29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Polşa mətbuatı Rəşadları səhv saldı
"Qarabağ"in Krakov səfərinə geniş yer ayıran Polşa mətbuatı Əfran İsmayılova xüsusi diqqət göstəriblər. Onun son 3 oyunda rəqib qapılarına 4 dəfə yol tapmasına işarə vuran həmkarlarımız "Qarabağ"ın 22 futbolçu ilə Krakova gəldiyini yazıb. Hava limanında futbolçularımızı "Visla"nın nümayəndələri və yerli jurnalistlər qarşılayıblar. Yerli azarkeşlər isə "Qarabağ"lılardan avtoqraf alıblar. Onların iddiasına görə, təmsilçimiz 30 dəqiqə gecikmə ilə Krakova çatıb, burda isə leysana düşüblər. Buna baxmayaraq, komanda "Visla"nın stadionunda məşqə çıxıb.
   Meydanda su gölməçələrinin yaranmasına baxmayaraq, təxminən saatyarım həvəslə məşqi davam etdiriblər. Dünən axşam isə "Hutnik" adlanan arenada 40 dəqiqəlik çalışmayla matçın hazırlığını bitiriblər. Komandamızın heyətindəki 2 futbolçu polşalıları təəccübləndirib. Rəşad Sadıqovla Rəşad Sadiqov rəqibi düşərgədə çaşqınlıq yaradıb: "Maraqlıdır ki, "Qarabağ"ın heyətində eyni ad və soyadlı, ancaq müxtəlif doğum tarixləri olan iki futbolçu var. Bunlardan biri Rəşad Sadıqov 1982-ci il iyunun 16-da anadan olub və müdafiəçidir. Bundan əlavə, 2004 və 2005-ci illərdə Azərbaycanın ən yaxşı futbolçusu olub və basketbol oynayıb. Rəşad 2006-cı ildə Türkiyənin "Kayserispor" klubundan Bakının "Neftçi" komandasına qayıtmaq istəyirdi. Ancaq yay "transfer pəncərəsi"nin sonunda ona əngəl yaradıldı. Nəticədə Sadıqov yerli basketbol klubunda müdafiəçi kimi oynamağa başladı. Digər Rəşad isə ondan bir yaş kiçikdir. 1983-cü il oktyabrın 8-də anadan olan bu futbolçu yarımmüdafiəçidir". Bu, polşalıların marağına səbəb olan məqam sayılsa da, əslində, çaş-baş qalası bir şey yoxdur. Çünki Rəşadlar adaş olsalar da, soyadlarında bir hərf fərqlidir. Ancaq məsələ ondadır ki, onların soyadları ingilis dilinə tərcümə ediləndə, eyni olur. Yəni, Sadiqov da həmin vaxt Sadıqov kimi göstərilir və onları qarışdırmamaq üçün atalarının baş hərfləri qeyd edilir.
   Əmrah Çəlikəl: "İnşallah, Polşadan ən yüksək nəticə ilə qayıdacağıq. Təbii ki, ən yüksək nəticə qələbədir. Biz səfərə buna nail olmaq üçün gedirik. Polşada heç-heçə də bizim üçün uğurlu nəticə sayılmalıdır. Biz "Visla"nın güclü komanda olduğunu yaxşı bilirik və buna uyğun hazırlaşmışıq. Komanda baş məşqçimiz Qurban Qurbanovun rəhbərliyi altında oyuna ciddi hazırlaşır. Qurbanov daim futbolçularla bir yerdə olaraq, öz tapşırıqlarını verir. İnanıram ki, ümidləri doğrultacağıq. Nəticə oyunun gedişindən çox asılı olacaq. Növbəti mərhələyə çıxmaq şanslarımız haqda ilk oyundan sonra danışmaq olar".
   Fərhad Vəliyev: "Komandamız "Visla" ilə matça tam hazırdır. Ötən oyunlarda olduğu kimi, çalışacağıq ki, səfərdən uğurlu nəticə ilə qayıdaq. Evdə azarkeşlərimiz qarşısında gözəl oyun nümayiş etdirib növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bizim üçün səfərdə ən uğurlu nəticə heç-heçə hesab olunmalıdır. Zənnimcə, qollu heç-heçə bizim növbəti mərhələyə çıxmaq şansımızı xeyli asanlaşdıracaq. "Visla"nın son oyunlarının lent yazısına baxmışıq. Sözün açığı, elə də güclü komanda deyil. Biz onlardan qat-qat üstün komandayıq. Ötən il daha adlı sanlı, daha güclü komandalarla qarşılaşıb mərhələ adlamışıq. Nəyə görə bu il eyni uğuru davam etdirməyək? Bizim üçün normal rəqibdir. Düşünürəm ki, növbəti mərhələyə adlamaq olar. Çox təəssüf ki, indiyədək Polşa futboluna qarşı sindormumuz var. Həm milli komanda, həm də klub səviyyəsində nəticə əldə edə bilmirik. Düzdür, bu il "İnter" "Lex"ı səfərdə məğlub etməklə, bunun öhdəsindən gəldi. Ancaq təəssüf ki, mərhələ adlaya bilmədi. Komandanın hər bir üzvü psixoloji cəhətdən oyuna hazırdır".
