29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Romanov "Xəzər"in oldu, bəs Diabate?
Yeni mövsümə doğma məkanda hazırlaşan "Xəzər-Lənkəran" məşqlərini davam etdirir. Komanda dünən baş məşqçi Mirça Rednikin başçılığı altında iki məşq keçib. Bir müddətdir səhhətindəki problemlər üzündən hazırlıqlara qatılmayan Devran Ayhan artıq sıraya dönüb. Türk yarımmüdafiəçi və Kristian Kabral ötən gün fərdi məşqlə kifayətlənib. Əvəzində Elvin Beqiri sıradan çıxıb. Məşqdə zədə alan alban futbolçu hazırda klubun bazasında istirahət edir. Kamran Ağayev də komandadan ayrı hazırlaşır. Qolkiper ötən gün qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin rəhbərliyi altında hazırlıq keçib. Azərbaycana gələndən sonra Rumıniya mətbuatının gündəmindən düşməyən Rednik bildirib ki, burdakı şəraitə yalnız qibtə etmək olar. O, ölkəmizdə infrastrukturun yaxşılaşdırıldığını və futbolçulara yaxşı pul verildiyini vurğulayıb: "Xəzər-Lənkəran"la menecerlər vasitəsilə ilə əlaqə qurduq. Razılığa tez gəldik və İstanbulda müqavilə bağladıq. "Xəzər-Lənkəran"da olan vəziyyət keçmiş komandam Buxarest "Dinamo"sundan qat-qat yaxşıdır. Rumıniyanın heç bir klubu "Xəzər-Lənkəran"ın imkanlarına malik deyil. Komandada indi o qədər də yaxşı vəziyyətdə deyil. Bilirsiniz ki, komanda Avropa Liqasında Moldovanın "Olimpiya" klubuna məğlub olaraq, mübarizəni dayandırdı. Amma komandanın sahibi olan iki qardaş (Mübariz və Mais Mənsimov - red.) maliyyə dəstəyini komandadan əsirgəmir. Mən artıq 4 futbolçunu komandadan kənarlaşdırmışam. Yəqin ki, başqaları da gedəcək və yeni oyunçular heyətə cəlb ediləcək. Klubun sahibləri komandaya və stadionun tikintisinə 25 milyon avro sərmayə qoyub. Rumıniyada da biznesləri var. "Xəzər-Lənkəran"ın stadionunu görmüşəm, 18 min tutuma malikdir. Digər komandaların stadionunun tutumu isə 3 minə yaxındır". Çalışdırıcı ölkəmizdə ilk növbədə mətbəxdən heyran qalıb: "Burada qəribə yeməklər var. Qoyun əti Rumıniya ilə müqayisə tam fərqli dad verir. Elə pirojnalar var ki... Bütün komanda mənə "delikates" yeməyi tövsiyə edir. Lənkəran çox gözəl məkandır. Burda dağ və dəniz var. Əgər Bakı və Lənkəranda çoxlu tikintiləri görsəniz, gülməyin". Baş məşqçi vətənindən tanıdığı oyunçulara müraciət edib. Ancaq ad açıqlamayan mütəxəssis onları yaxşı tanıdığını deməklə kifayətlənib: "Həmin futbolçuları ki, mən onlarla işləmişəm. Dörd rumın futbolçu komandama yollanacaq. "Xəzər-Lənkəran"ı "Dinamo" ilə müqayisə etmək olar. Komandam maddi cəhətdən güclüdür, büdcə neft gəlirlərindən formalaşır". Rednik ad çəkməsə belə, Rumıniyanın ProSport agentliyi məlumat yayıb ki, "Xəzər-Lənkəran" Buxarest "Dinamo"sunun müdafiəiçsi Zie Diabateni transfer etmək istəyir. Fanat.az xəbər verir ki, Lakin Kot"D-İvuar yığmasının üzvünün Azərbaycana gəlişi baş tutmaya bilər. Çünki "Dinamo" bu futbolçu üçün lənkəranlılardan 800 min avro tələb edir. "Dinamo" hələ də Zie Diabateni satmağa ümid edir. Mirça Rednik bu futbolçunu Lənkəranda görmək istəyir. Ancaq "Dinamo"nun ona görə 800 min avro istəməsi transferi çətinləşdirir"- deyə, ProSport yazır. Zie Diabate 2008-ci ildən "Dinamo"da çıxış edir və Kot"D-İvuar U-21-nin üzvüdür. Futbolçu hətta Kot"D-İvuar U-17-si ilə 2005-ci ildə Dünya çempionatının final mərhələsinə qatılıb.
