29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
5 bolqarıstanlı ağırlıqqaldıran Azərbaycan millisində!
İspaniyanın Barselona şəhərində start götürən atletika üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün uğursuz başlayıb. Qitə birinciliyinin ilk günündə çəkicatma yarışlarında qüvvəsini sınayan Dmitri Marşin mükafatçılar sırasına düşə bilməyib. Belaruslu legionerimizin 3 cəhddə ən yaxşı göstəricisi 72.43 metr olub ki, bu da 17-ci yeri tutması ilə nəticələnib. Dünən isə Layeş Abdullayeva mübarizəyə qoşulub. 3000 metr məsafəyə qaçışda qüvvəsinin sınayan milliləşdirilmiş legionerimiz ilkin mərhələni uğurla başa vurub. O, bu məsafəni 9:40,42 saniyəyə qaçaraq yer aldığı qrupda birinci yeri tutub və finala vəsiqə qazanıb. İyulun 30-da keçiriləcək həlledici mərhələdə Abdullayevanın rəqibləri Böyük Britaniya, Moldova, Rusiya, İspaniya, Fransa, İrlandiya və Rumıniya atletləri olacaqlar. Azərbaycan yığmasının heyətində Hayle İbrahimov, Telahun Əliyev və Gezaşin Səfərova qarşıdakı günlərdə finiş xəttinə çıxacaqlar. Təmsilçilərimiz uzun məsafələrə qaçışda qüvvəsini sınayacaqlar. Avqustun 1-də yekun vurulacaq Avropa çempionatında 50 ölkədən 1500-dən artıq atlet mübarizə aparır. Ağır atletika üzrə yığma isə Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatının hazırlığını davam etdirir. Yanko Rusevin yetirmələri Bolqarıstanda təlim-məşq toplanışından sonra İsmayıllıda bir araya gəliblər. Sentyabrın 19-27-də baş tutacaq hazırlıqlara bolqarıstanlı mütəxəssis rəhbərlik etsə də, Rusev hazırda 2 günlük vətəninə yollanıb. Dünya çempionatı London-2012-yə lisenziya xarakteri daşıyır. Milli heyətini 5 legionerlə gücləndirir. Afina Olimpiadasının bürünc medalçısı Veleçko Çolakov və 2007-ci ildə Tailandda keçirilən dünya çempionatının qalibi İvan Stoitsovun milli komandamıza keçidi rəsmiləşmək üzrədir. Pekin Olimpiya Oyunları ərəfəsində Bolqarıstan yığmasının heyətində dopinqdə ilişən 11 idmançısı arasında olan bu atletlər 4 illik yarışlardan kənarlaşdırılıb. Lakin 2012-ci ilin iyunun 8-də cəzaları bitəcək həmin pəhləvanlar London-2012-də iştirak edə biləcəklər. Onların Azərbaycana transfer olunmasında da əsas məqsəd budur. Yığma komandamızın bolqarıstanlı baş məşqçisi Yanko Rusevin siyahısında olan digər 3 atlet - Angel Petrov, Rumyana Petkova və Silviya Angelova ilə danışıqlar yekunlaşsa da, yalnız maliyyə məsələlərində razılığa gəlmək qalıb. Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov apasport.az saytına açıqlamasında məlumatın düzgün olduğunu təsdiqləyib: "Milli komandaya Bolqarıstandan 5 legioner gətirməyi planlaşdırırıq. Artıq onlarla danışıqlar gedir. Milliləşdiriləcək bu atletlər komandamızı daha da gücləndirməyə hesablanıb". Əsgərov bildirib ki, həmin idmançıların yığmamızda iştirakına avqustda aydınlıq gələcək: "Danışıqlar yekunlaşdıqdan sonra bu barədə federasiya prezidenti Cahangir Əsgərova məlumat verəcəyik. O razılıq verərsə, sənədləşmə işlərinə başlayacağıq. Bütün bu məsələlər avqustda öz həllini tapacaq". Çolakov və Stoitsovun 4 illik cəzalı olması federasiya rəsmisini narahat etmir. Əsgərovun sözlərinə görə, bu atletlərin peşəkar olması, əlavə problem yaratmayacaq: "Bilirik ki, Çolakov və Stoitsov yarışlarda iyundan sonra mübarizəyə qoşulacaqlar. Lakin bunun onlar üçün çətin olacağına inanmıram. Atletlər daim məşqlərini davam etdirirlər. Xüsusilə, 2007-ci ildə dünya çempionu olan Stoitsova böyük ümidlər bəsləyirik".
   
