29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Ukrayna yığması qarşısına yüksək vəzifələr qoymalıdır"
Kiyev "Dinamo"sunun baş məşqçisi Valeri Qazzayev gələcək planlarından danışıb. Təcrübəli mütəxəssis Ukraynanın Avropa çempionatına ev sahiblik etməsinə müsbət yanaşıb. Baş məşqçi qitə yarışının burada keçirilməsini yüksək dəyərləndirərək. bu ölkənin futboluna töhfə verəcəyini deyib.
   - Valeri Georgiyeviç, biz ən aktual məsələdən - Madriddə keçiriləcək Çempionlar Liqasının finalından başlamaq istəyirik. Joze Mourinyu ilə sizin qarşılıqlı münasibətlərinizin tarixi sadə olmayıb, ona görə də şənbə günü kimin üçün narahat olacağınızı güman etmək o qədər də çətin deyil.
   
- İlk növbədə İvitsa Oliçə görə narahat olacağam. Onun Çempionlar Liqasının qalibi olmasını çox istəyirəm. İş ondadır ki, İvitsa mənim bütün məşqçilik karyeram dövründə ən peşəkar oyunçulardan biri olub, onun UEFA kuboku finalında oynamaq üçün bütün mümkün olanları və mümkün olmayanları necə yerinə yetirdiyini yaxşı xatırlayıram. Bu oyunçunun dizində xaçvari buğumların ağır zədələnməsindən sonra o, çox qısa vaxtda - 4 ay ərzində bərpa olundu və finalda oynadı. Eyni zamanda buna qədər onun burnunu da sındırmışdılar.
   Oliçdə oynamağa ağılsız dərəcədə ehtiras və çox yüksək peşəkar ruh vardır. Mən doğrudan da şadam ki, o, bu gün "Bavariya" uğrunda çox gözəl oyun sərgiləyir. İvitsaya görə narahatamsa, demək, onun komandasına görə də narahatam (gülür). Eyni zamanda cənab Mourinyuya çox hörmətlə münasibət bəsləyirəm və hesab edirəm ki, o, böyük məşqçidir. Lakin bununla belə, çox təəssüf ki, bu gün bu yerdə biz yox, "İnter"dir.
   - Futbolçu ilə əlaqə saxlayırsınız?
   
- Bəzən zəngləşirik. Nə vaxtsa bizlərdən kimsə ciddi uğurlar əldə edirsə, bir-birimizi təbrik edirik. Belə isti və yaxşı münasibəti saxlamaq çox xoşagələndir.
   - Oliçin Çempionlar Liqası kimi həlledici matçlar səviyyəsində het-triklər etmək və həlledici qollar vurmaq qabiliyyəti sizin üçün sürpriz oldumu?
   
- Yox olmadı. İndi İvitsa əsil çiçəklənmə dövrünü keçirir. Axı o, SSKA-da da çox gözəl oynayırdı. Lakin bizdə ən yüksək zirvədə Vaqnerlə Jo və üç əla hücumçu olan vaxt o, xaricdə oynamaq arzusunu bildirdi. Bu isə İvitsanın xeyrinə oldu. "Hamburq"un qalibi olduqdan sonra, o, "Bavariya"da çox yaxşı oynayır. O, həmişə inadkar olub, həmişə qol vurub. Onu həmişə azarkeşlər seviblər.
   - ... hansı ki, hətta meydanda braziliyalılıra olan vaxt "Oliç!" deyə səslənirdilər.
   
- Tam doğrudur. O, hamının rəğbətini qazanırdı və heç kimə etinasız deyildi - heç bir oyun epizodunda. Budur, Tanrı da onun mükafatlandırdı.
   - Onun indiki baş məşqçisi Lui van Qala nə vaxtsa ünsiyyətdə olubsunuz?
   
- Yox.
   - Onun iş üslubu sizin xoşunuza gəlir?
   
- Mənə istənilən məşqçinin nəticə verən iş üslübü xoşdur. Van Qaal isə "Ayaks"da, "Barselona"da, indi isə "Bavariya"da çox yaxşı çalışır. Belə görünür ki, doğru yol tutub.
   - Van Qaal, Advokat, Hiddink ... Holland məşqçilərinin xüsusi məktəbi haqqında danışmaq olarmı? Və ya bu, fərdi şəkildə istedadlı adamların sadəcə qrupudur və bu ölkədən asılı deyildir?
   
- Bütün ölkələrdə əla məşqçilər qrupu vardır. İtaliyada - Kapello, Lippi, Ançelotti. Rusiyada Syomin, Romantsev ... Çox məşqçilərin adını çəkmək olar. Hər bir ölkədə 3-4 mütəxəssis vardır. O ki qaldı hollandiyalılıra, bu adamların hamısı, obrazlı şəkildə desək, məşhur Rinus Mixelsin şinelindən çıxıblar. Bu onun məktəbidir. Keçmiş SSRİ-də biz Beskov, Lobanovski və başqa məşhur məşqçilərin timsalında yaxşı məktəb görmüşdük. Peşədə nəsillərin davamçılığının olması həmişə düzgün nəticə verir. Hələ 70-ci illərdə Mixelsin Hollandiyada yaratdığı total futbol olmadan bu cür məşqçilər pleyadası, yəqin ki, olmazdı.
   Çox təəssüf ki, bu gün bizdə yenicə işə başlayan Rusiya məşqçilərinin səviyyəsini qaldırmağa imkan verən fundamental məktəb yoxdur. Hətta Sovet İttifaqı dövründəki Məşqçilərin Ali Məktəbi (MAM)-də çox yüksək səviyyədə olub. İndi isə, təəssüf ki, vəziyyət başqa cürdür. Lakin istənilən halda bizim hər şeyi bildiyimiz barədə danışmağımız düzgün deyildir. Ən azı, əgər məşqçi böyük klublarda işləmək istəyirsə, uğurlar əldə etməlidir. Bizim peşəmizə çox ciddi yanaşmaq və hər gün öyrənmək lazımdır.
   - Siz Ölkə Məşqçiləri Birliyi Bürosuna daxilsiniz. Sizcə bu struktur gənc mütəxəssislərin hazırlıq prosesini nə qədər təkmilləşdirməyə imkan verir?
   
