29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Musayev mənə ev versəydi, başımda turp əkərdi"
Toğrul Hacıyev AFFA prezidentinin Milli Məclisdə hesabat verməli olduğunu deyir

   Toğrul Hacıyev əvvəlki AFFA prezidenti Fuad Musayevin fəaliyyətində ciddi nöqsanların olduğunun aşkarlanmasında və geriyə çəkilməsində böyük rol oynayıb. Buna baxmayaraq, Ramiz Mirzəyevin federasiyaya gəlişindən sonra arzuolunmaz şəxsə çevrilib. "Azərneftyanacağ"ın sabiq rəhbəri ona dəfələrlə iş söz versə də, dediyini eləməyib. Bu azmış kimi, AFFA Nizam-İntizam Komitəsi onu 2 il müddətinə futboldan uzaqlaşdırıb. Təbii ki, Hacıyevin qurum rəhbərliyini kəskin tənqid obyektinə çevirməsindən sonra. AFFA-nın sabiq vitse-prezidenti yenə öz ampluasındadır. "Şəfa"nın "İnter"in balansına verilməsi Hacıyevi lap özündən çıxarıb. O, bunu qanunsuz addım sayır və AFFA-nın növbəti fırıldağı sayır.
   - AFFA-nın "Şəfa" stadionunu Azərbaycan Beynəlxalq Bankının himayəsində olan "İnter"ə 15 illik müddətə icarəyə verməsinə kəskin etiraz bildirirəm. Bu idman qurğusu FİFA və UEFA-nın maliyyə dəstəyi hesabına, ən əsası uşaq futbolunun inkişafı məqsədilə tikilib, aşağı yaş qrupları üzrə yığmaların bazası sayılır. Axı bizdə bununla bağlı nə məktəb, nə də akademiya var. O zaman idman qurğusuna görə ayda cəmi 300 min manat maaş alırdıq. 1999-cu ildə FİFA-dan gələn 1 milyon dolları Fuad Musayev isə neylədi, bilən olmadı. Bunu istintaq orqanları müəyyənləşdirməlidir. Stadionu ona görə tikməyiblər ki, AFFA-nın indiki rəhbərliyi pul qazansın. Federasiya 3 il ərzində idman qurğusunu bərbad hala salıb. Hesab edirəm ki, Ramiz Mirzəyev və Fuad Əsədov "Şəfa"nı verməklə prezident İlham Əliyevin təsdiq etdiyi futbolun inkişaf proqramını yerinə yetirməyəcəklərini göstərib. AFFA yaxşı pul qazanmaq istəyirsə, yeni tikdiyi ofisi icarəyə versin, niyə stadionu verir ki? Məncə, burada oyunlar gedir və balans qiyməti 3 milyon 750 min dollar olan "Şəfa" stadionu artıq satılıb. Qorxurlar ki, bunu açıqlasalar, FİFA və UEFA narazılığını bildirər. Mən hələ çoxdan demişdim ki, stadion girov qoyulub və buna görə AFFA tərəfindən məhkəmə hədəsi ilə üzləşmişdim.
   - Bu məsələdə vergidən yayınma halları ola bilərmi?
   - Mümkündür. Vergidən yayınmaq üçün belə hallarda bir neçə müqavilə bağlanılır. Amma bunu istintaq orqanları müəyyən etməlidir.
   - "İnter"in hərəkətinə münasibətiniz necədir?
   - Nəyə görə stadion "İnter"ə verilməlidir? Məgər bu, klub üçün inşa olunub? "İnter"ə stadion lazımdırsa, gedib yer götürüb tiksin.
   - Fuad Musayevin stadion barəsində fikri ilə bağlı nə deyə bilərsiniz?
   - O gah nala, gah da mıxa vurur. Əvvəlcə idman qurğusunun icarəyə verilməsinin mümkünsüzlüyünü söyləsə də, sonradan mümkünlüyünü vurğulayıb. Deyəsən, qocalıb. Üç ildir ki, susurdun, nə oldu ki, indi danışmağa başlamısan? Fuad Musayevə xatırlatmaq istəyirəm ki, 2003-cü ildə FİFA nümayəndəsi Valeri Çuxriyin imzası ilə məhz onun ünvanına göndərdiyi məktubda "Şəfa"nın satılması və ya icarəyə verilməsinin yolverilməz olduğu qeyd olunub. Ola bilər o, kiminsə təsiri altına düşüb. Bəlkə Musayev Beynəlxalq Bankdan xahiş etdikləri üçün fikrini dəyişib. Mirzəyev deyir ki, bu məsələni beynəlxalq qurumlarla razılaşdırıblar. Bunun üçün sənəd təqdim etmək