   Samir Abbasov: "Visla"nın oyunlarını izləmişik. Düzdür, güclü rəqib olsa da, keçmək mümkündür. Öz meydanında hücum futbolu oynamağı sevirlər. "Visla" Polşa futbolunda söz sahibi olan komandalardandır. Məncə, "Visla" "İnter"in rəqibi "Lex"dən daha güclüdür. Səfərdəki oyun çox çətin olacaq. Polşadan yaxşı nəticə ilə dönsək, Bakıda oynayıb mərhələ keçə bilərik. Yəni ilk görüşdən çox şey asılı olacaq. Biz elə komandayıq ki, evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur - hər birində can qoyuruq. İlk oyunun səfərdə olmasının bizim üçün üstünlük olduğunu düşünmürəm. Ötən oyunu götürək. Səfərdə qələbə qazandıq, ancaq evdəki bir balaca boşalma olan kimi qapımızdan qol buraxdıq. Səfərdəki oyunun əsas üstünlüyü ondadır ki, əgər yaxşı nəticə ilə vətənə dönsək, bu cavab qarşılaşması üçün əlavə stimul olacaq. Ancaq bu oyundur yə səfərdə oynadıq ya da evdə. Elə bir fərqi yoxdur. Onsuz da bunu oynamalıyıq".
   Emin İmaməliyev: "Komandamız bütün oyunlara eyni dərəcədə önəm verir. "Visla" ilə matça ciddi hazırlıq gedir, əhval-ruhiyyə yüksəkdir. Çalışacağıq ki, bu oyunda da yaxşı oyun göstərib uğurlu nəticə ilə vətənə qayıdaq. Avrokuboklarda zəif rəqib olmur. Çoxları rəqib komandanın zəif olduğunu söyləsə də, "Portadaun" xoş təsir bağışladı, sona kimi mübarizə apardı. Futbolçularımız çox istəkli oynayıb, çox sayda qol imkanları yaratsalar da, bunlardan lazımınca faydalana bilmədilər. Futbolda həmişə qələbə qazanmaq olmur. Ancaq şükürlər olsun ki, mərhələ adlaya bildik. Məqsədə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Allahın köməyi ilə vətənə başıuca dönərik. Şəxsən özüm internetdə rəqibin oyunlarına baxmışam. "Neftçi" Azərbaycanın köklü komandası olduğu kimi, "Visla" da Polşanın belə klubudur. İstənilən rəqibə qarşı oynamaq mümkündür. Çox yaxşı olardı ki, Polşadan ən azı 1:1-lə qayıdaq. Hər bir futbolçu qol vurmaq istəyir. Belə şanslar olsa, çalışacam ki, bunlardan maksimum faydalanıb komandama xeyir verim. Futbol kollektiv oyundur, fərqi yoxdur ki, kim qol vurur. İki qol vurmuşam, inşallah, bunun davamını gətirməyə çalışacam. Nəinki 4-5, 6-7 qol vurmaq istəyirəm. Hamı bizdən qrup mərhələsinə adlamağı gözləyir. Biz də buna çalışırıq. Ancaq bu, çox çətindir".
   Elvin Məmmədov: "Polşaya nəticə üçün gəlmişik. Azərbaycanın adını yüksəklərə qaldırmaq istəyirik. Hər oyuna olduğu kimi, "Visla" ilə görüşə də ciddi hazırlaşırıq. Məşqçimiz Qurban Qurbanov oyunla bağlı son tapşırıqlarını verəcək. "Visla" Polşanın güclü komandalarından biridir. Bizim üçün hər bir rəqib çox güclüdür. "İnter" səfərdə qələbə qazanaraq, bizə yaxşı nümunə oldu. Təəssüflər olsun ki, penaltilər seriyasında mübarizədən kənarlaşdılar. Biz də "İnter" kimi, səfərdə qələbə qazanmağa çalışacağıq. "Visla"nın son oyunlarına baxmışıq. Bununla kifayətlənməyəcəyik. Burda da rəqibi təhlil etməyə davam edəcəyik. Mən mərhələ keçmək şansımızı yüksək qiymətləndirirəm. Faiz olaraq qiymətləndirmək istəmirəm. Onu bilirəm ki, Azərbaycana sərfəli nəticə ilə dönəcəyik".
