29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Belə qarşılanacağımı gözləmirdim"
Dünən "İsmət İnönü" stadionunda izdeham yaşandı. "Beşikdaş" rəhbərliyi azarkeşlər qarşısında Quti ilə müqavilə bağladı. 15 il "Real"ın formasını geyinən futbolçu "Atatürk" hava limanına enəndə onu qarşılamağa gələn azarkeşləri görəndə gözlərinə inanmayıb.
   Klub prezidenti Yıldırım Dəmirörən, Futbol Komitəsinin sədri Sərdar Adalı, Futbol Komitəsinin üzvü Çingiz Zülfüqaroğlu və menecer Əhməd Buludla İstanbula gələn ispaniyalı belə deyib: "Türkiyədə futbola marağın bu qədər olduğunu gözləmirdim. Bu qədər camaatın məni qarşılayacağına inanmırdım. Burada özümü sultan kimi hiss etdim".
   Quti transfer məsələsində əvvəlki məşqçisi Bernd Şusterin önəmli rol oynadığını bildirib: "Onun işlədiyi komandada hər şeyin çox gözəl olacağına inanıram".
   14 nömrəli "Beşiktaş" forması ilə İstanbula gələn futbolçu azarkeşlərə əl yelləyərək onlarla şəkil çəkdirib. Tibbi müayinədən keçəndən sonra ispaniyalı futbolçunun "İnönü" stadionunda təqdimat mərasimi keçirilib.
   25 min nəfər azarkeşin önünə "14" nömrə formayla çıxan Quti tribunalara yaxınlaşıb "Beşikdaş" fanatları salamlayıb və onların qarşısında baş əyib. Tədbirə qatılan futbolçunun sevgilisi Noeliya Lopes Qutiyə də söz atıb: "İspaniyada "Real"la böyük uğurlar əldə etdin. Saysız hesabsız kuboklar qazandın. Amma heç vaxt belə qarşılanmadın. İstanbula gələn kimi səni çiyinlərinə aldılar. Türklər səni çox sevir".
   
 
Üstünəl istefa verdi
Haldun Üstünəl "Qalatasaray"la bütün əlaqələrinə son qoyub. "Sarı-qırmızılı" azarkeşlərin sevimlisi Futbol Şöbəsinin ardınca, klubun İdarə Heyətindən də istefa verib. Bu barədə klubun rəsmi saytı bəyanət yayıb: ""Qalatasaray" İdman Klubunun İdarə Heyətinin üzvü Mahir Haldun Üstünəl öz xahişi ilə İdarə Heyətindən istefa verib. Aramızda olduğu dönəmdə klubumuza verdiyi xeyir müzakirəsiz olan dostumuzun verdiyi bu qərar bizləri üzdü. Onun komandaya xidmətlərini bundan sonra da davam etdirəcəyindən əminik. Haldun Üstünələ bu günə qədər çəkdiyi zəhmətə və əməyinə görə təşəkkür edir, üzülərək qəbul etdiyimiz istefasının ona və klubumuza xeyirli olmasını diləyirik".
 
Sercan yaxalandı
Yaşıl meydanda sərgilədiyi oyunla özündən söz etdirən Türkiyə yığmasının və "Bursaspor"un üzvü Sercan Yıldırım özəl həyatı ilə də diqqətə düşüb. Bir müddət əvvəl məşhur müğənni Hulya Avşarın bacısı Helin Avşarla münasibətləri olay olan futbolçu özünə yeni sevgili tapıb. Belə ki, türk paparatsilər futbolçunu dünən 20 yaşlı rus maniken Yana ilə Bursadakı ticarət mərkəzlərindən birində yaxalayıblar. Sərcan Yana ilə Avstriya toplanışından öncə istirahətə yollandığı Marmarisdə tanış olub. Yeni sevgilisini Bursa ilə tanış edən futbolçu bir an olsun əlini buraxmadığı rus gözəlçə ilə paparatsilər üçün gözəl pozalar verib.
 
"Bursaspor"un gözü Pavonda
Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Bursaspor" heyəti gücləndirməkdə davam edir. Əsasəndə müdafiə xəttinə önəm verən baş məşqçi Ərtoğrul Sağlam qitənin bir nömrəli turnirində fiaskoya uğramaq istəmir. Belədə gənc mütəxəssis arxa xətti möhkəmləndirmək üçün ölkədən kənarda futbolçu axtarır. "Saraqosa"nın aparıcı üzvlərindən sayılan Françesko Pavonun Bursaya gəlişi gündəmdədir. Madrid "Real"ının yetirməsi 2007-ci ildə "Saraqosa"ya keçib. Bu klubda 45 oyunda forma geyinən 30 yaşlı futbolçu daha çox etibarlı oyunu ilə yadda qalıb. Xüsusilə də, fiziki cəhətdən hazırlıqlı olan hündürboy müdafiəçi rəqibin qarşısını almaqda çətinlik çəkmir. Məhz bu cür amillər baş məşqçi Ərtoğrul Sağlamın diqqətini çəkərək, futbolçuya marağı artırıb.
 
Fatih Təkkə klub alır
Rusiyanın "Rubin" komandasının formasını geyinən türkiyəli hücumçu Fatih Təkkə klub alır. 32 yaşlı futbolçu ən yaxın dostu - milyonçu Muzaffer Bilazerlə birlikdə Türkiyə II Liqasında mübarizə aparan "Ərzurumspor"un səhmlər paketinə yiyələnmək istəyir. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, artıq sənədləşmə işlərinə start verilib. Ötən il "Zenit"dən transfer olunan Təkkə "Rubin"in heyətində Premyer Liqada cəmi 5 qarşılaşmada forma geyinib.
 
