
"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini Torresin Avropanın ən yaxşı hücumçularından biri olduğunu söyləyib. Mətbuata açıqlamasında Torresin üç ildir Premyer Liqada oynadığını xatırladan baş məşqçi, futbolçunun "Mançester Siti"yə gəlməsinin özündən və alacağı məbləğdən asılı olacağını söyləyib. "Aston Villa"da çıxış edən Ceyms Milnerlə maraqlandıqlarını da deyən Mançini uyğun kompensasiya məbləği qarşılığında futbolçu ilə razılaşa biləcəklərini söyləyib. Transfer çalışmalarında sürətli hərəkət edən komanda heyətini indiyə qədər "Valensiya"dan David Silva, "Barselona"dan Yaya Ture, "Hamburq"dan Jerom Boatenq və "Latsio"dan Aleksandr Kolarovla gücləndirib.