29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Aquero "İnter" yolunda
"İnter"in heyətini Argentina yığmasının və Madrid "Atletiko"sunun hücumçusu Serxio Aquero ilə gücləndirmək fikrindədir. Bu razılaşma Mario Balotellinin "Mançester Siti"yə keçidindən sonra baş tuta bilər. transfer məbləği 35 milyon avro təşkil edir. Cari mövsümdə Aquero İspaniya Çempionatında 31 matç keçirib və rəqib qapısına 12 dəfə yol tapıb. 22 yaşlı futbolçu DÇ-da üç qarşılaşma da çıxış edib. Futbolçu həmçinin "Çelsi"nin maraq dairəsindədir.
   
 
Valdiviyaya görə 6 milyon avro
"Palmeyras" rəsmi olaraq "Əl-Aina"nın hücumçusu Horhe Valdiviya ilə maraqlandığını təsdiq edib. Çilili futbolçunun keçidinə görə braziliya klubu 6 milyon avro və beşillik müqavilə təqdim etmək niyyətindədir. 26 yaşlı forvard 2006-2008-ci illərdə "Palmeyras"ın heyətində çıxış edib.
 
Markos "Real"ı tərk etdi
"Real"ın sol cinah müdafiəçisi Markos Alonso artıq "Bolton"un heyətində çıxış edəcək. Transferin maliyyə məsələləri açıqlanmasa da, futbolçu klubla üçillik müqavilə imzalayıb. 19 yaşlı ispan bu ilin aprel ayında komandasının "Rasinq"lə qarşılaşmasında öz uğurlu çıxışı ilə yadda qalıb. Alonso "Bolton"un üçüncü reallaşdırdığı keçiddir. Bundan əvvəl ingilis klubu heyətinə yarımmüdafiəçilər Martin Petrovu və Robbi Bleyki qatıb.
 
Rodriqes "Espanyol"a keçir
"Liverpul"un yarımmüdafiəçisi Maksi Rodriqes yaxın günlərdə "Espanyol"la müqavilə imzalamağı gözlənilir. Bu ilin yanvarında ingilis klubunun heyətinə qatılsa da klubun rəhbərliyi futbolçunun qeyri-qənaət bəxş çıxışlarından sonra onunla yollarını ayırmaq qərarına gəlib. 2009/10 İngiltərə çempionatında Maksi 17 matç keçirib və bir dəfə vurduğu qolla fərqlənib.
 
"Real"la "İnter" nəhayətki anlaşdılar
"İnter" və Madrid "Real"ı braziliyalı futbolçu Maykonun İspaniyaya transferi ilə bağlı anlaşma əldə edib. Bu barədə İtaliyanın "La Gazzetta dello Sport" və "Corriere della Sera" qəzetləri məlumat verib.
   "İnter" 28 milyon avro qarşılığında futbolçusunu "Real"a satmağa razılıq verib. Artıq "Real" Maykonun keçidini həll edib və transfer 48 saat içində rəsmiləşəcək.
   Maykon 4 illik müqavilə çərçivəsində hər il üçün 6 milyon avro istəyib, lakin "Real"ın prezidenti braziliyalı futboçluya ildə 5,5 milyon avro əməkhaqqı təklif edib. Tərəflər bu məsələdə anlaşan kimi rəsmi müqavilə imzalanacaq.
   
   
   
   
   
   
   
Şahin