29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Hacıyevski Kramarenkonu "Simurq"a gətirir
Ölkə xaricinə çıxmayan "Simurq" dünən Bakıda daha bir yoldaşlıq görüşü keçirib. Sayca 7-ci rəqib "Bakı"nın əvəzedici komandası olub. "Şəfa" stadionunun ehtiyat meydançasında baş tutan görüşdə Premyer Liqa iştirakçısı üstün tərəf olub - 3:0. İlk hissədə 1 qol vuran Zaqatala təmsilçisi fasilədən sonra iki dəfə fərqlənib ki, görüşdə son nöqtəni Ceyhun Sultanov qoyub. Hər iki komanda baxışa gələnləri sınasa da, "Simurq"un çalışdırıcısı Qyoko Hacıyevski matçdan sonra həmkarı Qəhrəman Əliyevə yaxınlaşaraq, yaxşı kollektiv yaratdığını ona deyib. O, indiyədək qarşılaşdıqları sparrinqlər içərisində "Bakı"nın daha güclü təsir bağışladığını bildirib. Makedoniyalı "Bakı"da rəhbərliyi altında oynamış futbolçuya göz qoyub. Gənc yarımmüdafiəçi Səbuhi Həsənovu yenidən sərəncamında görmək istəyir. Səbuhinin keçidi üçün almaniyalı həmkarı Vinfred Şaferdən cavab gözləyir: "Səbuhi gənc, perspektivli futbolçudur. Yaxşı fiziki göstəricilərə malikdir. İndi ona oyun praktikası lazımdır. Bu mənada "Simurq" onun üçün yaxşı variantdır. Həsənov oynamaqla, yaxşı futbolçu ola bilər. Ancaq ehtiyatda oturmaqla, səviyyəsini artırmaq çətin olacaq. Səbuhinin məsələsi ilə bağlı "Bakı"nın baş məşqçisi Vinfred Şaferdən cavab gözləyirəm. Əgər futbolçu indi ona lazım deyilsə, icarəyə götürə bilərik". Hacıyevski Ceyhun Sultanovla Samir Əliyevi də komandasında görmək istəyirəm. Hazırlığımızda iştirak edirlər. Sadəcə, hələ müqavilə bağlanılmadığı üçün onları "Simurq"un futbolçusu saymaq olmaz. Mövsüm bitəndən sonra komandanın sükanı arxasına gətirilən makedoniyalı mütəxəssis yeni heyət qurur. Yalnız yerli futbolçulardan qurulan "Simurq"un özəyini gənc futbolçular təşkil edir. Ancaq Hacıyevski bir neçə təcrübəli futbolçunun da sərəncamında görmək niyyətindədir: "Gənc oyunçuların əhatəsində təcrübəlilərin olması lazımdır. Onların vəhdətindən yaxşı bir komanda yaratmaq istəyirik. Bu mənada Ceyhunla Samir kimi təcrübəli futbolçular bizə lazımdır. Ancaq onların transferinin həlli üçün klubumuzun prezidenti Zaur Məmmədovu gözləyirik. O, hazırda ölkə xaricində işgüzar səfərdədir və bir neçə günə qayıtmalıdır. Sultanovun "Xəzər-Lənkəran"la müqaviləsi olduğu üçün onun transferini bu klubla danışmaq lazımdır. Prezidentimiz bununla bağlı "Xəzər-Lənkəran"ın rəhbərliyi ilə danışacaq. Əliyevin isə "Neftçi"dən gedəndən sonra sərbəst futbolçu olduğunu bilirik. Sadəcə, onunla da müqavilə məsələsini razılaşdırıb, transferi rəsmiləşdirmək lazımdır. Hər iki futbolçu "Simurq"da oynamaq istəyir. Biz də bunu arzuladığımızdan, keçidi reallaşdırmaq qalır ki, bu da Məmmədovun dönüşündən sonra həllini tapacaq". Şimallılar "Xəzər-Lənkəran"ın sabiq qapıçısı Dmitri Kramarenkonun da xidmətində maraqlıdır: "Onunla ilkin danışığımız olsa da, ortada konkret bir şey yoxdur. O, Sultanovla Əliyevdən fərqli, düşərgəmizdə deyil. Dmitrinin "Xəzər"lə müqaviləsinin olması haqda da məlumatımız var. Qapıçı bu məsələni özü həll etməlidir. Kramarenko sərbəst futbolçu olandan sonra onun transferini reallaşdırmaq olar".