 
"Azərreyl"i də sevirəm, Türkiyə yığmasını da"
Son mövsüm "Azərreyl" voleybol klubuna rəhbərlik edən türkiyəli mütəxəssis Adnan Kistak vətənində çalışa bilər. O, yenidən "ay-ulduzlu" komandanın baş məşqçisi postuna əsas namizədlərdən biridir. Avropa Liqasında bürünc medal qazandıqdan sonra italiyalı baş məşqçi Alessandro Çiappininin istefa verib. 2007-ci ildən əcnəbi mütəxəssisin rəhbərlik etdiyi milli komanda isə yenidən yerli məşqçiyə tapşırılacaq. Bu məşqçilər arasında əsasən Mehmet Bedestenlioğlu, Adnan Kistak, Gökhan Çokşen, Hüseyin Doğanyüz, Ata Onar və Ali Oktayın adı hallanır. Türkiyə mətbuatının yazdığına görə, bunlardan ən münasibi "Azərreyl"in baş məşqçisi Kistakdır: "Namizədlərin siyahısına nəzər saldıqda ən qüvvətlisi ötən il Azərbaycanda çalışmış Adnan Kistakdır. Çünki o, hazırkı heyətlə aşağı yaş qrupunda məşğul olub. Voleybolçuların hamısının gücünə yaxından bələddir". 1990-cı ildən yığma komanda ilə işləyən Kistak gənclərlə 6 dəfə Balkan çempionluğu və Türkiyə tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etdiyi üçün digər rəqiblərini qabaqlayır. O, Avropa çempionatlarının finallarına da doğma komandasını yüksəldib. Kistak Azərbaycan kubokunu qazanıb, ölkə çempionatında isə 4-cü yeri tutub. Lakin onun istirahəti hələ davam edir: "Bakıdan mənimlə əlaqə saxlayan olmayıb. Dəqiq deyə bilmərəm ki, növbəti mövsümdə harada işləyəcəm". Mütəxəssis bildirib ki, Azərbaycanda işləmək ürəyincə olsa da, digər variantları da nəzərdən keçirir. Onun sözlərinə görə, adı Türkiyə yığmasının baş məşqçisi postuna namizədlər arasında hallansa da, rəsmi müraciət yoxdur: "Mən də hamı kimi bu barədə eşitmişəm. Lakin federasiya tərəfindən rəsmi müraciət olmayıb. Bunun üçün təklifdən sonra fikirləşməyə dəyər". Kistak "Azərreyl" və "ay-ulduzlu" komandadan eyni vaxtda dəvət alacağı halda, məyus olacağını gizlətməyib. O, bu barədə qərar verməyin çətin olacağını deyib: "Eyni vaxtda təklif olarsa, dəyərləndirmək asan olmayacaq. Çünki hər iki komandanı çox sevirəm. Buna görə, nə deyəcəyimi heç özüm də bilmirəm".
 
