29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Benites Apennində çox qalmalıdı
"İnter"in baş məşqçisi Rafael Benitez komandasına çempionluqlar qazandırmaq üçün burada uzun müddət qalmağın vacib olduğunu bildirib. Birvaxtlar "Liverpul" və "Valensiya" klbularına baş məşqçilik edən ispan məşqçi, Maurinyonun gedişindən sonra "İnter"ə gəlib. Təcrübəli məşqçi mətbuata açıqlama verib: "İnter" klubu uğur qazanmaq üçün burada uzun müddət qalmağımı gözləyir. Futbolda ən çətin şey futbolçu və jurnalist olmaqdır. Qazanmaq üçün futbbolçularla danışmaq daha yaxşı yoldu. Əgər bunu gülərək etsəniz, lap yaxşı olar". Açıqlamasında baş məşqçi gənc futbolçu Kountinyo haqda da danışıb: "Məşqlərdə yaxşı oyun göstərdi. O gəncdir və bizim üçün çöx önəmlidir. O, mənim diqqətimi cəlb edə bilib".
 
"Fabreqas çempion olmağa layiqdi"
"Barselona"da çıxış edən Andreas İnyesta klubun transfer siyahısında olan Fransek Fabreqasın bu mövsüm "Arsenal"da qalacağını söyləyib. İspaniya mətbuatına istinadən verilən xəbərə görə, La Liqa çempionu "Barselona" bir müddət bu futbolçu ilə maraqlansa da, sonradan maddi məsələlərə görə fikrindən daşınıb. Futbolçunun transferi gələn ilə saxlanılıb. İspaniyaya DÇ-da çempionluğu gətirən qolun sahibi İnyesta Fabreqasın "Arsenal"da qalıb bu kmaonda ilə çempionluq qazanmaq istədiyini bildirib: "Fransek Fabreqas bizimlə oynamaq istədiyini bildirib. Amma "Arsenal" azarkeşlərinin qəlbində yeri olduğunu bizə deyib. Fabreqas xüsusi futbolçudur. Arzu edirəm ki, bu mövsüm "Arsenal" çempion olar. "Arsenal"ın qələbə qazanması üçün Fabreqasın zədələnməməsi və formada olması lazımdır. Fabreqas mövsümü çempionluqla bitirməyə layiqdir. Onun "Arsenal"da ortaya qoyduğu oyun nəticəsiz qalsa, bu pis olar. "Barselona"da Messinin komandanın digər üzvlərinin yaxşı oynamadığı vaxt oyun udduğunu gördüm. Fabreqas da bunun eynisini "Arsenal" üçün edir". Özünün və "Barselona"nın başqa futbolçularının Fabreqasın komandaya qatılmasını istədiyini deyən İnyesta, gələn mövsüm futbolçunun bu komandada forma geyməsini arzu edib: "Arsenal" "Çelsi" qədər güclü deyil. Amma oynadıqları futbol planlı bir futboldur. Onlar mükafatlandırılmağa layıqdır. Franssek xüsusi bir futbolçudur. Və "Arsenal"ı arxasıyca apara bilər. Ümid edirəm ki, gələn mövsüm bunu edər. Əgər "Arsenal"dakı son mövsümündə kapitan kimi çempionluq kubokunu qaldırsa, bu mükəmməl bir şey olar".
 
Ramalyu milliyə buraxılmadı
"Korintians"ı çalışdıran Manu Menezeslə danışıqlar başlayıb. Dünya çempionatından sonra istefaya göndərilən Karlos Dunqanın postuna namizədlər çoxdu. Ancaq federasiya prezidenti Rikardo Teyşeyra millini Murisi Ramalyunun çalışdırmasını istəyir. Ötən həftənin 5-ci günü Ramalyunun rəsmən yığmaya baş məşqçi təyin olunduğu haqda yayılan xəbərlər artıq təkzib edilir. Ramalyunun "Fluminense"ylə müqaviləsinin müddəti 2012-ci ilə qədərdi. Klub onu mütəxəssislə ayrılmaq istəmir. 55 yaşlı təcrübəli məşqçi indiyə qədər Braziliyanın 11 müxtəlif klubuna rəhbərlik edib. Ramalonun 1993-cü ildən bu tərəfə məşqçilik edən Ramalo
   2006-2009-cu il mövsümlərində "San Paulo"nu çalışdırıb və üç çempionluq yaşayıb. 2009-2010-cü il mövsümündə "Palmeyras"ın başında olan 55 yaşlı mütəxəssis 2010-cu ildə "Fluminense"nin ona göndərdiyi təklifi qəbul edib. Kklub Ramalyunun rəhbərliyi ilə geridə qoyduğu 10 həftənin nəticəsində Braziliya Liqasına liderlik edir. Yeni xəbərlərə görə "Korintians"ı çalışdıran Manu Menezeslə danışıqlar başlayıb.
 
Qrantı ömürlük həbs etdilər
İngiltərənin "Milluoll" klubunun keçmiş futbolçusu Kevin Qrant qətldə ittiham edilərək həbs olunub. Məlumata görə, məhkəmə hücumçunun dostları Qaret Dani və Damian Qrantla birgə 21 yaşlı Leon Labastaydı öldürdüyünü sübut edərək onlara ömürlük həbs cəzası verib. Hadisə 2007-ci ildə baş versə də o zaman həbs olunan futbolçunun əleyhinə yetərli dəlillər olmadığı üçün o, azad olunmuşdu. Ancaq sonradan yeni şahidin ifadələri əsasında futbolçu cəzadan qurtula bilməyib.
 
