29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Yenə özümü bağışlaya bilmirəm"
Zeynal Məmmədov klubda qalıb-qalmayacağını bilmir
"Bakı"nın ölkəmizi təmsil etdiyi Avropa Liqasında UEFA tərəfindən texniki məğlubiyyətlə üzləşməsi ilə bağlı son günlər xeyli söz-söhbətlər dolaşır. Məlum olduğu kimi, son ölkə kubokunun qalibi turnir öncəsi transfer etdiyi kamerunlu futbolçu Joel Epallenin avrokuboklarda cəzası bitmədiyi halda, Çernoqoriyanın "Buduçnost" klubu ilə oyunda meydana çıxıb. Bunu aşkarlayan UEFA "Bakı"ya Podqoritsadakı cavab görüşü öncəsi 0:3 hesablı texniki məğlubiyyət verib. "Bakı" evdə olduğu kimi, səfərdə də rəqibini yensə də (2:1), növbəti mərhələyə çıxa bilmədi. Artıq klubun rəhbərliyi tam tərkibdə istefaya gedib. Prezident Hafiz Məmmədov vitse-prezident postunu tutan qardaşı Zeynal Məmmədovdan da bunu tələb edib. Durum qarışıqdır: bundan sonra nə baş verəcəyini artıq sabiq deyə biləcəyimiz rəsmilər də bilmir. Zeynal bəy isə hələ də "Epalle olayı"nın yaratdığı şoku üzərindən atmayıb.
   - Çernaqoriyaya getməmişdən 1 gün qabaq, ayın 19-da mənə dedilər ki, UEFA-dan faks gəlib. Sənədə baxandan sonra özüm-özümə yenə inanmadım ki, bizə texniki məğlubiyyət verərlər. Fikirləşdim ki, klubumuza mərhəmət göstərərlər. İndi ən böyük səhv bizim rəhbərlikdədir. Gərək elə səhlənkarlığa, uşaq səhvinə yol verməzdik. Bu da bir qismətdir. Baş verən hadisədən dərs çıxartdıq. Yenə özümü bağışlaya bilmirəm. Burda tək "Bakı"nın adı getmir, olan Azərbaycan futbolunun adına oldu. Bağışlanmaz səhvdir. Adətən UEFA hər il Avrokuboklarda çıxış edən klublara cəzalı futbolçuların siyahısını göndərir. İyunun 24-də siyahını AFFA-ya veriblər. AFFA-nın Beynəlxalq Əlaqələr Departamentində heç kim olmadığı üçün sənədi PFL-in işçisi bizim mətbuat xidmətinə göndərib. İşçinin səhvidir ki, göndərilən siyahını çıxarıb stolun üstünə qoymayıb. Onu nə mən, nə Yaşar Seyidov, nə də Tunc Avşar görüb. Ola bilərdi ki, həmin vaxt Epallenin adına fikir verməzdik. Çünki kamerunlunu siyahı göndəriləndən 10 gün sonra transfer etmişdik. Orda yalnız "Bakı"nın adından Deyan Brankoviçin adı yazılmışdı ki, "qırmızı"sı var. UEFA sistemi dəyişib, əvvəl klublarla belə işləmirdilər. Yadıma gəlir, 2005-ci ildə "Jilina" ilə səfər qarşılaşmasında Leandro Qomeşlə Xalidu Sissokoya "qırmızı" verilmişdi, növbəti mövsüm Çempionlar Liqasında "Sioni"ylə düşəndə, ilk oyundan əvvəl bizə xəbərdarlıq məktubu göndərmişdilər ki, filankəslər meydana çıxa bilməz. Bu dəfə onlara iştirak ərizəsini iyulun 8-də vermişdik. "Buduçnost"la Bakıda oynayanadək bir həftə varıydı, həmin arada məktub göndərə bilərdilər ki, Epalle kənarda qalmalıdır. Mən günahı UEFA-nın üzərinə atmıram. Hər şeydən əvvəl günah bizim işçilərdədir. Guya, Epalle oynayıb, nə etdi ki? Komandamız onsuz da güclüdür. Podqoritsadakı oyun daha çox xoşuma gəldi, nəinki Bakıdakı. Birinci hissədə rəqib meydanın mərkəzini keçə bilmirdi. Əsl Avropa futbolu göstərdik. İkinci hissənin ilk 15-20 dəqiqəsini də bu səviyyədə keçirdik. Ancaq çox güc sərf etdiklərindən, sonadək belə davam edə bilmədilər. Bəzi dəyişikliklər oldu, arxa xətdə səhvlərə yol verildi. 2:1-in heç bir əhəmiyyəti olmadı. Meydanda biz qalib gəlsək də, kağız üzərində "Buduçnost" növbəti mərhələyə çıxdı. Artıq klubumuzun İdarə Heyəti tam tərkibdə istefaya gedib. Özüm də daxil olmaqla, hamımız ərizəmizi yazmışıq.
   - Biz hələ Podqoritsada olanda, eşitdik ki, yaxın günlərdə hərtərəfli araşdırma başlanacaq. Məsələ nə yerdədir?
   
