29/07/2012 N 078(958)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Proses
Fikir
Qiymət
Qol+
İdman
Keçid
VİP
Fikir
Xəbər
Xəbər
Ay-ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Burada üfüqlər sakitdir"
Şamil Heydərov pilot Paulsdan nə ilə fərqlənir?
İkinci Dünya Savaşından bəhs edən filmlər arasında insanla hərb, qadınla silah arasıdakı münasibətlərdən bəhs edən ən gözəl əsərlərdən biri "A zori zdes tixie", yəni "Burada üfüqlər sakitdir" lentidir. Boris Vasilyevin povesti əsasında çəkilmiş filmdə döyüşlərdə yaralanıb kəndinə qayıtmış starşina Fedot Vaskov günlərin birində səhər ertədən görür ki, bəli, bir tağım qız gətirilib, onlara da kənddə hava hücumundan müdafiə nöqtəsi qurmaq tapşırılıb. Zenitçi qızlara komandanlıq da bu şələbığ starşinaya tapşırılır.
   Söhbətimiz 52 ilə əvvəl qurtarmış savaşdan yox, Azərbaycanın qadınlar arasında yığma komandalarının baş məşqçisi Şamil Heydərovun üzləşdiyi durumdandır ("son dəqiqə").
   Bəli, yanılmamışıq, komandanın yox, məhz komandaların baş məşqçisi Heydərov. Azərbaycan futbolunun fitri istedada malik müdrik, uzaqgörən, strateji və taktiki düşüncəli, uzaq və yaxın perspektivləri əla hesablayıb binomial düsturlarla hər gedişi ölçən, sonra da biçən rəhbərliyinin sayeyi-mərhəməti sayəsində Şamil bəyə üç komandanı çalışdırmaq tapşırılıb.
   Komandalar arasındakı yaş fərqi də 2 il.
   17, 19 və 21 yaşlılardan ibarət üç komanda, yəni U-17, U-19 və U-21.
   Yığmalarımızın belə abbreviaturaları ABŞ-ın istehsal etdiyi kəşfiyyat təyyarələrinin adına bənzəsə də, Şamil Heydərov pilot Pauls deyil və onu kimsə səmadan vurub yerə salmaq fikrində deyil.
   Fəqət, hər komandada 15 qızın olduğunu, bunun da toplamda zərif cinsli 45 futbolçu etdiyini göz önünə gətirsək, məşqçinin nələr çəkdiyini və ya çəkəcəyini anlamaq heç çətin deyil.
   Müdrik, ağıllı, uzaqgörən və sair və ilaxır AFFA rəhbərliyi də Heydərova bu komandalara baş məşqçilik etməyi tapşırdığından, o çalışmalıdır. Yəni AFFA buyurub ki, bəs həmin komandalar üç matrisdir, baş məşqçi də ortaq determinant.
   Və üstəlik, komandalardan birini AVRO-2008-in seçmə mərhələsi çərçivəsində Ermənistan yığmasına qarşı iki oyuna çıxarmalıdır.
   AFFA bu işdə də rekord vurub. Lixtenşteyn və Fransa yığmalarını biabırçı, böyükhesablı məğlubiyyətlərlə bəxtəvər edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyası kimi absurd adlı təşkilat yeni rekordu gerçəkləşdirib.
   Çünki dünyanın heç bir ölkəsində bir məşqçi üç yığma komandanı birdən çalışdırmır.
   Əslinə baxsaq, bu mümkün olan iş də sayılmır.
   Fəqət, Heydərovun rəsmi vəzifəsi indi üç komandanın çalışdırıcısıdır.
   Üstəlik də o, Azərbaycanın qadın yığmalarının bütün məşqçilərini kölgədə qoyub. Faiq Qarayev və Adil Paşayev xəyallarında da belə fantastik tapşırığı görə bilməzdilər.
   Üç qadın kollektivi isə heç asan iş deyil.
   AFFA rəhbərliyinin nəzərinə çatdırırıq ki, idmanın istənilən növündə qadın və ya qızlardan ibarət yığmalarda ilk plana oyun hazırlığı yox, psixoloji problemlər çıxır.
   Çünki onlar kişi deyil. Qadındır onlar, cənab AFFA funksionerləri! Heç olmasa, Heydərova belə "amazonkalar başçısı" postunu tapşırmazdan əvvəl voleybol yığmasının baş məşqçisi Faiq Qarayev və ya otüstü xokkey üzrə qadınlardan ibarət milli komandanın artıq sabiq çalışdırıcısı Adil Paşayevlə məsləhət etmək gərəkirdir.
   Axı 17, 19 və 21 yaşlı zərifələrin düşüncə tərzi, davranışları, motivasiyasında ciddi fərqlər var.
   ... "Burada üfüqlər sakitdi" filmində qızlar sonda starşinaya sayğı bəsləyirlər. Və anlayırlar ki, komandanlıq ona belə absurd görəvi tapşırsa da, təyinat düşünülməmiş və təsadüfi olsa da, çətinliklər kənddəki zenitçilərlə şələbığ "veteran"ı birləşdirib.
   U-19 komandalar arasında qızlardan ibarət yığmamız AVRO-2008-in seçmə mərhələsində Ukrayna, Şotlandiya və Ermənistan komandalarıyla bir yerdədir.
   U-17 komandası isə Polşa, Hollandiya və Yunanıstanla yeni "məclis"ə düşüb.
   Aşkar görünür ki, qızları gərgin, olduqca çətin oyunlar gözləyir.
   AFFA üfüqlərində isə hələ sakitlikdir...