- Hesab edirəm ki, Məşqçilər Birliyi RİF-lə birlikdə düzgün istiqamət seçə bilərlər. Onlar bizim gənc məşqçilərə inkişaf etməyə imkan verən ortaq proqram hazırlamalıdırlar.
   - Yeni nəslin bugünkü məşqçilərindən kimin işi sizin daha xoşunuza gəlir? SSKA-da sizin davamçınız olan Leonid Slutskinin fəaliyyəti sizi qane edirmi?
   
- Bizdə çoxlu gənc məşqçilər vardır: Karpin, Kobelev və Slutski. Bir az yaşlı olsa da, Krasnojanı da mən gənclər kateqoriyasına aid edərdim. Lakin bütün məşqçilərin işi onun göstəriciləri ilə bağlıdır. Əlbəttə, yekunda gözəl futbol oynanılsa və nailiyyətlər əldə edilsə də, həmişə nəticə hər şeyi həll edir. İşə yenicə başlayan bütün məşqçilər bunu dəqiq başa düşməlidirlər. Sənin işləməyindən və özünü populyarlaşdırmağından, eləcə də mətbuatın səni dəstəkləməyindən asılı olmayaraq, əgər nəticə yoxdursa, məşqçi də yoxdur.
   - Cari mövsümdə SSKA-nın fəth etdiyi Çempioanlar Liqasının 1/4 finalını nailiyyət hesab etmək olar?
   
- Rusiya futbolu üçün bu, böyük nailiyyətdir. Əgər bizim komandalar müntəzəm olaraq qrupdan 1/4 finala və sonrakı yerlərə çıxa bilirlərsə, bu çox əladır.
   Eyni zamanda hesab edirəm ki, SSKA daha çox uğurlar əldə edə bilərdi. Artıq 2008-ci ilin sonunda komanda tam heyətlə növbəti mövsümdə Çempionlar Liqasında uğurlu çıxışa tam hazır idi.
   - O vaxtdan üç məşqçi (!) dəyişikliyi baş verdi - Jirkov, və Vaqner klubu tərk etdilər ...
   
- Bu, artıq ikinci məsələdir. Lakin komandanın oyunları məni istənilən halda təəccübləndirmədi. O, beynəlxalq oyunlarda böyük yol keçib, Avropa səviyyəsində qələbələr əldə edib. Və mənə elə gəlir ki, "İnter"lə keçirilən oyunda başqa cür alına bilərdi. Güman edirəm ki, SSKA-nın unikal şansı var idi. Və 1/4 final son hədd deyildi.
   - Ukrayna Rusiyanın DÇ-2018-in qalibi olacağını bəyan edən Fursenkodan da irəli gedib. Onun baş məşqçi ilə müqaviləsində yazılıb: Avropa - 2012 birinciliyinin qalibi olmaq. Əmək müqaviləsində bu cür şeyləri yazmaq absurd deyilmi?
   
- Avropa Çempionatını qəbul edən ölkənin komandası heç bir şübhə olmadan öz qarşısına yüksək vəzifələr qoymalıdır. Və Ukraynada da bu cür vəzifələri yerinə yetirəcək oyunçular vardır. Lakin bu cür bəyanatlar vermək ...
   Digər tərəfdən, yəqin ki, başqa cür mümkün deyil.
   -Bu böyük populist çıxışlar kimi səslənsə də, oyunçuları şənləndirmək, azarkeşlərə qələbə ovqatı vermək lazımdır.
   - Siz bu cür müqavilə imzalayardınız?
   
- Yox. "Dinamo" üçün real vəzifələr - çempionatı, ölkə kubokunu udmaqdır. Lakin futbolda heç kəs heç nədən sığortalanmayıb.
   - Yəni sizin indiki müqavilənizdə "Dinamo"nun konkret vəzifələri yazılıb?
   
- Həm Kiyevdə, həm də SSKA-da yazılmışdı - çempion titulunu qazanmaq, Çempionlar Liqasına çıxmaq. Elit klublarda bundan aşağı vəzifələr qoyulmur.
   - Miron Markeviçini Ukrayna yığmasının baş məşqçisi təyin edilməsinə necə münasibət bəsləyirsiniz?
   
- Yerli mütəxəssisi təyin etmələri düz işdir. Onun səviyyəsini isə yığmanın nəticələri göstərəcək. Əgər bu nəticələr ötən dünya çempionatında Oleq Bloxindəki kimi olsa, onda hər şey düzgün olacaq.
   - Sizin fikrinizcə, Cənubi Afrikada DÇ-nin əsas favoriti kimdir?
   
- Ən maraqlı futbol göstərən İspaniya. Braziliyalılar keçən illərdəki kimi təəssürat yaratmır. Lakin eyni zamanda onlar da öz heyətləri baxımından Argentina kimi favoritlər sırasındadır. Lakin Argentinanın zəif yeri məşqçidir. Maradona çox böyük futbolçudur, amma məşqçi kimi ... Lakin komandanın oyunçularının səviyyəsini nəzərə alaraq demək olar ki, hər şey baş verə bilər.