- Araşdırmalar hələ gedir. Hafiz Məmmədov hazırda xaricdədir, həftəsonuna kimi qayıtmalıdır. Prezident gəlsin, özü qərar verəcək.
   - Yəqin ki, müəyyən dəyişikliklər olacaq.
   
- Hər halda.
   - Bütün bunlardan sonra əsas günahı kimdə görürsüz?
   
- Bunu bir nəfərin üstünə atmaq olmaz, hamının günahı var. Rəhbərlik tutmuş ta adi işçiyədək. Mən də özümü kənara çəkmirəm. Buy ay aldığımız bütün futbolçularla müqavilələri Bakıda bağlamışıq. Epalle isə Almaniyada müqaviləyə qol çəkib. Onunla da bu işi Avşar edib. Əvvəl ağlıma gəldi ki, başqaları kimi, Epallenin də cəzasının olub-olmadığını yoxlayaq. Axı hər biri üçün bunu edirdik. Fikirləşdim ki, Epalle son 3 ildə "Boxum"da oynayıb, bu komanda da Avrokuboklara vəsiqə qazanmayıb.
   - UEFA-nın hansı qərarına ümid bəsləyirdiz?
   
- Deyirdim ki, xəbərdarlıq edib, uzaqbaşı, klubu cərimələyərlər.
   - Bildiyimə görə, bunabənzər hadisə "Buduçnost"un da başına gəlib.
   
- Podqoritsada klubun rəhbərliyi mənə dedi ki, 3 il əvvəl UEFA Kubokunda "Hayduk"la oynayanda, xorvatlar adı "18-lik"də olmayan futbolçunu əsas heyətdə meydana buraxıb. Zaqrebdə 0:1 hesabıyla uduzublar, evdə də 1:1 ediblər. "Buduçnost" faktı tapandan sonra protest versə də, UEFA "Hayduk"a heç bir cəza verməyib. UEFA "Bakı"nı cəzalandırmasından isə oyun günü xəbər tutdular. İnanın ki, sevinclərindən bircə qanadları yox idi ki, uçsunlar. Meydana çıxmışdılar ki, 2-dən artıq qol buraxmasınlar. Neyləmək olar, "Bakı" rəqibdən üstün oynadı, adına layiq iki qələbə qazandı.
   - Sizə elə gəlmirmi ki, Azərbaycanda da UEFA-nın mon qərarına sevinənlər var?
   
- "Bakı"nı yaxından tanıyanlar üzüntü içindədir. Yol verdiyimiz səhlənkarlığa görə öz adımdan Azərbaycan xalqından, azarkeşlərimizdən üzr istəyirəm.
   - Epallenin özü də deyə bilərdi ki, Yunanıstanda cəza alıb.
   
- Deyə bilərdi. Sorşdum ondan, dedi ki, üstündən 4 il keçib, elə bildim, UEFA-nın yadından çıxıb. Onun da səhvi var, hadisəni danışmalıydı.
   - Onu cəzalandıracaqsızmı?
   
- Yəqin ki. Bu, elə bir səhvdir ki, hamıya dərs olmalıdır. Bu qədər insanın 1 illik əziyyəti bir saata puça getdi.
   - Avşar tərəfindən vəkil tutulmuşdu. O, işə qarışa bilmədi?
   
- İlk günlər nəyəsə ümid qalırdı. Vəkil dedi ki, bəlkə töhmətlə, cəriməylə UEFA işi bağladı. Nizam-İntizam Komitəsi yığışan günün birinci yarısında isə dedi ki, texniki məğlubiyyəti çətin dəyişərlər.
   - UEFA bildirmişdi ki, çıxarılan qərarlardan klublar appelyasiya verə bilər. Bu hüquqdan istifadə etmədiz?
   
