"Neftçi" Bakıya
məğlubiyyətlə qayıdır
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu dünən keçirib. Arif Əsədovun komandası "Qaziantep Böyükşehir Bələdiyyəspor"la qarşılaşıb. Bakılılar bu görüşdə hesabı açsa da, üstünlüyünü qoruya bilməyİB - 1:2. Ardıcıl 4-cü oyununda rəqib qapısına yol tapan Nasimov artıq 32-ci dəqiqədə fərqlənib. Özbək hücumçu Seyidovun sağ cinahda yan xəttin üzərindən penalti nöqtəsinə doğru ötürməsini güclü zərbə ilə tamamlayıb. Fasilədən sonra iki dəfə - 51 və 67-ci dəqiqələrdə iki qol buraxan Əsədovun yetirmələri məğlubiyyətlə barışmalı olublar."Neftçi" meydana Elçin Sadıqov, Ruslan Abışov, İqor Mitreski, Ruslan Əmircanov, Alessandro da Silva, Elmar Baxşiyev, Slavko Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo və Bahodir Nasimovdan ibarət "11-lik"lə çıxıb. Oyunun gedişi ərzində Əsədov Rauf Mehdiyev, Denis Silva, Cavid İmamverdiyev, Cavid Hüseynov, Tərlan Quliyev, Aleksandr Burduli, Araz Abdullayev və Ruslan Qurbanova da şans verib. "Ağ-qaralar" bundan əvvəl "Orduspor"a 4:0, "Kardemir Karabükspor"a isə 1:0 hesabı ilə gəlib.