29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
U-17 səfərə avtobusla gedir
Millinin düşərgəsində 4 debütant olacaq

   17 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatının ikinci mərhələ oyunları başlanmaq üzrədir. Təxminən bir aydan sonra millimiz bu çətin sınaqdan keçəcək. Qrup matçları Bosniya və Herseqovinada təşkil olunacaq. Rəqiblərimiz də sayılıb-seçilənlərdir. Meydan sahiblərindən başqa İngiltərə və Şotlandiya önündə imtahan verməli olacağıq. Qarşıdakı turnirdə "qapazaltı" olmaq istəməyən həmyerlilərimiz bir müddətdir ki, təlim-məşq toplanışına yığışıblar. "Şəfa" stadionunda bir araya gələn yeniyetmələr gündəlik hazırlığını da elə burada keçirir. Komanda fevralın 25-dək bu rejimdə fəaliyyətini davam etdirəcək. Ertəsi isə Rusiyaya yollanacaq. Millimiz bir həftə ərzində Krasnodar vilayətinin Krımsk şəhərində qalacaq. Səfərə yollanmaq üçün U-17 yalnız avtobusun xidmətindən imtina etməyəcək. Bakıdan Krasnodora birbaşa təyyarə və ya qatar reysi olmadığından, AFFA əlavə xərcə düşmək istəməyib. Təmsilçilərimiz qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır, amma rəqiblərin kimliyi hələ bəlli deyil. Güman ki, sparrinqlər birinci dəstədə mübarizə aparan komandaların əvəzedici heyətləri olacaq. Nalçik "Spartak"ı və SSKA-nın gənclərdən ibarət kollektivləri də bizimkilərlə qarşılaşmaq istəyir. Artıq baş məşqçi Yaşar Vahabzadə Krımska aparacağı heyəti müəyyənləşdirib. Siyahıda 22 nəfər yer alır ki, onların da çoxu klubsuzdur. Vahabzadə Bakıda keçirilən seçmə oyunlarda şans verdiyi bəzi futbolçuları Rusiyaya aparmır. Onların yerini Ələkbər Məmmədovun xatirə turnirində özünü göstərən debütantlar tutub. Yığmada 2 yeni ada da rast gəlirik. Söhbət Belarusdan gələn Rafael Qəhrəmanov və Ceyhun Mürsəlovdan gedir. Krımskda olarkən düşərgəyə daha 2 nəfər qoşulmalıdır. Hələ yanvarın əvvəllərində Belarusda beynəlxalq turnirdə olduqları vaxt Mürsəlov və Qəhrəmanov millinin rəhbərliyinə müraciət edərək, yığmaya gəlmək istədiklərini bildiriblər. Məlum olub ki, Rafaellə Ceyhun Bakıda doğulsalar da, sonradan Minskə köçüblər. Minskdə yerli məşqçilərlə həmyerlilərimiz barədə söhbət edən Vahabzadə futbolçuların pis təsir bağışlamadığını öyrənib. Təvəkkül Məmmədov və Sərxan Musayev yerli futbol məktəbinin yetirmələridir. U-17-nin səfərə gedən kontingenti: Osman Umarov ("Qarabağ-2), Səlahət Ağayev (klubsuz), Zahid Quliyev (klubsuz), Sərraf Yusifzadə (klubsuz), Emin Mustafayev ("Qarabağ"), Eşqin Quliyev ("Neftçi"), Əvəz Rəhimov ("Ərgünəş"), Amit Quluzadə (klubsuz), Orxan Həsənov (klubsuz), Mircavad Nağıyev (klubsuz), Tural İsgəndərov ("Neftçi-2"), Fariz Məmmədov (klubsuz), Şəhriyar Xəlilov ("İnter-2"), Novruz Məmmədov (klubsuz), Ramil Rəhimzadə ("Neftçi"), Vəfadar Quliyev (klubsuz), Novruz Ələkbərov ("İnter - 2"), Tural Səfərov (klubsuz), Ceyhun Mürsəlov (BATE, Belarus), Rafael Qəhrəmanov ("Molodense", Belarus), Fərid Balaşzadə ("Qarabağ-2"), Ramin Kərimov ("İnter-2").