
Bir müddət öncə "Çelsi"dən Nikolya Anelkanı heyətinə qatan Çinin "Şanxay Şenxua" klubu "zadəganlar"ın daha bir üzvünü "qaralayıb". Asiya təmsilçisi indi də gözünü London klubundan ayrılacağı gündəmdə olan Didye Droqbaya dikib. Çinlilər kot d"ivuarlı hücumçuya illik 23 milyon avro təklif ediblər. Əgər Droqba razılıq versə, onun yeni klubundakı həftəlik gəliri 480 min avro olacaq. Ancaq forvard "Şanxay Şenxua" rəsmilərinin bu təklifinə hələlik cavab verməyib.
Qeyd edək ki, Droqba ilə "Aston Villa" da yaxından maraqlanır.