29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Sevgilisi İquaindən 6 yaş böyükdü
CAR-da təşkil edilən 19-cu dünya çempionatında Argentina yığmasının uğur qazanması üçün bacardığını edən, ötən mövsüm "Real"ının forması ilə La Liqada fırtına kimi əsən Qonsalo İquainin gizli sevgilisi üzə çıxıb. Özəl həyatı ilə demək olar ki, gündəmə gəlməyən argentinalı qolçunun Argentinadan olan məşhur maniken Soledad Fandion ilə münasibətinin olduğu məlum olub. Cütlüyün bir müddət əvvəl münasibət qurduğu və yaxın çevrələrindən başqa heç kimə bu barədə məlumat vermədiyi iddia edilir. Maraqlıdır ki, futbolçu özündən 6 yaş böyük qadına aşiq olub. Məlumat üçün deəyk ki, 22 yaşlı hücumçunun sevgilisi Soledadın 28 yaşı var. Belə yerdə deyiblər, yaşın nə fərqi var kiE
 
Macarlar Kumanı qovdular
Macarıstan Futbol Federasiyası milli komnadanın baş məşqçisi Ervin Kumanı istefaya göndərib. Bu barədə federasiyanın yeni prezidenti Sandor Ksanyi məlumat verib. Federasiya başçısı bildirib ki, 2012-ci ilə qədər müqaviləsi olan Ervin Kumanla anlaşma birtərəfli qaydada pouzulub. 2008-ci ildən yığmaya başçılıq edən holland mütəxəssisi kimin əvəzləyəcəyi də artıq məlumdur. Belə ki, Macarıstan Futbol Federasiyası yığmanı macar mütəxəssis Sandor Egervariyə tapşırıb. Onunla artıq rəsmi müqavilə imzalanıb. Qeyd edək ki, Sandor Egervari bundan əvvəl Macarıstanın "Budapeşt", "Erdi VSE", MTK, "Dunauçvaroş", "Vasaş", "Yyori ETO", Səudiyyə Ərəbistanının "Əl-İttihad" və Qətərin "Əl-Səlmiya" klublarının baş məşqçisi olub. "Budapeşt" və "Dunauçvaros" klublarını Macarıstan çempionu edən çalışdırıcının digər kollektivlərlə ciddi uğuru olmasa da, federasiya rəhbərliyi doğru addım atdıqlarını bildirib.
 
Linqfild ayağını yandırdı
"Aberdin"in qapıçısı Ceymi Linqfild komandasının mövsümqabağı təlim-məşq prosesinin əksər hissəsini kənardan izləməli olacaq. Britaniya mətbuatının verdiyi məlumata görə, Şotlandiya Premyer Liqasının təmsilçisi özünü qaynar qəhvə ilə yandırıb. Klubun avtobusunda olarkən Linqfild qəhvə içmək istəyib və bu zaman qaynar suyu sağ ayağına töküb. Xəstəxanaya aparılmış futbolçu indi zorla gəzir. Komandada onu "Aberdin"in üçüncü qolkiperi əvəzləyəcək. "Hər şey daha pis ola bilərdi. Ceymi ayağını yandırıb və yəqin ki, bir neçə həftə meydana çıxa bilməyəcək. Futbolçuların nə zamansa zədələnə biləcəklərini hamımız bilirik, amma bunun nə zaman və necə baş verəcəyini kimsə təxminləyə bilməz"- deyə "Aberdin"in baş məşqçisi Mark Makgi söyləyib.
 
Akinfeyev də "Arsenal"da
Rusiya yığmasının daha bir üzvü "Arsenal"da çıxış edəcək. Qapıçısı İqor Akinfeyev karyearsını İngiltərə Premyer Liqasında davam etdirəcək. "Mançester Yunayted" və "Arsenal"dan təklif alan rus qolkiper London klubunun xeyirinə seçim edib. "The Sun" qəzetinin xəbərinə görə, həmyerlisi və komanda yoldaşı Andrey Arşavin amilini nəzərə alan Akinfeyev "Arsenal"ın təklifinə müsbət cavab vermək niyyətindədir. Rus qapıçı açıqlamasında "Arsenal"la "Mançester Yunayted"in dünyanın ən böyük klubları olduğunu bildirib və bu klublarda oynamağın qürurverici olduğunu deyib. O, eyni zamanda ingilis klubları ilə yanaşı, "Yuventus"dan da təklif aldığını qeyd edib. Qeyd edək ki, Akinfeyev 2003-cü ildən Moskva ÇSKA-sının formasını geyinir və indiyədək 180 oyunda komandanın qapısını qoruyub. Moskva klubunun heyətində 3 dəfə Rusiya çempionu, 4 dəfə ölkə kubokunun və 4 dəfə Super Kubokun qalibi olan qolkiper 2004/2005 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırıb. 2004-cü ildən 40 dəfə Rusiya millisinin formasını geyinən Akinfeyev 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazanıb.
 
