29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Mançini Milneri də istəyir
"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini Torresin Avropanın ən yaxşı hücumçularından biri olduğunu söyləyib. Mətbuata açıqlamasında Torresin üç ildir Premyer Liqada oynadığını xatırladan baş məşqçi, futbolçunun "Mançester Siti"yə gəlməsinin özündən və alacağı məbləğdən asılı olacağını söyləyib. "Aston Villa"da çıxış edən Ceyms Milnerlə maraqlandıqlarını da deyən Mançini uyğun kompensasiya məbləği qarşılığında futbolçu ilə razılaşa biləcəklərini söyləyib. Transfer çalışmalarında sürətli hərəkət edən komanda heyətini indiyə qədər "Valensiya"dan David Silva, "Barselona"dan Yaya Ture, "Hamburq"dan Jerom Boatenq və "Latsio"dan Aleksandr Kolarovla gücləndirib.
   
 
Fabianu "Sevilya"da xoşbəxtdi
Braziliyalı hücumçu Luiş Fabianu "Sevilya"da qalmaq istədiyini və İspaniya Super kubokunu qaldırmaq arzusunda olduğunu bildirib. 29 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Milan" və "Tottenhem" maraqlanır. Mətbuatda yayılan xəbərlərə görə də, futbolçu bu klublardan birinə transfer olunacaq. Fabianu isə belə açıqlama verib: "CAR-da olarkən səssizliyimi qorudum. Çünki "Sevilya"da qalacağımı bilirdim. O vaxtlar danışa bilmirdim. Çünki Braziliya milli komandası ilə birlikdə idim. "Sevilya" ilə bir illik müqaviləm var. Və buna görə də çox xoşbəxtəm. "Sevilya" formasında yenə də oynamaq istəyirəm. Avqustda komandanın Super Kuboku qazanmasına kömək etmək istərdim".
 
Skot Parker "Tottenhem"ə keçir
"Tottenhem" "Uest Hem"in yarımmüdafiəçisi Skot Parkeri transfer etmək istəyir. İngilis mətbuatına görə, "Tottenhem"in baş məşqçisi Harri Rednap 29 yaşlı futbolçu üçün 8 milyon sterlinq vermyə hazırdır. Xəbərlərdə o də göstərilib ki, ÇL-da iştirak edəcək "Totenhem" bu transferi heyətləri UEFA-ya verməmişdən əvvəl həyata keçirmək istəyir. "Uest Hem" isə Skot Parkeri satmaq fikrində deyil. Amma "Uest Hem"ə yaxın mənbələr Skot Parkerin 15 milyon sterlinq qarşılığında satıla biləcəyini qeyd edir.
 
İspanlardan fantastik penalti
19 yaşadək futbolçular arasında keçirilən Avropa Çempionatında qeyri-adi penalti vuruşu yaddaşlara həkk olub. 19 yaşlılar arasında keçirilən Avropa Çempionatının qrup matçları çərçivəsində keçirilən İspaniya-İtaliya matçında qeydə alınıb. Belə ki, Ezequelin italyan qapısına vurduğu qol idman mətbuatında yeni penalti vuruşu adlandırılıb. İspaniya matçı 3:0 hesabı ilə qazanıb. Son penalti qolunun möhtəşəmliyi isə italyanları hövsələdən çıxarıb. Bəzi italyan azarkeşlər "siz bizimilə zarafat edirsiniz?" deyə ispanlara hücum edib.
 
"Liverpul" Salsidoyla maraqlanır
İngiltərə mətbuatında yayılan xəbərlərə görə "Liverpul" Meksika millisinin müdafiəçisi Karlos Salsidonu transfer etmək istəyir. DÇ-da futbolçunun sərgilədiyi oyun komanda rəhbərliyinin diqqətini çəkib. "Liverpul" əvvəlcə Fabio Aurelyo ilə yollarını ayırıb və Emiliano İnsua da "Fiorentina"ya transfer olunub. Buna görə komandanın baş məşqçisi Roy Hodcson da heyətə yeni müdafiəçi cəlb etmək istəyir. Və Salsido bunun üçün gözəl seçimdir. Salsido 2006-ci ildə Hollandiyanın PSV klbuna transfer olunub. 30 yaşlı futbolçu bu klubda 121 oyun keçirib və üç qol vurmağa nail olub. Karlos Salsidonun PSV ilə 2012-ci ilə qədər müqaviləsi var. Amma klub futbolçunu bu mövsüm sata bilər. Deyilənlərə görə klubu Salsido üçün 3 milyon avro istəyir.