   Rəşad Sadıqov: "Oyuna xüsusi hazırlığımız yoxdur. Əvvəlki görüşlərə necə hazırlaşmışdıqsa, bu dəfə də elə. Sadəcə, oyunumuzda dəyişiklik olacaq. Bu, ilk növbədə taktika üzərində olacaq. Məşqlərdə bunun üzərində çalışırıq. Səfərdə fərqli taktiki sistemlə oynamağımız mümkündür. Heyətlə bağlı dəyişikliklər barədə bir söz deyə bilmərəm. Buna baş məşqçimiz qərar verəcək. İstəmirəm ki, beynimdə nəticə haqda çox fikirlər olsun. Səfərdə güclü rəqiblə oynayacağıq. Matçın startından çox şey asılı olacaq. Çalışmalıyıq ki, oyuna yaxşı başlayaq, tempə tez düşək. Biz həmişə ilk növbədə Allaha ümid etmişik. İstəyirik ki, Allahın köməyi ilə hər şey bizim üçün yaxşı olsun. "Visla" ilə səfərdə heç-heçə əla olardı. Məncə, minimal fərqli məğlubiyyət də pis deyil. İstənilən halda, biz qələbəyə oynayacağıq. Hansı nəticənin alınacağını isə oyun göstərəcək. Biz güclü rəqiblərlə oyunlarda həmişə uduzmuşuq. Sadəcə, qismət olub ki, polşalılarla daha çox görüşdüyümüzdən, həmin məğlubiyyətlər daha çox yadımızda qalıb. Polşa Avropada ən güclü olmasa da, orta səviyyəli futbol ölkələrindən biridir. Ən əsası, onlar xarakterə malikdir. Polşalılar heç vaxt zəif rəqiblərə yuxarıdan aşağı baxmır, onları oyunda həmişə təzyiq altında saxlayır, görüşə ciddi yanaşır. Onlar özündən zəiflərlə istər klub, istərsə də yığma səviyyəsində görüşdə nəticə qazanır, mərhələ adlayır. Mən polşalıların zəif rəqiblə oyunda büdrədiyini görməmişəm".
   Əfran İsmayılov: "Bura gəldiyimiz gündən yağış yağır. Əlverişsiz hava şəraiti var. İlk məşqimizi leysan altında etdik. Buna baxmayaraq, komandada əla ab-hava var. Mətbuatın nə yazdığı məni maraqlandırmır. Mənim işim çıxıb futbol oynamaqdır. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəm. "Visla" əməlli-başlı komandadır. Çətin oyun olacaq. Əvvəl qarşılaşdığımız "Metallurq" və "Pordadaun"dan çox güclüdür. Ancaq ötən il qarşılaşdığımız rəqiblərdən elə də güclü deyillər".
   Maçey Juravski: "Qarabağ" səfərdə "Portadaun"a qalib gəldiyi üçün növbəti mərhələyə çıxdı. Bakıda isə onların hər hansı çətinliklə üzləşəcəyinə inanmırdım. "Qarabağ"la müqayisədə bizim komanda daha güclüdür. Bizim bu səddi keçəcəyimizə heç kim şübhə etmir. Mən beş ildir ki, burda yox idim və komandaya yalnız və yalnız uğur qazanmaq üçün gəlmişəm. İnanıram ki, mənim bu qayıdışım "Visla üçün uğurlu olacaq".
   Junior Dias: "Rəqibin bəzi oyunlarına baxmışıq. "Qarabağ"ı kifayət qədər təhlil etdiyimizi deyə bilərik. Onları zəif komanda adlandırmaq olmaz. Qələbə üçün imkanlardan maksimum istifadə etmək lazımdır. Ötən il Çempionlar Liqasında Estoniyanın "Levadiya" klubuna məğlubiyyəti unuda bilmişik. Əgər kimsə keçmişlə yaşamaq istəyirsə, öz işidir. Mən isə yalnız gələcəyə baxmaya üstünlük verirəm. Bəli, bu, bizim üçün ağır məğlubiyyət idi. Ancaq bizə çox şeyi öyrətdi. "Lex"in "İnter"lə oyunun yalnız birinci hissəsini izləyə bilmədim. Etiraf edirəm ki, "Lex"in cütün taleyini əsas vaxtda həll etməyib, hər şeyi oyun sonrası penaltilərə gətirməsinə bir az təəccübləndim. Penaltilər isə həmişə risklidir. Müdafiəçilərimiz rəqibi zərərsizləşdirmək üçün hər şey etməlidir. "Qarabağ"ı keçə bilməsək, bu, bizim üçün dəhşətli nəticə olacaq. Biz bu haqda heç fikirləşmək istəmirik. Avroliqanın qrup mərhələsinə düşmək istəyirik və buna bütün şanslarımız var".
   
Şahin