindən necə siləcək? Ümumiyyətlə, silə biləcəkmi, ona bu imkanı kimsə tanıyacaqmı?
   
Vüsal