29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Rəqibimiz "Real" deyil"
Polşanın idman mətbuatı oyunu diqqət mərkəzində saxlayırlar. Bu yazılarda yerli mətbuat "Qarabağ"ın ilk iki mərhələdə uğurlu nəticələr qazanmasına diqqət çəkib. Bundan başqa, yerli jurnalistlər hesab edirlər ki, ağdamlılar ikinci mərhələdə mübarizədən kənarda qoyduğu Litvanın "Şaulyay"dan qat-qat güclü komandadır. Sports.pl saytı isə diqqəti hələ 2005-ci ilin ilin mart ayında Polşa və Azərbaycan milliləri arasında keçirilmiş oyuna yönəldib. Həmin qarşılaşmada Polşanın 8:0 hesabı ilə qalib gəldiyini yazan sayt bu matçda hazırda "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanovun futbolçu kimi çıxış etdiyini xatırladıb. "Yəqin ki, "Visla" ilə oyunda Qurban Qurbanov artıq bir məşqçi kimi həm də bu acınacaqlı məğlubiyyətin əvəzini çıxmağa və qisas almağa çalışacaq" - deyə sayt bildirib. "Visla"nın məşqçisi Anjey Baxr isə müsahibəsində komandaları müqayisə edib.
   - Siz Azərbaycanda "Qarabağ"la "Portadaun"un oyununu izləmisiz. Bakıya gedib çıxmaq çətin oldu?
   
- Elə də yox. Mən əvvəlcə Vyanaya getdim, oradan isə Azərbaycan paytaxtına yola düşdüm. Qayıdanda isə çətinliklə üzləşdim. Frankfurtda və Münhendə enmək məcburiyyətində qaldım. Bakı ilə Krakov arasındakı məsafə üç min kilometrdir.
   - Bəziləri hesab edir ki, Azərbaycan Asiyaya yaxın olduğundan, UEFA yarışlarında iştirak etməməlidir.
   
- Bakıya oyundan üç saat əvvəl gəldim və matç bitəndən dərhal sonra oranı tərk etdim. Polşalılar Bakına Stevan Jeromskinin "İlk bahar" romanından tanıyırlar. Biz unutmamalıyıq ki, vaxt vardı, Azərbaycan komandalarını rahatlıqla keçirdik. Amma indi onların futbolu inkişaf edib. Onların oyununda təcrübəli məşqçilərin işini görmək mümkündür.
   - Bakı sizi nə ilə təəccübləndirdi?
   
- Orada xeyli təzə bina var, eyni zamanda sovet dönəmindən qalma tikililərə də rast gəlirik. Bakıda siz Şərq memarlığına da rast gələ bilərsiz.
   - Bakının havası sizdə necə təsir bağışladı? Bütün komandalar oradakı istidən şikayətlənirlər.
   
- "Portadaun"la oyun axşam başlasa da, hava çox bürkü idi. Amma əgər buna hazırsansa, problemlə üzləşməyəcəksən.
   - Stadionda atmosfer necə idi?
   
- Mərkəzi arenanın 30 min tutumu var. Amma oyuna 14 minədək azarkeş baxırdı. Mən Azərbaycan publikasını Argentinayla müqayisə edərdim. Hətta "Qarabağ" öz qapısından qol buraxandan sonra bütün stadion bu komandanı ruhdan düşməyə qoymadı.
   - Orada sizi necə qarşıladılar?
   
- Azərbaycan klubunun nümayəndələrinə çox minnətdəram. Məni aeroportda qarşıladılar və stadiona gətirdilər.
   - "Qarabağ"ın təmsilçiləri "Visla"nın Krakovda "Şaulyay"la oyununu izləyiblər?
   
- Bildiyimə görə, bizim prezident Basalay püşkatmadan sonra oyunların videoyazısının bir-birinə təqdim edilməsilə bağlı razılığa gəlmişdi. Biz litvalılarla oyunun DVD-sini, onlarla isə mənim də stadiondan izlədiyim "Portadaun"la matçın videoyazısını bizə təqdim etdilər.
   - Rəqibin oyunundan nə kimi qeydlər apardız?
   
- Rəqib fiziki cəhətdən çoz hazırlıqlıdır və topu özündə saxlamağa bacarır. Bu, həmin bölgənin xarakterinə uyğundur. "Qarabağ"ın müdafiə xəttində zəif yerlər tapmaq olar.
   - "Visla"nı bu cütlüyün favoriti hesab etmək olar?
   
- Əlbəttə, "Qarabağ" "Real" deyil. Biz daha təmkinli olmalı və oyuna köklənməliyik. Bizim "Levadiya"ya məğlubiyyət yadınıza gəlir? Bu oyuna hazır olmalıyıq. Elə düşünməliyik ki, rəqibimiz "Barselona", hakim isə Hovard Uebbdir.
   - Onların "İnter"dən hansı fərqli cəhətləri var?
   
- Onların oxşar imkanları var. Amma "Qarabağ"ın heyətini demək olar ki, bütünlükdə azarbaycanlı futbolçular təşkil edir. Onlar öz ölkələrində çox populyardılar. Onların üzərində məsuliyyət də çoxdur. Çünki "Qarabağ" hazırda ölkənin avrokuboklardakı yeganə təmsilçisidir. Bu isə onlara əlavə motivasiya verir.