14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Kubokun sahibi Aleksandr Kaykutu gətirdi
Yeni Zelandiya yığmasının hücumçusu Şeyn Şmeltsin "Bakı"ya keçidi bu gün məlum olacaq. CAR-da keçirilən dünya çempionatında İtaliyanın qapısına vurduğu qolla məşhurlaşan 28 yaşlı forvard karyerasını Azərbaycanda davam etdirməyə razılıq verib. Keçidin reallaşması onun istədiyi məbləğdən asılıdır. Bakılılar 650 min avro ödəməyə "hə" desə, o, 2 gün sonra ölkəmizə təşrif buyuracaq. Almaniyada keçirilən yoxlam oyunlarında komandaya dəvət olunan legionerlər də sınaqdan keçirilərək onların bəziləri ilə müqavilə imzalanıb.
   Şaferin son matçda da meydana buraxdığı toqolu hücumçu Asimeo Unyevu isə ümidləri doğrulmayıb. Bunu nəzərə alan alman mütəxəssis futbolçunun oyununu bəyənməyərək onu geri göndərib. Ötən gün düşərgəyə daha bir legioner gəlib. Aleksandr Kaykut Bosniya və Herseqovina yığmasının üzvüdür. 26 yaşıl hücumçu "Sarayevo"nun yetirməsidir. Son mövsümü "Botaç"ın heyətində çıxış edib. Onun da transferi bu gün aydınlaşacaq. Ayağında çat aşkarlanan Elvin Əliyev isə "Bakı"nın Almaniyadakı təlim-məşq toplanışına qatılsa da, orada yalnız fərdi məşqlərlə kifayətlənib: "Zədəm hələ tam sağalmayıb. Daha doğrusu, həkimlər komanda ilə birgə məşqlərə qatılmağıma icazə vermirlər. Komandamızla birgə Almaniyaya mən də getmişdim. Hər gün fərdi şəkildə trenajor zalında məşq edirdim. Həkimlər iyulun 15-dən sonra kollektivlə hazırlığıma icazə verdiyindən, komanda ilə hazırlığa həmin vaxtda qoşulacam". Kapitan "Buduçnost"la oyuna da münasibət bildirib: "Mən komandanın içində deyiləm. Kənardan baxanda "Bakı"nın mühüm oyuna tam hazır olmadığı görünür. Heyətdə xeyli yeni oyunçular var. Onların bir-birinə uyğunlaşması üçün müəyyən vaxt lazımdır. "Olimpik-Şüvəlan"la oyun pis alınmadı. Ancaq çatışmazlıqların olduğu hiss olunurdu". Karyerasını paytaxt klubunda başa vuracaq Mahmud Qurbanov da Şaferin rəhbərliyi altında qələbə qazanacaqlarına inandığını vurğulayıb: "Almaniyada yaxşı təlim-məşq toplanışı keçirdik. Orada olduğumuz müddətdə 4 yoxlama oyununda gücümüzü sınadıq. Normal oyunlar oldu. Rəhbərlik komandanın yaxşı hazırlıq keçməsi üçün əla şərait yaratmışdı. Şafer təcrübəli baş məşqçidir. İşini bilən və istəklidir. Heyətə yeni cəlb olunan oyunçuların nəyə qadir olduğu Avropa Liqasının oyunları zamanı ortaya çıxacaq. Amma təcrübəli futbolçular olduğunu deyə bilərəm". Çernoqoriya klubu ilə oyunlarda şansları dəyərləndirən 37 yaşlı yarımmüdafiəçi Bakıda qələbə qazanmağa borclu olduqlarını söyləyib: "Rəqibi məğlub edəcək gücdəyik. Həm də qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, təbii ki, rəqiblərimizi yenməliyik. Bakıdakı oyunda qələbə qazanacağımıza inanıram".
   
Vüsal