29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Şəfa" "Neftçi"nin ikinci düşmənidir
İnter - Neftçi

   
   22 fevral. Bakı. "Şəfa" stadionu.
   Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Vaqif Ayvazov, Elvin Əsgərov.
   Hakim-inspektor: Nizami Şərifov.
   AFFA nümayəndəsi: Səməd Qurbanov.
   Bu oyun çox şeyə aydınlıq gətirəcək. "Neftçi" udsa, çempionluq yolunda irəliyə doğru böyük bir addım atmış olacaq. Flaqman hazırda 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərar tutur ki, bu da onların "İnter"dən üstün durumda olması deməkdir. İkinci dövrəyə də yaxşı başlayıblar: 2 oyun, 2 qələbə. "Xəzər-Lənkəran" üzərindəki zəfərin bir başqa yeri var. Lideri taxtdan salmağı bacaran bakılılar mövsümün ən prinsipial matçını qazanmaqla əla motivasiya toplayıblar. İndi düşərgədəkilər fikirləşir ki, əgər biz "Xəzər-Lənkəran"ı uduruqsa, deməli, hamıya gücümüz çatar. Son uğurun gətirdiyi özünəinam heç nəylə müqayisə oluna bilməz. Artıq futbolçularda qələbə çalmaq istəyi hiss edirəm. "İnter"i də uda bilər. "Xəzər-Lənkəran"la müqayisə etsək, "bankirlər" elə də güclü komanda deyil. Birinci dövrədəki məğlubiyyəti sırf bəxtin ayağına yazmalıyıq. Fərrux İsmayılovun qırmızı vərəqə alması fonunda Mahir Şükürovun topu öz qapılarına vurması Valentin Xodukini istəyinə çatdırdı. Həmin oyunu izləyənlər mənimlə razılaşmalıdır: "İnter" yenə baxımsız futbol göstərdi. Bu komanda nəticədən başqa şey haqda düşünmür. Oyun gözəlliyi, azarkeş zövqü onlar üçün çox-çox arxa plandadır. "Şəfa"dakı matçın da istisna təşkil edəcəyinə inanmıram. Əvvəla, meydança pis gündədir, ardıcıl 3 ötürmə vermək problemdir. "Neftçi"nin texnikalı oyuna üstünlük verdiyini bildiyimizdən ilk növbədə qazonla mübarizə aparacağını gözləməyə dəyər. Futbol sahəsindən çox bostanlığa bənzəyən meydança "İnter"in işinə yarayır. Çünki "bankirlər" fiziki hazırlıqlarından istifadə etməklə, rəqibini yormaq istəyəcək. Heyətlərə göz gəzdirdikdə Bronimir Subaşiçin yoxluğu diqqət çəkir. Ötən görüşdə ayağından ağır zədə alan serbiyalı hücumçu istənilən səviyyədə deyil. Onun yoxluğunda Nadir Nəbiyevin forma geyinmək imkanı qazanacağı daha inandırıcıdır. Qurban Qurbanovun başqa bir problemi gözə dəymir. Belə baxanda Valentin Xodukinin də oyunçu sarıdan narazılığı olmamalıdır. Daha nə narazılığı olmalıdır e. Ucdantutma bütün legionerləri yığıb töküb ora. Milyonlar xərcləyiblər. Bu oyunda da heç nə etməsələr, demək ki...
   Nə qədər uduzmaq olar?
   Bu oyunda aşkar favorit görmürəm. Hər şey ola bilər. "Qarabağ"ın işi asan olmayacaq. İki turdur uda bilmirlər, görünür ki, qol vurmaqda problemləri var. Rasim Kara irəlidə əsasən Kənan Kərimov - Vaqif Cavadov cütlüyünə bel bağlayır. Onların bir-biri ilə anlaşması pis alınmasa da, formalaşmaq üçün zamana ehtiyacları var. Çünki istər "Karvan", istərsə də "Şahdağ"la görüşlərdə kifayət qədər qol epizodu yarada biliblər. Problem həm də yarımmüdafiədədir. Düzdür, Hakan Dəmir orta sahədə nəsə etməyə çalışır, amma sağı-solu gənclərdir deyə, istədiyi oyunu göstərə bilmir. Qoqa Beraya da onun kimi.