- Nə mənası var? Qərarı dəyişməyəcəkdilər. Cəzalı futbolçunu oynatmışıq, səhv özümüzündür. Deyəcəklər ki, qanun var, qayda var, diqqətli olardız. Bakıdakı oyundan sonra UEFA texniki məğlubiyyəti elan etsəydi, bilərdik işimizi. Podqoritsaya gedənədək şikayət etməyin mənası olardı. Tur qurtarıb, appelyasiya versəydik də, xeyri olmayacaqdı.
   - "Buduçnost" - "Brondbü" qarşılaşmasından nə gözləyirsiniz?
   
- Hər iki tərəf üçün ağır oyun olacaq. Hər şey ola bilər. "Buduçnost" çətin keçə danimarkalıları.
   - Çernaqoriya klubunun yerinə "Bakı" olsaydı, necə?
   
- İnanın ki, mən "Brondbü" səddini keçəcəyimizə çox ümidliydim. Komandamızın gücləndiyini görürdüm, uşaqlar oyundan-oyuna "artırırdılar". Almaniyada təlim-məşq toplanışında olanda, baş məşqçimiz Vinfred Şefer "Brondbü"nün oyununa baxmaq üçün Hollandiyaya getmişdi. Özü də demişdi ki, onları uda bilərik. "Brondbü"nün nümayəndəsini Podqoritsada, oyundan sonra gördüm. Üzü elə gülürdü ki... Sevinirdi ki, nə yaxşı, "Bakı" ilə düşmədilər. "Buduçnost"un bizdən zəif olduğunu o da deyirdi.
   - Futbolçular qələbə müqabilində onlara veriləcək mükafat fondundan öncədən xəbərdar idi?
   
- Əlbəttə ki! Kifayət qədər yüksək məbləğdə mükafat ayrılmışdı.
   - UEFA "Bakı"nı texniki məğlubiyyətlə cəzalandırsa da, fikrimcə, cütün taleyini Jabanın ikinci hissənin əvvəlində vura bilmədiyi qol həll elədi.
   
- Jabanın epizodundan sonra da Saşa Kaykutla Ernad Skuliç yaxın məsafədən qapını dəqiq nişan almadı. Ard-arda o imkanları qaçıranda, dedim ki, biz vurmadıq, onlar vuracaq. Elə də oldu. Qapıya bir zərbə endirdilər, o da qol oldu. Xalidu Sissoko həmin epizodda düzgün mövqe seçməmişdi. Son dəqiqələrdə isə komandamız ruhdan düşmüşdü.
   - Klubun strukturunda islahatların aparılacağı dəqiqdir. İş sistemində də dəyişikliklər olacaq?
   
- Gözlənilir, mütləq.
   - "Bakı" yarandığı gündən burada çalışan şəxslər var, hansılar ki, bu məsələdə onların heç bir günahı yoxdur. Həmin insanların istefaya göndərilməsi nə dərəcədə düzgündür?
   
- Heç kim məsuliyyətdən yaxasını kənara çəkə bilməz. O fikirləşməmişdi, mən fikirləşərdim. Mən fikirləşməmişdim, o biri fikirləşərdi.
   - Premyer Liqada növbəti mövsümün başlanmasına az qalıb. Son hadisələrin komandanın çempionatdakı startına mənfi təsirini aradan qaldıra biləcəksiz?
   
- Çalışacağıq ki, elə bir təsiri olmasın.
   - Hazırkı heyət çempionluq uğrunda mübarizəyə qadirdir?
   
- Siz qiymət verin ona. Mənim fikrimcə, hazırkı heyətin birinci yeri tutmaq üçün imkanları kifayət qədərdir.
   - Hafiz Məmmədov bildirib ki, klub iki supertransfer etməyə hazırlaşır.
   
- Ola bilər. Hafiz müəllim prezidentdir, qərarı özü verir. Komandaya gələnlər də ola bilər, gedənlər də. Şeferin verəcəyi raportdan asılıdır. Yeni mövsümdən Premyer Liqada legioner limiti 8-3-dür. Bunu da yaddan çıxarmamılıyıq. Bizdə 10-dan artıq legioner var. Hamısı da səviyyəli oyunçudur. Hansı biri qıraqda qalsa, istər-istəməz narazılığını büruzə verəcək. Gələn çempionat əvvəlkilərdən də maraqlı və gərgin keçəcək. Bütün komandalar güclənir. AZAL, "Turan" və "Gəncə" də digər iddialılara qoşulmaq istəyir.
   