Yan Polak da gəlir
Lorik Kana və Xuan Pablo Pinonu heyətinə qatan "Qalatasaray" çexiyalı Yan Polakı heyətinə qatmağa hazırlaşır. Bu barədə futbolçunun müqavilə ilə bağlı olduğu Belçikanın "Anderlext" klubu rəsmi açıqlama yayıb. Klubun rəsmi saytı vasitəsi ilə yaydığı xəbərdə bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi "Qalatasaray"la danışıqlar apardığından Çempionlar Liqasının III təsnifat mərhələsi üçün UEFA-ya göndərilən sifariş ərizəsinə salınmayıb. Rəsmi saytın xəbərində həmçinin qeyd olunur ki, anlaşması 2011-ci ildə bitəcək çex "Anderlext"in yeni müqavilə təklifinə yox cavabı verib.
 
"Fənər" Qyanı gözləyir
Miroslav Stok, İssiar Diya, Caner Erkin və İlhan Ekeri heyətinə qatan "Fənərbağça" hücumçu problemini də həll etməyə yaxındır. Daniel Quizanı tranfserə çıxaran klub rəhbərliyi ispaniyalı hücumçunun yoxluğunu Asamoa Qyanla unutdamaq istəyir Çempionlar Liqasının təsnifat mərhələsində "Yanq Boys"u rahat keçəcəyini ehtimal edən istambullular növbəti mərhələdə daha güclü rəqiblə üz-üzə gələcəyindən çəkinir. Odur ki, rəhbərlik növbəti mərhələyə qədər hücumçu problemini aradan qaldırmağa çalışır. Bu məqsədlə "sarı-lacivərdlilər" Qana yığmasının forvardı Asamoa Qyanın transferini yaxın günlərdə gerçəkləşdirmək istəyir. İstambul təmsilçisi qanalı futbolçunun çıxış etdiyi Fransanın "Ren" klubuna rəsmi təklif göndərib.tərəflər arasında ilkin danışıqlar heç də asanlıqla keçməyib. Belə ki, fransızlar hücumçunun transferinə görə türklərdən 20 milyon avro tələb ediblər. "Fənərbağça" rəhbərliyi Qyanın transferinə əvvəl 13 milyon xərcləməyi nəzərdə tutsa da, sonradan bu məbləği 3 milyonda artırıb. Fransa təmsilçisinin rəsmiləri isə yekun qərar gəlmək üçün istanbullulardan 3 gün vaxt istəyib. Qana yığma komandasının aparıcı üzvünün keçidlə bağlı münasibətinə gəlincə afrikalı Türkiyə klubunda oynamağa razıdır: "Türkiyədə futbolun getdikcə inkişaf etdiyindən xəbərdaram. Artıq superliqada dünyada tanınmış futbolçular çıxış edir. "Fənərbağça"da Aleks, Daniel Quiza, Dossantos və Devid kimi tanınmış ulduzlar yer alır. "Fənərbağça"nın dəvətinə hörmətlə yanaşıram. Ona görə də karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Amma ilk növbədə hər iki komanda bu keçidin baş tutmasına razılıq verməlidir".
   Bu arada komanda axtarşında olan Daniel Quizaya "Xetafe" sahib çıxmaq istəyir. Lakin İspaniya təmsilçisinin "oxatan"a ödəmək istədiyi məbləğ türkləri qane etmir. Bir neçə il öncə hücumçunun keçidinə 14 milyon xərcləyən istanbullular bunun azda olsa qarşılığını çıxarmaq istəyirlər. "Xetafe" rəhbərliyinin Quizanın transferinə görə təklif etdiyi məbləğ isə bunun yarısıdır. Odur ki, "bülbüllər" ispanların rəsmi təklif göndərdiyi 7 milyon avrodan imtina ediblər.
 
"Cim Bom"un "canavar"ı
Təcili olaraq forvard axtaran "Qalatasaray" önəmli bir futbolçunu heyətinə qatmaq üzrədir. "Sarı-qırmızılılar" "Roma"nın "canavar" ləqəbli futbolçusu Julio Baptistanın transferi barədə danışıqlar aparırlar. İtaliya mətbuatında yayılan xəbərlərə görə, "Roma" rəhbərliyi heyətə daha yaxşı hücumçular cəlb etmək istəyirlər. Elə buna görə də romalılar Baptistanı "Qalatasaray"a satmağa hazırdırlar. Baroş zədəli olduğu üçün "aslanlar" hücum xəttində yalnız "Bucaspor"dan yeni transfer etdiyi Mehmet Batdalla qalıb. "OFK Belqrad"la keçiriləcək qarşılaşmda istanbulluların hücum xəttində yalnız Battal yer alacaq.
 
"Kayserispor" Santananı aldı
Şota Arveladzenin baş məşqçi postuna gəlişindən sonra "Kayserispor"da canlanma yaranıb. Klub rəhbərliyi gürcü mütəxəssisin transfer siyahısında yer alan oyunçuları heyətə cəlb etməkdə maraqlıdır. Belə futbolçulardan biri də Conatan Santanadır. Ötən mövsüm Almaniyanın "Energi" klubunda forma geyinən argentinalı mərkəz yarımmüdafiəçi kayserililərlə 3 illik müqavilə bağlayıb. Rəsmi müqavilə bağladıqdanq sonra cənubi amerikalı "Kayserispor"un Avstriyada keçirdiyi təlim-məşq toplanışına qatılıb.