"FİDE-nin bizimlə müqaviləsi var"
"Beynəlxalq Şahmat Federasiyası ilə məsləhətləşmələrimiz olub. Amma 2011-ci ildə Azərbaycanda keçirilməli olan iddiaçıların yarışının Kazanda baş tutacağı ilə bağlı rəsmi sənəd bizə gəlməyib. Çünki Azərbaycan Şahmat Federasiyasının FİDE ilə müqaviləsi var və bu müqavilə hələ qüvvəsində qalır". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib. O bildirib ki, FİDE yarışın Rusiyada keçirilməsini məsləhət görə bilər. Buna əsas səbəb isə iddiaçılar arasında keçiriləcək yarışın 2 yerə bölünməməsidir: "Turnirin paytaxtımızda baş tutmamasının əsas səbəbi erməni şahmatçısı Levon Aronyanın Azərbaycana gəlmək istəməməsi göstərilir. Belə olan halda isə turnir 2 şəhərdə keçirilməlidir ki, beynəlxalq qurum da buna razı deyil. Amma məsələyə bu baxımdan yanaşsaq, Veselin Topalov da Rusiyaya gəlməkdən imtina edib. Bir sözlə, hələ nə olacağını demək çətindir". Məmmədovun sözlərinə görə, iddiaçılar arasında turnir Rusiyaya verilsə də, müqavilə ilə bu yarış Azərbaycana həvalə edildiyi üçün orada Şəhriyar Məmmədyarov da mübarizə aparmalıdır: "Turnirdə iştirakı Teymur Rəcəbov Qran-Prilərdə göstərdiyi nəticəyə görə qazanıb. Lakin yarış Rusiyaya verilərsə, biz burada Şəhriyar Məmmədyarovun da qüvvəsini sınamağı tələb edəcəyik. Çünki hələ də rəsmi sənədlə yarışın ev sahibi Azərbaycandır".
 
"Olimpiya Oyunlarına 12 lisenziyanın 10-u paytaxtın payına düşür"
"Gənclər və İdman Nazirliyinin yeni yaradılan dövrü ilə bugünki dövrünü müqayisə etsək, statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanın dünya Avropa çempionatlarında əldə etdiyi medallar əvəllər 12-14 idisə, bugün 600-dən çoxdur". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib. O, nazirliyinin fəaliyyəti nəticəsində Azərbaycan idmanının inkişafında dəfələrələ artım olduğunu qeyd edib. Baş İdarə rəisi hazırda Azərbaycanda 30-a yaxın Milli Olimpiya Komplekslərinin fəaliyyət göstərdiyini, hər il bir çox idman növlərində dünya və Avropa çempionatlarının Azərbaycanda keçirildiyini və idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışlarırını vurğulayaraq, bu inkişaf prosesinin daha da artırılacağını bildirib. "Gənclər və İdman Nazirliyinin paytaxtın ən böyük sturukturularından biri olan BŞGİBİ hər il tədbirlər planı ilə təsdiqlənmiş 60-a yaxın idman növündə yarışlar keçirir. Bunun da böyük əksəriyyəti olimpiya növü üzrə çempionat, birincilik, kubok və açıq yarışlardır. Artıq Siqnapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına əldə olunmuş 12 lisenziyanın 10-u məhz paytaxt idmançılarının payına düşür. Bu da paytaxt idmanın nəticəsidir"- deyən R.Abbasov hazırda idman sahəsində 5 ölkə ilə ikitərəfli əməkdaşlıq haqqında sazişin mövcud olmasını vurğulayıb (İran, Türkiyə, Bolqarıstan, Rusiya və Qazaxıstan). Bakı şəhərinin yığma komandasına idmançılarının seçimi barədə danışan R.Abbasov yığmaya dəvət olunan idmançıların ilk növbədə paytaxt yarışlarındakı nəticələrini əsas götürdüklərini qeyd edib: "Yəni ki, paytaxt yarışlarında iştirak edib nəticə əldə etmiş idmançılar Respublika yarışlarına vəsiqə qazanır. Məsələn, paytaxt yarışında qalib gəlmiş boksçumuz Şahpələng ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi oldu və məntiqi olaraq Sinqapur yay olimpiya oyunlarına lisenziya qazandı. İstər istəməz o da gələcəkdə yığma komandaya düşməyə bir nömrəli namizəddir". Müsahib eyni zamanda ehtiyat qüvvənin formalaşması üçün yığma komandaya bu və ya digər səbəbdən düşməyən, ancaq il ərzində stabil nəticələr göstərmiş idmançıların da Baş İdarədə statistikasının mövcud olduğunu bildirib.
   