Vüsal
 
KARBON
Aynanın güzgüsü: Sən mənə bayırdan baxırsan, mən mənə içəridən baxıram. Gördüklərimizin bir-birinə düz gəlməməsi bundandır.
   Təzadı görə bilirsiz? Hələ 4-5 ay əvvəl Elşad Nəsirov "mən peşəkar deyiləm" deyəndə, üstünə düşdülər ki, peşəkar deyilsənsə sənin AFFA-da nə işin var? Kişi də dilinin bəlasına düşdüyündən, nə dinib, nə danışıb. Bu peşəkar sözünü o qədər yıxdılar sürüdülər ki, əsl mahiyyəti də it-bata düşdü. Hələ o vaxt deyəndə ki, o "şüşəbənd"də peşəkarlığın qırığı da yoxdur, daş atıb başını tutanlar da az olmadı. O vaxt hələ nə Nəriman Mikayıloğlu əməkdar jurnalist idi, nə "Bakı" "peşəkarlığın"zibilinə düşmüşdü, nə də təzə əməkdar jurnalistimizin oğlunun bəxtinə "Nissan Sanny" düşmüşdü. Bunlar o vaxt idi.
   İndi isə peşəkarların bəziləri hələ də peşəkar istirahətdədirlər. Komandalarımızın Avrokuboklarda talelərinin həll olunduğu bir vaxtda, AFFA-da Beynəlxalq Əlaqələr Departamentinin işçilərinin məzuniyyət və ezamiyyətdə olmaları əsl peşəkarlıq normalarına sığır desəm, yəqin məni didərsiz. Bəs onları niyə didən yoxdur? Söhbəti bilirsiz də, hara gətirəcəm. Ay sağ olun, "Bakı"nın üstünə. Qoy, ürəyimdə bir misra var onu deyim. Sizə zibil yeşiyindən danışacam, rusca ona "korzina"deyirlər.
   Bəlkə milyon düyün cözələdim mən
   Yumub gözlərimi bir an yatmadım.
   Fəqət qaşlarımın ucunda bitən
   Düyünü açmağa gücüm çatmadı.
   Bəli, mövcud vəziyyətdə bakılıların halını xarakterizə edən bu misra məncə yerinə düşdü. Bəzi peşəkarlar Hafiz Məmmədovun qaşını elə düyünləmədilər ki... Bu vəzityyətə həqiqətən ürəkdən acıyıram. Amma gülə-gülə də qəmi, kədəri yaşamaq olur. Qəmlənirəm ona görə ki, Hafiz Məmmədovun komanda üçün eləmədiyi heç nə qalmadı. İroniyayla gülürəm ki, bu işdə aidiyyatı şəxslərin elədikləri heç nə olmadı. Dünya qəribəlikləri ilə doludur. Amma bir məqam məni zaman-zaman cızdağıma qədər yandırır və yandıracaqdır. Biz bizi qiymətləndirənə, canını verənə qiymət verə bilmirik. Hafiz Məmmədov bu komanda üçün daha nə etməliydi? Lap Mübariz Mənsimov olsun. Düzdü azarkeşlərə sərt reaksiyası ilə bir müddət əvvəl birmənalı qarşılanmamışdı. Amma bu komandaya, məqçiyə üstüörtülü daxili aqressiyanın təzahürü idi. Türkiyədə Mənsimovun pulundan komanda qurulur, bizimkilər onun puluyla məzələnir. Bax, biz beləyik. Ağasəlim Mircavadov kimlərinsə xahişi ilə Zaur Ramazanovu komandanın gözünə qatdı, hərçənd ki, o qoca bu qocanı heyətə götürməməliydi. İndi Mirça Rednik Zauru kənarlaşdırmaq istəyir, indi də kiminsə xahişi ilə Zaur yenə top qovma hüququ qazanır. Bax, biz beləyik. Komandanını pulunun iyisinə gedən, şəxsi məqsədlərimiz üçün istifadə edən, komandanın mənafeyini düşünməyən. "Xəzər-Lənkəran"ı da, "Bakı"nı da bu amillər yıxmadımı? Bu komandalar bu amillərin zibilə düşmədümi?
   İndi keçək "zibil qutusu" məsələsinə. "Bakı"nın mətbuat işçilərinin sayı futbolçuların sayından iki dəfə coxdur. Belə olanhalda transfer olunan legionerin kim olduğunu ayırd etmək beləmi çətinmiş? Tutaq ki, Joze Epalle vicdanını tullayıb. Bunu ona görə əminliklə deyirəm ki, Podqoritsada oyundan sonra peşmançılıq əvəzinə gecəyarı özünə "məşğuliyyət"(məşuqiyyət) axtarışına çıxıb. Bunu açıb-ağartmağa, yəqin ki, gərək yoxdur. UEFA-nın məktubunu oxumadan zibil qutusuna atan şəxslər "Bakı"nın taleyini də beləcə bükdülər, tulladılar. Mən heç Asif Bağırovu, Nəriman Mehdiyevi və buna aidiyyatı olan şəxsləri də qınamıram. Mən Elşad Nəsirovu qınayıram. Ona deyən lazımdır ki, futbolumuz bu qədər qeyri peşəkarlarla dolu olduğu bir vaxtda, qeyri peşəkarlığın heç görünmürdü axı, bəs niyə belə demişdin?
   