   Latviya yığmasının qapıçısı Denis Romanovun "X-L"a keçidi isə rəsmiləşib. Cənub təmsilçisi 32 yaşlı legionerlə iki illik müqavilə imzalayıb. Bundan öncə isə Denis tibbi müayinədən keçib. Praqanın "Sparta" klubundan gələn Denis buna qədər Buxarest "Dinamo"sunda oynayıb. O, həmin komandada "Xəzər-Lənkəran"ın rumıniyalı yeni baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında çıxış edib. Lənkəranlıların yeni transferini poliqlot saymaq olar. Romanov doğma dili ilə yanaşı, rus, çex və ingilis dillərində də danışır: "Tibbi baxışdan keçdikdən sonra müqaviləyə imza atdım. Başqa variantlar da var idi. Lakin heç biri buradan aldığım qədər ciddi deyildi. Seçimimdən məmnunam. Burda tanınmış məşqçi Mirça Rednik çalışır. O, Buxarest "Dinamo"sunu çalışdıranda, mən də həmin komandanın düşərgəsində idim. Bizim əla münasibətlərimiz var. Hələlik komandanın qarşısına qoyulan məqsədin nə olduğunu bilmirəm. Çünki klub rəhbərliyi bununla bağlı bizimlə söhbət eləməyib. Ancaq "Xəzər-Lənkəran"ın Azərbaycanın iddialı klublarından biri olduğunu bilirəm". Dmitri Kramarenko ilə yollarını ayıran cənub təmsilçisi 31 yaşlı latviyalı qapıçı ilə 2 illik müqavilə imzalasa da, komandanın əsas qolkiperi Kamran Ağayev transferdən yeni xəbər tutduğunu bildirdib: "Yeni qapıçının gəlməsindən xəbərim yoxdur. Əgər belə bir planları var idisə, niyə mənimlə müqavilənin müddətini uzadırdılar? Avropa klublarından təkliflər var idi. Buraxardılar, çıxıb gedərdim. Klubda nə baş verdiyini bilmirəm. Rəqabətə gəlincə, mənim işim futbol oynamaqdır. Ümumiyyətlə, bu barədə əlavə heç nə demək istəmirəm. Bir ildən sonra futboldan tamamilə uzaqlaşacam".
   
İlkin
 
Sadıqov "Everton"dan cavab gözləyir
"Neftçi"nin prezidenti Sadıq Sadıqov klubun saytına müsahibə verib. Komandasının bir həftədən çoxdur Türkiyədə hazırlıq keçməsinə toxunan rəhbər şəxs hazırlıq prosesinin gedişini yaxından tanıyır. Yoxlama matçlarını canlı izləyən Sadıq bəy təlim-məşq toplanışının gedişindən razı olduğunu dilə gətirib.
   - Çox razıyam. Futbolçularımızda böyük həvəs, maraq var. Keyfiyyət baxımından da məşqlərdə artım hiss olunur. "Neftçi" Türkiyədə yoldaşlıq görüşlərində də qüvvəsini sınayıb və mübarizlik nümayiş etdirib. İnanıram ki, komandamız milli çempionatda öz sözünü deyəcək.
   - İyulun 25-də "Neftçi"nin "Kardemir Karabükspor"la yoxlama matçına baxdınız. Bu görüşdə flaqman necə təsir bağışladı?
