29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
BSŞ-nin "Simurq"la yollarını ayırmasının səbəbləri
Beynəlxaq Bankın "dobro" verdiyi bildirilir
Ötən sayımızda Beynəlxalq Sığorta Şirkəti ilə "Simurq"un rəsmən yollarını ayırdığını, şirkətin futbolla vidalaşmasında prezidenti Cəmil Soltanovun müstəsna xidməti olduğunu vurğulamışdıq. Məsələ ilə bağlı bəzi müəmmalar olduğunu nəzərə alaraq mövzuya bir daha toxunacağımızı qeyd etmişdik. Odur ki, Beynəlxalq Sığorta Şirkətinin "Simurq"a sponsorluqdan imtina etməsinin səbəblərini araşdırdıq və mövzuya qayıtmağı labüd bildik.
   Göstəriş belədi
   Qeyd edək ki, nə "Simurq" rəhbərliyi, nə də Beynəlxalq Sığorta Şirkəti ayrılığa dair rəsmi bəyanat yaymayıb. Ayrılıq siqnallarının rəsmi deyil, qeyri-rəsmi kanallar vasitəsi ilə duydurulmasının bir neçə səbəbi var. Başlıca səbəbi cəmiyyətdən verilə biləcək reaksiyadı. Belə ki, BSŞ-nin gedişindən sonra ictimaiyyətdə "Simurq"un bir klub kimi məhv olacağı barədə rəyin formalaşmasına imkan vermək olmaz. Bu rəsmi Bakının qəzəbini oyada bilər və nəticədə, Azərbaycan Beynəlxalq Bankının vəziyyəti daha da qəlizləşər. Ayrılıq siqnalının rəsmi ağızlardan səslənməməsinin əsas səbəblərindən biri də Beynəlxalq Bankın buna izin verməməsidi. Hazırda şirkətdə audit yoxlamaları aparıldığından, Cahangir Hacıyev bu yoxlamalarının ciddi olmadığını və yoxlamalar nəticəsində ciddi pozuntular tapılmadığını, dolayısıla rəhbərlik etdiyi holdinqdə heç bir problem və maliyyə sıxıntısı olmadığını sübut etmək üçün Beynəlxalq Bankın törəmə orqanı olan BSŞ-nin futboldan kənarlaşdığının rəsmən elan olunmamasını istəyib.
   BSŞ nə üçün ayrılıb?
   Azərbaycan sığorta bazarının böyük bir hissəsinə nəzarət edən, ölkənin ən böyük sığorta kompaniyası sayılan Beynəlxalq Sığorta Şirkətinin "Simurq"dan məhz maliyyə probleminə görə imtina etməsi ilə bağlı səslənən fikirlər tam mənada həqiqəti əks etdirməsə də, səbəblərdən birinin bu olması şübhəsizdi. Büdcəsi 9 milyona yaxın olan hansısa təşkilatın hər il təkbaşına minimum 4-5 milyon hansısa kluba xərcləməsi az inandırıcıdı. Belə olsaydı, BSŞ çoxdan tarixə qovuşardı. Deməli, bu məslədə BSŞ-yə dəstək olan əlavə qurumlar da olub. Çox güman ki, dəstəyin çəkilməsi Cəmil Soltanovu "Simurq"dan üz döndərməyə məcbur edib. Cəmil Soltanovun futbol ailəsindən ayrılmasının başqa bir səbəbi isə heç şübhəsiz ki, "Simurq"un heç vaxt əsas və güclü komanda olma şansının olmamasıdı. "Altılığ"ın qalması bu ehtimalı daha da gücləndirib ki, nəticədə BSŞ rəhbərliyi futbolda qalmağın anlamsız olduğunu dərk edib. Həmişə ikincidərəcəli kluba rəhbərlik etmək isə istənilən işadamı, rəsmi və nüfuzlu şəxs üçün arzuolunmazdı. Axı güclü şəxs hərtərəfli güclü insanlara deyilir!
