24/10/2014 N 116(1148)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Qol+
Rəy
Qiymət
Qol+
Müsabiqə
Fikir
VİP
Top
Top
Fikir
Ay-ulduz
Ay - ulduz
Tur
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Komandası Mircavadovu şoka saldı
Xəzər-Lənkəran - Simurq 1:1 (0:0)
   21 fevral. Lənkəran. Şəhər stadionu. 6 min tamaşaçı.
   Hakimlər: Anar Niyazov, Azad Q.Hüseynov, Mehman Mahmudov, Ülviyyə Mustafayeva.
   Hakim-inspektor: Gülağa Cabbarov.
   AFFA nümayəndəsi: Əbdül Məmmədov.
   Qollar: C.Sultanov 89/ R.Nəsibov 61.
   Sarı vərəqələr: E.Quliyev 27/ V.Mazyar 33, A.Ömərov 38, V.Lıçkin 39.
   "Xəzər-Lənkəran": 25.Kamran Ağayev, 3.Ədəhim Niftəliyev(14.Rahid Əmirquliyev 72), 4.Valeri Abramidze, 5.Emin Quliyev, 7.Mahmud Qurbanov (k), 10.Zaur Ramazanov, 17.Vüqar Nadirov (20.Edmond NTiamoa 46), 18.Alim Qurbanov (8.İlqar Qurbanov 46), 19.Ceyhun Sultanov, 27.Rəşad Abdullayev, 28.Darius utautas.
   Ehtiyatda qalanlar: 17.Ramiz Kərimov, 6.Füzuli Məmmədov, 9.Robert İlyeş, 21.Sergey Pavlyukoviç.
   Baş məşqçi: Ağasəlim Mircavadov.
   "Simurq": 1.Davud Kərimi, 4.Mixail Starostyak, 3.Vyaçeslav Nevinski, 5.Ramin hacıyev, 21.Ramiz hüseynov, 27.Vyaçeslav Lıçkin, 25.Ramin Sayadov (28.İlqar Əbdurrəhmanov 66), 11.Orxan Rəcəbov, 10.Aqşin Ömərov, 17.Rüstəm Məmmədov, (7.Ramin Nəsibov 52), 13.Vitali Mazyar (20.Sergey Seleznyov 46).
   Ehtiyatda qalanlar: 12.Anar Bayramov, 15.Yuri Buluçov, 9.Ruslan Musayev, 2. Elman Sultanov.
   Baş məşqçi: Roman Pokora.
   "Futbol maraqlı oyundur" ifadəsini, bax, belə yerdə deyiblər... "Xəzər-Lənkəran" hələ özündə deyil. Komanda şokdadır. "Neftçi"yə məğlubiyyətin gətirdiyi üzüntü canlarından çıxmayıb. Evdə "Simurq"a da üstün gələ bilmədilər. Halbuki birinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Rəşad Abdullayevin bir neçə "asma"sını Ramazanov və Nadirov qola çevirə bilərdilər. Lakin qonaqların müdafiəsi inamlı təsir bağışlayırdı. Hissənin ortalarında Rəşad Abdullayevin cərimə zərbəsi təhlükəli alındı. "Xəzər-Lənkəran" fasilədə iki dəyişikliyə al atdı. Alim Qurbanovun əvəzinə İlqar Qurbanov, Vüqar Nadirovun əvəzinə isə Edmond NTiamoa meydançaya daxil oldu. Bütün kollektivlə hücuma atılan ev sahibləri 62-ci dəqiqədə qapılarında qol gördü. Əks-hücum zamanı Ramin Sayadovun sağ cinahdan ötürdüyü topu Ramin Nəsibov qapıdan keçirdi. Qoldan sonra Ağasəlim Mircavadov risqə gedərək, Niftəliyevin yerinə Rahid Əmirquliyevi buraxdı. Ard-arda hücumlara baxmayaraq, qonaqlar təzyiqə davam gətirirdi. 72-ci dəqiqədə Edmond NTiamoanın yaxın məsafədən vurduğu zərbə son anda "Simurq" müdafiəçisinə dəydi. Daha sonra fransız hücumçunun baş zərbəsi qapının üstündən keçdi. Matçın sonlarına yaxın meydançadakı proseslər yenə qızışdı. "Simurq"lu futbolçular vaxtı uzatmaq üçun əllərindən gələni edirdilər. Görüşün sonlarına yaxın Zaur Ramazanovun yaxın məsafədən zərbəsi dəqiq alınmadı. 89-cu dəqiqədə isə Ceyhun Sultanov bərabərlik qolunu vurdu. İlqar Qurbanovun "asma"sını yarımmüdafiəçi başla qapıdan keçirdi. Görüşün uzatma dəqiqələrində "Xəzər-Lənkəran" daha bir neçə şans əldə etsə də, fürsətlərdən yararlanmaq mümkün olmadı. Heç-heçənin yerinə düşmədiyini deməliyik. Yüz faiz əminəm, bu, Mircavadov üçün planlaşdırılmamış xal itkisi idi. Qeydə alınan nəticə cənubluları birinci yerə yüksəltsə də, "Xəzər-Lənkəran"ın rəqibləri sevincəkdir. Çünki aradakı xal fərqi getdikcə azalır...
