Qəribov 2 köməkçi götürdü
Nazim Əliyevin yerinə olimpiya yığmasının baş məşqçisi təyin olunan Şakir Qəribov artıq özünə yeni köməkçi də təyin edib. U-17-nin çalışdırıcısı Yaşar Vahabzadə və 19 yaşlılardan ibarət yığmada Arif Əsədova kömək edən Rafiq Mirzəyev bundan sonra həm də U-21-də işləyəcək. Qəribov yığmaya 23 nəfər çağırıb ki, onların da adı sabah açıqlanacaq. Siyahıda Rahid Əmirquliyev, Nodar Məmmədov, Vasif Əliyev, Samir Zərgərov, Asif Məmmədov, Tagim Novruzov, Osman Umarov və digərlərinin adı var. Şakir bəy tezliklə yoxlama görüşünün keçirilməsinin tərəfdarıdır. Bu məqsədlə Milli Komandalar Departamenti müxtəlif federasiylarla danışıqlara başlayıb. İran, Rusiya, Türkiyə, Moldova, Gürcüstan və Belarus yığmalarının olimpiyaçılarımıza rəqib olacağı gözlənilir.