   
- Komandamızda müsbətə doğru böyük dəyişikliklər var. Bildiyiniz kimi, ötən mövsümün sonunda 13 futbolçu ilə yollarımızı ayırdıq. Mövsümlərarası fasilədə 11 yeni futbolçu ilə müqavilə bağladıq ki, bu da komandanın yenidən qurulması deməkdir. Yeni komanda qurmaq da həddən artıq çətindir. Hər halda, yoxlama matçları "Neftçi"nin günü-gündən formalaşdığını göstərir. Bu baxımdan ciddi məşqlərin də böyük əhəmiyyəti var. "Kardemir Karabükspor"la oyun yoxlama xarakteri daşığından, nəticə önəmli deyildi. Belə matçlarda məqsəd bütün futbolçuları yoxlayıb, onların potensialını üzə çıxarmaqdan ibarətdir. Rəqibimiz güclü komanda idi, görüş çox yaxşı alındı. "Kardemir Karabükspor" I liqadan Türkiyə Superliqasına vəsiqə qazanıb. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var idi. Lakin üstünlük bizim tərəfimizdə oldu və qələbə qazandıq.
   - Artıq Premyer Liqanın növbəti mövsümünün püşkü atılıb. Püşkatmanın nəticələrinə münasibətiniz necədir?
   
- Nəticəni uğurlu saymaq olar. Çünki ilk matçda "Qarabağ"la qarşlaşacağıq. "Qarabağ" Azərbaycanın ən adlı-sanlı klublarından biridir. Açığı, püşkün nəticəsi mənə xoş təsir bağışladı. Çempionatın startında səviyyəli komanda ilə qarşılaşmaq önəm daşıyır.
   - Klubun infrastrukturu ilə bağlı hansı yeniliklər var və "Neftçi" milli çempionatda rəqiblərini hansı stadionda qəbul edəcək?
   
- Ötən çempionatda ev oyunlarımızı keçirdiyimiz İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu yaxşı vəziyyətdədir. Ancaq qərara gəlmişik ki, ilk turlarda rəqiblərimizi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edək. Məqsədimiz stadiona daha çox azarkeş toplamaqdır. Respublika stadionu şəhərin mərkəzində yerləşdiyi üçün fanatlarımızın bu arenaya gəlməsi nəqliyyat baxımından da sərfəli olacaq. Gələcəkdə necə olacağını hələ bilmirəm. Klubun infrastrukturuna gəlincə, 3 aydır "Neftçi"nin bazasında təmir işləri gedir. Həm futbolçu, həm məşqçi, həm də texniki heyət üçün yüksək səviyyədə şərait yaradılır.
   - Araz Abdullayevin "Everton"a keçidi məsələsi nə yerdədir?
   
- Biz bu məsələni həll etmişik. Yəni, bu məsələnin xırdalıqları bizim tərəfimizdən yerinə yetirilib. Hətta Araz Abdullayev "Everton"da tibbi müayinədən də keçib. İndi "Everton" rəsmilərinin səfərini gözləyirik. Futbolumuzun inkişafı, Arazın daha da püxtələşməsi üçün onu İngiltərə klubuna göndərə bilərik. Amma gərək "Everton" rəhbərliyi bu məsələnin üstünə düşsün və nümayəndələrini Bakıya göndərsin. Ancaq hələ də onlardan xəbər yoxdur.