   Mövsümün əvvəli...
   Əldə etdiyimiz son məlumata görə, Beynəlxalq Sığorta Şirkəti "Simurq"la yollarını ayırdığını hələ ki elan etməyəcək. Amma bu daimi olmayacaq. BSŞ uzağı mövsümün ilk yarısı Zaqatala təmsilçisini maliyyələşdirməkdən imtina etdiyini elan edəcək. Elə həmin vaxt "Simurq"un yeni baş sponsorunun adı açıqlanacaq. O vaxtadək isə bütün açıqlamalarda, bəyanatlarda Zaur Məmmədovun imzası olacaq.
   
MUSA
 
"Qaziantep B.B" Axtyamovu baxışa çağırıb
"Qaziantep Böyükşəhir Bələdiyyəspor" azərbaycanlı futbolçu ilə maraqlanır. Türkiyənin Bank Asiya I liqada çıxış edən klubun prezidenti Ünsal Göksən məşqçilər heyətinin istəyi əsasında bir-iki futbolçu üçün transfer çalışmalarını apardıqlarını bildirib. O bildirib ki, namizədlər arasında azərbaycanlı da var: "Məqsədimiz Bolu toplanışında biri hücumçu olmaqla, iki futbolçunu heyətimizə daxil etməkdir. Ancaq bunda tələsmirik. Vaxtımız var, alacaq futbolçuların həqiqətən də komandaya yararlı isimlər olmasını istəyirik. Bu arada adını açıqlamaq istəmədiyim azərbaycanlı bir futbolçunu da sınadıq. Əgər anlaşa bilsək, bu futbolunu heyətimizə qatacağıq". Göksen baxışdan keçən azərbaycanlı futbolçunun adını açıqlamasa da, artıq hədəfdə olan futbolçunun kimliyi məlum olub. Belə ki, "Qaziantep BB" Azərbaycanda son klubu "Simurq" olan millimizin sabiq üzvü, milliləşdirilmiş Daniel Axtyamovu heyətinə qatmaq istəyir. O dünən "Neftçi" ilə keçirilən yoldaşlıq görüşündə forma geyinən oyunçular arasında olub. Axtyamov 26 mart 1985-ci ildə Özbəkistanın Daşkənd şəhərində dünyaya gəlib. 1.88 m boyu olan forvard karyerasına Rusiyanın "Severstal" klubunda (Çerepovets, 2003, 7 oyun) başlayıb. 2004-cü ildə Podolsk "Vityaz"ının 8 oyunda formasını geyinən 25 yaşlı hücumçu 2004/2005 mövsümünü Bakı "İnter"ində keçirib. Paytaxt klubunda 17 oyunqda bir qol vuran Axtyamov 2005/2006 mövsümündə "Gəncə"nin formasını geyinib (13 oyun, 4 qol). 2006-cı ildə "Olimpik"də 8 oyun keçirdikdən sonra yenidən "İnter"ə dönüb və bu dəfə 21 oyuna çıxaraq, 4 qola imza atıb. 2008-ci ildə yenidən Rusiyaya dönən Daniel əvvəlcə "Torpedo"da (15 oyun, 2 qol), ardınca Çerepovets "Şeksna"ında forma geyinib (10 oyun, 2 qol). 2009-cu ildə Belarusun "Minsk" klubunda üç oyun keçirdikdən sonra "Simurq"a transfer olunsa da, sonradan Roman Pokora tərəfindən komandadan qovulub. Axtyamov 2009-cu ilin iyul ayında Türkiyənin Bank Asiya liqasında çıxış edən "Konyaspor"la müqavilə bağlsa da, sonradan müəmmalı şəkildə komandanın heyətindən kənarlaşdırılıb. O vaxtdan futbolsuz qalıb. 2004-2009-cu illərdə 12 dəfə Azərbaycan yığmasına dəvət alıb.