 
Sparrinq tapıldı
Basketbol üzrə kişilərdən ibarət yığma Avropa çempionatının B divizionuna hazırlığı Türkiyədə davam etdirir. 10 gün qardaş ölkədə hazırlıq keçəcək Elxan Əliyevin yetirmələrinin təlim-məşq toplanışı çərçivəsində ilk rəqibi müəyyənləşib. Belə ki, bu gün İraq yığması ilə yoxlama görüşündə gücünü sınayacaq milli komandamız daha bir neçə sınaq matçı keçirməyi planlaşdırır. Basketbolçularımızın qitə çempionatı çərçivəsində birinci görüşü avqustun 8-də Albaniya qarşı olacaq. Bundan 6 gün sonra Belarusu qəbul edəcək Elxan Əliyevin yetirmələri avqustun 17-də səfərdə Rumıniya ilə qüvvələrini sınayacaqlar. Yığmamız ilk dövrənin son matçını avqustun 21-də doğma meydanda İsveçə qarşı keçirəcək. Bu komandalarla ikinci dövrənin qarşılaşmaları gələn ilin aprelində baş tutacaq. Sonda isə qrupda ilk 2 pilləni tutacaq komanda A divizionuna yüksələcək.
 
Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi
Dünya çempionu adına iddiaçıların mübarizəsində iştirak edəcək şahmatçıların siyahısı açıqlanıb. Yarışda həmyerlimiz Teymur Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Qata Kamski (ABŞ) qüvvəsini sınayacaq. Siyahıdan öncədən bolqarıstanlı Veselin Topalovun adı olsa da, o, Rusiyanın Kazan şəhərində iddiaçıların yarışından imtina edib. Beynəlxalq Şahmat Federasiyasına (FİDE) rəsmi müraciət edən Topalovun iddiası qəbul olunub. Nəticədə bolqarıstanlı şahmatçını rusiyalı Aleksandr Qrişuk əvəzləyib. Kazanda baş tutacaq yarışda Azərbaycanı təmsil edəcək ikinci şahmatçı, böyük ehtimalla, Şəhriyar Məmmədyarov olacaq.
 
Makedoniya, İsveçrə və Yunanıstana qarşı
Həndbol üzrə qadınlar arasında 2011-ci ildə Braziliyada keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Avropa zonası üzrə ilkin mərhələdə 17 ölkənin yığması 4 qrupda (3 qrupda 4, 1 qrupda 5 komanda) mübarizəyə qoşulacaq. Püşkatmanın nəticəsinə əsasən, millimiz II qrupda yer alıb. Rəfiqə Şabanovanın yetirmələri Makedoniya, İsveçrə və Yunanıstan həndbolçuları ilə qüvvələrini sınayacaqlar. Reqlamentə görə, qrup mərhələsinin qalibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Oyunlar noyabrın 30-dan dekabrın 5-ə kimi keçiriləcək.
 
Boksçumuz Avropa çempionu oldu
Bolqarıstanda məktəblilər arasında boks üzrə Avropa çempionatı başa çatıb. Qitənin 20-dək ölkəsini təmsil edən 200-dək yeniyetmənin mübarizə apardığı yarışda ölkəmiz Rasim Məmmədovun rəhbərliyi ilə 13 boksçuyla təmsil olunub. Aktivinə 2 qızıl, 3 gümüş və 4 bürünc medal yazdıran yığmamız komanda hesabında yalnız Rusiyadan geri qalmaqla, ev sahibi olan Bolqarıstanı da bir pillə qabaqlayıb. Boksçularımız arasında ən yaxşı nəticəni Araz Gülməmmədov (Bakı, "Zenit", 38,5 kq) və Məhəmmədəli Tahirov ("Sərhədçi", +76 kq) göstərib. Onlar Avropa birincisi olub.
 
Avropa Kubokunda 4 medal qazanıblar
Polşada gənclər arasında keçirilən Avropa kubokunda cüdoçularımız 4 medal qazanıblar. Vüqar Şirinli (-60 kq) və Tural Səfquliyev (-81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər təmsilçimiz Mirzə Əsgərov (-60 kq) qitə kubokunun gümüş medalını qazanıb. Rüstəm Orucov (-66 kq) isə Avropa kubokunun üçüncüsü olub. Bu nəticə ilə Azərbaycan cüdoçuları kişilərin komanda hesabında 2-ci olublar.