14/07/2012 N 071(951)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Qiymət
Top ətrafında
Müxtəlif
Qol+
Xəbər
VİP
Fikir
Xəbər
Xəbər
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Azərbaycan olimpiadanı keçirməyə hazırdır"
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya.az-a müsahibə verib. Ölkəmizin müxtəlif yerlərində nəhəng idman qurğuları,olimpiya kompleksləri tikilir. İdmançılarımız beynəlxalq yarışlarda böyük uğurlara imza atırlar. Olimpiya hərəkatının Azərbaycanda inkişaf perspektivləri ilə bağlı danışan Çingiz bəy maraqlı fikirlər söyləyib.
   - Əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanda əvvəllər olimpiya hərəkatı zəif inkişaf etmişdi. Məhz 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra olimpiya hərəkatında canlanma müşahidə olunmağa başladı. İlk günlərdən cənab prezident qarşımızda məsələ qoydu ki, ilk növbədə biz idmanın maddi-texniki bazasını yaratmalıyıq, həmçinin beynəlxalq idman qurumları ilə əlaqələri genişləndirməliyik və beynəlxalq idman tədbirlərində fəal iştirak etməliyik. Eyni zamanda gənclər arasında idmanın təbliğ edilməsinə xüsusi fikir vermək lazımdır. Cənab prezident həmçinin Olimpiya İdman Komplekslərinin tikilməsi ilə bağlı qərar verdi. Artıq 2000-ci ildə Bakıda belə kompleks istifadəyə verildi. İndi demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya Kompleksləri fəaliyyət göstərir.Olimpiya Komplekslərinin mövcudluğu olimpiya hərəkatının inkişafına töhfə verən amillərdən biridir. İndi Azərbaycanın ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Bütün bunlar Azərbaycanda olimpiya hərəkatının inkişafına təkan verir. Bu gün Azərbaycanda təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı böyük tədbirlər də ölkəmizə həvalə edilir.
   - Qarşıdan gənclərin ilk olimpiadası gəlir. Sinqapurda keçiriləcək mötəbər yarışa gənclərimiz necə hazırlaşırlar?
   
- Sinqapur Olimpiadası öz ideyasına görə ümumiyyətlə digər yarışlardan fərqlənir. Gənclərin olimpiadasında əsas məqsəd gənclər arasında olimpiya çempionunun müəyyən edilməsi ilə yanaşı, orada 50-dən artıq mədəni və təhsil proqramları həyata keçiriləcək. Gəncləri bir yerə toplamaqda əsas fikir yarışda qüvvələrini sınamaqla bərabər, kütləvi tədbirlərdə onların iştirakını təmin etməkdir. Bu olimpiadada bütün ölkələrin təmsilçilərinin olması ilə yanaşı,seçmə yarışlar başqa formatda təşkil edilib. Hər ölkədən 3 idmançı gənclərin olimpiadasında iştirak edəcək. Məqsəd odur ki, bu 3 gənc mütləq dünya çempionatında mükafatçılar sırasına düşsün.
   - Paytaxtımız 2016-cı il Yay Olimpiya oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürmüşdü. Gələcək illərdə necə, növbəti dəfə Bakının namizədliyi irəli sürülə bilərmi?
   
- Əlbəttə, paytaxtımız belə möhtəşəm yarışı keçirmək üçün namizədliyini yenidən irəli sürə bilər. Bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir. Azərbaycanda Olimpiya oyunlarının keçirilməsi üçün durmadan çalışmaq lazımdır. Mən inanıram ki, gələcəkdə Bakı özünün müasir idman qurğuları, kompleksləri ilə olimpiadanı təşkil etməyə layiqli namizəd olduğunu sübut edəcək. Namizəd şəhərlərin irəli sürülməsi prosesi uzun bir prosesdir. Beynəlxalq Olimpiya Komitəsi yarışın başlamasına 7 il qalmış namizəd şəhərləri müəyyənləşdirir. Bütün bunlar Olimpiadanın yüksək səviyyədə təşkil olunması üçün atılan addımlardır. Yəni artıq Bakının namizədliyinin irəli sürülməsi faktı bir daha sübut edir ki, Azərbaycan Olimpiya Oyunlarını keçirməyə hazırdır.
   - Bundan sonra başçılıq etdiyiniz Azərbaycan Atletika Federasiyasının ən aparıcı idmançısı olan sprinterimiz Ramil Quliyev Türkiyənin "Fənərbaxça" klubunun heyətində yarışlara qatılacaq.
   
- Yüngül atletikada idmançının klubla müqavilə bağlamasının müxtəlif formaları mövcüddur. Ramil Quliyevin Türkiyə klubu ilə bağladığı müqaviləyə əsasən, o, yeni klubunun tərkibində komanda yarışlarında iştirak edəcək. Sprinterimizin Türkiyəyə yollanmasına ona görə şərait yaratdıq ki, Azərbaycanda sırf atletika klubları yeni yaranır və onlar hələ ki heç bir beynəlxalq yarışa qatılmır. Ramil Quliyevin hazırlığı üçün bu keçid çox vacibdir.