29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
DƏYMƏDÜŞƏR
Ermənilərlə oyuna bir şey qalmayıb. Amma hələ də oyunun harada keçiriləcəyi məlum deyil. Bizimkilər neytral meydanda oynamaq istəyir, onlar evdə-səfərdə deyib dururlar. Yenə də son sözü UEFA deyəcək. Ermənistan Futbol Federasiyasının (EFF) rəhbəri Ruben Ayrapetyan qırmızıca deyir ki, bizim istədiyimiz olsa, oyundan imtina edəcəklər. İnanmıram. Yəqin, ermənilər növbəti hiyləyə əl atıblar. Onlar belə nağılların mahir ustasıdır. Çox güman ki, bu da bir "xod"dur. Ayrapetyan manevr eləyir. Bununla da başamızın altına yastıq qoyur.
   AFFA-dansa səs-soraq yoxdur. Elə bil qəflət yuxsuna gediblər. Federasiya bostanına bir daş da məndən. Bəlkə qəflət yuxusundan ayıldılar. Şər deməsən, xeyir gəlməz. Allah eləməsin, birdən millimiz ermənilərə uduzdu, onda necə? Altı ay nə karədir. Papağını fırlat, budur gəldi. Əsas odur, gec olmasın.
   İndi keçim əsas mətləbə. Atalar "zor" deyib: "Suyun lal axanı, adamın yerə baxanı". Sözümün canı var. Yığmanın "sükan fırladanı" Şahin Diniyev sakit və elə bu qədər də kinlidir. Az adam qalıb qıraqda? Rəşad Sadıqov, Zaur Tağızadə, Mahmud Qurbanov, Zaur Ramazanov. Əvəzində kimi qazandın, Şahin bəy? Sergey Sokolov, Andre Ladaqa, Leandro Qomeş, Markus Pereyra, Yuri Muzika və nə bilim, hansı dərənin lazımsızlarını. Belələri gəldi-gedərdi. Onlara bel bağlamaq olar? Əcnəbiləri ermənilərlə oyuna buraxmaq olar? Onlara pul lazımdır, pul. Elə ki, bir qədər çətinə düşdülər, aradan çıxacaqlar. Bax, onda qalacaqsan tək. Onda məcburiyyət qarşısında qalıb yenə yerlilərə üz tutacaqsan. Təbii ki, əgər o vaxta qalsan. Bu gün Rəşad və Zaur kimi oyunçular kənarda qalırsa, deməli, bu ən güclü milli deyil.
   O gün Diniyevlə əlaqə saxlamışdım. Bir məsələylə bağlı münasibət öyrənmək istəyirdim. Qonağı olduğunu dedi. "Adaş, bir azdan mənimlə əlaqə saxla, nə lazımdır deyərəm" - bu sözlər də çox hörmətli Şahin Diniyevə məxsusdur. Təxminən bir saat sonra yenə əlaqə saxladım. Bu dəfə evdə olmadığını dedilər. Əl telefonunu yığdım. Bəlkə də mobil telefonu o başda "Şahin" deməkdən yoruldu, amma götürən olmadı ki, olmadı. Heç gözləmirdim səndən, Şahin müəllim. Buna qədər nə vaxt müraciət etmişəmsə, suallarımı cavablandırmısan. Nə oldu indi, yoxsa "doza" artıq gəlib? Evdə olub-olmadığını deyə bilmərəm, "babalı Sərvərin boynuna". Sizi yormaq istəmirəm, qayıdıram mətləbə. Sözümün mustafası var. Bəlkə də Şahin müəllimin xətrinə dəymişik. Onun üçün bizdən gen gəzir. Onun dəymədüşər olduğunu bilməzdim. Həqiqət acı olur. Görünür, "Futbol+qol"da gedən yazılar baş məşqçinin ürəyincə olmayıb. Hörmətli Şahin müəllim, sizin başçılığınız altında milli komandamızın uğurlu nəticə göstərməyini istəyirik. Nə qədər gözləmək olar? Vaxt gedir, irəliləyiş isə yoxdur. Millini əcnəbilərin ümidinə qoymaq da olmur. Yaxşı deyiblər, qonşuya ümid olan şamsız qalar. Onlar gəldi, nə xeyri? Cəmi bir top vurub bir xal qazanmışıq. Onsuz da uduza-uduza gedirik. Amma soruşan yoxdur hara gedirik. Buna görə inciyərlər? Yığmanın yaxşısı da, pisi də bizimdir. Əsas odur ki, yaxşını pisdən ayıra biləsən. Mətbuat saf-çürük edib məsələyə, milliyə və bir çox başqa şeyə obyektiv qiymət verməyə çalışır. AFFA-dakılar da deyirlər ki, "əleyhimizə döşüyürlər". Buna görə kimdənsə inciməyə dəyməz. Acı da olsa, gərək həqiqətlə barışmağı bacarasan. O ki qaldı sizə ünvalayacağım suallara, qalsın sonraya. Necə deyərlər, "saxla samanı, gələr zamanı".
   
   
"İnter" İNTERmediası