lazımdır, söz fırlatmaq lazım deyil. Fakt budur ki, "Şəfa" stadionu uşaq-yeniyetmə futbolu üçün tikilib və icarəyə vermək olmaz, qurtardı getdi. Vaxtilə Fuad Musayevin lisenziyalaşdırmanı məndən gizlin olaraq Fuad Əsədova verməsində əsas məqsədi maliyyə mənimsəmək olub. Musayev etiraf edib ki, Əsədova birdəfəlik 6000, ayda isə 500 dollar maaş verib. Bəs onun üçün mübarizə aparan Çingiz İsmayılov və Lətif Novruzova niyə ayda 250-300 min manat maaş verirdi. Fuad Musayev cavab versin, görüm, lisenziyalaşdırma ilə bağlı UEFA-dan gələn 100 mini neyləyib? Bir dəfə isə "Şəmkir"in hesabına qitə təşkilatının toplantısına getmişəm. Bununla belə, o utanmır? Musayev niyə pulları xarici banklarda saxlayırdı? UEFA-nın ayırdığı maliyyə vəsaitinin AFFA-da aidiyyatı üzrə xərclənmədiyindən xəbərdar olduğum üçün lisenziyalaşdırmadan uzaqlaşdırılmışdım. Fuad Əsədova gəlincə, qitə qurumundan gələn sənədləri köçürməklə məşğul olub. O, hansı lisenziyalaşdırmadan danışır ki, ilk dövrədə "Neftçi", "Bakı" və "İnter" eyni stadionda oynayıb və bəs uşaqlar harada məşq edir? Əsədov 2001-ci ildə lisenziyalaşdırmanın məndən alındığını deyib. Ağ yalandır və bu, 2002-ci ilin avqustunda olub (bu zaman həmin sənədi göstərir). Bildiyimə görə, lisenziyalaşdırma üçün indi AFFA-ya əvvəlki məbləğdən 2-3 dəfə çox pul gəlir. Fuad Əsədov iki eşşəyin arpasını bölə bilmir. Mirzəyev Əsədovun keçmişdə qabaqcıl futbol klublarında oynadığını deyib. Əsədov isə Bakı "Dinamo"su və "algiris"də (?) çıxış etdiyini, həmçinin 1957-ci ildə SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına düşdüyünü bildirib. Yalan danışdıqları üçün niyə xəcalət çəkmirlər? Bəlkə Fuad Əsədov o zaman ən yaxşılar siyahısına düşən Ələkbər Məmmədovun çamadanını daşıyıb?
   - Sizcə, AFFA-nın sabiq prezidentini danışdıran nədir?
   - Vaxtilə qurumda maliyyə fırıldaqları olduğunu açıqladım və ardından baş direktor Oqtay Zeynalovu tutub türməyə "basdılar". Eyni aqibətlə üzləşəcəyindən qorxan Fuad Musayev isə geri çəkilməyə məcbur oldu. O, çalışırdı ki, ya seçki baş tutmasın, ya da Azərbaycanda futbol ləğv olunsun. Necə ki, Mirzəyev və Əsədov ermənilərlə oyunun istədikləri yerdə keçirilməyəcəyi halında ölkəmizin FİFA və UEFA-dan çıxarılmasını istəyir. İndi Musayev Mirzəyevin çətin vəziyyətə düşməsindən faydalanmağa çalışır. Hətta AFFA-nın rəsmisi Rauf Əliyev Ramiz Mirzəyev və Fuad Əsədovu kəskin tənqid edib. Millət vəkilləri də narazılıqlarını bildiriblər. Musayev isə yalnız özünü tərifləməklə məşğuldur, komandasını isə unudub. O getsin, partiya işində çalışsın. Unutmasın ki, necə dil açıbsa, onu da elə bağlayarlar.
   - Musayev deyir ki, sizə ev verib.
   - Bu gülməlidir. O mənə ev versəydi, başımda turp əkərdi. Mən "Dinamo"da işlədiyim vaxt, 1970-ci ildə göstərdiyim nəticələrə görə 8-ci mikrorayonda üçotaqlı mənzil verilmişdi və sonra məkanı dəyişdim. Musayevin paxırlarını yaxşı bilirəm. Ondan fərqli olaraq mənim əsas məqsədim futboldan pul qazanmaq deyil, bu sahənin inkişafına çalışmaq olub. 12 il müddətində istənilən yığma komandanı mənə tapşıraydın da. Qorxurdun ki, müdaxilələrinə imkan verməyəcəm və nəticə qazanacağam.
   - Necə düşünürsünüz, əvvəlki prezidentlə indikinin hansı fərqli cəhətləri var?
   (ardı növbəti sayımızda)
   
   
   
   
Anar