   Qarabağ - Gilan
   22 fevral. Suraxanı. Tofiq İsmayılov adına stadion.
   Hakimlər: Fariz Yusifov, Azad Ə.Hüseynov, Sultan Məmmədov, Emil İskəndərov.
   Hakim-inspektor: Məmmədəli Məmmədov.
   AFFA nümayəndəsi: Siyavuş İbrahimov.
    Bir müddətdir Azərbaycanda olmayan klub rəhbərliyi Karanı iş başında görmək istəyir. Bu o anlama gəlir ki, türkiyəli nə cür olursa-olsun, qələbəyə köklənməlidir. 3 xalla kifayətlənməyib, həm də baxımlı oyun göstərməlidirlər. Statistika göstərir ki, "Qarabağ" axırıncı dəfə 4 ay əvvəl uğur qazanıb. O vaxtdan bəri uğursuz seriyalar bir-birini əvəz edir. Axı bunun bir sonu olmalıdır, ya yox? Eyni sözlər "Gilan"a da aiddir. Bəli, Ramiz Məmmədovun gəlişindən sonra debütant simasını dəyişib, daha gəlib-gedənə asanlıqla uduzmur. Doğrudur, "İnter" və "MKT-Araz"a də yenildilər, amma fərq bircə onda oldu ki, komandada oyun var. Məhz bunu nəzərə alıb deyə bilərik ki, "Gilan" bu görüşlərdə məğlubiyyətə layiq deyildi. Dövrələrarası fasilədə heyətə xeyli əl gəzdirilib ki, bunun da kollektivə təsirini görürük. Artıq yaradıcılıq, taktika var, di gəl, hücumu tamamlayan yoxdur. Növbəti xal itkisi həm də ona görə yolverilməzdir ki, Ramiz Məmmədovun yeri laxlaya bilər. Adətən 3 tur ardıcıl uduzan baş məşqçi postunda qalmır. "Gilan"sa iki turdur arzuolunmaz aqibət yaşayır. İndi oyunun nə dərəcədə gərgin keçəcəyini təsəvvür edirsiz?
   "Gənclər"ə pul qoyulub?!
   Gənclərbirliyi - Bakı
   22 fevral. Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.
   Hakimlər: Babək Quliyev, Vasif Məmmədov, Azər Məmmədov, Eldar Nağıbəyov.
   Hakim-inspektor: Eldar Qasımov.
   AFFA nümayəndəsi: Akif Manafov.
   Heç kim deməsin ki, "Bakı" rahat 3 xal qazanacaq. İnanılası şey deyil. "Gənclərbirliyi" evdə oynayır, özü də acdır. Yox, ağlınız başqa şeyə getməsin. Demək istədiyim odur ki, neçə vaxtdır uduza-uduza gedirlər, xal üzünə həsrətdirlər. Arxadan da "Şahdağ"ın nəfəsini hiss edirlər. "Neftçi" ilə oyun göstərdi ki, "gənclər" istənilən rəqibə müqavimət göstərə bilərlər. Flaqmandan da ən azı 1 xal götürməliydilər. Öz səhvlərindən hər şey əldən çıxdı. Karp problemlərdən danışır, amma öz işini qabartmır. Rəhbərlik də prosesləri zamanın ixtiyarına buraxaraq, hər şeyi kənardan izləyir. Onlar da uşaq deyil, vəziyyətin komandanı hara apardığını görürlər. Belə gedişlə də Karpdan hesab sorulmaq anı yaxınlaşır. Əminəm, "Bakı"nı dayandırmaq üçün "gənclər"i stimullaşdıracaqlar. Ən azı 1-2 marağında olan iddialı rəqiblər tərəfindən. Odur ki, meydan sahiblərinin sonadək döyüşəcəyini gözləməyə dəyər. Komanda kimi pis deyillər, sadəcə "vuran ayaqlar"ı yoxdur. İssa Nikiemanın gedişindən sonra hücumdakı problemlər birə-beş artıb. Mussa Dembeley və Mustafa Möhsilin yoxluğu isə orta sahəni iflic hala gətirib. Ev sahibləri xal qazanmaq üçün yalnız kollektiv müdafiədən yararlanmaq imkanına malikdir. Yəni top ki düşdü ayağına, vur qabağa. Orda da nə olar, olar. Razıyam, "Bakı" da son vaxtlar əvvəlki oyununu göstərmir. Böhran davam edir. Amma bütün bunlar xal itirməyə əsas vermir. Qələbə qazanmağa sadəcə məhkumdurlar. Dişləriylə də olsa, dırnaqlarıyla da olsa... Artıq limit tükənib, növbəti "proval" komandanı çempionluq yürüşündən kənar saxlayacaq. Durumun normallaşması üçün Amiran Muciri işə düşməlidir. "Turan"la bir şey edə bilmədi, bəlkə susqunluğunu indi poza. Çünki mərkəzdə oyunu idarə edən lider yoxluğu hiss olunur.
