"Çelsi" flaqmanı gözləyir
"eftçi"nin veteranlarının Valeri Lobonovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə dəvət aldığını xəbər vermişik. Mayda keçiriləcək yarışda Gürcüstanın "Dinamo", Ermənistanın "Ararat", Özbəkistanın "Paxtakor", Rusiyanın "Spartak", SSKA, "Dinamo", "Zenit", Ukraynanın "Dinamo", "Şaxtyor", "Çernomorets", "Metallist", İngiltərənin "Çelsi", "Arsenal", Almaniyanın "Bavariya" və İspaniyanın "Real" komandalarının veteranları öz qüvvəsini sınayacaq. Fevralın 23-dək yarışın reqlamentini hazırladıqdan və turnirlə bağlı digər məsələləri həll etdikdən sonra komandalara teleqramlar göndəriləcək. Məhz iştirakçıların sayı bilinəndən və komandalar Kiyevə gələndən sonra püşkatma mərasimi keçiriləcək".