   
 
Sxadadze Cəfərovu köməkçi götürəcək
"İnter"də ilk məşqçi istefası baş verib. baş məşqçi Kaxaber Sxadadze köməkçisi Elxan Abdullayevlə vidalaşmağa qərar verib. Vaxtilə yığmamızda braziliyalı Karlos Alberto Torres və almaniyalı Berti Foqtsun köməkçisi olan Abdullayev 2007-ci ildən "İnter"dədir. Əvvəlcə ukraynalı baş məşqçi Valentin Xodukinə yardım edən çalışdırıcı "bankilər"in heyətində hər iki dəfə çempionu olub. Gürcüstanlı çalışdırıcı bildirib ki, buna səbəb onun son günlərdə məşqə çıxmayaraq, işinə qeyri-peşəkar münasibətidir: "Bizim yollar ayrılır. Məsələ ondadır ki, bir neçə məşq buraxan Abdullayev bunu səbəbsiz edir. Hesab edirəm ki, bu, Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edən komandanın məşqçisi üçün yolverilməzdir. O, mənə hansısa maliyyə problemlərinin olduğunu dedi. Hərçənd fikrimcə, vəziyyətdən asılı olmayaraq insan işə çıxmalıdır. Üstəlik, avrokuboklarda vacib oyunlar öncəsi. Hesab edirəm ki, Abdullayev düzgün hərəkət etmədi və mən bunu onun üzünə dedim". Gürcü mütəxəssisin axtarışı uzun çəkməyib. O, kənara getməyərək, klub rəhbərliyinə əvəzedici komandanın baş məşqçisi Roman Cəfərovla çalışmaq istədiyini bildirib: "Klub prezidenti və direktoru ilə görüşüb boş qalmış məşqçi vəzifəsinə Roman Cəfərovun namizədliyini irəli sürdüm. Yaxın bir-iki günə bu məsələyə aydınlıq gələcək. Roman Cəfərov uzun müddətdir ki, bizimlə çalışır və o çox etibarlı işçidir. Əsas komandada məşqçi postunda işləməklə yanaşı R.Cəfərov eyni zamanda əvəzedici komandaya da rəhbərlik edə bilər. Hal-hazırda biz əvəzedici komandaya daha çox diqqət ayırmaq niyyətindəyik və o komandada olan istedadlı gəncləri əsas komandanın heyətinə cəlb etmək istəyirik". Artıq Roman Cəfərovu kimin əvəzləcəyi də müəyyənləşib. Əvəzedi komandaya Vadar Nuriyev başçılıq edəcək. İndiyədək "İnter"in əvəzedici komandasında məşqçi işləyən əvvəllər "Olimpik"in (indiki AZAL) 1990/91 təvəllüdlülərdən ibarət komandasının baş məşqçisi işləyib. Cəfərov isə deyib: "Hələlik ortada rəsmi heç nə yoxdur. Sabah və ya birisi gün dəqiqləşəcək. Sxadadze mənim köməkçi-məşqçi olmağımı istəyir. Bununla bağlı klub rəhbərliyinə müraciət edib. Onlar da mənimlə söhbət ediblər. Yəqin ki, əmr avqustun 1-də veriləcək. Köməkçi-məşqçi olsam da, əvəzedici komandadan ayrılmayacam. Bu komandaya 1993/94-cü il təvəllüdlü uşaqları toplamışam. Ən azı kurator kimi fəaliyyət göstərəcəyəm. Əvəzedici komandadan tamamilə ayrılmaq fikrim yoxdur".
   Dünən isə klubun prezidenti Georgi Nikolov "İnter" azarkeş klubunun rəhbərliyi və üzvləriylə görüşüb. "İnter" kafesində keçirilən görüşdə azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edən Nikolov yeni mövsümdə azarkeş klubuna uğurlar arzulayıb və fanatların istək və arzularını dinləməyə hazır olduğunu bildirib. Azarkeş klubunun rəhbərliyi klubun yeni iş planı barədə qısa məlumat verib və yeni mövsümdə də azarkeşlərin sevimli komandaları olan "İnter"i bundan sonra da dəstəkləməyə hazır olduqlarını vurğulayıb. "Bankirlər" iyulun 29-da "Simurq", avqustun 1-də isə "Bakı" ilə qarşılaşacaq. Oyun avqustun 1-də Zabrat qəsəbə stadionunda keçiriləcək və saat 19.00-da başlayacaq. Oyundan əvvəl isə "İnter"in 2010/2011 mövsümü üçün təqdimat mərasimi keçiriləcək.