Riosun "Visla"ya keçidi rəsmiləşdi
Bu gün Avropa Liqasının III seçmə mərhələsinin ilk görüşü çərçivəsində doğma Krakovda təmsilçimiz "Qarabağ"la üz-üzə gələcək Polşa klubu "Visla" heyətini gücləndirməkdə davam edir. Transfer dövründə 24 yaşlı yarımmüdafiəçi Çezari Vilk ilə 4 illik müqavilə imzalayan Krakov təmsilçisi uzun müddətdir danışıqlar apardığı argentinalı hücumçu Andres Riosun keçidini də rəsmiləşdirib. Polşalılar 21 yaşlı futbolçunu Argentinanın "River Pleyt" klubundan icarəyə götürüb. "Visla" yeni transfer Cezari Vilk də daxil olmaqla, Andres Riosu ictimaiyyətə təqdim edib. Argentinalı hücumçu Rios 21, polşalı Vilk isə 28 nömrəli futbolkanı geyinəcəklər. Bu arada Çezari Vilk və Andres Roisi heyətinə qatan "Visla" Kristofer Majinski ilə yollarını ayırıb. Krakov təmsilçisi 23 yaşlı futbolçunu "LKS Lodz" klubuna icarəyə verib. Qeyd edək ki, Majinski "Visla"nın Avropa Liqasının II seçmə mərhələsində Litva təmsilçisi "Şaulyay" komandası ilə oyunlarda "18-likdə" yer alsa da, baş məşqçi Henrik Kasperjak ona şans verməyib.
 
Ronaldinyu heç yerə getməyəcək
"Uest Hem" rəhbərliyi "Milan"ın hücumameylli yarımmüdafiəçisi Ronaldinyunu heyətə qatmaq istəyir. Paytaxt Londonu təmsil edən ingilis klubunun rəsmiləri 30 yaşlı braziliyalı üçün italyanlara 7 milyon avro təklif etmək niyyətindədirlər. Ronaldinyu ilə ABŞ-ın "Los-Anceles Qalaksi" və Braziliyanın "Flamenqu" klubları da maraqlanır. Futbolçunun agenti və qardaşı Roberto De Assis isə bildirib ki, Ronaldinyu "Milan"da qalmaq niyyətindədi. "Milan"ın sahibi Silvimo Berluskoni də futbolçunun karyerasının sonunadək "rossonyeri" futbolkası geyəcəyini deyib: "Ronaldinyu karyerasını "Milan"da bitirmək istəyir. Cənab Berluskoninin dedikləri də bizi sevindirdi. Ronni və klub arasında ciddi, möhkəm əlaqələr var. Həmin əlaqələr nə qədər çox davam edərsə, hamı üçün o qədər yaxşıdı. İstəklərimiz də Berluskoninin mövqeyi ilə tam üst-üstə düşür. Klubun vitse-prezidenti Adriano Qalliani ilə görüşüb danışacağam. Ümid edirəm ki, Ronninin müqaviləsinin müddətinin uzadılması ilə bağlı heç bir problem olmaz". Onun sözlərinə görə, Ronaldinyunun "Los-Anceles Qelaksi"nin oyunçusu Lendon Donovana dəyişdirilməsi ilə bağlı şayiələrin də heç bir əsası yoxdu: "Qardaşım "Milan"ın futbolçusudu və onun klubla imzaladığı müqavilənin vaxtının başa çatmasına bir il qalıb. Klub rəhbərliyi ilə danışıqlar aparacağıq".
 
İsveçdə üç futbolçu qəzada öldü
İsveçin Skollefet şəhərində bədbəxt hadisə baş verib. Belə ki, ölkə mətbuatının yazdıqlarına əsasən, İsveçin 3-cü divizionunda mübarizə aparan "Skollefet" klubunun oyunçularını daşıyan avtobus ölkənin şimalında qəzaya düşüb. Qəfildən idarəetməni itirərək yoldan çıxan avtobus aşma nəticəsində magistralın kənarındakı çalaya düşüb. Qəzada 3 futbolçu həlak olub, 17 nəfər yaralanıb. İsveç polisi qəzanın səbəblərini araşdırır. "Skollefet" klubunun futbolçuları yeni mövsümdə ilk matça qollarında qara sarğı ilə çıxacaqlar. Bədbəxt olayla bağlı, eyniadlı şəhərdə bir günlük matəm elan olunub.
 
Totti rekordu təzələyəcək
İtaliya futbolunun canlı əfsanələrindən hesab edilən "Roma"nın lideri Françesko Totti Apennin mətbuatına müsahibə zamanı əminliklə bildirib ki, sabiq ulduz Roberto Bacconun "A" Seriyasında vurduğu rekordu (205 qol) təzələyəcək: "Əlbəttə, bu il mən onun rekorduna çatacam. Bəlkə onu keçdim də. Çünki, mən özümü çox yaxşı hiss edirəm və mənim bunu etməyə potensialım var. Bu mənim hədəflərimdən biridi. Amma bundan da vacib işlərim var".Qeyd edək ki, indiyədək Totti A seriyasında 192 qol vara bilib.
 
Uve Zeeler qəzaya düşdü
Almaniya futbolunun əfsanələrindən biri Uve Zeeler avtomobil qəzasına uğrayıb. 73-yaşlı Zeelerin bəxti gətirdi ki, o sağ qaldı. Lakin, o müxtəlif bədən xəsarətlərini, o cümlədən, başından zədə alıb. Qəza ilə bağlı açıqlamasında "biz kifayət qədər yavaş sürürdük və birdən arxadan gələn maşın bizi vurdu. Bunun nəticəsində hər iki maşın qəzaya uğradı. Mənim bəxtim gətirdi ki, sağ qaldım" deyib.
 
Balotelli razılaşıb
"İnter"in 19-yaşlı hücumçusu Mario Balotelli İngiltərənin "Mançester Siti" komandasına keçidinə razılığını verib. İtaliya mətbuatına istinadən verilən məlumata görə, gənc hücumçu ingilis komandası ilə artıq ilkin müqavilə imzalayıb. Balotelliyə görə Mançester klubu 30 milyon avro ödyəcək. Həmçinin, futbolçu yeni komandasında uğurlu çıxış etsə əlavə olaraq 5 milyon avro da ödəniləcək.