   "Olimpik" qurban olmaq istəmir
   Turan - Olimpik
   22 fevral. Tovuz. Şəhər stadionu.
   Hakimlər: İmanxan Sultani, Roman Vasilyev, İqor Şpakovski, Feyzulla Feyzullayev.
   Hakim-inspektor: Məhəmməd Məmmədov.
   AFFA nümayəndəsi: Şaiq Həmidov.
   Son həftələr hamı "Olimpik"dən danışır. Deyirlər ki, komanda yüksəlişdədir, xeyli artırıblar. Hər halda kənardan elə görünür. Zarafat deyil, "Bakı"yla heç-heçə oynayıblar, "Karvan"ı udublar. "Olimpik"in oyun üslubu da dəyişib, indi daha çox hərəkətli, taktikalı futbol göstərirlər. Fabio Luis Ramim və Pathe Banquranın gəlişi "Olimpik" üçün düşərli olub. Lakin "təyyarəçilər"in əsl gücünü Tovuzda görəcəyik. Xeyr, "Turan" bunların heç birindən güclü deyil, sadəcə evdə onlardan xal götürmək çətin məsələdir. Cari mövsümün statistik göstəricilərinə nəzər yetirsək, kifayətdir. Elə "Olimpik" də 3 ay əvvəl burada "Turan"a boyun əyib. Onda kubok oyunu üçün Qərbə üz tutan bakılılar 2:0 hesabıyla uduzmuşdular. Düzdür, həmin vaxt məğlubiyyəti arxayınçılığın üzərinə atdılar, indi buna da yer qalmayıb. "Olimpik" deyirsə ki, mən medal qazanmaq istəyirəm, bunu bugünkü oyunda sübuta yetirməlidir. "Turan"dan alınacaq 3 xal sanki komandaya cığır açacaq. Vidadi Rzayevin meydançaya çıxıb-çıxmamasından da çox şey asılıdır. Vidadinin qayıdışı pleymeker çatışmazlığını aradan qaldırmaqla bərabər, Ramimin hücuma qoşulmasını təmin edəcək. Çünki onun yoxluğunda braziliyalı öz ampluasını kənara qoyub, orta sahədə "yaradıcılıq"la məşğuluydu.
   "Turan"ın da işi çətindir. Müdafiədə problemlər var. İrakli Vaşakidzenin "Bakı"yla matçda buraxdığı səhvlər bağışlanmazdır. Yəqin ki, Sakit Alıyev bunu görür və bilir. Deməli, baş məşqçi nəsə çıxış yolu axtaracaq. Meydan sahibləri artıq elitada qalmaq tapşırığının öhdəsindən gəliblər, daha nədənsə qorxuları olmamalıdır. Bu da istər-istəməz onların oyunlarına öz təsirini göstərməlidir. Yəni matça rahat, sakit çıxacaqlar. Qarşı tərəf isə əksinə. Bunu düşünəndə görürsən ki, oyunun müqəddaratı mütləq ilk hissədə həll olunmalıdır. "Olimpik" ki bunu bacarmadı, fasilədən sonra işləri lap çətinləşəcək.
   1 xal al, şükür et!
   Karvan - Şahdağ
   22 fevral. Yevlax. Şəhər stadionu (ehtiyat meydança).