 
Hacıyevski Kramarenkonu "Simurq"a gətirir
Ölkə xaricinə çıxmayan "Simurq" dünən Bakıda daha bir yoldaşlıq görüşü keçirib. Sayca 7-ci rəqib "Bakı"nın əvəzedici komandası olub. "Şəfa" stadionunun ehtiyat meydançasında baş tutan görüşdə Premyer Liqa iştirakçısı üstün tərəf olub - 3:0. İlk hissədə 1 qol vuran Zaqatala təmsilçisi fasilədən sonra iki dəfə fərqlənib ki, görüşdə son nöqtəni Ceyhun Sultanov qoyub. Hər iki komanda baxışa gələnləri sınasa da, "Simurq"un çalışdırıcısı Qyoko Hacıyevski matçdan sonra həmkarı Qəhrəman Əliyevə yaxınlaşaraq, yaxşı kollektiv yaratdığını ona deyib. O, indiyədək qarşılaşdıqları sparrinqlər içərisində "Bakı"nın daha güclü təsir bağışladığını bildirib. Makedoniyalı "Bakı"da rəhbərliyi altında oynamış futbolçuya göz qoyub. Gənc yarımmüdafiəçi Səbuhi Həsənovu yenidən sərəncamında görmək istəyir. Səbuhinin keçidi üçün almaniyalı həmkarı Vinfred Şaferdən cavab gözləyir: "Səbuhi gənc, perspektivli futbolçudur. Yaxşı fiziki göstəricilərə malikdir. İndi ona oyun praktikası lazımdır. Bu mənada "Simurq" onun üçün yaxşı variantdır. Həsənov oynamaqla, yaxşı futbolçu ola bilər. Ancaq ehtiyatda oturmaqla, səviyyəsini artırmaq çətin olacaq. Səbuhinin məsələsi ilə bağlı "Bakı"nın baş məşqçisi Vinfred Şaferdən cavab gözləyirəm. Əgər futbolçu indi ona lazım deyilsə, icarəyə götürə bilərik". Hacıyevski Ceyhun Sultanovla Samir Əliyevi də komandasında görmək istəyirəm. Hazırlığımızda iştirak edirlər. Sadəcə, hələ müqavilə bağlanılmadığı üçün onları "Simurq"un futbolçusu saymaq olmaz. Mövsüm bitəndən sonra komandanın sükanı arxasına gətirilən makedoniyalı mütəxəssis yeni heyət qurur. Yalnız yerli futbolçulardan qurulan "Simurq"un özəyini gənc futbolçular təşkil edir. Ancaq Hacıyevski bir neçə təcrübəli futbolçunun da sərəncamında görmək niyyətindədir: "Gənc oyunçuların əhatəsində təcrübəlilərin olması lazımdır. Onların vəhdətindən yaxşı bir komanda yaratmaq istəyirik. Bu mənada Ceyhunla Samir kimi təcrübəli futbolçular bizə lazımdır. Ancaq onların transferinin həlli üçün klubumuzun prezidenti Zaur Məmmədovu gözləyirik. O, hazırda ölkə xaricində işgüzar səfərdədir və bir neçə günə qayıtmalıdır. Sultanovun "Xəzər-Lənkəran"la müqaviləsi olduğu üçün onun transferini bu klubla danışmaq lazımdır. Prezidentimiz bununla bağlı "Xəzər-Lənkəran"ın rəhbərliyi ilə danışacaq. Əliyevin isə "Neftçi"dən gedəndən sonra sərbəst futbolçu olduğunu bilirik. Sadəcə, onunla da müqavilə məsələsini razılaşdırıb, transferi rəsmiləşdirmək lazımdır. Hər iki futbolçu "Simurq"da oynamaq istəyir. Biz də bunu arzuladığımızdan, keçidi reallaşdırmaq qalır ki, bu da Məmmədovun dönüşündən sonra həllini tapacaq". Şimallılar "Xəzər-Lənkəran"ın sabiq qapıçısı Dmitri Kramarenkonun da xidmətində maraqlıdır: "Onunla ilkin danışığımız olsa da, ortada konkret bir şey yoxdur. O, Sultanovla Əliyevdən fərqli, düşərgəmizdə deyil. Dmitrinin "Xəzər"lə müqaviləsinin olması haqda da məlumatımız var. Qapıçı bu məsələni özü həll etməlidir. Kramarenko sərbəst futbolçu olandan sonra onun transferini reallaşdırmaq olar".