29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
KARBON
Aynanın güzgüsü: Sən mənə bayırdan baxırsan, mən mənə içəridən baxıram. Gördüklərimizin bir-birinə düz gəlməməsi bundandır.
   Təzadı görə bilirsiz? Hələ 4-5 ay əvvəl Elşad Nəsirov "mən peşəkar deyiləm" deyəndə, üstünə düşdülər ki, peşəkar deyilsənsə sənin AFFA-da nə işin var? Kişi də dilinin bəlasına düşdüyündən, nə dinib, nə danışıb. Bu peşəkar sözünü o qədər yıxdılar sürüdülər ki, əsl mahiyyəti də it-bata düşdü. Hələ o vaxt deyəndə ki, o "şüşəbənd"də peşəkarlığın qırığı da yoxdur, daş atıb başını tutanlar da az olmadı. O vaxt hələ nə Nəriman Mikayıloğlu əməkdar jurnalist idi, nə "Bakı" "peşəkarlığın"zibilinə düşmüşdü, nə də təzə əməkdar jurnalistimizin oğlunun bəxtinə "Nissan Sanny" düşmüşdü. Bunlar o vaxt idi.
   İndi isə peşəkarların bəziləri hələ də peşəkar istirahətdədirlər. Komandalarımızın Avrokuboklarda talelərinin həll olunduğu bir vaxtda, AFFA-da Beynəlxalq Əlaqələr Departamentinin işçilərinin məzuniyyət və ezamiyyətdə olmaları əsl peşəkarlıq normalarına sığır desəm, yəqin məni didərsiz. Bəs onları niyə didən yoxdur? Söhbəti bilirsiz də, hara gətirəcəm. Ay sağ olun, "Bakı"nın üstünə. Qoy, ürəyimdə bir misra var onu deyim. Sizə zibil yeşiyindən danışacam, rusca ona "korzina"deyirlər.
   Bəlkə milyon düyün cözələdim mən
   Yumub gözlərimi bir an yatmadım.
   Fəqət qaşlarımın ucunda bitən
   Düyünü açmağa gücüm çatmadı.
   Bəli, mövcud vəziyyətdə bakılıların halını xarakterizə edən bu misra məncə yerinə düşdü. Bəzi peşəkarlar Hafiz Məmmədovun qaşını elə düyünləmədilər ki... Bu vəzityyətə həqiqətən ürəkdən acıyıram. Amma gülə-gülə də qəmi, kədəri yaşamaq olur. Qəmlənirəm ona görə ki, Hafiz Məmmədovun komanda üçün eləmədiyi heç nə qalmadı. İroniyayla gülürəm ki, bu işdə aidiyyatı şəxslərin elədikləri heç nə olmadı. Dünya qəribəlikləri ilə doludur. Amma bir məqam məni zaman-zaman cızdağıma qədər yandırır və yandıracaqdır. Biz bizi qiymətləndirənə, canını verənə qiymət verə bilmirik. Hafiz Məmmədov bu komanda üçün daha nə etməliydi? Lap Mübariz Mənsimov olsun. Düzdü azarkeşlərə sərt reaksiyası ilə bir müddət əvvəl birmənalı qarşılanmamışdı. Amma bu komandaya, məqçiyə üstüörtülü daxili aqressiyanın təzahürü idi. Türkiyədə Mənsimovun pulundan komanda qurulur, bizimkilər onun puluyla məzələnir. Bax, biz beləyik. Ağasəlim Mircavadov kimlərinsə xahişi ilə Zaur Ramazanovu komandanın gözünə qatdı, hərçənd ki, o qoca bu qocanı heyətə götürməməliydi. İndi Mirça Rednik Zauru kənarlaşdırmaq istəyir, indi də kiminsə xahişi ilə Zaur yenə top qovma hüququ qazanır. Bax, biz beləyik. Komandanını pulunun iyisinə gedən, şəxsi məqsədlərimiz üçün istifadə edən, komandanın mənafeyini düşünməyən. "Xəzər-Lənkəran"ı da, "Bakı"nı da bu amillər yıxmadımı? Bu komandalar bu amillərin zibilə düşmədümi?
   İndi keçək "zibil qutusu" məsələsinə. "Bakı"nın mətbuat işçilərinin sayı futbolçuların sayından iki dəfə coxdur. Belə olanhalda transfer olunan legionerin kim olduğunu ayırd etmək beləmi çətinmiş? Tutaq ki, Joze Epalle vicdanını tullayıb. Bunu ona görə əminliklə deyirəm ki, Podqoritsada oyundan sonra peşmançılıq əvəzinə gecəyarı özünə "məşğuliyyət"(məşuqiyyət) axtarışına çıxıb. Bunu açıb-ağartmağa, yəqin ki, gərək yoxdur. UEFA-nın məktubunu oxumadan zibil qutusuna atan şəxslər "Bakı"nın taleyini də beləcə bükdülər, tulladılar. Mən heç Asif Bağırovu, Nəriman Mehdiyevi və buna aidiyyatı olan şəxsləri də qınamıram. Mən Elşad Nəsirovu qınayıram. Ona deyən lazımdır ki, futbolumuz bu qədər qeyri peşəkarlarla dolu olduğu bir vaxtda, qeyri peşəkarlığın heç görünmürdü axı, bəs niyə belə demişdin?
   
   P.S. "Baki" qeyri-peşəkarlığın qurbanı oldu, amma bunun əvəzində Mikayıl Nərimanoğlu "peşəkarlığın"ın hesabına əməkdar jurnalist adını aldı.
   P.P.S. "Baki" iki oyunda qələbə qazanıb, mərhələ adlaya bilmədi, amma Mikayıl Nərimanoğlunun biletinin bəxti gətirdi, "Nissan sanny" onun oldu. Təzadı görə bilirsinizmi?
   P.P.P.S. Hərdən mənə elə gəlir ki, "Bakı" daxili təxribatın qurbanıdır. Saray çevrilişi? Hmm, hmm...
   
Ayna