   
 
"Muğan"a 2 legioner lazımdır
"Muğan" qapıçı axtarışlarını yekunlaşdırıb. Salyanlılar bosniyalı İrfan Feyziçi düşərgəyə dəvət ediblər. Türkiyədən təlim-məşq toplanışından qayıdan "Muğan" hazırlığını vətəndə davam etdirir və Feyziç də həmyerlisi olan baş məşqçisi Almir Hurtiçin sərəncamındadır. Son vaxtlar vətənində oynayan 24 yaşlı İrfan Sarayevonun "Olimpik" klubunda forma geyib. Vaxtilə Şərqdə legioner həyatı yaşayan Feyziç İranın "Şahradi Zəncan" klubunda çıxış edib. "Muğan"ın ötən mövsüm də əsas qapıçısı bosniyalı olsa da, Edis Kurtanoviçlə çıxışı qənaətbəxş sayılmadığı üçün onunla yollar ayrıldı. Ardımdan salyanlılar yığmamızın sabiq qapıçısı Rauf Mehdiyevlə müqavilə bağlasa da, təcrübəli futbolçu sonradan "Neftçi"ninə keçidinə imkan yaradılması haqda rəhbərliyə müraciətinə müsbət cavab aldı. Klubun vitse-prezidenti Bəhruz Şirəliyevin sözlərinə görə, İrvanın keçidi hələ rəsmiləşməyib: "Bu qapıçını transfer etmək fikrimiz var. Baş məşqçimiz onu tanıyır. Çox güman, Feyziçlə müqavilə bağlayacağıq. Anlaşmanın müddətinə həmin vaxt aydınlıq gələcək. Çempionatın startına qədər komandamıza daha bir neçə futbolçu cəlb etmək istəyirik. Bu, həm yerli, həm də əcnəbi futbolçu ola bilər". Bəhruz bəyin dediyinə görə, Türkiyədə baxışa gəlmiş mərakeşli və braziliyalı legionerlər bəyənilməyib. Kızılcahamamda birinci liqa təmsilçisi "Giresunspor"la qolsuz bitən matçdan sonra onlar gepri qaytarlıb. Yeni gələnlər isə ola bilər. Yarımmüdafiə və hücum xəttində minimum 2 futbolçuya gərək hiss olunmaqdadır.
   
 
"Gəncə"də yeni baş məşqçi!
Hazırlığın ikinci mərhələsini "Gəncə" dünən sayca üçüncü yoxlama oyununa çıxıb. Fuad İsmayılovun başçılıq etdiyi komanda Kutaisi "Torpedo"su ilə gücünü sınayıb. Əyalət təmsilçisi buna qədər 2 oyunda meydana çıxıb. "Kaxetti"yə minimal hesabla uduzan "Gəncə" "Zuqdidi"yə qalib gəlib. Bu arada 3 illik fasilədən sonra Premyer Liqada yenidən çıxış edəcək "Gəncə" heyətini gücləndirməyə çalışır. Klubun prezidenti Elmir Əliyevin sözlərinə baxışda bir neçə legioner oyunçu var. Onlardan biri artıq baş məşqçinin etimadını doğruldub. Onunla müqavilə imzalanacaq: "3-4 oyunçu baxışdadır. Bir gürcü yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Əsasən gürcü klublarında çıxış edib. Adı Zurabdır. O, son mövsümü Özbəkistanda keçirib. Futbolçu ilə müqavilə imzalayacağıq. Ondan başqa, Ukrayna və Baltikyanı ölkələrdən düşərgəmizə gələnlər var. Hansı futbolçu ilə anlaşacağımızı "Torpedo" ilə görüşdən sonra qətiləşdirəcəyik". Komandanın düşərgəsinə yeni oyunçular