   Ağasəlim Mircavadov ("Xəzər-Lənkəran"ın baş məşqçisi): "Oyuna çox ciddi hazırlaşmışdıq. Nəticəsini də gördük. Lənkərana gələndə heyətlə bağlı müəyyən problemlər vardı. Zədəlilərimiz çoxuydu. Amma hər şeyə rəğmən, yaxşı oyun göstərdik. Nəticəni ədalətli sayıram. Liderlə belə oynamağımıza yalnız sevinə bilərəm. Bundan sonra heç kim "Simurq"a debütant gözüylə baxmasın".
   Roman Pokora ("Simurq"un baş məşqçisi): "Rəqib yaxşı oyun göstərdi, biz isə yox. Çox təəssüf ki, komandamın liderləri həddən artıq zəif təsir bağışladı. Nəticəyə çox heyfslənirəm. Qələbə qazanmaq istəyirdik. Niyə belə olduğunu başa düşə bilmirəm. Axı niyə belə olsun? Mən özümüzə haqq qazandırmaq üçün söz tapmıram".
   Porterfild qarşımıza 2 komanda çıxaracaq
   Şotlandiyalı tənqidlərdən nəticə çıxardı
   Ermənilər daha bir məsələdə AFFA-nı qabaqlayır. Yerli futbol federasiyası millinin ehtiyat bazasını - "B" komandasını yaratmaq qərarına gəlib. Əsas heyətə düşməyənlər, gənclər burada təcrübə keçəcək. Onlara da Yan Porterfild başçılıq edəcək. Şotlandiyalı mütəxəssis bu məsələylə bağlı federasiya prezidenti Ruben Ayrapetyanla görüşub. Məsləhətləşmədən sonra belə fikrə gəlinib ki, Olimpiya seçməsinin əksər üzvləri bu komandaya cəlb olunsun. Ölkə çempionatında özünü göstərən yeni namizədlər də "B"də yer alacaq. Porterfild bu addımı atmaqla ona ünvanlanan iradlardan yaxa qurtarmaq istəyir. Çünki son vaxtlar yerli mütəxəssislər onu düzgün iş qurmamaqda, klublarla sıx əməkdaşlıq etməməkdə qınayıblar. Düzdür, mister Yan Karlos Alberto Torres kimi ayda bir dəfə vətəninə yollanmır, di gəl, "Pünik" və "Banants"dan başqa heç bir komandaya ciddi qiymət vermir. Elə yığmaya cəlb olunan əksər futbolçular da bu klubların formasını geyinir. Baş məşqçi hesab edir ki, yeni qərar millidəki rəqabəti artıracaq. Mətbuata açıqlamasında qarşıda duran məqsədlər barəsində danışan çalışdırıcı deyib ki, komandada görülməli olan işlər çoxdur. Əvvəllər millinin formasını geyinmiş veteranlara yenidən bu imkanı qazandırmaq istəyən mütəxəssis bu yolla təcrübə və səviyyə çatışmazlığını aradan qaldırmaq fikrindədir. Təsadüfi deyil ki, Andorrayla səfər heç-heçəsindən sonra o, yeni oyunçuların beynəlxalq matçlarda özünü göstərməyə çətinlik çəkdiyini bildirib. Ermənilər Polşayla görüşdə ən azı 1 xala iddialıdırlar. Bunu da şotlandiyalı söyləyib. Polyakların yoxlama oyunlarını izləmək qərarına gələn britaniyalı hesab edir ki, hər şey düzgün taktika seçilməsindən asılı olacaq. Onun gəldiyi qənaətə görə, polşalılarla başabaş mübarizə aparmaq istəyirsənsə, matçın mütləq gecə saatlarında keçirilməsinə çalışmalısan. Porterfild martın 28-dəki oyunun saat 00:00-da start götürməsini məqsədəuyğun sayır. Baş məşqçi fikrini belə əsaslandırıb: "Hava nə qədər sərin və sakit olsa, mənim futbolçularım da özlərini bir o qədər rahat hiss edirlər".
   
Elvin