   P.S. "Baki" qeyri-peşəkarlığın qurbanı oldu, amma bunun əvəzində Mikayıl Nərimanoğlu "peşəkarlığın"ın hesabına əməkdar jurnalist adını aldı.
   P.P.S. "Baki" iki oyunda qələbə qazanıb, mərhələ adlaya bilmədi, amma Mikayıl Nərimanoğlunun biletinin bəxti gətirdi, "Nissan sanny" onun oldu. Təzadı görə bilirsinizmi?
   P.P.P.S. Hərdən mənə elə gəlir ki, "Bakı" daxili təxribatın qurbanıdır. Saray çevrilişi? Hmm, hmm...
   
Ayna
 
"Prezident dedi ki..."
Komandanın yarımmüdafiə xəttinin lideri Aleksandr Soliç: "Bakı" səfərdə əla oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, biz üçüncü topu vura bilmədik. Bu qol bizə lazım idi. Lakin, ikinci hissədə bəxt rəqibimizin tərəfindəydi. Psixoloji cəhətdən də oyuna hazırlaşmaq çətin oldu. Şefer bildirdi ki, bizə inanır. Dedi ki, çıxın meydana və futbol oynayın. Şeferin karyerasında buna oxşar məqam olub: ilk oyunda komandası 1:3 hesabı ilə məğlub olub, lakin cavab görüşündə 7:0 hesablı qələbə qazanıb. Sözüm ondadır ki, bizim də şansımız var idi. Qonaq meydançasında 90 dəqiqə oynamaq asan deyil. Hərdən səhvlərə yol verirdik. Amma komandamız mənim xoşuma gəldi. Jaba və Saşa Kaykut öz vəziyyətlərindən tam istifadə edə bilsəydilər, hər şey başqa cür alına bilərdi. Hər iki oyunda ələbə qazandıq. Bundan artıq nə edə bilərdik? Oyundan əvvəl klub prezidenti Hafiz Məmmədov bizimlə görüşdü və dedi ki, qələbə qazanmaq lazımdır. Prezidentimiz qeyd etdi ki, texniki məğlubiyyətdə bizim günahımız yoxdur. Bizə dedi ki, qalib gəlin və yaxşı pul mükafatını tələb edin. Yaxşı mənada, mən hələ belə rəhbər görməmişəm. Bir çox ölkələrdə çıxış etmişəm, lakin belə səviyyəli klub prezidentini görməmişəm. Biz əla mövsüm keçirdik, bəxtimiz gətirmədi. Hiss edirdim ki, biz "Brondbü"nu uda biləcəyik. Danimarka komandası o qədər də güclü rəqib deyil. Hər şey əla idi. "Buduçnost"u keçə bilsəydik, "Brondbü" ilə görüşəcəkdik. Amma indi bu haqda danışmaq mənasızdır. Bizim sadəcə bəxtimiz gətirmədi. Əlbəttə, biz qrup mərhələsi haqqında düşünürdük. İndi biz hər şeyi yaddan çıxarmalıyıq. İrəlidə ölkə çempionatı var. Biz çempionluq uğrunda mübarizə aparacağıq".