da gəlməkdədir. Onlardan biri latviyalıdırsa, digər üçü elə gürcüdür. Georgi Seturidze son mövsümdə "Standard"ın şərəfini qoruyub. Gəncə klubuyla müqavilə bağlayacağı gözlənilən Seturidze karyerası ərzində "Lokomotiv", "Dinamo" (Batumi), "Olimpi" kimi klublarda da forma geyinib. Təlim-məşq toplanışını bu gün başa vuracaq "Gəncə"nin əvəzedici komandasına isə yeni baş məşqçi təyin olunub - Mehman Hacıyev. 35 yaşlı mütəxəssis əslən Gəncədəndir və uzun müddət yerli "Kəpəz"də oynayıb.Məlum olduğu kimi, Unibank Premyer Liqasında çıxış edəcək klubların əvəzedici komandalarının olması əsas şərtlərdəndir. Ona görə də güclülər dəstəsinə vəsiqə qazanan klublar buna riayət etməlidir. Son mövsümü birinci divizionda keçirən və sonda çempion kimi Premyer Liqaya yüksələn "Gəncə" artıq bu işə başlayıb. Əliyevin sözlərinə görə, əsas komanda kimi, əvəzedici heyətə də xüsusi fikir verəcəklər: "Premyer Liqaya vəsiqə qazandıqdan sonra əvəzedici komandanın yaradılmasına da diqqət ayırdıq. Baş məşqçi postuna Mehman Hacıyevi təyin etmişik. Ona gənclərdən komanda qurmağı tapşırmışıq".
   
 
Foqts "Qarabağ"lıları milliyə çağırmadı
Millinin avqustun 2-dən 5-dək təlim-məşq toplanışı keçiriləcək. Baş məşqçi Berti Foqts avqustun 11-də Küveytlə Bakıdakı yoldaşlıq görüşü öncəsi bir araya gətirəcəyi futbolçuların adlarını açıqlayıb. Cəmi 17 futbolçuya dəvət göndərən almaniyalı mütəxəssis "Qarabağ"ın futbolçularını milliyə çağırmayıb. Foqtsun onların həmin vaxt Avroliqada Polşa "Visla"sı ilə görüşə hazırlaşmasını nəzərə alıb. Sərəncamında cəmi bir hücumçu olan təcrübəli mütəxəssis toplanışın FİFA-nın pəncərəsində nəzərdə tutulmadığı üçün ölkədən kənarda oynayan futbolçularımız - Mahir Şükürov ("Anji", Rusiya) və Vaqif Cavadova ("Tvente", Hollandiya) da dəvət göndərməyib. Avstriyadakı toplanış öncəsi düşərgəyə çağırdığı, ancaq səfərə aparmadığı Araz Abdullayevi qaytaran Foqtsun siyahısında yeganə debütant "Bakı"nın və 21 yaşlılardan ibarət yığmamızın ucaboylu qapıçısı Aqil Məmmədovdur. Qapıçılar - Kamran Ağayev ("Xəzər-Lənkəran"), Səlahət Ağayev ("İnter"), Aqil Məmmədov ("Bakı"); müdafiəçilər - Vladimir Levin ("İnter"), Ruslan Abışov, Rail Məlikov, Ruslan Əmircanov (hamısı "Neftçi"), Vurğun Hüseynov ("Turan") Elnur Allahverdiyev ("Xəzər-Lənkəran"); yarımmüdafiəçilər - Rahid Əmirquliyev ("Xəzər-Lənkəran"), Aleksandr Çertoqanov, Arif Daşdəmirov (hər ikisi "İnter), Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov (hamısı "Neftçi"), Fabio Luis Ramim ("Bakı"); hücumçu: Fərid Quliyev ("Neftçi").
