14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Belçika saytları "Neftçi"dən üzr istədi
"Neftçi" Avstriyada hazırlıqlarını davam etdirir. Gün ərzində iki dəfə məşq edən komanda sabah Bakıya dönəcək. Dünən komanda Avstriyanın güclülər dəstəsindən "Zalsburq"La qüvvəsini sınamalıydı. Saat 21:00-da başlamalı olan görüş nədənsə baş tutmayıb və bakılılar ikitərəfli oyunla kifayətləniblər. Makedoniya yığmasının kapitanı İqor Mitrevskinin keçidi artıq rəsmiləşib. Flaqman 31 yaşlı müdafiəçi ilə iki illik müqavilə bağlayıb. Mitrevski artıq "Neftçi"nin Avstriyadakı hazırlıq prosesinə qatılıb. O, iki ay elə bu məkanda yığmamızla yoldaşlıq görüşündə iştirak edib. Uzun illər Moskva "Spartak"ında, daha sonra Almaniyada "Enerji" klubunda çıxış edən İqor bu il Sofiya MOİK-ində forma geyirdi. Mitrevski "Neftçi"nin heyətində ikinci makedoniyalı futbolçu oldu. Buna qədər digər yığma üzvü - yarımmüdafiəçi Slavko Georgiyevski ilə müqavilə bağlanılmışdı. "Neftçi"nin Moussa Koitanı baxışa çağırması isə Belçika mətbuatının diqqətindən yayınmayıb. Müqavilə ilə "Genk"ə bağlı olan hücumçunun ölkəmizə gəlməsi ilə bağlı əksər yerli qəzet və saytlar məlumat yayıb. Əksər saytlar "Neftçi"nin "Anderlext"lə Çempionlar Liqasındakı qarşılaşmasını xatırladaraq, klubu Azərbaycan təmsilçisi kimi təqdim edib. Lakin "Neftçi"nin bəyənmədiyi Koita ilə bağlı xəbər yayan saytlardan biri - voetbalbelgie.be "Neftçi"ni erməni klubu adlandırıb. "Erməni klubu "Neftçi" (Bakı) Koitanı baxışa çağırdı"- deyə sayt yazıb. Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentnin rəisi Elnur Əşrəfoğlunun sözlərinə görə, bununla əlaqədar artıq qarşı tərəfə müraciət olunub: "Biz xəbərdə "Neftçi"nin Azərbaycan yox, işğalçı Ermənistan klubu kimi təqdim olunması ilə bağlı həm www.voetbalbelgie.be saytına, həm də Belçika Futbol Federasiyasına məktub ünvanlamışıq. Onlar bizdən üzr istəyərək, bu nöqsanın tezliklə aradan qaldırılacağını bildiriblər. Bir məqamı da qeyd etmək istəyirəm ki, www.voetbalbelgie.be saytı öz-özünə zidd gedib. Həmin saytda bundan bir neçə gün öncə yerləşdirilən xəbərdə isə "Neftçi"nin 2005-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Anderlext"lə oynadığı xatırlanmışdı və komandamız Azərbaycan təmsilçisi kimi göstərilmişdi. Ancaq nədənsə, növbəti xəbərlərin birində Koitanın Ermənistan klubu olan "Neftçi"də baxışda olduğu yazılıb. Göründüyü kimi, sayt rəhbərliyi kobud səhvə yol verib. Bu məsələdə bizə dəstək göstərən Azərbaycanın bütün KİV nümayəndələrinə minnətdarlığımızı bildiririk. İnanıram ki, bundan sonra da Azərbaycana, o cümlədən ölkə idmanına qarşı xarici mətbuatın qəsdən və ya bilməyərəkdən buraxdığı səhvlərin öhdəsindən birgə gələcəyik".
   21 yaşlı yarımmüdafiəçi Eşqin Quliyev təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini söyləyib: "Biz burada çox intensiv məşqlər edirik. Bunun bəhrəsini görəcəyimizə əminəm. Komandamızın heyətində təcrübəli futbolçularla yanaşı, xeyli sayda gənc də yer alır. Baş məşqçimiz Arif Əsədov "Neftçi"nin gənclərinə xüsusi önəm verir. Hazırlıq görüşlərində qarşılaşdığımız güclü kollektivlərlə matçlarda baş məşqçimiz bizlərə də şans verərək özümüzü göstərmək imkanı yaradır. Ümumiyyətlə, mən düşünürəm ki, heyətimiz tam komplektləşdikdən sonra "Neftçi" Premyer Liqanı qazanmağa ən real namizəd olacaq. Özümə gəldikdə isə, məşqlərdə var gücümlə çalışaraq komandanın əvəzedilməz üzvlərindən birinə çevriləcəyimə inanıram. Bu il çempionatda sərgiləyəcəyim oyunla "Neftçi"də gənclərə verilən önəmin əbəs olmadığını sübut edəcəm".