29/07/2010 N 078(958)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
DÇ
Ay-ulduz
Tur
SON SÆHİFÆ
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Kara istəsə, lap çox qala bilər"
Türkiyə mətbuatının Rasim Karaya isti münasibətini ona aid yazılardan da görmək olar. Əksər qəzetçilərin məşqçiylə yaxın dostluq əlaqəsi qurması diqqət çəkir. Hər halda onların əksəriyyəti bunu etiraf edir. Kara barədə gedən son məlumatların birində onun "Qarabağ"la 5 illik müqaviləyə qol çəkdiyi iddia olunur. Bildirilir ki, Rasim hoca klub rəhbərliyindən söz alıb ki, bu müddətdə postunda saxlanacaq. Sözügedən xəbərə qəzetimizin ötən saylarının birində yer vermişik. "Qarabağ"ın baş direktoru Əmrah Çəlikələ müraciət etməyimizin səbəbi də bunu dəqiqləşdirmək idi.
   Müsahibimiz sualımıza cavab olaraq bildirdi ki, əslində Karanın sözləşməsi ilyarımlıqdır. 5 il söhbətinin haradan çıxdığını bilmədiyini qeyd edən Əmrah bəy maraqlı bir məqama da toxundu: "Rəhbərlik ona çox güvənir. İnamımız hədsizdir. Rasim hocanın ona olan ümidlərimizi doğruldacağına şübhə etmirik. Yoxsa prezidentimiz bu qədər səlahiyyəti ona verməzdi. Bu bir güvənmək nümunəsidir. Kara istəsə, komandada lap çox qala bilər. Yəni bunda müddət önəmli deyil. Önəmli olan qarşıya qoyulan məqsədlərə birgə çatmaqdır. Bunu etmək üçün də Rasim bəyin xidmətinə ehtiyac duymuşuq".
   Tahir Gözəl məsləhət verdi
   O, futbolçularına xitabən "hər dəqiqənizin dəyərini bilin" dedi
   Dünən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl kollektivin yenicə məskunlaşdığı "Ruslan-93" təlim-məşq kompleksinə baş çəkib. Kompleksi gəzən klub başçısı komanda üzvləri ilə toplantı keçirib. Baş məşqçi Rasim Kara komandaya qoşulmuş yeni heyətlə Tahir bəyi tanış edib. Hər biri ilə səmimi görüşdükdən sonra Gözəl öz fikirlərini onlara çatdırıb. O, deyib: "Uzun zamandır ölkə xaricində olduğumdan doğma klubumla görüşə bilmirdim. İndi imkan oldu ki, mən də bunu dəyərləndirməyə bilməzdim. Görürəm ki, əsasən gənclərdən təşkil olunmuş bir heyətimiz var. Özünü sübut etmiş bir professional heyətin rəhbərliyi altında bu gənclərin möhtəşəm gələcəyinə inamım böyükdür. Hər yeni gün daha çox şeylər öyrənməmiz üçün bizə vasitədir. Siz gənclər üçün isə Rasim Kara kimi bir məşqçinin rəhbərliyi altında futbol dərsi almaq ikiqat şərəfli olmalıdır. Onun hər bir sözünün sədası qulaqlarınızda səslənməlidir. Hər dəqiqənizin dəyərini bilin. Özünüzü zəif saymayın ki, 16-17 yaşımız var, hələ gəncik. İdmanla məşğul olan bir şəxs üçün yaşın fərqi olmamalıdır". Natiq sözlərini faktlara davam etdirib. Bildirib ki, Karanın gəlişi ilə "Qarabağ" yeni bir mərhələyə qədəm qoyub: "Ölkə xaricində, futbolu inkşaf etmiş ölkələrdə gördüklərim məndə həqiqətən də o texnologiyanı Azərbaycanımıza gətirmək istəyi yaradır. Orada yağışın, qarın yağmasına baxmayaraq, çox gənc uşaqların necə həvəslə səhərdən gecəyə qədər futbol oynamalarının şahidi oluram. Buradan Azərbaycan futbolu ilə Avropa futbolunun fərqini özümdə analiz edirəm. Birincisi, texniki-elmi fərq böyükdür. Bura həm də texnologiyanı daxil eləyə bilərik. İkincisi də, həyatın hər saniyəsinin qiymətini bilirlər. Bunlara biz də bacardığımız qədər əməl eləməliyik. Komandanın Türkiyədə olduğu vaxt sizi Laktat və digər həkim nəzarətindən keçirdik. Onda hər bir futbolçunun verim əmsalı çıxarıldı ki, məşqçilər ona görə işlərini nizamlayırlar. Bu texnologiyanın bir hissəsidir və ölkəmizə təzə gətiririk. Avropada isə bütün işlər texnologiya ilə təmzimlənir. Bundan da əsas idmançının təkcə güclü olması deyil, həm də şəxsiyyət olmasıdır. Şəxsiyyətli insanla bir yerdə işləməkdən, onun yanında olmaqdan uca bir şey yoxdur. İdmançı olmaq olar, amma həm də şəxsiyyət olmaq çox çətin işdir. Sizin hər biriniz üçün Rasim hocanın rəhbərliyi altında futbol oynamaq həyatın sizə bəxş etdiyi böyük hədiyyədir. Onun professional olduğuna heç kim şübhə edə bilməz. Amma həm də böyük şəxsiyyətdir. Siz təcrübəli futbolçularla bir yerdə oynayırsınız. Aslan, Cahangir, Hakan, Kənan kimi futbolçuların sizin həyatınızda özləri bir təcrübə məktəbi rolu oynamalıdır. Ona görə də bir də deyirəm: saniyənizin dəyərini bilin. İnanıram ki, ən yaxın gələcəkdə sizlərin içindən Avropa meydanlarından sədası gələn futbolçular yetişəcək!". Klubun vitse-prezidenti daha sonra komanda üzvləri ilə səmimi fikir mübadiləsi aparıb.
   
   
Şahin