 
Maltanın əvəzinə Çernaqoriya "hə" dedi
Yığma bu ilin noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq görüşü keçirə bilər. Həmin tarixdə oyunun keçirilməsi ilə bağlı AFFA və Çernoqoriya Futbol Federasiyası (ÇFF) arasında danışıqlar gedir. Əslində, noyabrın 17-də yığmamızın səfərdə Malta ilə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmuşdu. Ancaq həmin oyun təxirə salındığından yeni rəqib tapmaq gündəmə gəlib və bunda yığmamızın baş məşqçisi Berti Foqtsun da rolu ola bilər. Məsələ ondadır ki, Foqts "Bakı"nın Avroliqada "Buduçnost" klubu ilə cavab görüşünü izləmək üçün Çernoqoriyaya yollanmışdı. O, Podqoritsada keçirilən görüşü ÇFF-nin prezidenti, ötənlərin məşhur futbolçusu Deyan Saviçeviçlə birgə izləmişdi. Onu da nəzərə alaq ki, Çernoqoriya Maltadan güclü rəqibdir və bu, oyun təcrübəsinin artırılması məqsədilə yoldaşlıq görüşləri təşkil olunan yığmamıza faydalıdır. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, noyabrın 17-də Azərbaycan yığması səfərdə Çernoqoriya ilə yoldaşlıq görüşü keçirəcək: "Daha əvvəl əldə olunmuş razılığa əsasən, bu il noyabrın 17-də millimiz səfərdə Malta ilə yoldaşlıq oyunu keçirməli idi. Lakin Malta yığmasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimində UEFA tərəfindən dəyişiklik edilməsi, həmin yoldaşlıq görüşünün təxirə salınması ilə nəticələnib. Çünki noyabrın 17-də Malta səfərdə Xorvatiya ilə Avro-2012-nin seçmə oyununa çıxacaq". Məmmədovun sözlərinə görə, futbolçularımızın oyun təcrübəsinin artırılması baxımından yoldaşlıq görüşlərinin mütəmadi keçirilməsi vacibdir: "Sevindirici haldır ki, qısa müddət ərzində millimizin yoldaşlıq oyunu keçirməsi üçün rəqib tapa bildik. Futbolçuların oyun təcrübəsinin artırılması baxımından yoldaşlıq görüşlərinin mütəmadi keçirilməsi vacibdir".
 
Oyunda 3 azarkeş yaralandı
Tehrandakı "Azadi" stadionunda yerli "Perspolis" və Təbrizin Traktorsazi" klubunun azarkeşləri arasında toqquşma baş verib. Bu barədə Lent.az-a Güney Azərbaycandakı mənbə məlumat verib. Xəbərə görə, hadisə əvvəlcədən fars şovinistləri tərəfindən azərbaycanlılara qarşı hazırlanmış təxribat əsasında yaşanıb. "Perspolis" tərəfdarları "Traktorsazi"çiləri daşa basıb. Nəticədə 3 nəfər təbrizli - Güney Azərbaycan türkü yaralanıb. Başqa bir azərbaycanlı isə polis tərəfindən həbs olunub. "Perspolis" - "Traktorsazi" görüşü Tehranın "Azadi" stadionunda bu gün axşam saatlarında oynanılacaq. "Traktorsazi" Güney Azərbaycan türklərinin ən çox azarkeş etdiyi klubdur. Ona hətta Güney Azərbaycanın milli komandası da deyilir.
 
Yığma üçün xanım hakim
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində avqustun 21-də Uelslə, 4 gün sonra Çexiya ilə qarşılaşacaq qadınlardan ibarət yığmanın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Uelslə matçda start fitini Paloma Quintero Siles səsləndirəcək. İspaniyalı referinin ədalət prinsiplərini qoruyacağı matç Nyutoun şəhərindəki "Lazam Park" stadionunda, saat 19:00-da baş tutacaq. Yığmamızın qrup mərhələsindəki sonuncu rəqibi olacaq Çexiya ilə görüşdə isə komandaları meydana Aneliya Sinabova çıxaracaq. Bolqarıstanlı referi "Horni Poçerniçe" stadionda baş tutacaq oyunun start fitini Bakı vaxtı ilə saat 20:00-da verəcək.