   Hakimlər: Ceyhun Haşımov, Elşən Durmuşov, Habil Əliyev, Samir Hüseynov.
   Hakim-inspektor: Novil İsmayılov.
   AFFA nümayəndəsi: Vladimir Yudanov.
   Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim... Bilirəm, Yunis Hüseynov lirik mahnıları sevir. Yəqin ki, musiqi "menyu"sunda bu mahnı da olmamış olmaz. Əvvəlki vaxtlar olsaydı, deyərdim ki, "Karvan" asan qələbə qazanacaq. Yəni həm rahat 3 xalını götürəcək, həm də "bombalayacaq". Yevlaxlıların yenə buna ehtiyacı var. "Olimpik" sonuncu turda onlara ağır zərbə vurdu, uduzmaqla liderlər qrupundan uzaq düşdülər. Son şanslarıdır. "Olimpik"lə görüşdə komanda xüsusən ilk 45 dəqiqədə kortəbii, aşağı səviyyəli futbol nümayiş etdirdi. Müdafiədə buraxılan səhvlər bir yana, hücumda da "dişsizlik" var. Vadim Vasilyevin zədələnməsi heç yerinə düşmədi. Antalya toplanışı zamanı qollarını sıralayan forvard sıradan çıxınca Yakuba Bamba irəlidə tək qalıb.
   "Şahdağ"ın da vəziyyəti xoşa gələn deyil. Bəhram Şahquliyevi sükan arxasına gətirməklə birinci dövrədəki uğursuzluqları sığortalamaq istəyən qusarlılar hələ ki istədiyini yeni baş məşqçidən ala bilmir. Qış fasiləsində yeni oyunçuların alınması komandanı gücləndirsə də, çatışmayan cəhətlər yenə özünü göstərir. Məsələn, yenə qapı inamsız, hücum "dişsizdir". Ruslan Quliyevin Tariyel Hüseynovu əvəzləməsi heç nəyi dəyişməyib. Ruslan cəmi 1 qol buraxsa da, oyun praktikasının azlığı hiss olunur. Yaxşı ki, müdafiə xətti əvvəlki səhvlərini təkrarlamır. Mərkəzdə Zahir Əsgərovun köməyi artsa da, irəlidə Əhməd Ticaniyə dəstək verən tapılmır. Valeh Kərimov ondan gözlənilən oyunu göstərməyə çətinlik çəkir ki, bunda da 6 ay futbol oynamaması öz sözünü deyir. Fikrimizcə, "Şahdağ" səfərdən 1 xal aparsa, bunu toy-bayram etməlidir.
   İlkin
    O Q H M F X
   1."Xəzər-Lənkəran" 14 9 3 2 24-7 30
   2."MKT-Araz" 14 9 3 2 14-5 30
   2."Neftçi" 14 8 3 3 24-10 27
   4."İnter" 13 7 4 2 20-6 25
   5."Bakı" 14 7 4 3 12-4 25
   6."Karvan" 14 7 3 4 20-15 24
   7."Olimpik" 14 6 4 4 15-10 22
   8."Turan" 14 5 3 6 16-19 18
   9."Qarabağ" 14 3 6 5 10-13 15
   10."Simurq" 15 3 5 7 12-19 14
   11."Gilan" 14 2 2 10 7-27 8
   12."Gənclərbirliyi" 14 1 3 10 11-32 6
   13."Şahdağ" 14 0 5 9 6-24 5
   Bombardirlər: 10- Zaur Ramazanov ("Xəzər-Lənkəran"); 9- Yakuba Bamba ("Karvan"); 8- Xaqani Məmmədov ("Olimpik"); 7- Georgi Adamiya ("Neftçi"), Samir Əliyev ("İnter"); 5- Anatoli Doroş ("MKT-Araz"), Viktor İbekoyi ("Turan"), Leandro Qomeş ("Bakı"); 4- İssa Nikiema ("Gənclərbirliyi"), Nadir Nəbiyev ("Neftçi).
   Qeyd: "İnter" - "Neftçi" oyunu saat 17:00-da, digərləri isə 15:00-da başlayacaq.