29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Neftçi" hücumçusunu itirdi

   "Xəzər-Lənkəran"la matçın 61-ci dəqiqəsində "Neftçi"nin serbiyalı hücumçusu Branimir Subaşiç zədələnərək, oyunu yarıda buraxmalı oldu. Sonradan həkim muayinəsindən keçən Branimirin sağ ayağının baldır hissəsindən zədələndiyi dəqiqləşib. Bu barədə Subaşiç klubun saytına açıqlama verib: "Bizim üçün çox vacib olan oyunu yarıda buraxdığım üçün çox üzülürəm. Çox təəssüf ki, "Xəzər-Lənkəran"la matçda komandama sona kimi kömək edə bilmədim. Buna aldığım zədə mane oldu. Həkimlər zədənin o qədər də ciddi olmadığını dedilər. Böyük ehtimalla, fevralın 22-də "İnter"ə qarşı olacaq matçı buraxmalı olacam. Amma bu hələ dəqiq deyil. İnanıram ki, zədəm tezliklə tam sağalacaq". Elə biz də Branimirə tezliklə zədəsini tam sağaldıb, yaşıl meydanlara qayıtmağı arzulayırıq.
   "Uzun Ömur" otelində məskunlaşan "Neftçi" növbəti matça ciddi hazırlaşır. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında gündə bir dəfə olmaqla məşqlər intensiv şəkildə davam edir. Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda növbəti məşqinə çıxıb. Subaşiçin məşqdə iştirakı gözlənilsə də, Branimir hələ də zədədən əziyyət çəkdiyinə görə meydanda görünmədi. Zədəsini yenicə sağaltmış Ruslan Abuşov isə artıq kollektivə qoşulub. Əsasən toplu çalışmalara üstünlük verən komanda sonradan "yaşıllar" və "qırmızılar"a bölünərək, ikitərəfli oyun keçirib. "Yaşıl" formada Vladimir Miçoviç, Mahir Şükurov, Aleksandr Çertaqanov, Rəşad Sadıqov, Ruslan Abbasov, Rəşad Sadiqov, George Adamiya, Zaur Tağızadə, Vadim Borets və Samir Əliyev, "qırmızılar"da isə Hüseyn Məhəmmədov, İqor Getman, Ruslan Abuşov, Elnur Abbasov, Svetoslav Stefanov, Avtandil Hacıyev, Pərvin Paşayev, Elçin Rəhmanov, Nadir Nəbiyev və Aqil Məmmədov yer alıb. Oyun qarşılıqlı hücumlarla keçsə də, "yaşıllar"ın üstünlüyü qismən nəzərə çarpıb. Lakin əsas heyət futbolçularının yer aldığı "yaşıllar" oyun üstünlüyünü hesabda əks etdirə bilməyiblər. Ümumiyyətlə, məşq zamanı "Neftçi" futbolçularının yüksək əhval-ruhiyyədə olduğunu xüsusi vurğulaya bilərik.
   
   
Anar