Maradona gözlənilmədən getdi
Argentina yığma komandasının baş məşqçisi Dieqo Maradona milli komandada qalmaq təklifini rədd edərək gözlənilmədən istefa verdi. "Ole" qəzetinə istinadən verilən məlumata görə, Maradona artıq qərarını Argentina Futbol Assosiasiyasının prezidenti Xulio Qrondoneyə çatdırıb. Maradona iyulun 26-da futbol televerilişi zamanı bəyan edib ki, bütün köməkçiləri postlarında qalsalar o da baş məşqçi kimi fəaliyyətini davam etdirəcək. Bundan əlavə, Maradona məşqçi qərargahında zamanının məşhur futbolçusu Oskar Rucerini də görmək istəyib. Amma onun namizədliyi Qrondonenin xoşuna gəlmir. Öz növbəsində Qrondone Maradonaya postunda qalmağı, amma yeni köməkçilər tapmağı təklif edib. Baş məşqçi isə belə şəraitdə işləməkdən imtina edib.
 
Raul "Real"la rəsmən vidalaşdı
İspaniya futbolunun canlı əfsanəsi, uzun illərdir "Real"ın formasını geyinən və Madrid klubunun simvoluna çevrilən Raul Qonzales 18 ildir şərəfini qoruduğu "kral klubu"ndan getdiyini rəsmən elan edib. "Sport-Ekspress"ə istinadən verilən məlumata görə, 33 yaşlı hücumçu Almaniyanın "Şalke" klubu ilə 2 illik müqavilə imzalayıb. "Bu gün həyatımdakı ən ağır günlərdən biridir. "Real" mənim ikinci evimdir. Klubda keçirdiyim illər ərzində unuda bilməyəcəyim anlarım olub" - deyə, Raul bildirib. Veteran forvard 1992-ci ildən Madridin "Real" klubunda forma geyinib. O, klubun tarixində ən yaxşı bombardir olub. Raulun hesabında 323 qol var. Bu göstəricilərlə o, əfsanəvi Alfredo di Stefanonu keçib. O, "Real"ın formasında 6 dəfə İspaniya çempionatının, 4 dəfə Superkubokun, 3 dəfə də Çempionlar Liqasının qalibi adını qazanıb.
 
Kasilyasın sevgilisi İtaliyada
Dünya çempionatı zamanı çempion İspaniyanın qapıçısı İker Kasilyasla müsahibələri dillər əzbəri olan və futbolçu sevgilisi tərəfindən canlı yayımda öpülən tanınmış ispan teleşəhrçi Sara Karbonero İtaliyaya transfer olunub. Kasilyasın müxbir sevgilisi İtaliyanın ən böyük media quruluşlarından oldan "Mediaset" Media Qurupu ilə müqavilə imzalayıb. İspaniyanın "Telecinco" kanalından "Mediaset"ə keçən Saranın İtaliyada böyük məbləğdə maaş alacağı və İspaniya La Liqası ilə bağlı xəbərlər proqramını aparacığı deyilir. 26 yaşlı aparıcının ilk işi "İnter"lə tarix yazmış Joze Maurinyo olacaq. Sara həmçinin portuqaliyalı mütəxəssisin yeni komandası "Real"la bağlı da veriliş hazırlayacaq.
 
Menzeşin yeni "sambaçılar"ı
Braziliya yığmasına yeni təyinat almış baş məşqçi Manu Menzeş yığmanın yeni heyətini açıqlayıb. Yerli mətbuatın yazdığına görə, avqustda ABŞ-la keçiriləcək yoldaşlıq oyununa çağırılmış oyunçular arasında CAR-da keçirilmiş dünya çempionatında oynamış yalnız 4 futbolçu var. Beləliklə, Braziliya millisinin yenilənmiş heyəti belədir:
   Qapıçılar: Cefferson ("Botafoqo"), Renan ("Avai"), Viktor ("Qremiu").
   Müdafiəçilər: Santos ("Fənərbağça"), Daniel Alveş ("Barselona"), Marselo ("Real"), Rafael da Silva ("Mançester Yunayted"), David Luis ("Benfika"), Enrike ("Rasinq "), Rever ("Atletiku Mineyru"), Tyaqu Silva ("Milan").
   Yarımmüdafiəçilər: Eduardo ("Hoffenhaym"), Ederson ("Lion"), Qanso ("Santos"), Ernanes ("San-Paulu"), Yusiley ("Korintians"), Lukas Leyva ("Liverpul"), Ramires ("Benfika"), Sandro ("İnter").
   Hücumçular: Aleşandru Patu ("Milan"), Andre ("Santos"), Tardelli ("Atletiku Mineyru"), Neymar ("Santos"), Robinyu ("Santos").
 
Bu dəfə jurnalist soyundu
Futbolçuların həyat yoldaşları, özləri və sevgililərinin soyunması hallarına artıq adət etmişik. Az qala hər gün dünyanın müxtəlif ölkəsində belə hallarla rastlaşırıq. Bugünlərdə futbol aləminə yaxın daha bir qadın soyunub. Onun idman dünyasına dəxli olsa da, nə futbolçu, nə futbolçu arvadı, futbolçu nə də segilisidir. O, sadəcə, jurnalistdir. Belə ki, Meksikanın tanınmış idman yazarlarından olan Marisol Qonzales kamera qarşısına keçərək, çılpaq bədənini nümayiş etdirmək qərarına gəlib. İşindən kənarda da tam bir futbol fanatı olduğunu bildirən Marisol "Dünya çempionatında şanssız bir şəkildə mübarizəni dayandırdıq. Bunun üçün çox üzüldüm. Meksika millisi mundialın ən yaxşı futbol oynayan komandalarından biri idi", deyib.